AZAL - Azerbaijan Airlines
16K subscribers
1.73K photos
148 videos
623 links
"Azərbaycan Hava Yolları"nın rəsmi "Telegram" kanalı. Bütün yeniliklərdən dərhal xəbərdar olun.

Stikerlərimiz: https://t.me/addstickers/AzerbaijanAirlinesPlane
Download Telegram
✈️ AZAL-da hazırda dörd vakansiya mövcuddur:

🔹 Çağrı Mərkəzinin mütəxəssisi
🔹 Zalda işin təşkili üzrə mütəxəssis
🔹 Zal üzrə növbətçi
🔹 Portye

Müraciət etmək və ətraflı məlumat üçün linkə daxil olun: https://www.azal.az/az/company/career

AZAL-da sizə də yer var!
👏92🔥1
Sizə yeni xəbərimiz var!

Artıq Bakı hava limanının 2-ci Terminalı beynəlxalq reyslər üçün yenidən açıqdır. İyun ayının 20-dən etibarən AZAL-ın brendi olan “Buta Airways” beynəlxalq reyslərini bu terminaldan həyata keçirəcək. ✈️

Sərnişinlərə vacib uçuş məlumatları ilə diqqətlə tanış olmaqları tövsiyə olunur.

Hər kəsə xoş uçuşlar və rahat səyahət arzulayırıq.
👏16😢97
AZAL Bakı ilə Naxçıvan arasında reyslərə aviabiletlərin alınması prosedurunu asanlaşdıracaq - yaxın zamanlarda biletləri yalnız onlayn şəkildə aviaşirkətin rəsmi www.azal.az saytından əldə etmək mümkün olacaq.

Bu dəyişiklik sərnişinin AZAL-ın kassalarında keçirdiyi vaxtını xeyli azaldacaq və biletlərin alınması prosesini onun üçün daha asan və şəffaf edəcək.

Bu istiqamətdə aviabiletlərin onlayn satışına tam keçidin dəqiq tarixi daha sonra açıqlanacaq.
👏284😢3
AZAL nüfuzlu “World Airline Awards 2023” mükafatı ilə Mərkəzi Asiya və MDB üzrə ən yaxşı regional aviaşirkət adına layiq görülərək, yenidən öz yüksək statusunu təsdiq edib. 🏆

Aviaşirkət regionda aviadaşımalar bazarında öz liderliyini təsdiq edərək və daima sərnişinlərə keyfiyyətli xidmət göstərmək arzusunu nümayiş etdirərək rekord sayda – on ikinci dəfə nüfuzlu mükafata sahib olub. Bu möhtəşəm nailiyyət AZAL-ın sabitləşmiş nüfuzunu və aviasiya sahəsində möhkəm mövqeyini sübut edir.

“World Airline Awards” mükafatı qeyri-rəsmi “aviasiya Oskarı” statusuna malikdir. Bu mükafat 1999-cu ildən etibarən hər il aviaşirkət və hava limanı xidmətlərinin keyfiyyətinin aparıcı qlobal qiymətləndiricisi, İngiltərənin “Skytrax” konsaltinq agentliyi tərəfindən təqdim edilir. 🤩
👏179🔥3
“Uşaqlara pulsuz Dubay” kampaniyası davam edir! 😍

İndi göydələnləri, çimərlikləri və alış-veriş mərkəzləri ilə məşhur Dubayı kəşf etməyin ən sərfəli vaxtıdır. Çünki kampaniya çərçivəsində böyüklər üçün iki bilet almaqla uşaq biletini hədiyyə qazanacaqsınız. 🎉

Dubaya səyahətin üstünlükləri bununla da yekunlaşmır. Siz bu şəhərdə həmçinin möhtəşəm alış-veriş festivalına da qatıla bilərsiniz. İyunun 29-dan sentyabrın 3-dək keçirilən ənənəvi “Dubai Summer Surprises” şoppinq festivalı çərçivəsində müxtəlif əyləncələr, lotereyalar, endirimlər və bir çox başqa sürprizlər də yolunuzu gözləyir. 🛍️

Fürsəti qaçırmamaq üçün turizm agentliyi vasitəsilə bilet əldə edin və ya callcenter@azal.az ünvanlı çağrı mərkəzi ilə əlaqə saxlayın.

