AZAL - Azerbaijan Airlines
16K subscribers
1.72K photos
148 videos
622 links
"Azərbaycan Hava Yolları"nın rəsmi "Telegram" kanalı. Bütün yeniliklərdən dərhal xəbərdar olun.

Stikerlərimiz: https://t.me/addstickers/AzerbaijanAirlinesPlane
Download Telegram
✈️👨‍✈️ Beynəlxalq Mülki Aviasiya Günü münasibətilə 7 dekabr tarixində AZAL və “LIBRAFF” kitab mağazaları şəbəkəsinin təşkilatçılığı ilə məktəbliləri oxumağa, maariflənməyə təşviq etmək, həmçinin şagirdlərin peşə seçiminə dəstək olmaq məqsədilə “Pilotları tanıyaq” adlı tədbir keçirilib.

“LIBRAFF” tərəfindən həyata keçirilən layihənin budəfəki qonaqları AZAL-ın "Boeing 787" təyyarəsinin təlimatçı-kapitanı Emin Məlikov və "Airbus 319/320" təyyarəsinin 2-ci pilotu Könül Əfəndiyeva olublar. Tədbirdə iştirak edən Avropa Azərbaycan Məktəbinin 9-11-ci sinif şagirdləri AZAL-ın əməkdaşlarına bu peşənin sirləri və çətinlikləri haqqında suallar ünvanlayıblar. Pilotlarımız şagirdlərlə öz uğur hekayələrini bölüşüb və onların suallarını cavablandırıblar.

***

As part of AZAL and LIBRAFF's joint initiative for International Civil Aviation Day, the "Let’s Get to Know the Pilots" event on December 7 aimed to encourage reading, education, and support students' career choices.

The LIBRAFF project featured guests Emin Melikov, instructor-captain of the Boeing 787, and Konul Afandiyeva, second pilot for the Airbus 319/320 at AZAL. Students from the 9th and 11th grades at the European Azerbaijan School asked the AZAL representatives about their profession's secrets and challenges. Our pilots shared success stories and answered students' questions.

#AZAL #AzerbaijanAirlines #flyAZAL
15👏1
🔥53
✍️ 🌏 Səyahətə artan tələbatı nəzərə alaraq marşrut şəbəkəmizi genişləndirir, uçuşların tezliyini artırırıq. Bunun üçün də “AirHub Airlines” və “GetJet Airlines” aviaşirkətləri ilə üç təyyarənin icarəsinə dair “yaş lizinq" sazişi imzalamışıq.

Saziş çərçivəsində təyyarələrin icarəsi və uçuş heyətinin təminatı nəzərdə tutulur.

Sərnişinlərlə uçuş heyəti arasında yarana biləcək dil maneələrini aradan qaldırmaq üçün təyyarələrdə əcnəbi heyətlə yanaşı, AZAL-ın öz təyyarə bələdçiləri də mövcuddur. Həmçinin, uçuşdan öncə və uçuş zamanı bütün məlumatlar ilk növbədə Azərbaycan dilində səsləndirilir.

Bəs siz ağ təyyarələrimizlə hara uçmusunuz?

✈️

Responding to the increasing demand for travel, we are expanding our route network and boosting flight frequencies. To achieve this, we've recently inked a 'wet leasing' agreement with AirHub Airlines and GetJet Airlines, securing the lease of three planes.

The agreement encompasses both aircraft leasing and the provision of a flight crew.

To address potential language barriers between passengers and the flight crew, AZAL ensures the presence of its own flight attendants alongside the foreign crew on planes. Additionally, all pre-flight and in-flight information is primarily communicated in Azerbaijani.

Have you taken a journey with our white planes?

#AZAL #AzerbaijanAirlines #flyAZAL
22👏2
12 dekabr – Ümummilli lider Heydər Əliyevin anım günüdür.
Allah rəhmət eləsin!

December 12 is the Memorial Day of National Leader Heydar Aliyev.
Rest in peace!

#AZAL #AzerbaijanAirlines #HeydarAliyev
20🙏6😢4
AZAL-ın kollektivi dekabrın 12-də Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin Anım Günündə Fəxri xiyabanda Ulu öndərin məzarını ziyarət edib.

AZAL rəhbərliyi və əməkdaşları dahi şəxsiyyətin məzarı üzərinə əklil və gül dəstələri qoyaraq onun xatirəsini ehtiramla yad ediblər. Heydər Əliyevin həyat yoldaşı, görkəmli oftalmoloq-alim akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə də güllər düzülüb.

***

On the occasion of the Day of Remembrance of Heydar Aliyev, the Great Leader of the Azerbaijani people, the AZAL team visited his gravesite at the Alley of Honor on December 12.

In a respectful ceremony, the AZAL management and employees honored the memory of this remarkable figure by placing wreaths and flowers at his grave. Additionally, floral tributes were laid at the resting place of Heydar Aliyev's wife, the distinguished ophthalmologist-scientist academician Zarifa Aliyeva.

#AZAL #AzerbaijanAirlines #HeydarAliyev
14👏4🙏3
📣 Dubay səyahətinizə həyəcan qatın! Dubayın turizm məkanlarında sərnişinlərə təqdim etdiyimiz endirimləri gözdən qaçırmısınızsa, bir daha xatırladaq.

🔹 "Dolphin Bay" delfinariyası və "The Lost Chambers" okeanariumu — 15% endirim
🔹 "The View at the Palm" baxış meydançası və "AYA Universe" muzeyi — 20% endirim

Səyahət tarixləri: 15 noyabr 2023-cü il - 31 mart 2024-cü il

Endirimdən yararlanmaq üçün qeyd olunan məkanları ziyarət edərkən minik talonu və pasport təqdim edilməlidir.

☝️ Təklif yalnız birdəfəlik istifadə üçün keçərlidir və BƏƏ-nin dövlət bayramları zamanı tətbiq edilmir.

✈️

📣 Spice up your Dubai adventure! In case you missed it, we've got exclusive discounts waiting for our passengers at Dubai's top tourist spots.

🔹 15% off at the Dolphin Bay Dolphinarium and The Lost Chambers Aquarium
🔹 20% off at The View at the Palm observation deck and the AYA Universe Museum

Travel period: November 15, 2023 to March 31, 2024

To activate the discounts, boarding passes and passports should be presented when visiting these sites.

☝️ The offer is valid for single use only and is not applicable during public holidays in the UAE.

#AZAL #AzerbaijanAirlines #flyAZAL
👏61🔥1