İnsan yönümlü şəhərlər ️
3.66K subscribers
2.56K photos
321 videos
2 files
813 links
Təhlükəsiz, rahat və müasir şəhərlər, piyada, velosiped və digər nəqliyyat növlərindən bəhs edirəm.

Dəstək olmaq: city4people.az/destek
Əlaqə: @City4People_az_Bot
Download Telegram
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇩🇰 Kopenhagendə bir küçə.

Tez-tez şərhlərdə yazırlar ki, Avropanı misal gətirməyin, "orada maşın azdır", Bakıda isə "həddindən artıq çox".

Əslində isə, indi baxdığınız videoda qısa bir zamanda ortastatistik Bakı küçəsinə nisbətən daha çox insan hərəkət edir. Çünki avtobus və velosiped zolaqları adi hərəkət zolaqlarına nisbətən daha çox insan daşıya bilir.

Müasir nəqliyyat siyasətində küçənin buraxılış qabiliyyəti avtomobillərin sayı ilə deyil, insanların sayı ilə ölçülür.

Ona görə, bu gün Bakıda tıxacların sayını azaltmaq üçün daha çox avtobus və velosiped zolaqları salınmalıdır. Və heç kim bunun əksini sübut edə bilməz.
🇷🇺🛴 Bu gündən Moskvada elektro-samokat icarəsi bərpa olunur.

Maraqlıdır ki, Moskvada bu xidmət sektorunda fəaliyyət göstərən özəl şirkətlər nəqliyyata cavabdeh olan "Департамент Транспорта Москвы" idarəsindən (bizim dildə "Bakı Nəqliyyat Agentliyi") dotasiyalar ala bilər.

2020-ci ildə sözügedən şəhərdə elektrik samokatlarla 2 milyondan çox səyahət qeydə alınıb, onların 500 mini daimi istifadəçilər tərəfindən olub.

Moskvada bu il samokatların sayı 10 minədək, veloparkinqlərin sayı isə 1300-yə çatdırılacaq.
Rusiyanın paytaxtında hazırda 900 km velosiped zolaqları mövcuddur, amma əgər velozolaq olmasa samokatı səki ilə də sürmək icazə var.

💰İcarənin qiyməti - ən ucuz operatorda bizim pul ilə təxmini 56 qəpik + hər dəqiqə üçün 11 qəpik.

Düşünürəm ki, bu gün Bakıda BNA tərəfindən belə xidmətlərin göstərilməsi üçün heç bir maneə yoxdur. Birinci addımı dövlət atmalıdır.
📊KİÇİK SORĞUDA İŞTİRAK EDİN VƏ LAYİHƏMİZİ DAHA FAYDALI OLMASI ÜÇÜN TÖVHƏ VERİN.

Hörmətli dostlar və izləyicilərimiz! Biz istəyirik ki, həm bu səhifə, həm bloqumuz və gələcək fəaliyyətimiz hər biriniz üçün daha faydalı və maraqlı olsun.

Bunun üçün bizə kömək edib, bir dəqiqə vaxt ayırıb sorğumuzda iştirak etməyinizi xahiş edirik.

Sorğu anonimdir.

Öncədən hər birinizə təşəkkürlər! 🙏

👉 https://forms.gle/vsZd2qG2JFa1zkVd7
⚠️ Bu gün Dövlət Yol Polisi məlumat yayıb ki, 2021-ci ilin 3 ayı ərzində respublika ərazisində ölüm və xəsarətlə nəticələnən 376 yol-nəqliyyat hadisəsi qeydə alınmışdır. Bu qəzalarda 125 nəfər həlak olmuş, 370 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti almışdır.

Bu qayda pozuntularının 43,2%-i sürücülər tərəfindən nəqliyyat vasitələrinin yüksək sürətlə idarə edilməsi nəticəsində baş verib.

Çox maraqlıdır ki, Yol Polisi ilə hər zaman söhbət edəndə, onlar yaşayış məntəqəsində sürət həddinin 60 km/s-dan 50-yə salınmasına qarşı olurlar, o cümlədən sürət həddinin aşılmasına görə cərimələrin artırılmasını məqsədəuyğun hesab etmirlər.
"Formula-1" gəlir. Darıxmışdıq belə mənzərələr üçün 😌
This media is not supported in your browser
VIEW IN TELEGRAM
İstənilən küçəni daha insan yönümlü etmək mümkündür.

