Next Station 🚉
1.29K subscribers
600 photos
5 videos
543 links
🚂 Səni növbəti dayanacağa aparan inkişaf platforması.
Download Telegram
🕹️ MASTER-KLASS: OYUN YARADILMASI

🎮 Öz oyunumuzu yarada biləriksə, başqalarının oyunlarını niyə oynamalıyıq ki?

🖥️ Kompüter uşaq üçün oyuncaq deyil, onun yaradıcı potensialının aşkarlanması üçün gözəl bir alətdir.

👦🏻 Uşaqlar öz kompüter oyununu fərdi şəkildə yaratmağı öyrənəcəklər.

🧩 Onlar birlikdə ssenari düşünüb və öz düşüncələrini Construct 3 proqramı vasitəsi ilə həyata keçirəcəklər.


🎯 PROQRAM:

Oyunun ssenarisinin hazırlanması

Oyun mühərriklərinin imkanları — Construct 3

Oyun məkanının hazırlanması

Oyunun logistikasının hazırlanması

Baş qərhamanın hərəkətlərinin düşünülməsi


👨‍👩‍👧 Valideynlər üçün:

IT təhsilin uşaqların gələcəyi üçün nə kimi üstünlükləri var

STEP IT Academy-nin uşaqlar üçün olan təhsil proqramları

🎯 Uşaqlar 2 saat ərzində qiymətsiz məlumatlar alacaq, peşəkar ilə tanış olub ünsiyyət quracaq və öz kompüter oyununu yaradacaqlar.

👧🏻 8 - 14 yaş

📆 7 oktyabr
12:00

💰 İŞTİRAK ÖDƏNİŞSİZDİR!

🔗 QEYDİYYAT LİNKİ RƏYDƏ

📌 t.me/nextstationaz
TƏYYARƏ BƏLƏDÇİSİ

📢 AZAL təyyarə bələdçisi vəzifəsinə işə qəbul elan edir.

🎯 ÖHDƏLİKLƏR:

Hava gəmisinin göyərtəsində sərnişinlərin xoş qarşılanması üçün gözəl şərait yaratmalı;
Sərnişinlərə qarşı xeyirxah olmalı və onlara qayğı göstərməli;
Hava gəmisində sərnişinlərin düzgün məlumatlandırılması və davranış qaydalarına riayət etməli;
Hava gəmisində sərnişinlərin təhlükəsizliyini, operativ ilkin tibbi yardım göstərilməsini və yüksək səviyyəli xidməti təmin etməlidir.

🎯 TƏLƏBLƏR:

Orta ixtisas təhsilli
Məsuliyyətli
Ünsiyyətcil
Komandada işləmək bacarığı
Stresə davamlı
18 - 30 yaş

💁🏻‍♂️ Boyu 165 sm-dən az, 180 sm-dən çox olmayan xanımlara
💁🏻‍♀️ Boyu 170 sm-dən az və 185 sm-dən çox olmayan bəylərə üstünlük verilir.

🇺🇸 Dil biliyi arzuolunandır.

🔗 MÜRACİƏT ÜÇÜN LİNK RƏYDƏ

📌 t.me/nextstationaz
👩‍💻 “CyberSecurity Bootcamp” ilə karyera yolunuz

📢 Kibertəhlükəsizlik karyerası və üstünlükləri ilə bağlı məlumat əldə edə, sizi maraqlandıran suallara cavab tapa biləcəyiniz “CyberSecurity Bootcamp” ilə karyera yolunuz – mövzusunda infosessiya baş tutacaq.

👨‍🏫 Təlimçi Vüsal Salmanlı:
Kibertəhlükəsizlik üzrə mütəxəssis
DEFSCOPE şirkətinin direktoru
INSECO-nun həmtəsisçisi
Sirius şirkətinin (ABŞ) aparıcı məsləhətçisi

📆 8 oktyabr
16:00

📍 ASAN İnnovativ İnkişaf Mərkəzi (Zaur Nudirəliyev 79)

050 221 47 77

⚠️ İŞTİRAK EDƏ BİLMƏK ÜÇÜN QEYDİYYAT MÜTLƏQDİR!

