AZAL - Azerbaijan Airlines
16.1K subscribers
1.69K photos
146 videos
620 links
"Azərbaycan Hava Yolları"nın rəsmi "Telegram" kanalı. Bütün yeniliklərdən dərhal xəbərdar olun.

Stikerlərimiz: https://t.me/addstickers/AzerbaijanAirlinesPlane
Download Telegram
Bu gün Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasından 102 il ötür.

“Azərbaycan Hava Yolları” QSC-nin rəhbərliyi və kollektivi müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar olaraq onun Fəxri xiyabandakı məzarını ziyarət edib.

Ziyarətçilər Ulu Öndərin məzarının önünə əklil və gül dəstələri qoyaraq dahi şəxsiyyətin əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla yad edilib, məzarı üzərinə güllər düzülüb.

✈️

Today marks the 102nd anniversary of the birth of the National Leader of the Azerbaijani people, Heydar Aliyev.

The leadership and staff of Azerbaijan Airlines CJSC visited the tomb of the National Leader of our people and the founder of modern independent Azerbaijan, Heydar Aliyev, at the Alley of Honor, on the occasion of the 102nd anniversary of his birth.

The visitors placed a wreath and flowers at the grave of the National Leader and honored the memory of the great statesman with deep respect.

The memory of prominent ophthalmologist and academician Zarifa Aliyeva was also respectfully commemorated, with flowers laid on her grave.
Pakistan və Hindistan hava məkanlarında tətbiq edilən məhdudiyyətlər aradan qaldırıldığı üçün "Azərbaycan Hava Yolları"nın (AZAL) sözügedən ölkələrə reysləri mərhələli şəkildə bərpa edilir.

Qeyd edək ki, AZAL-ın Pakistanın Lahor şəhərinə bu günə planlaşdırılan reysi cədvələ uyğun həyata keçiriləcək.

Əlavə suallar yaranarsa, sərnişinlər callcenter@azal.az elektron poçt ünvanı vasitəsilə aviaşirkətə müraciət edə bilərlər.
Bu gün Bakıda IATA-nın Aviasiya Enerji Forumunun başlanğıcı qarşılama tədbiri ilə qeyd olundu. Beynəlxalq iştirakçıları bir araya gətirən bu axşam həm qonaqpərvərliyimizi, həm də qarşıdakı müzakirələrin öncədən yaratdığı dinamikanı əks etdirdi.

13–15 may tarixlərini əhatə edəcək forumda Dayanıqlı Aviasiya Yanacağı (SAF), aviasiya sektorunun karbonsuzlaşdırılması, dayanıqlı yanacaq növlərinin tətbiqi və enerji transformasiyası prosesində aviaşirkətlərin rolu geniş şəkildə müzakirə olunacaq.

Azərbaycanın ev sahibliyi etdiyi bu mötəbər platforma ölkəmizin aviasiya sahəsində artan rolunu bir daha göstərir.

✈️

Today in Baku, the IATA Aviation Energy Forum began with a welcome event - an evening that brought together international participants and showcased both Azerbaijan’s renowned hospitality and the momentum building around the upcoming discussions.

Taking place from May 13 to 15, the forum will feature extensive dialogue on Sustainable Aviation Fuel (SAF), the decarbonization of the aviation sector, the implementation of sustainable fuel types, and the role of airlines in the energy transformation process.

By hosting this prestigious platform, Azerbaijan once again reaffirms its growing role in the global aviation industry.

#AZAL #IATA #IATAAEF #AEF2025BAKU
Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin tərkibində fəaliyyət göstərən AZAL-ın dəstəyi ilə Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) Aviasiya Enerji Forumu Bakıda işə başladı.

13–15 may tarixlərində keçirilən bu tədbir Cənubi Qafqaz və Xəzər regionunda ilk dəfə təşkil olunur və dayanıqlı aviasiya yanacağı, enerji keçidi, sıfır emissiyalı gələcək kimi mövzuları müzakirə etmək üçün beynəlxalq platforma rolunu oynayır.