📝 Qeyd: “Uşaqlara pulsuz Dubay” kampaniyası çərçivəsində əldə etdiyiniz pulsuz biletlərə hava limanı vergiləri tətbiq olunur.

Ətraflı məlumat: https://www.azal.az/az/offer/1387
8👏1
⚠️ “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətinin məlumatı - YENİLƏNİB

“Azərbaycan Hava Yolları”nın əlverişsiz hava şəraiti ilə əlaqədar Bakıdan Naxçıvana təxirə salınmış reysləri hava şəraiti yaxşılaşdığı təqdirdə iyunun 23-də saat 06:00-da yerinə yetiriləcək.

Reyslər:

J2-2251 (uçuş saatı 17:30),
J2-265 (uçuş saatı 18:00),
J2-261 (uçuş saatı 19:40),
J2-257 (uçuş saatı 21:30),

Bu marşrut üzrə təxirə salınmış digər reyslərin sərnişinlərinə uçuş saatı haqqında əlavə məlumat daha sonra veriləcək.

Gecikmiş reyslərin sərnişinləri aviaşirkətin rəsmi sosial şəbəkə hesablarında və KİV-lərdə ən son məlumatları əldə edə, eləcə də callcenter@azal.az elektron ünvanı vasitəsilə əlaqə saxlaya bilərlər.


_

“Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətinin məlumatı.

Ölkə ərazisində müşahidə olunan əlverişsiz hava şəraiti “Azərbaycan Hava Yolları” QSC-nin Naxçıvan istiqamətində uçuşlarının cədvəlinə təsir etməkdə davam edir.

Əlverişsiz hava şəraiti ilə əlaqədar Bakıdan Naxçıvana uçuşların həyata keçirilməsi qeyri-müəyyən müddətə təxirə salınıb.

AZAL gecikmiş reyslərin sərnişinlərindən aviaşirkətin rəsmi sosial şəbəkə hesablarında və KİV-lərdə son məlumatları izləmələrini və ya əlavə məlumat üçün
callcenter@azal.az elektron poçt ünvanı vasitəsilə əlaqə saxlamaqlarını xahiş edir.

Aviaşirkət Naxçıvanda əlverişsiz hava şəraiti səbəbindən uçuşları təxirə salınan sərnişinlərə bu vəziyyətlə əlaqədar anlayış və səbir nümayiş etdirmələrini tövsiyə edir.

Aviaşirkətin qaydalarına əsasən, gecikmiş reyslərin sərnişinləri zəruri vasitələrlə, o cümlədən içki və qidalanma ilə təmin olunacaqlar.

Qeyd edək ki, uçuşların təhlükəsizliyi, sərnişinlərin və ekipaj üzvlərinin rifahı AZAL üçün hər zaman ən yüksək prioritetdir. Buna görə də uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə bütün reyslər yalnız əlverişli hava şəraitində həyata keçiriləcək.
😢85🙏3
⚠️ “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətinin məlumatı.

Respublika ərazisində davam edən əlverişsiz hava şəraiti və Naxçıvan istiqamətində uçuş cədvəlinin dəyişməsi ilə əlaqədar “Azərbaycan Hava Yolları” aviaşirkətinin bir sıra beynəlxalq reyslərinin həyata keçirilməsində müvəqqəti gecikmə yaranıb.

Aşağıda 23 iyuna nəzərdə tutulan uçuşların yerinə yetirilməsində dəyişikliklərin cədvəli təqdim edilib:

- Bakı-Domodedovo marşrutu üzrə saat 09:00-a planlaşdırılan AHY181/182 reysi saat 11:00-da yerinə yetiriləcək. Gecikmə 2 saat təşkil edir.

- Bakı-Praqa-Bakı marşrutu üzrə saat 07:00-a planlaşdırılan AHY109/110 reysi saat 11:00-da yerinə yetiriləcək. Gecikmə 4 saat təşkil edir.

- Bakı-Tbilisi-Bakı marşrutu üzrə saat 09:30-a planlaşdırılan AHY9223/9224 reysi saat 11:00-da yerinə yetiriləcək. Gecikmə 1,5 saat təşkil edir.

- Bakı-Antalya-Bakı marşrutu üzrə saat 14:20-a planlaşdırılan AHY125/126 reysi saat 15:50-da yerinə yetiriləcək. Gecikmə 1,5 saat təşkil edir.