Daha çox piyada və velosiped hərəkətinə uyğunlaşdırılan küçə daha sağlam şəhər mühiti, daha yüksək yaşayış keyfiyyəti və iqtisadi cəhətdən daha səmərəli olur.

🎥: Walter Dresscher
Nobel prospektinin adını dəyişib "8 Noyabr" qoydular.

Təbii ki, ölkədə vacib tarixləri əbədləşdirmək normal bir haldır.

Lakin, eyni adlı prospekt və metrostansiyasının təmamilə fərqli yerlərdə yerləşməsi şəhərdə naviqasiya üçün əlavə qarışıqlıq yaradacaq.

Bu prospekti hələ də el arasında "raboçiy" adlandırərlar. Belə çıxır ki, bu prospektin indi üç adı olacaq.

Ümumiyyətlə götürsək isə, küçələri və nəqliyyat qovşaqlarını hansısa tarix şərəfinə adlandırmaq tipik SSRİ-yə uyğun yanaşmadır. Misal üçün, "Zəfər" stansiyası və yaxud "Zəfər" prospekti daha yaxşı səslənərdi.

Siz necə düşünürsünüz? Fikirləriniz maraqlıdır.
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🚍🇬🇪Tbilisidə ictimai nəqliyyatın prioriteti. Sonra heç kim deməsin ki, avtobus zolaqları yalnız enli küçələrdə təşkil olunmalıdır.

Fikir versəniz, velosiped zolaqları üçün də yer tapılıb.

🎥: Juma Rasulbəyov
​​💬 Facebook səhifəmizdə belə şərhləri oxuyanda çox məyus oluram ki, səhifənin izləyiciləri arasında bu cür düşünən adamlar var.

Bəzi insanlar həqiqətən düşünürlər ki, nəqliyyat islahatları özümüzü kiməsə oxşatmaq xatirinə, sürücülərə isə məcburi olaraq avtobuslara mindirmək məqsədi daşıyır.

Əzizlərim, əgər siz maşın sürmək istəyirsinizsə, lap ömrünüzün axırına qədər sürün. İstəyirsiniz maşında yatın, qonaqlıq verin, bazdıq eləyin, bunu heç kim qadağan etmir.

Amma yadınızda saxlayın, maşın elə nəqliyyat vasitəsidir ki, şəhərdə onun üçün ideal şərait yaratmaq qeyri-mümkündür. O çox yer tutur, amma çox az insan daşıya bilir. Şəhərin əsas məqsədi vətəndaşların mobilliyini təşkil etməkdir. Bu səbədən bütün inkişaf etmiş ölkələr məqsəd olaraq buna nail olmaq istəyir.

İllərdir Bakı şəhərində yalnız avtomobillər üçün şərait yaradılırdı. Yeni yol qovşaqları tikildi, yollar genişləndirildi, piyadaları yerin altına qovdular, səkiləri ləğv elədilər.

Nəticə isə necə oldu? Tıxaclar daha bərbad oldu, hər gün 2-3 saat tıxacda qalan sürücülər aqressiv vətəndaşlara çevrildi, özünə hər hansı bir səbəbdən avtomobil ala bilməyən insanlar (o cümlədən uşaqlar, qoca və ya xəstə adamlar) səkilərdə park edilmiş maşınlar arasında, yolun qırağı ilə hərəkət etməli oldular. Onların haqqlarını vəzifəli məmurlar daxil olmaqla heç kim düşünmədi.

Ona görə, bu gün heç kim deyə bilməz ki, "şəhərdə maşın sürməyə imkan verin", "sürücüləri niyə düşünmürlər" və s.

Son olaraq, həyatını maşınsız təsəvvür edə bilməyən izləyicilərə deyim ki, əgər şəhərdə ictimai nəqliyyata və digər hərəkət iştirakçılarına üstünlük verilsə, bir çox insanlar gündəlik səfərlər üçün maşından imtina etsə, o zaman tıxaclar da azalar və birinci növbədə xoşbəxt olan elə məhz siz olacaqsınız.