Açılış mərasimində AZAL QSC-nin prezidenti Samir Rzayev çıxış edərək Azərbaycanın aviasiya sənayesində artan rolunu və dayanıqlılığa sadiqliyini vurğuladı.

Forumda 60-dan çox ölkənin, 70-dən artıq aviaşirkətin nümayəndələri iştirak edir.

✈️

With the support of AZAL, operating under the Azerbaijan Transport and Communications Holding, the IATA Aviation Energy Forum has officially started in Baku.

Taking place on May 13-15, this is the first time such an event is held in the South Caucasus and Caspian region, bringing global aviation leaders together to discuss sustainable aviation fuel, energy transition, and a net-zero future.

In the opening ceremony, AZAL President Samir Rzayev highlighted Azerbaijan’s growing role in aviation and its commitment to sustainability.

The forum gathers over 70 airlines from more than 60 countries.

#AZAL #IATA #IATAAEF #AEF2025BAKU #Sustainability #Aviation #EnergyTransition #Baku
Bu gün, 13 may tarixində “Aviasiya Enerji Forumu 2025” çərçivəsində AZAL Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin tərkibində fəaliyyət göstərən şirkət olaraq Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) “CO2 Connect” proqramına qoşuldu.

Sənəd AZAL-ın Baş Kommersiya İnzibatçısı Cəmil Manizadə və IATA-nın Türkiyə, Mərkəzi Asiya və Azərbaycan regionu üzrə nümayəndəsi Funda Çalışır tərəfindən imzalanıb.

IATA ilə “CO2 Connect” müqaviləsinin imzalanması AZAL-a dəqiq CO2 emissiyaları məlumatlarını paylaşmağa və dekarbonizasiya hədəflərinə uyğun olaraq daha məlumatlı, dayanıqlı səyahət seçimlərini dəstəkləməyə imkan verir.

✈️

Today, on May 13, as part of the Aviation Energy Forum 2025, AZAL, operating under the Azerbaijan Transport and Communications Holding, has officially joined IATA’s CO2 Connect program.

The agreement was signed by Jamil Manizade, Chief Commercial Officer at AZAL, and Funda Calisir, IATA’s Area Manager for Türkiye, Central Asia, and Azerbaijan.

The signing of the CO2 Connect agreement with IATA enables AZAL to share accurate CO2 emissions data and support more informed, sustainable travel choices in line with its decarbonization goals.

#AZAL #IATA #IATAAEF #AEF2025BAKU #CO2Connect #Sustainability
“Aviasiya Enerji Forumu 2025” çərçivəsində AZAL Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) Ətraf Mühitin Qiymətləndirilməsi Proqramı olan IEnvA-ya qoşuldu.

Müqaviləni AZAL-ın Baş Kommersiya İnzibatçısı Cəmil Manizadə və IATA-nın Türkiyə, Mərkəzi Asiya və Azərbaycan regionu üzrə nümayəndəsi Funda Çalışır imzalayıblar.

IEnvA proqramı AZAL-a müxtəlif əməliyyat sahələri üzrə ətraf mühitə təsirini daha yaxşı qiymətləndirməyə, ətraf mühit göstəricilərini yaxşılaşdırmağa və bu sahədə daha sistemli yanaşma formalaşdırmağa şərait yaradacaq.

✈️

As part of the Aviation Energy Forum 2025, AZAL has also joined IATA’s Environmental Assessment Program (IEnvA).

The agreement was signed by Jamil Manizade, Chief Commercial Officer at AZAL, and Funda Calisir, IATA’s Area Manager for Türkiye, Central Asia, and Azerbaijan.

The IEnvA program will enable AZAL to better assess its environmental impact across various operational areas, improve environmental performance indicators, and establish a more systematic approach in this field.

#AZAL #IATA #IATAAEF #AEF2025BAKU #IEnvA #Sustainability