AZAL - Azerbaijan Airlines
16K subscribers
1.73K photos
148 videos
622 links
"Azərbaycan Hava Yolları"nın rəsmi "Telegram" kanalı. Bütün yeniliklərdən dərhal xəbərdar olun.

Stikerlərimiz: https://t.me/addstickers/AzerbaijanAirlinesPlane
Download Telegram
Azərbaycanlı alpinist İsrafil Aşurlı dağlıq ərazidə köməksiz qalmış şəxsi xilas edib. Bununla o, dünyanın diqqət mərkəzində olaraq hər kəsin təqdirini qazanıb. AZAL olaraq biz də ona yeni səyahətlərində yeni zirvələrə çatması üçün aviabilet hədiyyə etdik.

Həmvətənimiz İsrafil Aşurlı ilə qürur duyuruq. 🇦🇿
👏6134😢1
Hava limanı indi sərnişinlər üçün daha rahatdır. Belə ki, siz hava limanına gəldikdə artıq parkinq zonasına daxil olmadan 1-ci Terminalın qarşısında avtomobildən enə biləcəksiniz. Xatırladaq ki, ayrılmış bu zolaqda enmək üçün sizə 3 dəqiqə vaxt veriləcək. Həmçinin, hava limanında parkinqin ilk 15 dəqiqəsi ödənişsizdir.

Videonu izləmək üçün: https://bit.ly/hava-limanı-daha-rahat
👏168😢1
Xarici səfərlərinizdə istiqamət seçərkən daha çox hansına önəm verirsiniz?
Anonymous Poll
36%
Gedəcəyiniz ölkədəki xərclər
22%
Viza tətbiq olunub-olunmaması
35%
Gəzməli yerlərin çoxluğu
7%
Tanışların olub-olmaması
😢116
Təbiətlə şəhərin harmoniyasına unudulmaz səyahət! ✈️

Dağların əhatəsində, təbiətlə iç-içə Bişkekdə siz ortaq mədəniyyətimizin izlərini görə və Mərkəzi Asiyanın parlaq tarixinə yaxından şahid ola bilərsiniz.

İlk uçuş 22 iyulda baş tutacaq və bu tarixdən etibarən mütəmadi olaraq uçuşlar həyata keçiriləcək. AZAL-ın birbaşa reysləri ilə bu möhtəşəm şəhəri kəşf etməyin əsl vaxtıdır! 😍

Bilet əldə etmək üçün: www.azal.az
👏122
Səudiyyə Ərəbistanının daha iki şəhərinə AZAL-ın yeni reysləri açılır. ✈️

Belə ki, AZAL 15 sentyabrdan etibarən Bakıdan Səudiyyə Ərəbistanının əzəmətli paytaxtı Ər-Riyada və şərq sahilinin ləl-cəvahiratı Dammama həftədə iki dəfə uçuşlar təşkil edəcək. Bu şəhərlərə səyahət edərək Ərəbistanın ecazkar tarixini və təbiətini görə, müasirliyini kəşf edə bilərsiniz. Uçuş cədvəli və aviabiletlərə ətraflı məlumatı rəsmi saytımızdan, mobil tətbiqimizdən və akkreditə olunmuş agentliklərdən əldə edə bilərsiniz.

Bu şəhərləri və heyran olacağınız gözəllikləri kəşf etməyə tələsin! 😍

Bilet əldə etmək üçün: www.azal.az
😢13🔥84
22 iyul - Milli Mətbuat Günüdür. 🇦🇿

148 il əvvəl Həsən bəy Zərdabi “Əkinçi” qəzetində ilk toxumları səpəndə inkişaf etmiş, müasir mədəniyyətlər səviyyəsində Azərbaycan görməyi xəyal etmişdi. Bu gün ölkəmiz bu xəyalın reallaşmasının haqlı qürurunu yaşayır.

Milli Mətbuat Günümüz mübarək!
👏158😢2
22 iyul tarixində "Azərbaycan Hava Yolları"nın Bakıdan Bişkekə ilk reysi baş tutub. ✈️

Təyyarəmiz Bişkek hava limanında xüsusi təntənə ilə qarşılanıb.

Mərkəzi Asiyanın ən böyük şəhərlərindən birinə açılan bu tarixi reys həm Qırğızıstan, həm də Azərbaycan üçün çox əhəmiyyətli hadisədir.

Qeyd edək ki, Bakı-Bişkek reysi hər şənbə günü baş tutacaq.
👏2319😢2
Pilotumuzun kapitan olaraq göy üzündəki ilk imzası! ✈️

AZAL-ın yeni kapitanı Nurlan Murudov 25 iyul tarixində Bakı-Dubay-Bakı reysi ilə ilk sərbəst uçuşunu həyata keçirdi. Həyəcanı, göylərə olan sərhədsiz sevgisi və özünə inamı ilə hamımıza ilham olan kapitanımızın həmkarları tərəfindən qarşılanma görüntülərini sizlərə təqdim edirik.