🔗 QEYDİYYAT LİNKİ RƏYDƏ

📌 t.me/nextstationaz
Forwarded from Səyahətçi
📢 AZAL-DAN YENİ MÜSABİQƏ!

🎫 1 BİLET AL - DAHA İKİ PULSUZ AVIABİLET QAZANMAQ ŞANSINI ƏLDƏ ET!

Oktyabr ayı ərzində AZAL-ın rəsmi saytından istənilən beynəlxalq istiqamət üzrə aviabilet alan hər kəs daha iki pulsuz aviabilet qazanmaq şansını əldə edəcək.

🎯 ŞƏRTLƏR:

🌐 Rəsmi saytdan aviabilet əldə edin: www.azal.az
💬 Bu postun şərhlər bölməsində əldə etdiyiniz aviabiletin son 4 rəqəmi yazın və bir dostunuzu (@tag) qeyd edin.
Bu postu səhifınizdə açıq şəkildə (Public) paylaşın (Share).

Qalib 7 noyabr 2022-ci il tarixində iştirakçıların siyahısına əsasən canlı yayımda seçiciləcək.

🔗 ƏTRAFLI MƏLUMAT VƏ MÜSABİQƏ İLƏ BAĞLI SUALLARA CAVAB RƏYDƏ

📌 t.me/seyahetchi
🧑‍🍼 KİŞİLƏR BƏRABƏRLİK ÜÇÜN DANIŞIR

📢 Avropa İttifaqının maliyyə dəstəyi, BMT-nin Əhali Fondunun təşkilatçılığı və “Kişilər Gender Bərabərliyi Uğrunda – Men For Gender Equality” virtual platformasının dəstəyi ilə “Kişilər bərabərlik üçün danışır - #mentalkforequality” adlı seminar təşkil ediləcək/

🎯 MƏQSƏD:
Kişilərin cəlbi və iştirakçılığı ilə cəmiyyətdə qız uşaqlarının dəyərinin təşviq edilməsi və onların öz potensiallarını reallaşdıra bilməsi üçün bərabər imkanların əhəmiyyətini təbliğ etmək.

👨‍🏫 Ekspertlər:
💁🏻‍♂️ Rasif Dünyamalı – Təhsil idarəetməsi üzrə mütəxəssis
💁🏻‍♂️ Elçin Həsən – Təlimçi, konsultant

📆 8 oktyabr
15:00

📍 Çinar Kitab Evi (Atatürk prospekti 59)

🥳 Beynəlxalq Qızlar Gününə həsr edilən seminar zamanı viktorina da təşkil olunacaq.

🎁 Doğru cavab verən iştirakçılara hədiyyələr təqdim olunacaq.

💰 İŞTİRAK ÖDƏNİŞSİZDİR!

🔗 QEYDİYYAT LİNKİ RƏYDƏ

📌 t.me/nextstationaz
🇦🇿 AZƏRBAYCAN ŞƏHƏRLƏRİNİN GƏLƏCƏYİ

📢 Azərbaycanda inkişaf ancaq Bakı şəhəri ətrafında gedir. Regional şəhərlərdə inkişaf yoxdur. Biz bununla bağlı nə edə bilərik? Bunu dəyişmək üçün hansı siyasət aparıla bilər?

🎙️ Spiker Anar Vəliyev:

ADA universitetinin dostenti
ADA universitetində İctimai və Beynəlxalq Əlaqələr fakültəsinin dekanı
Jean Monnet Avropa Tədqiqatları Proqramının sədri

🎯 İxtisaslaşdığı sahələr:

Postsovet respublikalarının dövlət siyasəti
Demokratiya və idarəetmə
Şəhərsalma və planlaşdırma

📆 7 oktyabr
19:00

⚠️ Qapılar saat 18.30-dan etibarən açıqdır.

