Azad Şuşa 🇦🇿
19 subscribers
8 photos
3 videos
12 links
Əziz Şuşa, sən azadsan!
Download Telegram
Channel created
Channel photo updated
🇦🇿 Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi aşağıdakı vakansiyalar üzrə namizədlər axtarır:

📍 Tarixi memarlıq üzrə mütəxəssis — 2635 ₼

📍 Monitorinq üzrə mütəxəssis — 2635 ₼

📍 Smeta mühəndisi — 2786 ₼

📍 İnşaat mühəndisi — 2786 ₼

📍 Sahə rəisi — 2786 ₼


📌 t.me/azadshusha
📢 Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov:

— Azad edilmiş ərazilərin turizm potensialının reallaşdırılması istiqamətində işlər aparılır.

Azərbaycan Qarabağda “yaşıl zona” konsepsiyasını həyata keçirərək bu əraziləri bərpa edir, tikinti işlərində yüksək texnologiyalardan istifadə olunur.

Hazırda keçmiş məcburi köçkünlərin Şuşaya qayıtması üçün infrastrukturun yaradılması istiqamətində də işlər aparılır.

Məşğulluğun və insan kapitalının inkişafı üzərində işləyirik.

Şəhərdə lazımi infrastruktur yaradılır.

İstəyirik ki, tezliklə buraya qayıdacaq keçmiş məcburi köçkünlərin sabit həyatı üçün etibarlı zəmin yaradılsın.

📍 Azərbaycan-BMT tərəfdaşlığı üzrə İllik Yüksək Səviyyəli Strateji Məsləhətləşmələr konfransı, Ağdam.

📌 t.me/azadshusha
🇦🇿 Şuşa ilə Novi Pazar qardaşlaşdı!

Mədəniyyət paytaxtımızda Şuşa ilə Serbiyanın Novi Pazar şəhərləri arasında mədəniyyət, turizm, iqtisadiyyat və digər sahələri əhatə edən qardaşlaşma haqqında anlaşma memorandumu imzalanıb.

Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəliyinin dəvəti ilə Şuşa şəhərində rəsmi səfərdə olan Serbiyanın Novi Pazar şəhərinin meri Nihad Bişevaçin rəhbərlik etdiyi nümayəndə heyəti ilk olaraq Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimovla görüşüb.

İmzalanma mərasimindən sonra qonaqlarla xatirə şəkli çəkildi, şəhərin tarixi məkanlarında gəzinti oldu.

📌 t.me/azadshusha
🇦🇿 Şuşanın tarixi

Şuşa şəhərinin əsası 18-ci əsrin ortalarında qoyulub. Tarixi mənbələrə görə, Qarabağ xanı Pənahəli xan aramsız hücumlardan qorunmaq üçün 1750-ci illərdə Bayat və Şahbulaq adlı qalalar tikdirsə də, bu qalalardan heç biri xanlığı fasiləsiz müharibələrdən qoruya bilmir.

Qarabağ tarixini araşdıran Azərbaycan tarixçiləri yazırlar ki, dəniz səviyyəsindən 1300-1600 m. hündürlükdə yerləşən və üç tərəfdən sıldırım qayalarla əhatə olunan dağ yaylası bu tələblərə tam cavab verdiyindən, Pənahəli xan şəhəri elə burda salır. Şəhər əvvəlcə onun şərəfinə Pənahabad adlandırılsa da, sonralar Şuşa çağrılıb.

Qarabağ xanlığı Rus-Fars müharibəsi nəticəsində Araz çayının şimalındakı digər xanlıqlarla birlikdə 19-cu əsrin əvvəllərində Rusiya imperiyasına birləşdirilib.

Azərbaycanda Sovet dövlətinin ilk illərində 1921-ci ildə Şuşa yeni yaradılmış Dağlıq Qarabağ Muxtar Vilayətinin mərkəzi kimi müəyyənləşdirilib.

Lakin bu qərar 1923-cü ildə dəyişdirilib və mərkəz Xankəndinə köçürülüb.

