AZAL - Azerbaijan Airlines
16.1K subscribers
1.69K photos
146 videos
620 links
"Azərbaycan Hava Yolları"nın rəsmi "Telegram" kanalı. Bütün yeniliklərdən dərhal xəbərdar olun.

Stikerlərimiz: https://t.me/addstickers/AzerbaijanAirlinesPlane
Download Telegram
Adananın təbiət və tarixlə dolu möcüzələrini kəşf edin!

📍 Anavarza antik şəhəri – unudulmaz qəhrəmanlıqların izlərini daşıyan bir tarix səhnəsi. Divarlarına toxunsanız, keçmişin nəfəsini hiss edərsiniz.
📍 Akyatan gölü – sakitliyi ilə ruh oxşayan, flaminqolarla bəzənmiş rəngarəng bir təbiət rəsmi. Göl kənarında dayanıb bu gözəlliyə tamaşa edin.
📍 Küp şəlaləsi – yaşıllıqlar arasında gizlənmiş bir sərinlik möcüzəsi. Həm istidən qaçmaq, həm də gözəl kadrlar çəkmək üçün ideal yerdir.
📍 Tavr dağları – təbiətlə baş-başa qalmaq, buludlara bir addım daha yaxınlaşmaq istəyənlər üçün əsl macəra.
📍 İlanqala – dağların başında qərar tutmuş, sanki göylərə söykənmiş bir qala. Uzaqlara baxdıqca tarixə səfər edirsiniz.

Adana-Mersin reyslərinə biletlərinizi rəsmi saytımız və mobil tətbiqimiz vasitəsilə əldə edin.

✈️

Discover the wonders of Adana, full of nature and history!

Anavarza Ancient City – a stage of history bearing the traces of unforgettable heroism. Touch its walls and you’ll feel the breath of the past.
Akyatan Lake – a colorful portrait of nature, adorned with flamingos and soothing with its serenity. Just standing by the lake to admire this beauty is enough...
Küp Waterfall – a refreshing miracle hidden among lush greenery. The perfect spot both to escape the heat and to capture stunning shots.
Taurus Mountains – a true adventure for those who want to be alone with nature and get one step closer to the clouds.
Snake Castle – a castle perched atop the mountains, as if leaning against the sky. As you gaze into the distance, you travel through history.

Get your tickets for Adana-Mersin flights via our official website or mobile app.

#AZAL #AzerbaijanAirlines #flyAZAL
Təyyarədə pilot kabinəsini görən hər kəsin beynindən eyni sual keçir: “Bunların hamısını necə yadda saxlamaq olar?” 🤔

Pilot kabinəsi onlarla düymə, qol və göstəricidən ibarət mürəkkəb bir idarəetmə panelidir. Pilotumuz Ruslan Məmmədov onların bir neçəsinin təyinatını izah edir. 👨‍✈️

Gəlin ilk baxışda qarışıq görünən aləmin sirrini birlikdə kəşf edək!

✈️

Everyone who sees the cockpit of a plane has the same question in mind: “How can anyone remember all of this?”

The cockpit is a complex control panel consisting of dozens of buttons, levers, and indicators. Our pilot, Ruslan Mammadov, explains the function of some of them.

Let’s discover the secrets of this seemingly complicated world together!

#AZAL #AzerbaijanAirlines #flyAZAL
🎶 İyun ayı musiqi və enerji ilə gəlir! 🎸

Yay qapını döyür, dünya səhnələri festival və konsertlərlə canlanır!

Hazırsınız? İyunda ritmlər sizi dünyanın müxtəlif guşələrinə aparacaq! 🥁

✈️

June is coming with music and energy!

As summer taps at your door, stages across the globe burst into life with unforgettable festivals and concerts.

Are you ready? In this June, rhythms will take you to different corners of the world!

#AZAL #AzerbaijanAirlines #flyAZAL
“Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin Bakıdan Rusiyanın Moskva şəhərinə planlaşdırılan J2-181 (“Domodedovo” aeroportu) və J2-807 (“Vnukovo” aeroportu) nömrəli reysləri təyinat məntəqəsində hava məkanının bağlı olması səbəbindən gecikir.

Gecikən reyslərin sərnişinləri aviaşirkətin qaydalarına uyğun olaraq bütün zəruri vasitələrlə təmin olunurlar.

Eyni zamanda, AZAL-ın Bakıdan Hindistanın Mumbay şəhərinə planlaşdırılan J2-059 nömrəli reysi Pakistan üzərində hava məkanının bağlı olması səbəbindən təxirə salınıb.