Tez gələrək isti içkilər və şirniyyata qonaq ola bilərsiniz.

🍕 Tədbirin saatını nəzərə alaraq, təqdimatdan sonra iştirakçılar üçün pizza nəzərdə tutulub.

📍 Baku Community Space (Bəşir Səfəroğlu 133, SAT plaza, 7-ci mərtəbə)

💰 İŞTİRAK ÖDƏNİŞSİZDİR!

📌 t.me/nextstationaz
👩‍🏫 TƏLİMÇİLƏR ÜÇÜN TƏLİM

📢 Gənclər və İdman Nazirliyinin və Avropa Şurasının Gənclər Departamentinin birgə təşkilatçılığı ilə, Gənclər Fondunun və Azərbaycan Gənclər Təşkilatlarının Milli Şurasının (NAYORA) tərəfdaşlığı ilə “Azərbaycanda gənclərlə işləyən Təlimçilər üçün Təlim (TRAYAZE)” keçiriləcək.

👨‍🏫 TRAYAZE - qeyri-formal təhsil fəaliyyətlərinə dair təlimçilər və gənclər işçiləri üçün uzunmüddətli təlim kursudur.

Kurs 2022-ci ilin noyabrından 2023-cü ilin dekabrınadək davam edəcək.

🎯 MƏQSƏD:

Azərbaycanda gənclərlə iş sahəsində keyfiyyətli təlimlərin keçirilməsi üçün təlimçilərin bilik və bacarıqlarını inkişaf etdirmək
Gənclərlə işləyən təlimçilər şəbəkəsinin üzvlərinin sayının artırmaq

🔗 QEYDİYYAT LİNKİ RƏYDƏ

📌 t.me/nextstationaz
Forwarded from Səyahətçi
🇦🇿🇦🇪 Bakı - Əbu-Dabi - 50 AZN!

📢 WizzAir bütün noyabr ayı üçün Bakıdan Əbu-Dabiyə endirimlər elan edib.

💰 QİYMƏT:

"Wizz Discount Club" üzvləri - 30,94 EUR (50 AZN)
Proqramın üzvü olmayanlar - 39,44 EUR (66 AZN)

⚠️ BİLETLƏRİN SAYI MƏHDUDDUR!

🔗 #əbudabi #wizzair

📌 t.me/seyahetchi
🎬 Rejissor Vaqif Mustafayevlə görüş | "Fransız" filminin nümayişi

📢 YARAT sizi rejissor, ssenarist, Azərbaycanın Xalq artisti, Azərbaycan Dövlət mükafatı laureatı və "Şərəf" və "Şöhrət" ordeni kavaleri Vaqif Mustafayevlə görüşə dəvət edir.

🎞 Tədbir zamanı qonağın 1995-ci ildə çəkdiyi "Fransız" filmi nümayiş olunacaq.

🇪🇺 Ekran əsəri Avropadan qayıdandan sonra öz milli adət-ənənələrimizə yuxarıdan aşağıya baxan həmvətənlərimiz haqqındadır .

🇦🇿 Filmdə Yaşar Nuri, Fərman Şəkili, Zərnigar Ağakişiyeva və Nuriyyə Əhmədova kimi tanınmış aktyorlar çəkilmişdir.

🇫🇷 Onlarla yanaşı filmdə fransız dili tərcüməçisi rolunu rəssam Ucal Haqverdiyev canlandırmışdır.

📆 14 oktyabr
19:00

Filmin müddəti: 51 dəq.
Yaş həddi: 16+

📍 XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyi (2-ci mərtəbə)

İŞTİRAK ÖDƏNİŞSİZDİR, LAKİN QEYDİYYATLADIR!

050 251 41 15

🔗 QEYDİYYAT LİNKİ RƏYDƏ

📌 t.me/nextstationaz
🎬 Ssenari yazma bacarığı. Kinotənqid

🎯 Zeke Qeys:

Bakıda anadan olub, Nyu-Yorkda yaşayır, kinorejissordur.

