AZAL - Azerbaijan Airlines
16K subscribers
1.72K photos
148 videos
622 links
"Azərbaycan Hava Yolları"nın rəsmi "Telegram" kanalı. Bütün yeniliklərdən dərhal xəbərdar olun.

Stikerlərimiz: https://t.me/addstickers/AzerbaijanAirlinesPlane
Download Telegram
Göy üzünə həsr olunan həyat! ✈️

Dəyərli pilotumuz Əlibaba Tapdıqlı Bakı-Bodrum-Bakı reysi üzrə yekun uçuşla karyerasını tamamladı. Yüksək peşəkarlıqla həyata keçirdiyi hər uçuşda sərnişinlərə xoş səyahət təcrübəsi yaşadan pilotumuza təşəkkür edirik.
51👏23😢3
✈️ AZAL-da hazırda vakansiya mövcuddur:

🔹 Marketinq İdarəsinin SMM və Motion dizayneri

Müraciət etmək və ətraflı məlumat üçün linkə daxil olun: http://www.azal.az/az/azal-aviasirketi/karyera

AZAL-da sizə də yer var!

Son müraciət tarixi: 18.08.2023
14
“YAŞAT” Fondunun və “ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı ilə şəhid övladları üçün həyata keçirilən və Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan 3-cü “YAŞAT” düşərgəsində AZAL əməkdaşları da iştirak ediblər.

"Azərbaycan Hava Yolları"nın peşəkar pilot və təyyarə bələdçisi düşərgədə qonaq olub və iştirakçıları maraqlandıran sualları cavablandırıblar. Həmçinin uçuş təhlükəsizliyi barədə təlim ilə dinləyiciləri bu mövzuda maarifləndiriblər. Sonda isə düşərgə iştirakçılarına xüsusi hədiyyələr təqdim edilib.
19👏1
“Azərbaycan Hava Yolları” aviaşirkəti “PASHA Travel” turoperatoru ilə birgə Misirə çarter reyslərinin sayını artıracaq✈️.

Noyabrın 4-dən etibarən Bakıdan Şarm əl-Şeyxə uçuşlar həftədə iki dəfə - çərşənbə və şənbə günləri yerinə yetiriləcək😍.

Şarm əl-Şeyx inkişaf etmiş turizm infrastrukturu, gözəl mərcan çimərlikləri ilə tanınır və il boyu turizm mövsümü ilə məşhurdur🏖️🌴.

Bu reyslərə aviabiletləri www.azal.az saytından, AZAL mobil tətbiqi vasitəsilə və aviaşirkətin akkreditə olunmuş agentliklərindən əldə etmək olar. Misirə turlar Azərbaycanın bütün turizm agentliklərində də satışa çıxarılır.
11👏5😢2
Gənclərin gücü, enerjisi sayəsində ölkəmiz, dünyamız daha da yüksələcək. Beynəlxalq Gənclər Gününüz mübarək!
23👏8
AZAL ilə arzuladığınız rahatlıqda
səyahət edəcəksiniz. Bəs siz hansına üstünlük
verirsiniz?

Ön sırada rahatlığınız üçün daha geniş yerli oturacaq
Nisbətən səssiz zonada rahat oturacaq
Göstərilən yerlərin seçilməsi uçuşdan öncə bilet satış
ofislərində və ya çağrı mərkəzi vasitəsilə, həmçinin
hava limanında qeydiyyat zamanı mümkündür.

Uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə qəza
çıxışlarında yerlərin satışı xidməti təhlükəsizlik
tələblərini oxuyub yerinə yetirməyə qadir olmayan və ya
15 yaşdan aşağı olan sərnişinlərə təqdim olunmur və
belə sərnişinlərin hava gəmisinin salonunda yeri
dəyişdiriləcəkdir.
18😢2👏1
Sentyabr ayı festivallarla doludur! 🎉 Berlin, Paris, Milan, İzmir bir-birindən zövqlü və əyləncəli tədbirlərlə sizi gözləyir. AZAL-ın istiqamətləri sizi əyləncəyə aparır! ✈️
Bilet əldə etmək üçün: www.azal.az
👏98