Videonu izləmək üçün: https://youtube.com/shorts/2AcuD1kfA98
👏2520😢2
AZAL-dan Bakı ilə Naxçıvan arasında səyahət edənlərə sevindirici xəbər! 🤩

Belə ki, bu istiqamətlərdə uçuşların tezliyi gündə 10 dəfəyədək artırıldı. Bununla da səfərlərinizi daha rahat planlaya biləcəksiniz. Üstəlik ehtiyac olduqda əlavə uçuşlar da həyata keçiriləcək. ✈️

Xatırladaq ki, Bakıdan Naxçıvana və ya əks istiqamətə səyahət edərkən aviabiletlərinizi qabaqcadan alaraq sizin üçün ən əlverişli vaxtı seçə bilərsiniz. Bunun üçün rəsmi www.azal.az saytımıza daxil olun və ya AZAL-ın kassalarına müraciət edin.

Sual yarandığı təqdirdə callcenter@azal.az elektron ünvanı və ya +994(55) 204 65 54 “WhatsApp” nömrəsi vasitəsilə çağrı mərkəzinə müraciət edə bilərsiniz.
👏169😢6🔥2
2023-cü ilin oktyabr ayında “Azərbaycan Hava Yolları” və “Buta Airways” vahid AZAL brendi altında birləşəcək.

Birləşmə hər iki aviaşirkətin ən yaxşı keyfiyyətlərini özündə ehtiva etməklə, sərnişinlərimiz üçün sərfəli tariflərlə səyahət etmək imkanlarını daha da genişləndirəcək, eləcə də müştərilərimizin səyahətlərini rahat planlamasını və onlara göstərilən xidmət səviyyəsində artımı təmin edəcək.

“Buta Airways”ə məxsus bütün reyslər birləşmədən sonra da hazırda mövcud olan eyni sərfəli qiymətlərlə, lakin daha üstün xidmət səviyyəsi ilə vahid AZAL brendi altında təklif olunacaq. İl ərzində müxtəlif güzəşt kampaniyaları da davam etdiriləcək.

Sərnişinlər üçün aviadaşımaları daha da əlçatan etmək üçün AZAL bütün reyslərində yeni “Buta Budget” baqajsız tarifi təklif edəcək. Bundan əlavə, bütün tariflərə əl yükü daxil ediləcək və “Buta Budget” istisna olmaqla baqajın daşınması norması artırılacaq. Həmçinin sərnişinlərimizə yenilənmiş menyu təqdim olunacaq.

İstiqamətdən asılı olmayaraq bütün reyslərin biletlərini vahid www.azal.az internet saytı üzərindən və AZAL mobil tətbiqi vasitəsilə bron etmək və ödənişi həyata keçirmək mümkün olacaq. Hər iki aviaşirkətin birləşməsi və yeni daşınma şərtləri ilə bağlı ətraflı məlumat həmçinin AZAL-ın rəsmi saytında və sosial şəbəkə hesablarında ictimaiyyətə təqdim olunacaq.
😢1913👏7
✈️ AZAL-da hazırda yeni vakansiya mövcuddur:

🔹 Müştəri Təcrübəsi İdarəsinin “Azal Miles” proqramı şöbəsinin mütəxəssisi

Müraciət etmək və ətraflı məlumat üçün linkə daxil olun: www.azal.az/az/azal-aviasirketi/karyera

AZAL-da sizə də yer var!

Son müraciət tarixi: 05.08.2023
22😢2
✈️ AZAL-da hazırda dörd vakansiya mövcuddur:

🔹 İnformasiya Texnologiyaları İdarəsinin Proqramlaşdırma qrupunun kiçik mütəxəssisi
🔹 İstehsalat və Hava Limanının Koordinasiya İdarəsinin Terminalların İdarəetmə Mərkəzinin BMS operatoru
🔹 Terminalların İdarəetmə Mərkəzinin İstehsalatın təşkilinə nəzarət üzrə dispetçeri
🔹 Perronda təhlükəsizliyə nəzarət üzrə mühəndis

Müraciət etmək və ətraflı məlumat üçün linkə daxil olun: www.azal.az/az/azal-aviasirketi/karyera

AZAL-da sizə də yer var!

Son müraciət tarixi: 11.08.2023
13👏3
AZAL sərnişinlərin onlayn qeydiyyatdan keçmə müddətini 24 saatdan 48 saata artırdı.

Məqsəd sərnişinlərə daha rahat və xoş bir səyahət təcrübəsi yaşatmaqdır. Bu xidmət onlara vaxta qənaət etməyə, səyahətlərini daha diqqətlə planlaşdırmağa və oturacaq seçməyə kömək edəcək. Dəyişikliklər bu aydan etibarən qüvvəyə minəcək.

Onlayn qeydiyyatdan keçmək üçün www.azal.az/az/registration saytına daxil olun.
👏1510