Bruklin Kollecində film istehsalı üzrə bakalavr dərəcəsini alıb.

ABŞ universitetlərində videomontaj və film istehsalı üzrə tədris fəaliyyəti təcrübəsinə malikdir.

Müəllim olduğu "Manhattan Youth" şirkətində tələbələri Tribeca Film Festivalının iştirakçıları olub.

🎯 PROQRAM:

👉🏻 1-ci gün: Ssenari yazma bacarığı
Hekayələr nədən ibarət olur, necə və nə üçün yazılır? ssenari strukturu və onu əsas komponentləri
Seminar zamanı bir neçə qısametrajlı filmlər izlənilərək təhlil ediləcək, daha sonra, iştirakçılar qrup şəklində öz ssenarilərini yazacaqlar.

👉🏻 2-ci gün: Kinotənqid
İştirakçılarla birlikdə Hollivudun çiçəklənmə dövründə yaradılmış, Uilyam Fridkinin məşhur "İblisi qovan" ("The Exorcist", 1973) filmi təhlil ediləcək.

📆 11, 12 oktyabr
19:00 - 21:00

📍 YARAT Mərkəzi, 2-ci mərtəbə

Yaş məhdudiyyəti: 15+

⚠️ QEYDİYYAT MÜTLƏQDİR!

🔗 QEYDİYYAT LİNKİ RƏYDƏ

📌 t.me/nextstationaz
👩🏻‍🎓 TƏHSİLDƏ YENİ ÇAĞIRIŞLAR #forum

📢 Təhsildə Yeni Çağırışlar III Beynəlxalq Forumu hibrid formada keçiriləcək.

🎯 MƏQSƏD:
Təhsildə yeni çağırışları müzakirə etmək,
Yeni dövrün təhsil tələblərini nəzərdən keçirərək keyfiyyətin daha da yüksəldilməsinə nail olmaq.

🎯 MÜZAKİRƏ SUALLARI:
Rəqəmsal dünyada öyrənmək necə təşkil edilməlidir?
Hansı yeni yanaşmalara, yeni məktəb modellərinə ehtiyac var?
Təhsildə təlim prosesinin və məzmunun gələcəyi necə olacaq?
Məktəb həyatını həyat məktəbinə çevirmək üçün hansı çağırışlara cavab verilməlidir?
Gələcəyə necə insan hazırlamalıyıq?
Yeni çağırışlar təhsilin məqsədi və vəzifələrini hansı istiqamətdə dəyişir və ya dəyişməlidir?

👨🏻‍🏫 Forumun əsas məruzəçisi - Andreas Şleyxer:
İƏİT-in Baş katibinin təhsil siyasəti üzrə xüsusi müşaviri, Təhsil və Bacarıqlar üzrə direktoru

💰 İŞTİRAK ÖDƏNİŞSİZDİR!

🔗 QEYDİYYAT LİNKİ RƏYDƏ

📌 t.me/nextstationaz
Forwarded from Səyahətçi
🇦🇿 AZƏRBAYCAN BEYNƏLXALQ TURİZM VƏ SƏYAHƏTLƏR SƏRGİSİ

📢 Bakıda 4 illik fasilədən sonra Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər sərgisi (AITF-2023) keçiriləcək.

📆 26 - 27 aprel 2023

🎯 SƏRGİ:

Turizm sənayesinin aparıcı oyunçularını bir araya gətirəcək

Onlara yeni əlaqələr qurmaq
Satış coğrafiyasını genişləndirmək
Son yeniliklər və tendensiyaları öyrənmək
Yeni tərəfdaşlar və müştərilər tapmaq imkanı verəcək.

🗺️ İŞTİRAK EDƏCƏK:

🇷🇺 Rusiya
🇧🇾 Belarus
🇵🇱 Polşa
🇸🇮 Sloveniya
🇭🇷 Xorvatiya
🇹🇭 Tayland
🇹🇳 Tunis və başqa ölkələrdən şirkətlər iştirak edəcək.

