Next Station 🚉
1.29K subscribers
600 photos
5 videos
543 links
🚂 Səni növbəti dayanacağa aparan inkişaf platforması.
Download Telegram
👁 MƏNİ EVİNƏ APAR

🏠 Ev adlandırdığın məkana yad birini gətirmək necə bir şeydir?

👩🏻‍🎨 Bu sərgi - mədəniyyətlərarası təcrübənin nəticəsi olaraq səkkiz azərbaycanlı rəssamın doğulduqları məkanlara Kanadalı rəssam Kristian Frederikseni dəvət edib birlikdə səyahət etməkləridir.

🏡 Ev - danışmağı, yeriməyi öyrəndiyiniz, ilk sualları soruşduğunuz, şəxsiyyət kimi formalaşdığınız yerdir.

🧖🏻‍♀ Ev - müəyyən mühakimələr və ya gözləntilər olmadan mövcud olduğunuz həssas məkandır.

🇦🇿 Azərbaycan öz qonaqpərvərliyi və kənar adamlara qarşı isti münasibəti ilə tanınır.

🧕🏻 Bəs əcnəbi birini ailənizə, xatirələrinizə dəvət etmək necə hissdir?

🇦🇿 Bu sənət əsərlərində ailə, məkan, adət-ənənə və təbii ki, qayıdış mövzuları öz əksini tapır, çünki məkanların ikisi işğaldan azad edilmiş Şuşa və Laçın rayonlarıdır.

🇨🇦 Siz azərbaycanlı rəssamlar və kanadalı rəssamın yan-yana yerləşdirilmiş əsərlərini seyr edə biləcəksiz.

📆 Açılış: 1 iyul 18:00
2 - 8 iyul 10:00 - 17:00


📍 Milli Azərbaycan Tarixi Muzeyi

📌 t.me/nextstationaz
🪁 ÇƏRPƏLƏNG FESTİVALI

🇯🇵 Sanconun çərpələng yarışı ənənəsi Edo dövründən bəri davam edərək bütün dünyada "Sanco Rokkaku" (Sanco Altıbucaqlı) kimi tanınmışdır.

🌊 Həmin Sanco çərpələnginin Xəzər dənizi üzərində uçurdularaq qədim tarixə malik olan yapon mədəni irsini sizə yaxından hiss etdirəcək bir tədbir sizi gözləyir!


📆 23 iyul
09:00 - 13:00
📍 Lənkəran şəhəri, İcra Hakimiyyəti Meydanı

📆 24 iyul
09:00 - 13:00
📍 Bakı şəhəri, Dənizkanarı Park


⚠️ Qeyd edək ki, tədbirə giriş sərbəstdir.

Sıxlıqdan asılı olaraq giriş məhdudlaşdırıla bilər.


📌 t.me/nextstationaz
Forwarded from Səyahətçi
💶 BAKIDAN 29 AVROYA AVİABİLETLƏR?

💰 Ucuz səyahət etməyi hamımız istəyirik.

🎫 Bunun üçün aviabiletləri çox öncədən almalıyıq.

🇦🇿✈️ Hazırda Bakıdan Gürcüstan, Rusiya, Qazaxıstan, İran, və Türkiyəyə müxtəlif vaxtlarda 51 manata getmək və 51 manata qayıtmaq mümkündür.

Aviabiletləri Buta Airways-in saytından onlayn qaydada almaq mümkündür: 🔗

📢 2023-cü ilin aprel ayına qədər olan dövrlər üçün aviabiletlər aktivdir.

📌 t.me/seyahetchi
👨🏻‍🔧 BİR PEŞƏNİN SİRRİ

📢 Peşə Təhsili üzrə Dövlət Agentliyi, Avropa İttifaqı və BMT-nin İnkişaf Proqramının birgə əməkdaşlığı ilə “Bir Peşənin Sirri” festivalı təşkil olunacaq.


🎯 MƏQSƏD :

Peşə təhsilinin əhatə dairəsini daha da genişləndirmək;
Gənclərin, valideynlərin, o cümlədən bütün maraqlı tərəflərin bu prosesə cəlb edilməsini təmin etmək.

👩🏻‍🍳 Festivalda qonaqları Bakı və müxtəlif regionları təmsil edən peşə təhsil müəssisələrinin turizm, sənaye, kənd təsərrüfatı, İKT və ictimai iaşə istiqamətlərində təhsil alan tələbələrinin əl işlərindən ibarət sərgilər, ustad dərsləri və müxtəlif fəaliyyətlər gözləyir.

🎮 Bununla yanaşı tədbir iştirakçıları üçün WorldSkills Azerbaijan platforması çərçivəsində əyləncəli oyunlar, viktorinaların keçirilməsi də nəzərdə tutulub.

📆 2 iyul
12:00 - 18:00
📍 İçərişəhər Qoşa Qala Meydanı

📌 t.me/nextstationaz
Forwarded from Azad Şuşa 🇦🇿
👮🏻‍♂ 2 İYUL - AZƏRBAYCAN POLİSİ GÜNÜ!

