İnsan yönümlü şəhərlər ️
3.67K subscribers
2.54K photos
320 videos
2 files
810 links
Təhlükəsiz, rahat və müasir şəhərlər, piyada, velosiped və digər nəqliyyat növlərindən bəhs edirəm.

Dəstək olmaq: city4people.az/destek
Əlaqə: @City4People_az_Bot
Download Telegram
🇷🇺 Moskva şəhərində ödənişli parkinq tətbiqediləndən əvvəl və sonra.

Bu gün Bakıda bu cür tədbirlərin görülməsi hava-su kimi lazımdır.
ENLİ ZOLAQLAR QAYDA POZUNTULARINA GƏTİRİB ÇIXARIR

Çox vaxt deyirlər ki, bizim sürücülər tıxacda 2 zolaqdan 3 zolaq yaradır, ümumiyyətlə bizdə zolaq mədəniyyəti yoxdur və s. Bu qismən belə olsada, problemin kökü şəhərdə həddindən artıq enli hərəkət zolaqların təşkilidir.

Bir misal olaraq, Koroğlu Rəhimov küçəsində 4 metrdən artıq olan zolaqlar təşkil etməyə nə ehtiyac var axı? Ümumiyyətlə, mövcud standartlara görə zolağın maksimal eni 3,75 metr ola bilər, o da yalnız maqistral yollarında. Şəhər küçələrində 3-3,25 metr kifayətdir.

Üçüncü şəkildə göründüyü kimi, bu küçədə rahatlıqla zolağın enini 3 metr etmək olardı.

Daha ensiz zolaqlarda həm qayda pozuntuların sayı azalardı, həm də tıxacda həs kəs sivil şəkildə dayanardı.
Əhalinin 85%-ində şəxsi avtomobil yoxdur. Buna baxmayaraq, ictimai nəqliyyat 9 gün ərzində, bayramdan sonra isə yenə də bir neçə ay ərzində şənbə-bazar işləməyəcək.

Gəliri kəskin azalan əhali yenə də məcburi olaraq taksilərə pul tökməlidir. Əlində bir az əlavə pul olan insanlar isə özünə avtomobil alacaq və tıxaclar və onların fəsadları indikəndən də pis olacaq.

Belə başa düşürəm ki, Operativ Qərargahda yuxarıdakı yazılanları nəzərə alan bir nəfər belə tapılmadı.
🇺🇸 Nyu-York, Brodvey küçəsi.

10 il əvvəl Nyu-York sakinləri bu küçədə avtomobil hərəkətinin məhdudlaşdırılmasını böyük etirazla qarşılayırdı. Bu gün isə bura maşınların qayıtmasını istəyən bir nəfər belə tapılmır.
Heydər Əliyev prospektinin ən təhlükəli hissəsidir bura.

Sürət hər iki tərəfə 90 km/s olan bir yolda fiziki ayrıcı zolaq mütləq olmalıdır.

Daha doğrusu isə şəhər daxilində belə sürətlər olmamalıdır.

Ümid edirəm bu qəzada həlak olan olmayıb.
Azadlıq prospektində səkilər illərdir bu vəziyyətdədir.

Həqiqətən maraqlıdır, bu ərazidə yaşayan nəinki azmobilli, heç sağlam piyadalar üçün əlverişli olmayan səki vətəndaşları narahat etmir? Bir nəfər də olsun sakin və yaxud jurnalist bu məsələ ilə bağlı Nəsimi Rayon İcra Hakimiyyətinə müraciət etməyib?
Qara Qarayev prospektinin bir hissəsi.

Bakıda bütün küçə və prospektlər belə ola bilərdi. Amma qərar qəbul eləyən məmurlar hələ də düşünürlər ki bizim şəhərdə daha çox diqqət insanların rahatlığı və sağlamlığı deyil, məhz avtomobillərə ayrılmalıdır.
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇩🇰 Kopenhagendə bir küçə.

Tez-tez şərhlərdə yazırlar ki, Avropanı misal gətirməyin, "orada maşın azdır", Bakıda isə "həddindən artıq çox".

Əslində isə, indi baxdığınız videoda qısa bir zamanda ortastatistik Bakı küçəsinə nisbətən daha çox insan hərəkət edir. Çünki avtobus və velosiped zolaqları adi hərəkət zolaqlarına nisbətən daha çox insan daşıya bilir.

Müasir nəqliyyat siyasətində küçənin buraxılış qabiliyyəti avtomobillərin sayı ilə deyil, insanların sayı ilə ölçülür.