AZAL uçuşların təhlükəsizliyini rəhbər tutaraq vəziyyəti diqqətlə izləməyə davam edir və sərnişinləri yeniliklər barədə məlumatlandıracaq.

✈️

Рейсы авиакомпании Azerbaijan Airlines (AZAL) J2-181 (аэропорт «Домодедово») и J2-807 (аэропорт «Внуково») из Баку в Москву, Россия, задерживаются из-за закрытия воздушного пространства в пункте назначения.

Пассажирам задержанных рейсов предоставляется все необходимое в соответствии с правилами авиакомпании.

Кроме того, рейс J2-059 авиакомпании AZAL, запланированный из Баку в Мумбаи (Индия), был отложен из-за закрытия воздушного пространства над Пакистаном.

AZAL продолжает внимательно следить за ситуацией, руководствуясь соображениями безопасности полетов, и будет информировать пассажиров о любых изменениях.
Forwarded from Life at AZAL
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Uçuşa hazırsınız? ✈️

AZAL-da təyyarə bələdçisi vakansiyası artıq aktivdir.
AZAL veb-saytının “Karyera” bölməsinə keçid edərək müraciət etməyi unutmayın! 💙
“Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin Bakıdan Rusiyanın Moskva şəhərinə planlaşdırılan J2-181 (“Domodedovo” aeroportu) və J2-807 (“Vnukovo” aeroportu) nömrəli reysləri sözügedən marşrutun müəyyən hissələrində məhdudiyyətlərin hələ də tətbiq edilməsi səbəbindən təxirə salınıb.

AZAL uçuşların təhlükəsizliyini rəhbər tutaraq vəziyyəti diqqətlə izləməyə davam edir və sərnişinləri yeniliklər barədə məlumatlandıracaq.

Əlavə suallar yaranarsa, sərnişinlər callcenter@azal.az elektron poçt ünvanı vasitəsilə aviaşirkətə müraciət edə bilərlər.
✈️ Səmərqənddən kəşfə çıxmağa hazırsınız? O zaman bu 5 unikal istiqamət sizi gözləyir!

📍 Xivə – qala divarları, məscidlər və karvansaraylarla dolu bu şəhər sizi Orta əsrlərə aparacaq. UNESCO mirası İçan-Qalanı mütləq görməlisiniz!
📍 Buxara – "Min bir gecə" nağıllarını xatırladan bu şəhər tarixi abidələri ilə sizi valeh edəcək.
📍 Şəhrisəbz – Əmir Teymurun doğma şəhəri! Qədim memarlıq nümunələri ilə zəngin şəhərdə Aksaray məqbərəsini mütləq ziyarət edin.
📍 Aydar Gölü – səhranın ortasında bir möcüzə. Çadırda gecələyin, ulduzların altında sakitlik tapın və göl kənarında əsl təbiət romantikasını yaşayın.
📍 Nurota Dağları – dağlar arasında gizlənmiş qədim kəndlər, mənzərəli yollar və isti bulaqlar. Həm aktiv səyahət, həm də təbiətlə ünsiyyət üçün əla seçimdir.

Səmərqəndə biletləri rəsmi saytımız və mobil tətbiqimiz vasitəsilə əldə edin.

***

Ready to set off on an adventure from Samarkand? Then these 5 unique destinations are waiting for you!

Khiva – With its fortress walls, mosques, and caravanserais, this city will transport you straight to the Middle Ages. Don't miss the UNESCO World Heritage Site of Itchan Kala!
Bukhara – A city that brings to mind the tales of One Thousand and One Nights, full of historical monuments that will leave you mesmerized.
Shakhrisabz – The birthplace of Amir Timur! Rich in ancient architectural marvels, make sure to visit the Aksaray Mausoleum while you're there.
Aydarkul Lake – A true wonder in the heart of the desert. Spend a night in a yurt, find peace under the stars, and enjoy the serene romance by the lake.
Nuratau Mountains – Hidden mountain villages, scenic trails, and warm springs. A perfect destination for both active travel and connecting with nature.

Book your tickets to Samarkand through our official website or mobile app.

#AZAL #AzerbaijanAirlines #flyAZAL
ℹ️ Rusiyanın Moskva şəhəri üzərində hava məkanında olan məhdudiyyətlər aradan qaldırıldığı üçün “Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin Bakı-Moskva-Bakı marşrutu üzrə uçuşları dünən axşamdan bərpa olunub və artıq cədvələ uyğun ştat rejimində həyata keçirilir.