AZAL - Azerbaijan Airlines
16K subscribers
1.71K photos
147 videos
622 links
"Azərbaycan Hava Yolları"nın rəsmi "Telegram" kanalı. Bütün yeniliklərdən dərhal xəbərdar olun.

Stikerlərimiz: https://t.me/addstickers/AzerbaijanAirlinesPlane
Download Telegram
7👏1
📣 AZAL Çinin “Hainan Airlines” aviaşirkəti ilə əməkdaşlığa başlayıb.

AZAL kommersiya əməkdaşlığı çərçivəsində “Hainan Airlines” aviaşirkəti ilə xüsusi proreyt sazişi imzalayıb. Saziş hər iki aviaşirkətin sərnişinlərinə vahid aviabilet və cəlbedici tariflərlə Bakı və Pekindən keçərək yeni istiqamətlər üzrə səyahət etmək imkanı verir.

Saziş çərçivəsində AZAL sərnişinləri Pekin vasitəsilə “Hainan Airlines” aviaşirkətinin Çində həyata keçirdiyi 28 istiqamətə çıxış əldə edirlər. Bundan əlavə, “Hainan Airlines” AZAL sərnişinlərinə Pekindən Banqkok, Phuket, Tokio və Taypey kimi beynəlxalq istiqamətlər təklif edir.

Aviabiletləri AZAL-ın rəsmi kassalarından və akkreditə olunmuş agentliklərindən əldə etmək mümkündür.

✈️

📣 AZAL and Hainan Airlines form official partnership.

AZAL has recently entered into a special prorate agreement with Hainan Airlines. This agreement marks the beginning of a commercial partnership, allowing passengers from both airlines to seamlessly travel to new destinations through Baku and Beijing, all under a single ticket with attractive fares.

Under this cooperation, AZAL passengers now have access to 28 destinations served by Hainan Airlines in China, with Beijing as a connecting hub. Additionally, Hainan Airlines provides AZAL passengers with international flights from Beijing to destinations such as Bangkok, Phuket, Tokyo, and Taipei.

Tickets can be purchased from AZAL’s official ticket offices and accredited agencies.

#AZAL #AzerbaijanAirlines #flyAZAL
👏173
🧳 Baqaj üçün birkanı necə istifadə etmək olar? Təyyarə bələdçimiz nümayiş etdirir. Gəlin izləyək!

ℹ️ Birka – baqajın tanınması üçün verilən etiketdir.

✈️

Learn how to use a luggage tag with our flight attendant's demonstration. Let's watch the video!

A luggage tag is a label designed to identify your baggage.

#AZAL #AzerbaijanAirlines #flyAZAL
6👏5🔥1
Tarixi və bənzərsiz şəhər Vyanaya yeni təklifimizi qarşılayın! 🏰 Bakı-Vyana-Bakı 555₼-dan başlayan qiymətlərlə! 🥳

Geniş dövrü əhatə edən kampaniyamızın təklif etdiyi fürsətlərdən indi yararlanın!

Satış tarixləri: 15.12.2023 – 21.12.2023
✈️ Uçuş tarixləri: 16.01.2024 – 11.06.2024

Uçuşlar həftədə 2 dəfə – çərşənbə axşamı və cümə günləri həyata keçirilir.

👉 Aviabiletləri rəsmi www.azal.az saytından, AZAL mobil tətbiqindən və ya aviaşirkətin akkreditə olunmuş agentliklərindən əldə edin.

***

Get ready for our new offer to the historic and unique city of Vienna! Baku-Vienna-Baku with prices starting from 555₼!

Enjoy the advantages throughout the extended duration of the campaign!

Sales period: 15.12.2023 – 21.12.2023
Flight period: 16.01.2024 – 11.06.2024

Flights are operated twice a week on Tuesdays and Fridays.

Book your tickets on the official website - www.azal.az, via AZAL mobile app or from accredited agencies of the airline.

#AZAL #AzerbaijanAirlines #flyAZAL #Vienna
10😢1
Yeni ilin ilk ayı üçün sizə möhtəşəm tövsiyələrimiz var!

Avropanın müxtəlif şəhərlərinə səfər edərək könlünüzcə gəzə, möhtəşəm festivallarda doyunca əylənə bilərsiniz. 🎊🎷

AZAL-ın istiqamətləri sizi yeni macəralara aparır! ⛄️

✈️ Bilet üçün: azal.az

***

We have great recommendations for the first month of the new year!

Explore vibrant European cities and immerse yourself in the joy of fantastic festivals.