🇦🇿 Hər an Müzəffər Ali Baş Komandanın əmrlərinə hazır,vətəndaşların və dövlətçiliyimizin keşiyində duran, sevgi və qayğı ilə bizi 104 ildir ki, qoruyan Azərbaycan Polisi ölkənin tərəqqisinə və inkişafına layiqli töhfələr vermək üçün bu gün də fəaliyyətini yorulmadan uğurla davam etdirir.


✊🏻📚 İstiqlal Nəşriyyatı | Kitablara Hürriyyət, mütaliəyə İstiqlal! #istiqlalnəşriyyatı

📌 t.me/istiqlalaz
⚠️ İŞSİZ və İŞAXTARANLARIN NƏZƏRİNƏ!

📢 Dövlət Məşğulluq Agentliyinin dəstəyi ilə Şəki - Zaqatala Regional Məşğulluq filialında “Açıq qapı” günü keçiriləcək.

🎯 "Birləşmiş Xidmətlər Mərkəzi” MMC-də qeyd olunan vakansiyalar üzrə işə qəbul olunmaq istəyən şəxslər göstərilən tarixdə müvafiq filiala yaxınlaşa bilərlər:

Hüquqşünas
Psixoloq
Satış məsləhətçisi
Ofis meneceri
Mühəndis, dizayner
Mühasib köməkçisi
Ofis işləri
Dayə
Xadimə
Fəhlə
Dülgər
Mebel ustası


⚠️ Əmək yarmarkasına gələn namizədlərin şəxsiyyət vəsiqələrini təqdim etmələri mütləqdir.

📝 Namizədlərin CV nümunəsi ilə birlikdə gəlmələri arzuolunandır.

Əgər CV-niz yoxdursa, professional CV mütəxəssisinə müraciət edə bilərsiniz.

👷 Vakansiyalar, iş öhdəlikləri və şərtlər haqqında daha ətraflı məlumat “Açıq qapı”da iştirak edən şəxslərə təqdim olunacaqdır.


📆 05 iyul
10:00-13:00

📍 Şəki şəhəri, M.F.Axundov pr 56a (Şəki-Zaqatala Regional Məşğulluq filialının inzibati binası)

📌 t.me/nextstationaz
🇦🇿 ŞƏKİ ŞƏHƏR GÜNÜ

📢 7 iyul Şəki Şəhər günü tədbirləri hərkəsə açıqdır.

🎯 PROQRAM:

🎷 Hərbi orkestrin ifası ilə rəsmi tədbirin açılış mərasimi

💸 Xan Qala divarları daxilində səhər saatlarından sərgi-satış yarmarkası (7 və 8 iyul axşama kimi davam edəcək)

🎙 19.00-da Yuxarı Karvansarayda Bakıdan dəvət olunmuş “Dervish band və Nara White” qrupunun konserti baş tutacaq.

Ayaqüstü yemək və çay xidmətləri yemək bölməsindən satın alına bilər.


📆 7 iyul
11.00

📍 Şəki şəhəri, Bəxtiyar Vahabzadə parkı

024 244 60 94

📌 t.me/nextstationaz
Forwarded from Səyahətçi
🇪🇺 AVROPADA İŞ TAPMAQ ÜÇÜN ƏN YAXŞI ÖLKƏLƏR

👷‍♀ İş axtaran milyonlarla insanın düşüncəsi, eyni zamanda hansı biznes növünün nə qədər pul qazandırdığı və bir çox fərqli nəticələri dərc etdirən Glassdoor saytının aparmış olduğu araşdırmaların nəticəsinə əsasən iş tapmaq məsələsində ən yaxşı olan Avropa ölkələrini təqdim edirik.

💼 Videoya baxın, rəylərdə Avropanın hansı ölkəsində işləmək istədiyinizi yazın, kömək edək!

🔗 BURADAN İZLƏ : https://youtu.be/YMxKXHmWHEE
Forwarded from Azad Şuşa 🇦🇿
🕌 Bayramlar o qədər gözəldir ki, gəlişini bir il gözləyirik və gedişindəki kədər də ancaq növbəti gəliş ümidiylə xəfifləyir.

🐏 Qurban bayramının belə bir nəşə ilə gəlməsi, bütün ailənizi sevincə qərq etməsi, etdiyiniz duaların, kəsdiyiniz qurbanların Tanrı dərgahında qəbul olunması diləyi ilə...

🙏🏻 Ürəklər vardır sevgini yaşatmaq üçün, insanlar vardır dostluğu paylaşmaq üçün və bayramlar vardır sevgi ilə qucaqlaşmaq üçün.

🤲🏻 Qoy bu nurlu bayram ailələrinizə xoşbəxtlik, süfrələrinizə xeyir-bərəkət gətirsin.

🕋 BAYRAMINIZ MÜBARƏK!



