❓ Bu nə düşüncədi ? Bu nə təfəkkürdü? Hərkəs məlum neqativ videonu axtarır ki baxsın? Siz heç düşünürsünüz ki bu video sizdə hansı psixoloji dəyişikliyi yarada bilər? Hansı hala gələr bilərsiniz anlayırsınız bunu? 13 yaşlı uşaqlar bu videodan danışır, nə işi var bu videonun 13 yaşlı uşaqda? Gələcəyə necə bir psixologiyada uşaq yetişdirdiyinin fərqindədirmi bəzi valdeyinlər? Hələ məlum videonu yaymağa çalışan xəbər kanalları Adminlər ölüb yerə girirsiniz siz? Nə üzərindən “prim kasırsınız” xəbəriniz var? Ay insanlığını pula izlənməyə satmışlar nə etdiyinizin fərqindəsiniz siz? Bu videonu yaymağa çalışanlar ən az o videodakı şəxs qədər günahkar hesab olunmalıdır.
➡️ Qoruyun ətrafınızı, qoruyun yaxınlarınızı, uşaqları. Sağlam həyat sağlam psixologiya ilə formalaşır. 6 aylıqdan uşaqlarınızı telefona öyrədib məhv etməyin. Texnologiyaya ayaq uydurmaq bu deyil.