P.S. Avropada gey-paradlar söhbəti nə idi 🤦‍♂️
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇦🇿 Bakımızda daha bir unikal yol kəsişməsi...

Xocalı parkının bir hissəsinə qayda pozmadan keçmək mümkün deyil.

Daha ətraflı bu videoda.
28 May küçəsinin bu hissəsində ictimai nəqliyyat üçün ayrılmış zolaq mütləq təşkil olunmalıdır. Fikir verin nə qədər avtobus tıxacda ilişib qalıb. Hazırda tıxacın səbəbi təmir işlədir, amma pik saatlarında da bura vəziyyət bir o qədər də ürək açan deyil.

Eyni zamanda, çox geniş hərəkət zolaqları elə şərait yaradır ki, sürücülər 4 zolaqda 5 cərgə ilə hərəkət etsinlər.
👍1
🕘 Saat 21:00-da kanalda səsli çat (Voice Chat) olacaq.

Hər dəfə avtobus zolaqları haqqında bir post paylaşanda şərhlərdə (xüsusi ilə Facebook-da) çoxlu sual gəlir, mübahisələr başlayır. Məni "neprav" çıxardan kim, "bizim şəhərə yaraşmır" deyənlər olur.

💡Gəlin, Sizinlə yeni formata başlayaq. Bu gün saat 21:00-da Telegram kanalımızda səsli çata qoşulun, həm mən bu mövzuda bir az danışım, həm siz də öz sözünü deyin, suallarınızı verin.
⚠️ 5 dəqiqəyə başlayırıq...

Baxaq görək, siftəsi necə alınacaq 🙂 "Voice chat"-ın yazısı qalmır, yalnız canlı efir olur. Bildiyim qədər efirə qoşulandan sonra düymə vasitəsilə "əl qaldırıb" sual vermək olar və yaxud öz fikrinizi mütləq bildirin.

DJ.Tural demişkən "ürəyiniz haradan istəyir sual verin, cavab verim", amma öncədən dediyim kimi daha çox avtobus zolaqlarını müzakirə edirik.

Səsli çatın maksimum müddəti 1 saat olacaq.
Live stream finished (51 minutes)
Audio
Bu dəfə podkastımızda təhlükəli və təhlükəsiz yollardan danışacam. Bir neçə elementə dəyişiklik etməklə biz daha təhlükəsiz yollara, küçələrə sahib ola bilərik.
🚲 İnfrastruktur olan yerdə istifadəçilər də tapılacaq.

Bu sadəcə Bakının Xəqani küçəsində bir velosiped duracağıdır. Bəs nə oldu, deyənlər var idi, bizim şəhərdə velosipedi nəqliyyat kimi istifadə edən insanların sayını barmaq ilə saymaq olar.

İndi siz baxın velosiped zolaqları təşkil olunandan sonra şəhər küçələrində nə qədər velosiped peydə olunacaq.

Dünyanın bütün iri şəhərlərində velosiped infrastrukturuna böyük diqqət yetirilir. Bakı bu cəhətdən çox gecikir, ümid edirəm heç olmasa bu il artıq məsələ öz həllini tapacaq.
Azadlıq prospekti şəhərin əsas prospektlərdən biri olsa da, burada küçə-yol infrastrukturunun təşkili çox bərbad vəziyyətdədir.

Dayanma-durmanı qadağan edən nişanın olmasına baxmayaraq parkinq üçün cib təşkil edilib.

İndi burada dayanmaq olar yoxsa yox? Əgər olarsa - o zaman bu nişan nəyi bildirir? Əgər olmazsa, bu cibin mənası nədir?

Səkinin vəziyyəti isə ümumiyyətlə ağlamalıdır.
Bu gün BNA-nın sədri Vüsal Kərimov press-konfransda dedi ki, Molokan bağının ətrafı avtomobillərin giriş üçün bağlanacaq.

Fotoda göründüyü kimi, bu bağın ətrafı sadəcə lazımsız asfalt səhrası idi. Sol tərəfdakı çoxmərtəbəli parkinqa giriş üçün bir zolaq saxlayıb qalan bütün hissəni Molokan bağının genişləndirilməsi və yeni ağacların əkilməsi üçün istifadə etmək olar.