Forwarded from STFU - Shut The Fuck Up!
Salam, hər kəsə dostlar. Deməli, bildiyimiz mübarizələr təkcə döyüş meydanında deyil, həm də informasiya sferasında gedir. Son dövrlərdə fişinq və.s üsullar ilə bir çox şəxslərin aldadıldığının şahidi oluruq. Hal hal hazırda hər birimizin məqsədi bu tip hücumlara qarşı mübarizə aparmaq və həmçinin birlik olub bu mübarizədən ziyansız çıxmaqdır. Ona görə aşağıdakı qaydalara maksimum əməl edək.
1. Tanımadığımız şəxslərdən gələn e-poçt və mesajları açmayaq.
2. Rəsmi olmayan heç bir mənbədən proqram quraşdırılmasını və ya hər hansısa bir faylın yüklənməsini təmin etməyək.
3. Sosial aləmdə tanımadığımız şəxslərə şəxsi məlumatlarımızı verməyək.
4. Bank kartı və ya digər məlumatlarımızı məxfi saxlayaq.
5. Telefon və kompüterlərimizdə daim anti-virus tətbiqlərini aktiv saxlayaq.
6.Tanımadığımız və bilmədiyimiz saytlardan alış-veriş etməyək və linklərə daxil olmayaq.
7.Ətrafımızdakı insanları bu barədə daim məlumatlandırmağa çalışaq.
#STFU #Paylaşaq #Maariflənək
Please open Telegram to view this post
VIEW IN TELEGRAM