Ona görə, bu gün Bakıda tıxacların sayını azaltmaq üçün daha çox avtobus və velosiped zolaqları salınmalıdır. Və heç kim bunun əksini sübut edə bilməz.
🇷🇺🛴 Bu gündən Moskvada elektro-samokat icarəsi bərpa olunur.

Maraqlıdır ki, Moskvada bu xidmət sektorunda fəaliyyət göstərən özəl şirkətlər nəqliyyata cavabdeh olan "Департамент Транспорта Москвы" idarəsindən (bizim dildə "Bakı Nəqliyyat Agentliyi") dotasiyalar ala bilər.

2020-ci ildə sözügedən şəhərdə elektrik samokatlarla 2 milyondan çox səyahət qeydə alınıb, onların 500 mini daimi istifadəçilər tərəfindən olub.

Moskvada bu il samokatların sayı 10 minədək, veloparkinqlərin sayı isə 1300-yə çatdırılacaq.
Rusiyanın paytaxtında hazırda 900 km velosiped zolaqları mövcuddur, amma əgər velozolaq olmasa samokatı səki ilə də sürmək icazə var.

💰İcarənin qiyməti - ən ucuz operatorda bizim pul ilə təxmini 56 qəpik + hər dəqiqə üçün 11 qəpik.

Düşünürəm ki, bu gün Bakıda BNA tərəfindən belə xidmətlərin göstərilməsi üçün heç bir maneə yoxdur. Birinci addımı dövlət atmalıdır.
📊KİÇİK SORĞUDA İŞTİRAK EDİN VƏ LAYİHƏMİZİ DAHA FAYDALI OLMASI ÜÇÜN TÖVHƏ VERİN.

Hörmətli dostlar və izləyicilərimiz! Biz istəyirik ki, həm bu səhifə, həm bloqumuz və gələcək fəaliyyətimiz hər biriniz üçün daha faydalı və maraqlı olsun.

Bunun üçün bizə kömək edib, bir dəqiqə vaxt ayırıb sorğumuzda iştirak etməyinizi xahiş edirik.

Sorğu anonimdir.

Öncədən hər birinizə təşəkkürlər! 🙏

👉 https://forms.gle/vsZd2qG2JFa1zkVd7
⚠️ Bu gün Dövlət Yol Polisi məlumat yayıb ki, 2021-ci ilin 3 ayı ərzində respublika ərazisində ölüm və xəsarətlə nəticələnən 376 yol-nəqliyyat hadisəsi qeydə alınmışdır. Bu qəzalarda 125 nəfər həlak olmuş, 370 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti almışdır.

Bu qayda pozuntularının 43,2%-i sürücülər tərəfindən nəqliyyat vasitələrinin yüksək sürətlə idarə edilməsi nəticəsində baş verib.

Çox maraqlıdır ki, Yol Polisi ilə hər zaman söhbət edəndə, onlar yaşayış məntəqəsində sürət həddinin 60 km/s-dan 50-yə salınmasına qarşı olurlar, o cümlədən sürət həddinin aşılmasına görə cərimələrin artırılmasını məqsədəuyğun hesab etmirlər.
"Formula-1" gəlir. Darıxmışdıq belə mənzərələr üçün 😌
This media is not supported in your browser
VIEW IN TELEGRAM
İstənilən küçəni daha insan yönümlü etmək mümkündür.

Daha çox piyada və velosiped hərəkətinə uyğunlaşdırılan küçə daha sağlam şəhər mühiti, daha yüksək yaşayış keyfiyyəti və iqtisadi cəhətdən daha səmərəli olur.

🎥: Walter Dresscher
Nobel prospektinin adını dəyişib "8 Noyabr" qoydular.

Təbii ki, ölkədə vacib tarixləri əbədləşdirmək normal bir haldır.

Lakin, eyni adlı prospekt və metrostansiyasının təmamilə fərqli yerlərdə yerləşməsi şəhərdə naviqasiya üçün əlavə qarışıqlıq yaradacaq.

Bu prospekti hələ də el arasında "raboçiy" adlandırərlar. Belə çıxır ki, bu prospektin indi üç adı olacaq.

Ümumiyyətlə götürsək isə, küçələri və nəqliyyat qovşaqlarını hansısa tarix şərəfinə adlandırmaq tipik SSRİ-yə uyğun yanaşmadır. Misal üçün, "Zəfər" stansiyası və yaxud "Zəfər" prospekti daha yaxşı səslənərdi.

Siz necə düşünürsünüz? Fikirləriniz maraqlıdır.