💯 Onların bir qismi tədbirə milli stendlərlə qatılacaq.

💰 Sərginin ənənəvi iştirakçısı olan Bolqarıstan AITF 2023-ün baş sponsoru olacaq.

📌 t.me/seyahetchi
Forwarded from Səyahətçi
Green Card'a müraciət etdikdən sonra nələr heç vaxt olmayacaq!

Sizə qeydiyyatla bağlı təsdiq emaili gəlməyəcək.
Qalib olsanız, kimsə sizə email və ya digər vasitələrlə qalib olduğunuzu deməyəcək, özünüz yoxlamalısınız.
Qeydiyyat keçdikdən sonra sizə verilən təsdiq nömərsini və qeydiyyat zamanı istifadə etdiyiniz e-maili itirsəniz, kimsə bərpa etməyək.
Qeydiyyat zamanı hansısa texniki səhv etsəniz, kimsə bunun üçün qeydiyyatdan keçmiş sənədə düzəliş etməyə imkan verməyəcək.
Qalib gəldikdən sonra ABŞ-a getmək üçün hökümət hər hansı maddi yardım etməyəck.
Qalib gəldikdən sonra müsahibə üçün Gürcüstanın paytaxtı Tiflisə getməlisiz.

🔗 #Greencard #ABŞ

📌 t.me/seyahetchi
💣 MÜHARİBƏ DUMANI #sərgi

📢 Müharibə faciəsinə çox subyektiv yanaşmağa imkan verən sərgi Azərbaycan, Ukrayna, Qazaxıstan, Norveç, Nigeriya, eləcə də Almaniyadan olan rəssamları bir araya gətirir.

🎨 Burada söhbət bir o qədər “sənədli strategiyalar”dan yox, daha çox insanın düşdüyü durumdan, Otuzillik müharibənin (1618–1648) qızğın çağından, “bir çox insanlardan zorla qoparılmış ruhlar xəzinəsi”ndən gedir.

🪖 Bir mədəniyyət təsisatı olaraq, biz, bütün baş verənlərin şərhini siyasətçilərin, generalların və jurnalistlərin öhdəsinə buraxmaq istəmirik.

🫡 Əksinə, “müharibə dumanı”nı heç olmasa bir qədər seyrəltmək ümidi ilə, biz, bunu incəsənətin korlanmamış, sadiq baxışlarına həvalə etmək istəyirik.

👨‍🎨 RƏSSAMLAR:

🇦🇿 Orxan Hüseynov
🇦🇿 Sabina Şıxlinskaya
🇳🇴 Verena İssel
🇺🇦 Nikita Kadan
🇺🇦 Dmitro Kozatski
🇺🇦 Mariya Kulikovska
🇩🇪 Karo Akpokiere
🇩🇪 Frank Thiel
🇰🇿 Almagül Menlibayeva

📆 14 oktyabr –13 noyabr
Çərşənbə axşamı – Bazar
14:00–19:00

📍 Bakı Höte Mərkəzi

💰 GİRİŞ SƏRBƏSTDİR!

📌 t.me/nextstationaz
🇦🇿 BAKU BUİLD 2022 #sərgi

📢 Azərbaycanın və Qafqaz bölgəsinin ən böyük ixtisaslaşmış 27-ci Azərbaycan Beynəlxalq İnşaat - BakuBuild sərgisi keçiriləcək.

🗺️ Sərgidə 17 ölkədən 279 şirkət iştirak edəcək:

🇦🇿 Azərbaycan
🇹🇷 Türkiyə
🇩🇪 Almaniya
🇦🇪 Birləşmiş Ərəb Əmirlikləri
🇬🇧 Böyük Britaniya
🇧🇾 Belarus
🇬🇪 Gürcüstan
🇨🇿 Çex
🇫🇷 Fransa
🇮🇱 İsrail
🇮🇹 İtaliya
🇮🇷 İran
🇭🇺 Macarıstan
🇰🇿 Qazaxıstan
🇺🇿 Özbəkistan
🇷🇺 Rusiya
🇺🇦 Ukrayna

📆 19 - 21 oktyabr 2022

19 oktyabr, Çərşənbə 11:00 - 18:00
20 oktyabr, Cümə axşamı 10:00 - 18:00
21 oktyabr, Cümə 10:00 - 16:00

Ziyarətçilərin tədbirə girişi tədbirin iş vaxtının bitməsinə 30 dəqiqə qalmış dayandırılacaqdır.

