İnsan yönümlü şəhərlər ️
3.62K subscribers
2.5K photos
314 videos
2 files
790 links
Təhlükəsiz, rahat və müasir şəhərlər, piyada, velosiped və digər nəqliyyat növlərindən bəhs edirəm.

Dəstək olmaq: city4people.az/destek
Əlaqə: @City4People_az_Bot
Download Telegram
⬆️ Yadınıza gəlirsə, AAYDA-ya müraciət göndərmişdim ki, "8 noyabr" prospektində ağacların əkilməsində nəzərdə tutulmayıb.

Cavab verdilər ki, layihəni bu cür AYNA verib, biz sadəcə icra edən qurumuq. Çox maraqlıdır, nə baş verir. Martın sonunda, özləri demişdilər ki, işlər COP29 konfransına həsr olunub, necə olur ki, ekoloji tədbirə həsr olunmuş yenidənqurmada yaşıllıq nəzərdə tutulmasın.

🔸 Qeyd edim ki, AYNA tərəfindən mənim heç ilkin müraciətimə hələ cavab gəlməyib.

❗️ Təəssüf ki, vahid şəhər bələdiyyəsi olmayana qədər, qurumlar biri birinin üstünə məsuliyyəti bu cür rahatlıqla ata bilir.
Forwarded from Oxu.Az
Forwarded from Avropa Günlükləri
Media is too big
VIEW IN TELEGRAM
Budapest GO app- ı haqqında. Şəhərdə baş verən bütün nəqliyyatın gedişi öz əksini tapır.
🇦🇿 Bakıda səkiləri yeyib maşınlara verirlər, 🇫🇷 Parisdə isə həmin vaxt əks proseslər baş verir.
İllərdir effektiv olmayan metodlardan istifadə edərək, piyadaların iştirakı ilə qəzaların sayını azalda bilməyəcəyik.

❗️ Cərimələr çıxış yolu deyil, şərait yaratmaq lazımdır.
Media is too big
VIEW IN TELEGRAM
❗️ Yeraltı və yerüstü piyada keçidlərini müdafiə edənlərə bu videonu göstərin.
❗️ Son zamanlar şəhərdə səkilərin qanunsuz kəsilməsinizi və parkinqə çevrilməsini nəzərə alaraq, bu məsələləri maksimum ictimaiyyətləşdirmək lazımdır.

Bunun üçün Facebook-da ayrıca qrup açdıq, aktiv olun, dövlət qurumlarına da bu qrup haqqında məlumat verəcəm.

➡️ https://www.facebook.com/groups/413353818315124/
🔈 Dostlar, sizinlə daha çox yeni vloqlar paylaşmaq istəyirəm, amma bunu daha tez-tez etmək üçün, videoların montajında köməyə ehtiyacım var.

Bu işdə bacarığınız varsa, bu formanı doldura bilərsiniz.

➡️ https://forms.gle/aR9vPC9SxaVKru787

Bir birimizə uyğun olsa, sizinlə əlaqə saxlayaram. Bu işi bacaran dostlarınıza keçidi göndərə bilərsiniz.
⬆️ Bu mənzərəyə yalnız yiyəsi olmayan bir şəhərdə rast gəlinə bilər.

Ödənişli parkinqə görə pul verməsinlər deyə, sürücülər maşınlarını səkiyə dırmaşdırırlar.

🔸 Bu cür həyasızlığın cəriməsi ən azı 100 manat olmalıdır.
❗️ Bir ildən çoxdur ki, Koroğlu Rəhimov küçəsində qanunsuz tikilən yerüstü keçid sökülüb, amma səkini zəbt edən və piyadaların hərəkətinə maneə olan bu "bünövrə" hələ də qalır.

🔹 Qrupumuzdan.
🌍🔄 Şəhərlərin insan yönümlü transformasiyası.

🔹 Gəlin bir daha dünyanın müxtəlif ölkələrindən əvvəl/sonra fotolarına baxaq və düşünək - biz Bakının hansı istiqamətdə inkişafını istəyirik?