Tural Yusifovun danışdığı məsələlər urbanistikanın əsaslarıdır. Qulaq asın, maraqlıdır və yaxşı şəhərlər necə olmalıdır haqqında maariflənin.
🚇 Bakı metrosu açılsın?
Anonymous Poll
82%
Hə, avtobuslarda sıxlıq azalar
5%
Yox, yoluxma sayına mənfi təsir edəcək
14%
Mən ictimai nəqliyyatdan istifadə etmirəm
🛣 STANDARTLARA NİYƏ HÖRMƏT ETMİRİK?
⠀
İşğaldan azad edilmiş şəhərlərimizə istiqamət göstərən nişanların quraşdırılması təqdirəlayiq yenilikdir.
⠀
Lakin, gəlin bunu dövlət tərəfindən qəbul edilmiş qanunlara uyğun edək. 5.27 ("Məsafələr göstəricisi") nişanı QOST (ГОСТ) 10807-78 standartına cavab verməlidir.
⠀
Bu standartda isə deyilir ki:
- 5.27 nişanında maksimum 3 istiqamət göstərilə bilər;
- ən yaxın istiqamət yuxarıda göstərilməlidir;
- Məsafələrdə yalnız rəqəmlər qeyd olunmalıdır ("km" lazım deyil).
⠀
İkinci fotoda belə bir nişanın nümunəsi əks olunub (foto Ukraynada çəkilib).
⠀
⚠️ Deyəcəksiniz, bu "xırdalıqlara" ilişməyə dəyməz, amma təəssüf ki, bu cür səhvlər sistem xarakteri daşıyır. Ölkənin yollarında standarta cavab verməyən nişanlar az deyil. Bu isə birbaşa sürücülərin davranışına və yol təhlükəsizliyinə təsir edir. Həmçinin, Azərbaycana öz avtomobil ilə gələn qonaqları çaşdırır və ölkəmizin nüfuzuna mənfi təsir edir.

"Nooooldu, vermirdin?!" 🤡
⠀
Əvvəllər Vağzal meydanında günə 1 manat qeyri-rəsmi parkovşiklər yığırdı, indi saatı 1 manatdır və demək olar ki yenə də yer tapmaq olmur. Yadıma gəlir, sosial şəbəkələrdə yazırdılar ki, bu qiymətə orada heç kim maşın saxlamayacaq. Hanı indi o şərhləri yazan sürücülər və o pulu ora verməyənlər? 🙂
⠀
Bu, tələb-təklifin aydın göstəricisidir və insanlar bu məbləğı ödəməyə hazır olduqlarını göstərir. Deməli, şəhər daxilində 1 saatı 1 manat olan qiymət indiki reallığa uyğundur və küçə parkinqini bu qiymətlərlə tətbiq edilməsi mümkündür (bəzi yerlərdə hətta saatı 2 AZN ola bilər).
⠀
Şəhərin parkinq siyasəti formalaşdıran qurumlar üçün bu yaxşı misal ola bilər.
⠀
P.S. Vağzal meydanının bu cür böyük ərazisini parkinqa ayrılmasını hələ də əleyhinəyəm, amma bu ayrıca müzakirə mövzusudur.

💳🚍 Nəqliyyatda ödəniş hələ də yalnız BakıKart-a bağlıdır.
⠀
Ötən həftə Facebook səhifəmizə şikayət gəlib ki, Mərdəkan istiqamətində hərəkət edən və BNA tərəfindən təşkil olunan M10 Ekspress avtobus marşrutu cəmi 2 ay hərəkət edəndən sonra bağlanıb. Səbəb isə "tələbatın az olmasıdır".
⠀
İzləyici qeyd edir ki, kifayət qədər tələbatın olmaması məhz Mərdəkan qəsəbəsində BakıKart terminalların çox az olmasından irəli gəlir. Mövcud terminallar yalnız bəzi dükanlarda quraşdırılıb, bundan isə sərnişinlərin əksəriyyəti xəbərsizdir.
⠀
Təəssüf ki, BakıKart-ın bir ödəniş üsulu kimi rahat olmasına baxmayaraq, həmin kartın balansını yalnız ödəniş terminallarından asılı olması onun mənfi cəhəti olaraq qalır.
⠀
İctimai nəqliyyatın inkişaf olduğu ölkələrdə çoxdandır gediş haqqını həmçinin kontaktsız ödəmə ilə təhciz edilən istənilən bank kartları ilə ödəniş etmək mümkündür.
⠀
Bizdə bu istiqamətdən olan proseslər çox ləngiyir.

"Siz başa düşmürsünüz, bizdə maşın çoxdur, Avropa ilə müqayisə etməyin" deyənlər üçün.
⠀
🇳🇱 Niderland heç də hər zaman velosiped cənnəti olmayıb. Onlar da keçən əsrdə bu gün biz yaşadığımız mənzərəni yaşayıblar. Bakı bu cəhətdən heç də unikal deyil. Biz də küçələri avtomobillərdən alıb insanlara qaytarmalıyıq. İnkişafın başqa istiqaməti yoxdur.
⠀
Fotoda: 👆 Amsterdamda eyni məkan 1960-cı illərdə və bu gün.

🇷🇺 Moskva şəhərində ödənişli parkinq tətbiqediləndən əvvəl və sonra.
Bu gün Bakıda bu cür tədbirlərin görülməsi hava-su kimi lazımdır.

❌ ENLİ ZOLAQLAR QAYDA POZUNTULARINA GƏTİRİB ÇIXARIR
⠀
Çox vaxt deyirlər ki, bizim sürücülər tıxacda 2 zolaqdan 3 zolaq yaradır, ümumiyyətlə bizdə zolaq mədəniyyəti yoxdur və s. Bu qismən belə olsada, problemin kökü şəhərdə həddindən artıq enli hərəkət zolaqların təşkilidir.
⠀
Bir misal olaraq, Koroğlu Rəhimov küçəsində 4 metrdən artıq olan zolaqlar təşkil etməyə nə ehtiyac var axı? Ümumiyyətlə, mövcud standartlara görə zolağın maksimal eni 3,75 metr ola bilər, o da yalnız maqistral yollarında. Şəhər küçələrində 3-3,25 metr kifayətdir.
⠀
Üçüncü şəkildə göründüyü kimi, bu küçədə rahatlıqla zolağın enini 3 metr etmək olardı.
⠀
Daha ensiz zolaqlarda həm qayda pozuntuların sayı azalardı, həm də tıxacda həs kəs sivil şəkildə dayanardı.

Əhalinin 85%-ində şəxsi avtomobil yoxdur. Buna baxmayaraq, ictimai nəqliyyat 9 gün ərzində, bayramdan sonra isə yenə də bir neçə ay ərzində şənbə-bazar işləməyəcək.
Gəliri kəskin azalan əhali yenə də məcburi olaraq taksilərə pul tökməlidir. Əlində bir az əlavə pul olan insanlar isə özünə avtomobil alacaq və tıxaclar və onların fəsadları indikəndən də pis olacaq.
Belə başa düşürəm ki, Operativ Qərargahda yuxarıdakı yazılanları nəzərə alan bir nəfər belə tapılmadı.

Azadlıq prospektində səkilər illərdir bu vəziyyətdədir.
Həqiqətən maraqlıdır, bu ərazidə yaşayan nəinki azmobilli, heç sağlam piyadalar üçün əlverişli olmayan səki vətəndaşları narahat etmir? Bir nəfər də olsun sakin və yaxud jurnalist bu məsələ ilə bağlı Nəsimi Rayon İcra Hakimiyyətinə müraciət etməyib?