İnsan yönümlü şəhərlər ️
3.63K subscribers
2.51K photos
315 videos
2 files
791 links
Təhlükəsiz, rahat və müasir şəhərlər, piyada, velosiped və digər nəqliyyat növlərindən bəhs edirəm.

Dəstək olmaq: city4people.az/destek
Əlaqə: @City4People_az_Bot
Download Telegram
🚧 Cavanşir körpüsü ilə vidalaşma.

Bakının ən tanınmış körpülərdən biri 1962-ci ildə inşa edilmişdir, əsas məqsədi Bakı Dəniz Limanına gedən yük qatarlarının dəmir yolunu və avtomobil axınların ayırmaq idi.

🔹 Körpü ilk sovet kosmonavtı Yuri Qaqarinin adını daşımış (eyni adlı küçənin davamı idi), müstəqillik dövründə isə Qafqaz Albaniyasının hökmdarı Cavanşirin xatirinə adlandırmışdır.

🔹Maraqlıdır ki, orijinalı Sankt-Peterburqun Ermitaj muzeyində yerləşən heykəlin kiçik mulyajları körpünün hasarında səki boyu düzülmüşdür.

🔸 20 may 2024-cü il tarixindən etibarən körpü bağlanacaq, onun söküntü işlərinə başlanılacaq. Bakının bu məkanı birdəfəlik tarixə qovuşacaq.

#cavanşirkörpüsü
🌳 Xaqani bağı belə olacaq.

Yenidənqurma işləri bitəndən sonra burada yaşıl piyada zonası olacaq. Sizin üçün buranın fotoları çəkdim, amma paylaşmaqda Bakı Gündəliyi səhifəsi qabaqladı.

Necədir?
⬆️ Xaqani bağının layihəsində ən çox bəyənilməyən məqam bu oldu, deyəsən.

Təbii ki, burada parkinqin olması heç bir məna daşımır, çünki sağında 5-mərtəbəli qaraj var.

Ən yaxşı halda bu ərazi sərnişinlərin düşürdülməsi və mindirilməsi (drop-off/pick-up) üçün istifadə edilə bilər.

Başqa bir məsələ isə bu ərazi və ümumiyyətlə bütün mərkəzi küçələr asfalt yox, daşla döşənilməlidir.
🎞️ Cavanşir körpüsünün tarixi fotosu.

🔸 Vaxtilə körpüdə ikitərəfli hərəkət təşkil olunmuşdur və bir hissəsində svetofor quraşdırılmışdı.

Fikir verin arxa plandakı zavodlar indiki Ağ Şəhərin ərazisidir.

🚧 Körpünün söküntüsünə artıq başladılar.

📷 Foto 2000-ci illərin əvvəlinə aiddir.

#cavanşirkörpüsü
Bu da son…

🔘 Cavanşir körpüsü. 1962-2024.

#cavanşirkörpüsü
Please open Telegram to view this post
VIEW IN TELEGRAM