İnsan yönümlü şəhərlər ️
3.67K subscribers
2.55K photos
321 videos
2 files
810 links
Təhlükəsiz, rahat və müasir şəhərlər, piyada, velosiped və digər nəqliyyat növlərindən bəhs edirəm.

Dəstək olmaq: city4people.az/destek
Əlaqə: @City4People_az_Bot
Download Telegram
🇷🇺 Moskva uzun illərdir ki yolları genişləndirib, yeni tunnellər və yol qovşaqları tikirdi. İndi isə tıxac reytinqində birinci yer tutur.

Düzdür, son illər Moskvada başa düşürlər ki, bu çıxış yolu deyil, ona görə ictimai nəqliyyat və velosiped yollarına daha çox diqqət yetirməyə başlayıblar.

Bu Bakı üçün ən yaxşı misal ola bilər. Avtomobillər üçün şəhər tikmək mümkün deyil, yeni yollar daha çox avtomobil cəlb edir.
🇺🇸 Amerikada magistral yolları sökməyə hazırlaşırlar.

ABŞ-da başa düşdülər ki, şəhərin mərkəzindən keçən maqistral yolları tıxaclardan xilas etmir, şəhər infrastrukturu başqa cür qurulmalıdır.

Xarici təcrübə rubrikasında yeni məqalə: 👉 https://city4people.az/post/amerikada-magistral-yollari-sokmeye-hazirlasirlar/
İndi güya buranı səliqəyə salıblar? 🤷‍♂️

Foto: AvtoStop səhifəsindən.
Dj.Turalla AvtoStop səhifəsindəki şərhləri oxuyuram, insanlar şikayətlərin ki, bəs daha çox parkinq lazımdır, özüdə ucuz parkinq olsun hər yerdə. O vaxt Bakının parkinq problemi düzələcək.

Parkinq problemi həqiqətən çox mürəkkəb məsələdir, amma vəziyyətdən çıxış yolu heç də insanların əksəriyyəti düşündüyü kimi deyil.

Bu məqalədə ətraflı təhlil etmişdim, oxumağa dəyər 👇
https://city4people.az/post/bakida-parkinq-problemi/
"Gözəllik"!

Məhəmməd Hadi küçəsində yeni çəkilmiş avtobus zolağı.

Foto: Ibrahim Cəfərli
Telegram platforması Azərbaycanda təzəlikcə məşhur olmağa başlayıb, amma artıq bizim ölkədə kifayət qədər maraqlı kanallar var.

Oxudaqlarım və məsləhət gördüklərim:

@Shirinly - Elvin Şirinovdan ən vacib xəbərlər və onların ətraflı təhlili 🇦🇿

@truemamed - Ən aktual xəbərlər. Qısa və konkret 👌

@uchansichan - xəbərlər və maraqlı podkastlar. Həmin kanalın qonağı mən də olmuşam. Daxil olub qulaq asa bilərsiniz 🎧

@akinchiproject - Müzakirəsinə ehtiyac olan, amma kifayət qədər müzakirə ediləməyən mövzular 📃

@urcellardoor - Bakı və onun sakinləri. Alla Polonskaya digər saytların yazmadıqlarını işıqlandırır

Bəs siz hansı Azərbaycan kanallarını izləyirsiniz və tövsiyə edirsiniz? Şərhlərdə qeyd edə bilərsiniz 👇
Brazililiyanın Rio de Janeyro şəhərində Olimpiya oyunlarına hazırlıq mərhələsində köhnə liman ərazisindən keçən avtomobil yolu sökülərək yerində tramvay yolları çəkilmış və ictimai məkan yaradılmışdır.

// via Transport for Baku
İllər keçir, amma hələ də əlil qazilərimizin üçün Şəhidlər Xiyabanında şərait yaradılmır.

Standartlara uyğun panduslar bu məsələni həll edə bilərdi.
🚲❄️ Şərait olsa, istənilən havada velosiped sürmək olar 🙂

ABŞ, Viktoriya şəhəri.
🚫 💰 Gündə 18 manat ver harada istəyirsən maşını saxla.

İnzibati Xətalar Məcəlləsinə belə bir dəyişiklik təklif olunur ki, gün ərzində dayanma-durmaya görə bir dəfə cərimə olunan sürücü həmin şəhərin istənilən yerdə nə qədər istəyir qayda poza bilər - buna görə ikinci dəfə cərimə olunmayacaq.

Başqa sözlə desək, şəhərin istənilən küçəsini günü 20 AZN (vaxtında ödəsən 18 AZN) olan rəsmi olaraq böyük bir dayanacağa çevirmək istəyirlər.

Bütün müasir şəhərlərdə avtomobil axınını idarə edilməsi üçün parklanma qaydalarını sərtləşdirirlər ki, insanlar normal hərəkət edə bilsin, dəm qazından zəhərlənməsin, amma bizim qanunları fikirləşən deputatların öz dərdləri var, bizim isə "öz yolumuz var". 🤦‍♂️

Mənbə: ASAN Radio
🇵🇱 Polşa, Varşava. 2014-cü və 2020-ci illərdə.
Bayıl qəsəbəsində analoqu və ataloqu olmayan piyada keçidi 😂🤦‍♂️

Bizim millətin kreativliyinə heyranam ☺️. Funksionallıq və məntiq onsuzda hər zaman arxa planda qalır...

Foto: Sabina Fakhraddin Abbasova
Bu gün saat 18:00-dan başlayaraq DJ.Turalın qonağı olacam, Vağzal meydanında təşkil olunan dayanacaqdan və ümumi olaraq şəhər parklanmasından danışacağıq.

📻 İctimai Radio, 90FM
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Vağzalın qarşısı şəhərin ən gözəl meydanlarından biri ola bilər. Hazır layihə də var, onu niyə icra etməyəsən axı?
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Düz sözə nə deyəsən...

Tural Yusifov: "Bakı şəhərində A nöqtəsindən B nöqtəsinə rahat gedə biləcəyiniz bircə küçə belə yoxdur"
Hər şey çox düzgün vurğulanıb.

Ona görə Torqovaya küçəsində və Fəvvarələr meydanında siz heç vaxt ağır tikinti material satan dükanlara rast gəlməyəcəksiniz. Eyni zamanda, bu gün ən çox ticarət obyekti olan və ən bahalı evlər məhz bu ərazidədir.

Şəhərin daha çox piyadayönümlü olması ilk növbədə həmin şəhərə daha çox vergi gətirəcək. Dövlət qurumları bunu anlamalıdır.
🚗 Müasir, insan yönümlü şəhərlərin standartlarına görə şəhər küçələrində böyük dairələr təxmini bu cür transformasiya edilməlidir.

Ukrayna dairəsində lazımsız yerüstü piyada keçidi tikmək əvəzinə həmin məbləğə bu cür yenidən qurma işlərini aparmaq olardı.

Mənbə: NACTO Street Design Guide