Aviaşirkət uçuşların gecikməsi nəticəsində yarana biləcək narahatlığı minimuma endirmək və gözləmə zamanı sərnişinlərin rahatlığını təmin etmək üçün bütün lazımi tədbirləri görür.

Gecikmiş reyslərin sərnişinləri aviaşirkətin rəsmi sosial şəbəkə hesablarında və KİV-lərdə ən son məlumatları əldə edə, həmçinin callcenter@azal.az elektron ünvanı vasitəsilə əlaqə saxlaya bilərlər.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
3
⚠️ “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətinin məlumatı - YENİLƏNİB

Naxçıvanda hava şəraitinin müvəqqəti yaxşılaşması ilə əlaqədar olaraq “Azərbaycan Hava Yolları” dünəndən etibarən təxirə salınmış 4 reys həyata keçirib: J2-2251, J2-265, J2-261 və
J2-257.

Gecikmiş J2-267 reysinin sərnişinlərinin Bakıdan Naxçıvana saat 10:40-da uçacağı gözlənilir.

Bu marşrut üzrə digər gecikmiş reyslərin sərnişinlərinə uçuş vaxtı haqqında əlavə məlumat mümkün olduğu təqdirdə veriləcək.

Meteoroloqların proqnozuna görə, Naxçıvanda hava şəraiti gündüz saatlarında yenidən pisləşə bilər, bununla əlaqədar AZAL sərnişinlərdən reysinin yola salınması ilə bağlı məlumat gözləməyi və daha sonra hava limanına gəlməyi xahiş edir.

Gecikmiş reyslərlə bağlı aktual məlumatı aviaşirkətin rəsmi sosial şəbəkə hesablarında və KİV-lərdə əldə etmək, həmçinin callcenter@azal.az elektron poçt ünvanı vasitəsilə əlaqə saxlamaq mümkündür.
5
AZAL Azərbaycan və Qırğızıstanın paytaxtlarını birləşdirəcək. ✈️

AZAL iyulun 15-dən etibarən Bakıdan Qırğızıstanın paytaxtına və əks istiqamətdə reyslər həyata keçirməyə başlayacaq. Bakı-Bişkek marşrutu üzrə uçuşlar aviaşirkət tərəfindən həftədə bir dəfə - şənbə günləri həyata keçiriləcək. 🤩

Dağlarla əhatə olunmuş Bişkek parlaq mədəniyyəti, milli adət-ənənələri və qonaqpərvərliyi ilə məşhurdur.

AZAL-ın reyslərinə biletləri artıq rəsmi www.azal.az saytından, həmçinin aviaşirkətin mobil tətbiqi vasitəsilə əldə etmək olar.

Unudulmaz səyahətə çıxmaq fürsətini qaçırmayın.
16👏4
✈️ Hazırda “AZAL” QSC-də Biznes Analitika Mərkəzinin analitika üzrə mütəxəssis vakansiyası mövcuddur.

📍Ətraflı məlumat: www.azal.az/az/company/career

AZAL-da sizə də yer var!
10👏1
Hava Limanında yenilik!

Artıq 1-ci Terminalın parkinq zonasınında sıra üzrə ayrılmış 3-cü xəttində sərnişinləri şəxsi avtomobil və ya taksi vasitəsilə park etmədən limitli zaman çərçivəsində düşürmək mümkün olacaq.

Əlavə vaxt itirməmək və parkinq yerində saxlamamaq üçün 3-cü xətdən istifadə etməyi unutmayın.
👏167😢1
Zəfərin baş rolunda olan, ölkəmizin ərazi bütövlüyünü qoruyan və bayrağımızı daim zirvələrdə dalğalandıranları Silahlı Qüvvələr Günü münasibətilə təbrik edirik!
27🔥2
AZAL-dan sevindirən kampaniya.

Qurban bayramı münasibətilə 28 iyun-2 iyul tarixlərində aviabiletlərə 20% güzəşt olunacaq.

Ətraflı məlumat: https://www.azal.az/az/seyahete-hazirlasin/xususi-teklifler/qurban-promo-az
18🔥1
Bütün dualarınızın səmaya yüksəlib cavab tapdığı, evinizdə sevinc, süfrənizdə bərəkətin bol olduğu bir bayram diləyirik.