📍 "Bakı Ekspo" Sərgi və Toplantı Mərkəzi

🚌 "Koroğlu" metro stansiyasından - № 136, 160, 171

🔗 QEYDİYYAT LİNKİ RƏYDƏ

📌 t.me/nextstationaz
Next Station 🚉
🇦🇿 BAKU BUİLD 2022 #sərgi 📢 Azərbaycanın və Qafqaz bölgəsinin ən böyük ixtisaslaşmış 27-ci Azərbaycan Beynəlxalq İnşaat - BakuBuild sərgisi keçiriləcək. 🗺️ Sərgidə 17 ölkədən 279 şirkət iştirak edəcək: 🇦🇿 Azərbaycan 🇹🇷 Türkiyə 🇩🇪 Almaniya 🇦🇪 Birləşmiş…
🎯 NƏLƏR VAR?

Sənaye yenilikləri ilə tanış olmaq
Bazarın tələbatını öyrənmək və yeni ideyalar əldə etmək
Yeni əlaqələr qurmaq
Mövcud müştəriləriniz ilə qarşılıqlı münasibətləri möhkəmləndirmək
Canlı dialoq aparmaqla digər informasiya mənbələrində heç də həmişə mövcud olmayan məlumatlar əldə etmək
Qısa vaxt ərzində geniş çeşidli məhsullar ilə tanış olmaq
Yeni məhsullar/texnologiyalar üzrə təchizatçılar seçmək və onları qiymətləndirmək
Bir məhsulu digəri ilə müqayisə etmək
İş birliyi qurmaq
Tanınmış istehsalçıların agent/distribütorlarına çevrilmək
Texniki biliklər almaq
Texniki heyət ilə görüşmək və problemlərin, yaxud yenidən təchizat məsələlərinin həlli yolunun tapılması ətrafında müzakirələr aparmaq
Obyektiv və işgüzar mühitdə biznes məsələlərini müzakirə etmək
Qiymət ilə keyfiyyət arasında birbaşa asılılığı təyin etmək
Məlumatlar bazasını tərtib etmək və onu yeniləmək
Əməkdaşlıq, birlik və birgə müəssisələrin təməlini qoymaq
Müasir inovasiyalar və yeni texnologiyalar səviyyəsində olmaq
Sərmayə və tərəfdaşların axtarışı üçün tələb olunan müxtəlif sorğu xidmətlərindən yararlana bilmək imkanı.
👨‍👩‍👧 VALİDEYN - ÖVLAD PROBLEMLƏRİ #seminar

📢 ABŞ məzunlari ilə iş çərçivəsində keçirilən “Özümüzlə üz-üzə” fəlsəfi-psixoloji məsləhətləşmələr proqramı Azərbaycanda və post-sovet ölkələrində hələ geniş yayılmayan Fəlsəfi Terapiya istiqamətində aparılan maarifləndirici proqramdır.

👩‍🏫 APARICILAR:

💁‍♂️ 𝐊𝐨̈𝐧𝐮̈𝐥 𝐁𝐮̈𝐧𝐲𝐚𝐝𝐳𝐚𝐝ə - Fəlsəfə elmləri doktoru, AMEA-nın müxbir üzvü, Fəlsəfə İnstitutunun şöbə müdiri

💁‍♀️ 𝐄𝐥𝐦𝐢𝐫 Ə𝐤𝐛ə𝐫 - Psixoterapevt, psixoanalitik, ABŞ Dövlət Departamentinin IVLP proqramının məzunu, V. M. Bexterev adına Psixonevroloji Araşdırmalar İnstitutunun məzunu, Azərbaycan üzrə nümayəndəsi və koordinatoru, Vyana Psixoterapiya və Moskva Psixoanaliz İnstitutlarının məzunu

📆 20 oktyabr
17:00

📍 Bakı Amerika Mərkəzi (Azərbaycan Dillər Universiteti)

☎️ (012) 441 36 80
📨 americancenterbaku@gmail.com

💰 İŞTİRAK ÖDƏNİŞSİZDİR!

