İnsan yönümlü şəhərlər ️
3.67K subscribers
2.57K photos
321 videos
2 files
817 links
Təhlükəsiz, rahat və müasir şəhərlər, piyada, velosiped və digər nəqliyyat növlərindən bəhs edirəm.

Dəstək olmaq: city4people.az/destek
Əlaqə: @City4People_az_Bot
Download Telegram
Bu arada benzinin qiyməti də qalxdı.

Ai-92 - 1 azn (+10 qəpik)
Dizel - 80 qəpik (+20 qəpik).

İndi Facebook-da səsküy başlayacaq 😊
⛽️ Hər dəfə yanacağın qiyməti qalxanda Tarif Şurasının press-relizində "MDB-də ən ucuz benzin bizdədir" cümləsinə rast gəlmək olar. Rusiya, Belarus, Gürcüstan, Ukrayna, hətta Ermənistanın adı çəklilir.

Amma digər sahələrdə, misal üçün, yol-nəqliyyat infrastrukturunda digər ölkələrin təcrübəsini tətbiq etmək təklifi gələndə, dərhal deyirlər, "Yox-yox, bizim öz yolumuz var, bizi Avropa ölkələri ilə müqayisə etmək lazım deyil..."
Afrikada yeni tramvay sistemləri qurulur.

Bura Avropa deyil, Əlcəzairdir. Əhalisi 150-500 min nəfər olan şəhərlər.

İstənilən müasir şəhərdə tramvayın olması mobilliyi xeyli yüksəldə bilər. Müasir tramvay küçədə 4-5 avtobusu və 300-400 avtomobil əvəz edə bilər.

Tıxaclarla mübarizə etmək istəyən şəhərlər ilk növbədə tramvay sistemlərin tikilməsini düşünür.

Bakıda isə tramvayın qayıtmasını hələ də ciddiyyətlə qəbul edən yoxdur.
🗣 Sabah saat 21:30-da @uchansichan kanalında qonaq olacam.

Şəhər infrastrukturu və təhlükəsiz yollar haqqında danışacağıq. Görüş Zoom-da olacaq, link olan kimi burada da paylaşacam. Suallarınıza da Zoom-da çat vasitəsilə verə biləcəksiniz.
🚊 "Neftçilər prospektində tramvay xətti".

Nə vaxtsa bu ifadə 3D-eskizin təsvirini yox, Bakı şəhərinin əsas nəqliyyat dəhlizinə çevriləcək.
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🚦Nəhayət bu svetoforlar işə salındı.

İndi 80-90-la qaza basıb sürmək xoşlayan sürücülər narazılıq edəcək, "sarı mətbuat" like xətrinə reportajlar hazırlayacaq ki, bəs "əlavə tıxac mənbəyi yaradıldı" və s.

Düzdür, camaat öyrəşənə qədər narazılıq olacaq, amma əslində bu şəhərdə hərəkətin optimallaşdırılması üçün müsbət bir dəyişiklikdir.

Video: Tural Yusifov
🚋 Necə oldu, 80 il əvvəl Bakının küçələrində tramvay üçün yer var idi, amma indi yoxdur?

Bülbül prospekti və Xəqani küçələrinin kəsişməsi, 1940-cı illər.
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🚷Rahat yolu keçmək istəyirsiniz? Şişərsiniz!

Yeni təşkil olunan yolayrıcının layihəsində əvvəllər piyada svetoforu nəzərdə tutulurdu ki, heç olmasa bir tərəfdən yolu yerin altına düşmədən rahat keçmək olsun.

Amma qismət olmadı deyəsən. Piyada svetoforunu sökdülər, di gedin yerin altından dairə vurun keçin.

Piyada üçün rahatlıq, yox bir hamam!
🇫🇷 Paris 2024-cü ilə qədər belə transformasiya ediləcək.

Biz isə Vağzal meydanından insanları qovub orada ödənişli parkinq təşkil edirik.
Təzəlikcə təmirdən çıxmış Mehdi Mehdizadə küçəsində analoqu olmayan piyada keçidi, səki və parkinq triosu.

İşi bu cür icra edənlər, heç olmasa, özləri utanırlar? 🤦‍♂️
@UchanSichan kanal ilə urbanistika haqqında podcastımız artıq dərc olunub.

Müsahibə rus dilində baş tutmuşdur. Gələcəkdə Azərbaycan dilində belə bir podcast etməyə planımız var 😉 Sizi maraqlandıran mövzuları yaza bilərsiniz, müzakirə edək.

👉 iTunes: https://podcasts.apple.com/de/podcast/uchansichan/id1538179402?l=en

👉 Spotify: https://podcasts.apple.com/de/podcast/uchansichan/id1538179402?l=en

👉 Google Podcasts: https://podcasts.google.com/feed/aHR0cHM6Ly9hbmNob3IuZm0vcy8yMWFmODM4OC9wb2RjYXN0L3Jzcw==

👉 Яндекс: https://music.yandex.ru/album/12652727
YENİ MƏQALƏ: Niyə şəhərlər insanları maşın yox, velosiped sürməyə məcbur edir

Evdən çıxmaq, maşına oturmaq, peçi işə salmaq, sevdiyin mahnını dinləmək və konkret sənə lazım olan yerə istədiyin yol ilə getmək – bundan yaxşı nə ola bilərki? Rahat və komfortla istədiyin yerə getmək hər bir insanın arzusudur.

Problem ondadırki hər bir insan bu arzusunu reallaşdırsa ümumi xaos baş verəcək – fərdin rahatlığı bütün cəmiyyətin narahatlığına gətirib çıxardacaq. Sadə sözlə desək tıxac olacaq – gedəcəyin yerə tez və rahat getmək artıq mümkün olmayacaq.

Ətraflı: 👇

https://city4people.az/post/sheher-mobilliyi/
💰🚙 YENİ PARKİNQİN QİYMƏTLƏRİ

Dəmiryol vağzalının önündə bu parkinqin yaradılmasına dair fikrimi artıq bildirmişdim. Birmənalı olaraq şəhərinin əsas meydanlarının birində belə eybəcər mənzərə olmamalıdır.

Amma bir məsələ var ki, artıq bu parkinqdə 1 manat verib bütün gün maşın saxlamağa mümkün olmayacaq. Birinci saatı 1 AZN, 1-3 saat 2 AZN və s.

Belə ki, artıq insanların bir qismi bunu anlayacaq və bəlkə də bura gələn səfər avtomobil ilə gəlməyəcək. Və heç kimə deyə bilməz ki, alternativ yoxdur. 28 Maya şəhərin istənilən yerindən avtobus gəlir, metrosu, hətta sürət qatarı var.
Maraqlısı isə odur ki, ADY öz press-relizində yazır ki, Vağzal meydanı şəhərin giriş qapısıdır və qonaqlar üçün ilk təəssürat yaradır.

Amma eyni zamanda bu meydanı asfalta bürüyüb parkinqa çeviriblər, ətrafda olan xaos isə necə var idi elə də qalıb.

İndiki təəssürat güya daha yaxşıdır? :)
Nə vaxtsa sizdən soruşsalar dünyanın ən mənasız yerüstü piyada keçidi hansıdır? Bu fotonu göndərə bilərsiniz 😂

Deyilənə görə foto Xaldan şəhərində çəkilib.