📌 t.me/azadshusha
🇦🇿 Şuşanın əhalisi

Xanlıq və sovet dövründə şəhər əhalisinin əksəriyyəti azərbaycanlılar olub.

Tarixçilərin bildirdiyinə görə, Rus İmperiyası dövründə Dağlıq Qarabağın demorafiyasını dəyişmək üçün 1828-1830-cu illərdə Cənubi Qafqaza İrandan 40 min, Türkiyədən 84 min erməni əhalisi köçürülüb.

19-cu əsrdə Şuşada azərbaycanlılarla yanaşı ermənilər də yaşayıblar, tarixçilər qeyd ediblər.

📌 t.me/azadshusha
🇦🇿 Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev İli” çərçivəsində Mədəniyyət Nazirliyi tərəfindən təşkil edilən silsilə tədbirlər davam edir.

📢 Regionlarda mədəniyyət həyatının fəallaşdırılması,əhalinin, xüsusilə də gənclərin asudə vaxtının keyfiyyətinin yüksəldilməsi, yerli yaradıcı kollektivlərlə daha sıx ünsiyyət və faydalı təcrübə mübadiləsi məqsədi daşıyan bu səfərlər bayram tətillərinin ilk günlərindən başlanır.

🎭 Novruz bayramı günləri paytaxtın səkkiz aparıcı mədəniyyət ocaqının kollektivi ölkənin müxtəlif regionlarında maraqlı repertuarla bölgə tamaşaçılarının qarşısına çıxacaq.

👑 Şuşa Dövlət Musiqili Dram Teatrı “Lənkəran xanının vəziri”ni qusarlı tamaşaçılarla görüşdürəcək.

📆 Axundzadənin bu məşhur əsərinin tamaşası martın 23-də Qusar Dövlət Ləzgi Dram Teatrında oynanılacaq.

📌 t.me/azadshusha
🇦🇿 Bu ilin birinci yarısında Şuşa, Ağdam, Füzuli, Kəlbəcər, Zəngilan rayonları ərazisində 5 meteoroloji stansiyanın bərpası çərçivəsində avtomat meteoroloji stansiyaların istismara verilməsi nəzərdə tutulub.

📌 t.me/azadshusha
Forwarded from Kərim Kərimli
🇦🇿🥀 31 mart - Azərbaycanlıların Soyqırımı Günü

1918-ci ilin mart soyqırımları öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdən biridir.

Əllərinə düşən fürsətdən istifadə edən ermənilər uşaq, qoca, qadın demədən minlərlə insanı qılıncdan, süngüdən keçirdilər, diri-diri yandırdılar.

Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıtdılar.

Bakının böyük bir hissəsini xarabalığa çevirdilər.

Azərbaycanlıların soyqırımı təkcə Bakıda deyil, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda, Gəncədə və digər bölgələrdə xüsusi qəddarlıqla həyata keçirildi.

Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetirildi, şəhər və kəndlər yandırıldı, milli mədəniyyət abidələri dağıdılıb məhv edildi.

Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımı faciələrini qeyd etmək məqsədilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edildi.

✊🏻📚 İstiqlal Nəşriyyatı | Kitablara Hürriyyət, mütaliəyə İstiqlal!
🚦 Yol hərəkəti qaydalarının pozulmasına görə cərimələrin bir hissəsi Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinə köçürüləcək.

✍🏻 Bu, Prezident İlham Əliyevin müvafiq Fərmanında əksini tapıb.

💰 Fərmana əsasən, yol hərəkəti təhlükəsizliyini təmin etmək və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədi ilə yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydalarının pozulmasına görə İnzibati Xətalar Məcəlləsinə əsasən tətbiq edilən cərimələrdən, nəqliyyat vasitələrinin müşayiət olunması və haqqı ödənilən digər əlavə xidmətlərdən daxil olan vəsaitin 93 faizi Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi və Bakı Nəqliyyat Agentliyi və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi hesabına, 7 faizi isə dövlət büdcəsinə köçürülür.

📌 t.me/azadshusha