İnsan yönümlü şəhərlər ️
3.66K subscribers
2.56K photos
321 videos
2 files
815 links
Təhlükəsiz, rahat və müasir şəhərlər, piyada, velosiped və digər nəqliyyat növlərindən bəhs edirəm.

Dəstək olmaq: city4people.az/destek
Əlaqə: @City4People_az_Bot
Download Telegram
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Eskalatorun işləməməsi bir dərd. Bu keçiddən araba ilə necə istifadə edəsən? Nəzərə alsaq ki, eskalatora arabı ilə girmək qeyri-mümkündür, hətta qadağandır.

Yeraltı və yerüstü piyada keçidləri LƏĞV EDİLMƏLİDİR!

Bu video hər şeyi izah edor: https://fb.watch/eALoi3lZ1L/
👍19
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🚷 Yeraltı və yerüstü piyada keçidləri insanları öldürür!

Belə keçidlər əlavə qəzalara gətirib çıxarır, tıxacların problemini isə onsuzda həll etmir. Üstəgəl onlar əlçatan deyil və çox bahalıdır.

🔄 Bu video hər şeyi izah edir. Bu videonu mütləq özünüzdə saxlayın və maksimum dərəcədə paylaşın.

Köhnə təfəkkürü cəmiyyətin beynindən çıxartmaq lazımdır.
25👍10
🏴󠁧󠁢󠁳󠁣󠁴󠁿 Edinburq şəhərindən çox gülməli bir misal.

Bəzi insanlar avtomobil ilə parka gəlir, maşını velosiped zolağının üzərində saxlayır. Sonra isə həmin parkda velosiped trenajorunda məşq edir. 😅

Foto: Dave McCraw
😁16😢2
🎙 Canlı yayım fikrinə necə baxırsınız?

Dostlar, səhifənin auditoriyası böyüdükcə şəxsi mesajlara hər gün çox oxşar suallar gəlir, qurumların fəaliyyətinə şikayət qaydası, şəhər və küçələrdə baş verənlərin sonu necə olacaq və s.

📩 Eyni zamanda, səhifəyə yeni gələn dostlarımız nəyə görəsə biz bəslədiyimiz prinsipləri "Siz sürücüləri düşmən görürsünüz", "Şəhərdə maşın olmamalıdır" kimi qiymətləndirirlər.

Qərara gəldim ki, buna bənzər sualları elə canlı yayımda cavablandırım, həmçinin sizinlə interaktiv ünsiyyət quraq, söhbət edək.

Öz suallarınızı elə bu postun altında da verə bilərsiniz, onları canlı yayımda müzakirə edərik.

🗓 Yayımın tarixini müəyyən etmək üçün isə sizə müraciət edirəm - nə vaxt olsun? İstirahət günü, yoxsa həftəiçi? Səs vermə bundan sonrakı postda.

💡 Canlı yayımda, həmçinin, urbanistika haqqında ən maraqlı ədəbiyyatdan biri olan "İnsan için kentler" kitabını hədiyyə edəcəm. Şərtləri yayımın əvvəlində elan edəcəm. 🙂
👍101
👍1
Taktiki urbanizmin misalı.

Sadə həllər və aşağı büdcə ilə küçəni daha təhlükəsiz etmək olar.

🇨🇴 Medellin, Kolumbiya
👍252💩1
İnsan yönümlü şəhərlər ️ pinned «🎙 Canlı yayım fikrinə necə baxırsınız? ⠀ Dostlar, səhifənin auditoriyası böyüdükcə şəxsi mesajlara hər gün çox oxşar suallar gəlir, qurumların fəaliyyətinə şikayət qaydası, şəhər və küçələrdə baş verənlərin sonu necə olacaq və s. ⠀ 📩 Eyni zamanda, səhifəyə…»
🌳 Yenidənqurulan Bəsti Bağırova küçəsində ağaclar da əkdilər.

Ağaclar burada həqiqətən çatışmırdı, bu məsələ də öz həllini tapmağa başlayır.

Bəsti Bağırova küçəsi çox nadir bir layihə olub ki, burada müsbətə doğru çox şey dəyişib. Təəssüf ki, ona parallel olan küçəni (Naxçıvani küç.) artıq "necə-gəldi" prinsipi ilə təmir etdilər, halbuki, orada da yeni yanaşma tətbiq edilməli idi.

❗️ Bəsti Bağırova küçəsindən ətraflı reportaj da etmişdim, BNA nümayəndəsi Tərlan Səfərov burada tətbiq olunan yeniliklərdən özü danışdı:
👉 https://youtu.be/42VLaOpFR4A
👍20
♦️ Əbdülvahab Salamzadə küçəsinin acınacaqlı vəziyyəti.

İllər əvvəl Bakı şəhərində körpü, tunel və geniş prospektlər tikiləndə bütün diqqət və maliyyə sırf küçələrin hərəkət hissəsinə ayrılırdı. Burada piyada necə gəzəcək, səkiləri bərpa etmək lazımdır ya yox kimi suallar heç kimi maraqlandırmırdı. Velosiped infrastrukturundan ümumiyyətlə söhbət yox idi.

Tikintinin bir məqsədi var idi - yol maksimum genişlənsin, avtomobil zolaqlarının sayı çoxalsın. Güya, bu tıxac problemini həll edəcək. Lakin urbanistik qanunlar bütün dünyada eyni işləyir, ona görə o vaxt yolların genişləndirilməsi tıxac problemini həll edə bilmədi, əksinə daha da pisləşdirdi.

İndi belə küçə və prospektlərdə həm sürücülər tıxacda vaxt itirir, həm də burada yaşayan və piyada gəzən insanlara da hörmət yoxdur.

❗️ P.S. Körpünün tikinti "keyfiyyəti" də artıq öz sözünü deyir.

Foto: Elvin Huseynov.
😢9🤮5👍3
♦️ Zivərbəy Əhmədbəyov küçəsində təmirdən sonra hərəkət zolaqlarının enini azaldaraq, sayını 3-dən 4-də artırıblar.

Enli zolaqlar şəhərdə həqiqətən lazım deyil, lakin bu küçədə 4 zolağa ehtiyac yoxdur. Zolaqların sayını üç olaraq saxlamaq olardı, sağ zolağı isə velosiped üçün ayırmaq olardı.

İndiki halda burada heç parkinq zolağı nəzərdə tutulmayıb, maşınlar isə səkidə saxlamalı olur.
🤮9😢5👍4
📣 Sabah sizinlə canlı yayımda görüşürük. 🙂

🗓 13 avqust, saat 21:00-da YouTube-kanalında yayım olacaq, indidən abunə olub bildirişlərik aktiv edə bilərsiniz ki, dərhal izləmək imkanınız olsun.

Giriş sözü olaraq Bakı və digər şəhərlərimizdəki vəziyyətdən danışarıq, daha sonra sizin suallarınızı cavablandıracam.

Nəqliyyat, urbanistika, müvafiq dövlət qurumların fəaliyyəti və s. mövzulara uyğun suallarınızı hazırlayın. Elə indidən də şərhlər bölməsində yaza bilərsiniz.
👍5
🇷🇺 Rusiyada kəməri bağlamayan oyuncaq pişiyə cərimə yazdılar.

Hadisə Yekaterinburq şəhərində baş verib. Sürücüyə protokol gəlib ki, ön oturacaqda əyləşən sərnişin kəməri bağlamayıb.

Buna görə Rusiyada 1000 rubl cərimə nəzərdə tutulur.
😁16👍4