Qurban bayramınız mübarək!
48🙏22👏1
AZAL sərnişinlərin Bakı-Naxçıvan reyslərinə olan tələbatını tam ödəyir

Sərnişinlərin artan tələbatına cavab olaraq AZAL Bakı-Naxçıvan-Bakı marşrutu üzrə gündəlik reyslərin sayını 10-dan 12-yə çatdırıb.

Azərbaycanın milli aviadaşıyıcısı sərnişinlərin Bakı-Naxçıvan arasında reyslərə olan tələbatını tam ödəyir. Bu istiqamətdə heç bir sərnişin biletsiz qalmayıb.

Qeyd edək ki, bu marşrut üzrə gündəlik 11-12 reys həyata keçirilir ki, bu da sərnişinlərə səfərlərin planlaşdırılmasında rahatlıq və ən əlverişli uçuş vaxtını seçmək imkanı yaradır. Məsələn, iyulun 1-də 12, iyulun 2-də isə 11 reysin həyata keçirilməsi nəzərdə tutulub.

Uçuşların sayının artması ilə əlaqədar biletlərin mövcudluğu tam təmin olunduğundan sərnişinlərin aviabilet almaq üçün AZAL-ın kassalarının qarşısında növbəyə durmağa ehtiyac qalmayıb.
11👏4😢1
Sərnişinlər Bakı-Naxçıvan-Bakı marşrutu üzrə aviabiletləri aviaşirkətin www.azal.az saytından, AZAL-ın rəsmi kassalarından onlayn əldə edə, həmçinin callcenter@azal.az elektron poçt ünvanı və ya +994(55)204 65 54 nömrəsi vasitəsilə Whatsapp üzərindən əlaqə mərkəzinə müraciət edə bilərlər.

Qeyd edək ki, respublikadaxili reyslərə aviabiletlərin qiyməti Tarif Şurası tərəfindən tənzimlənir və hazırda Bakı-Naxçıvan və Naxçıvan-Bakı istiqamətlərində Azərbaycan vətəndaşları üçün 60 manat, xarici ölkə vətəndaşları üçün isə 70 manat təşkil edir.

Bundan əlavə, 18 yaşınadək əlil uşaqlar, tələbələr, həmçinin I və II qrup əlillər üçün 10 manat güzəşt tətbiq edilir. Yalnız bu kateqoriyadan olan sərnişinlər aviabiletləri aviaşirkətin Bakı və Naxçıvan hava limanlarındakı rəsmi kassalarında əldə edə bilərlər. Həmin sərnişinlər biletləri alarkən müvafiq sənədləri təqdim etməlidirlər.
11👏5
Endirimli biletlər üçün son fürsət.

Qurban bayramı münasibətilə 2 iyul tarixinə qədər aviabiletlərə 20% güzəşt olunacaq.

Ətraflı məlumat: https://www.azal.az/az/seyahete-hazirlasin/xususi-teklifler/qurban-promo-az
19🔥2
Media is too big
VIEW IN TELEGRAM
Aviadaşımalara artan tələbatı nəzərə alaraq, AZAL Bakı-Naxçıvan-Bakı marşrutu üzrə səyahət etməyi planlaşdıran sərnişinlərə aviabiletləri uçuşdan daha əvvəl əldə etməyi tövsiyə edir. Beləliklə, aviabiletləri əvvəlcədən əldə etmək onlara mümkün narahatlıqların qarşısını almağa kömək edəcəkdir.

Sual yarandığı təqdirdə sərnişinlər callcenter@azal.az elektron ünvanı və ya +994(55) 204 65 54 “WhatsApp” nömrəsi vasitəsilə çağrı mərkəzinə müraciət edə bilərlər.
19😢9👏1
Göy üzünə həsr olunan həyat! ✈️

Dəyərli pilotumuz İlham Əmirov son uçuşunu həyata keçirdi. Həm peşəkarlığı, həm də xarakteri ilə bütün əməkdaşlarımıza ilham olan nümunəvi pilotumuzun son uçuşundan görüntüləri sizinlə paylaşırıq.

İndiyə qədər göstərdiyi əzm və verdiyi əməklər üçün kapitan İlham Əmirova təşəkkür edirik!

Videonu izləmək üçün: https://bit.ly/pilotun-son-ucusu
45👏13🙏4😢1