Your journey to new adventures begins with AZAL!

For tickets: azal.az

#AZAL #AzerbaijanAirlines #flyAZAL
👏63😢1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
✈️ Pilot Anar Mikayılov ilə növbəti səyahətə çıxırıq! Pilot kabinəsindən nəfəs kəsən mənzərələri izləməyə hazır olun! 😎

Join Pilot Anar Mikayilov as we embark on our next journey. Get ready for jaw-dropping views from the cockpit that will leave you in awe!

#AZAL #AzerbaijanAirlines #flyAZAL
64👏11🔥5
ℹ️ Yeni il bayramı və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində Bakı-Naxçıvan-Bakı marşrutu üzrə aviadaşımalara tələbatın gözlənilən artımını nəzərə alaraq AZAL bu şəhərlər arasında səyahət etməyi planlaşdıranlara aviabiletləri öncədən əldə etməyi tövsiyə edir.

Aviadaşımaların pik dövrləri hər zaman sərnişin axınının və uçuşlara tələbatın artması ilə müşayiət olunur. Bununla əlaqədar olaraq aviaşirkət sərnişinlərə ən uyğun uçuş vaxtını seçmək və narahatlıqla qarşılaşmamaq üçün biletləri əvvəlcədən almağı məsləhət görür.

Aviabiletləri aviaşirkətin www.azal.az rəsmi saytından, yenilənmiş mobil tətbiqindən və ya AZAL-ın kassalarından əldə etmək mümkündür.


ℹ️ In anticipation of the expected increase in air travel demand en route Baku-Nakhchivan-Baku during the New Year and World Azerbaijanis Solidarity Day, AZAL offers valuable advice for those intending to travel between these cities. It is highly recommended to book your tickets in advance.

During peak periods of air traffic, passenger volume and flight demand tend to be high. Consequently, the airline suggests that passengers proactively purchase their tickets in advance to guarantee the best choice of departure time and avoid any potential inconveniences.

Tickets can be booked on the airline's official website www.azal.az, via the renewed mobile app or purchased at AZAL ticket offices.

#AZAL #AzerbaijanAirlines #flyAZAL
👏64
AZAL Bakı-Pekin istiqamətində birbaşa reysini uğurla həyata keçirib. Təyyarə dekabrın 19-da Bakı vaxtı ilə saat 19:40-da Bakıdan Çinin paytaxtına doğru havaya qalxıb və dekabrın 20-də yerli vaxtla saat 06:50-də Pekində eniş edib.

Reysin təntənəli qarşılanma mərasimində aviaşirkətin nümayəndələri, Azərbaycanın və Çinin diplomatları və qonaqları, o cümlədən Azərbaycanın Çindəki fövqəladə və səlahiyyətli səfiri Bünyad Hüseynov iştirak ediblər.

Bakı-Pekin-Bakı marşrutu üzrə uçuşlar həftədə iki dəfə çərşənbə axşamı və bazar günləri yerinə yetiriləcək. Aviabiletləri aviaşirkətin rəsmi www.azal.az saytından, mobil tətbiqindən, AZAL-ın kassalarından və ya akkreditə olunmuş agentliklərindən əldə etmək mümkündür.

✈️

AZAL successfully operated its direct flight from Baku to Beijing. The aircraft departed Baku at 19:40 local time and arrived in Beijing on December 20th at 06:50 local time.

The grand welcoming ceremony was attended by representatives of the airline, diplomats, guests from Azerbaijan and China, and Mr. Bunyad Huseynov, the Ambassador Extraordinary and Plenipotentiary of Azerbaijan to China.

Flights between Baku and Beijing will be operated twice a week, specifically on Tuesdays and Sundays. Tickets can be purchased through the airline's official website www.azal.az, mobile application, AZAL ticket offices, or accredited agencies.

#AZAL #AzerbaijanAirlines #flyAZAL
16👏6😢1
✈️ Karyeranızı yüksəklərə qaldırın! Təyyarə Bələdçisi vəzifəsinə işə qəbulu davam etdiririk!

Tələblərlə tanış olmaq və müraciət etmək üçün ➡️ bit.ly/azalfavacancy

☝️ Vakansiya yalnız xanım namizədlər üçün nəzərdə tutulub.

***

Elevate your career to new heights! We are continuing the recruitment for the position of Flight Attendant!

To check the requirements and apply, visit bit.ly/azalfavacancy

Please note that this vacancy is exclusively for female candidates.
20🔥1