🔗 QEYDİYYAT LİNKİ RƏYDƏ

⚠️ Tədbir haqqında məlumatı "Next Station" kanalından əldə etdiyinizi qeyd etməklə seçilmə şansınızı artıra bilərsiniz.

📌 t.me/nextstationaz
Əfsanəvi Denis Urubkonun yaradıcılıq gecəsi

📢 Dövrümüzün ən güclü alpinistlərindən olan məşhur Denis Urubkonun Bakıda yaradıcılıq gecəsi keçiriləcək.

🇦🇿 Denis azərbaycanlı auditoriya ilə görüşmək arzusundadır.

🧗 Bir çox dünya rekordlarına imza atan Denis Urubko "Dünyanın Dağ Tacları"na - hündürlüyü 8 min metri aşan zirvələrə süni oksigenin və hündürlük əl ağaclarının köməyi olmadan 26 dəfə yürüş edib.

Denis yeni, texniki baxımdan mürəkkəb marşrutların müəllifi, qış ekspedisiyalarının təşkilatçısı, yeni nəsil alpinistlərin müəllimi və motivatorudur.

🏂 İnsan imkanlarının fövqündə olan yürüşlər, unikal təcrübə, şəxsi xarizma, xilas olunmuş onlarla insan həyatı - bütün bunlar Denis Urubko ilə görüşü dinləyicilərə yeni üfüqlər aça biləcək parlaq və unudulmaz hadisəyə çevirəcək.

📆 21 oktaybr
19:00

📍 Hyatt Regency - “Quba” zalı (İzmir küçəsi 6)

📨 office.aaf2022@gmail.com

💰 GİRİŞ SƏRBƏSTDİR!

YERLƏR MƏHDUDDUR! İŞTİRAK ÜÇÜN QEYDİYYAT MÜTLƏQDİR!

🔗 QEYDİYYAT LİNKİ RƏYDƏ

📌 t.me/nextstationaz
Forwarded from Səyahətçi
⚠️ DAXİLİ İŞLƏR NAZİRLİYİNDƏN XƏBƏRDARLIQ!

📱 Sosial media istifadəçilərinin nəzərinə!

👀 "Profilimə kim baxdı”, “Gizli hesabları görmə” kimi vədlər verən proqramlardan istifadə etməyin.

🔗 Naməlum linklərə daxil olmayın.

👩🏻‍💻 İstifadəçi adı və şifrə tələb olunan bu tip tətbiqlərə məlumatlarınızı əlavə etməyin.

Qeyd edək ki, bu tətbiqlərdən istifadə etməyiniz profillərinizin oğurlanması ilə nəticələnə bilər!

📌 t.me/seyahetchi
✍🏻 RAMİZ RÖVŞƏNLƏ GÖRÜŞ #imzagünü

📢 Xalq şairi Ramiz Rövşənin iştırakı ilə ˝Poeziya gecəsi˝ keçiriləcək.

🫀 Poeziya gecəsində başqa qonaqlar da şeir səsləndirəcək.

📚 İmza üçün kitabları mağazadan öncədən və ya tədbir günü yerində əldə edə bilərsiniz.

💰 İŞTİRAK ÖDƏNİŞSİZDİR!

📆 29 oktyabr
17:00

📍 LİBRAFF ˝Park Akademiya˝ filialı (˝Elmlər Akademiyası˝ m/s-nın əsas girişi ilə üzbəüz)

📌 t.me/nextstationaz