✊🏻📚 İstiqlal Nəşriyyatı | Kitablara Hürriyyət, mütaliəyə İstiqlal!
#istiqlalnəşriyyatı

📌 t.me/istiqlalaz
👩🏻‍🦽 KEKALOVE ADAPTİVE FASHION SHOW

📢 Kekalove Adaptive tərəfindən ölkəmizdə artıq 3-cü dəfə əlilliyi olan şəxslər tərəfindən əlilliyi olan modellərlə birgə adaptiv geyim kolleksiyasının təqdimatı keçirilicək.

🎯 Tədbirin məqsədi əlilliyi olan şəxslərin ehtiyaclarını nəzərə alan xüsusi geyim dizyanlarını - adaptiv geyimləri nümayiş etdirməkdir.

👚 Kolleksiyanın müəllifi Azərbaycanın ilk peşəkar adaptiv geyim dizayneri Rəşidə Əliyevadır.


Kekalove Adaptive 2019-cu ildən fəaliyyət göstərir.

🧑🏻‍🦽 Sosial biznesin məqsədi əlilliyi olan şəxslər üçün rahat və dəbli geyimlər hazırlamaqdır.

🏆 Kekalove Adaptive Creative Spark Big İdea biznes müsabiqəsinin və Start.up! Germany Tour müsabiqəsinin qalibi və 2020-ci il Yunus&Youth sosial biznes akseleratorunun məzunudur.

🥉 Bu moda şou startapın bu qəbildən sayca üçüncü tədbiridir.


📆 13 iyul
19:00

📍 JW Marriott Absheron oteli


📌 t.me/nextstationaz
Forwarded from Səyahətçi
HANSI ÖLKƏDƏ NƏ ETMƏK OLMAZ?

😍 Səyahət etməyin insana qazandırdığı ən vacib nemətlərdən biri də fərqli mədəniyyətlərlə tanış olmağın verdiyi xoşbəxtlik hissidir.

🎸 Bu mədəniyyətlərlə tanış olmaq üçün həmin mədəniyyətin məxsus olduğu ölkədə ən azı bir neçə gün, hətta bir həftədən çox qalmalı, ölkənin sakinləri ilə daha çox vaxt keçirməli, o ölkənin vətəndaşıymış kimi hiss etməlisiniz.

👋🏻 Həmin ölkədə siz yaxşı qarşılaşacaqsınız.

💞 Çünki bir ölkənin vətəndaşı onun ölkəsinin mədəniyyətini öyrənmək istəyən turistə hörmət edir, rəğbət bəsləyir.


🚭 Kəşf etmək istədiyiniz ölkənin mədəniyyətinə yiyələnərkən bilməli olduğunuz vacib məlumatlardan biri də həmin ölkədə nəyi etməməyinizdir.

👮🏻‍♀ Çünki bəzi ölkələrin bir sıra adət-ənənələri və qadağaları vardır ki, onları etsəniz, pis qarşılana bilərsiniz.

⚠️ Bu adət-ənənələr və qadağalar o qədər milliləşmişdir ki, əgər onlara riyaət etməsəniz cəzalandırıla, hətta ölkə xaricinə belə çıxarıla bilərsiniz.

🔗 BURADAN İZLƏ : https://youtu.be/3GKTSPqOIsQ
🎬 DİVARA QARŞI

👩‍🔧 Bütün dünyada qadınların oynadığı mühüm rolu vurğulamaq və bərabərlik uğrunda mübarizənin nə qədər vacib olduğunu göstərmək üçün Almaniya səfirliyinin əməkadaşlığı ilə sizi film silsiləsinin bir hissəsi olan Fatih Akının “Divara Qarşı” filminin nümayişinə dəvət edirik.

💞 Ekstremal vəziyyətlərin enerjili partlayışı - sevgi və nifrətlə səyahət.


👰 İki itmiş ruhun nağılı, hansında ki, boğucu ənənəvi ailəsindən qaçmaq üçün ümidsiz qalmış gənc Sibel ürəyisınıq alkoqolik Cahiti onunla evlənməyə razı salır.

👩‍❤‍👨 Toydan sonra ikisi birlikdə ev yoldaşı kimi yaşayırlar, lakin yavaş-yavaş bir-birlərinə aşiq olurlar...

🙇 Ancaq tezcə problemlər yaranmağa başlayır.


🎯 DRAMA
117 dəq.
🇩🇪 Almanya, Türkiyə / 2004
🎥 Subtitr: AZ/EN
🎞️ Treyler: https://www.youtube.com/watch?v=zRioyPHCSVo

🧓 Yaş Məhdudiyyəti: 16+

💰 GİRİŞ SƏRBƏSTDİR (İanə qəbul edilir).

📆 14 iyul
20:15
📍 Salaam Cinema Baku

📌 t.me/nextstationaz
Forwarded from Səyahətçi
AZAL təyyarə bələdçisi vəzifəsinə işə qəbul elan edir.


🎯 ÖHDƏLİKLƏR:

Hava gəmisinin göyərtəsində sərnişinlərin xoş qarşılanması üçün gözəl şərait yaratmalı;
Sərnişinlərə qarşı xeyirxah olmalı və onlara qayğı göstərməli;
Hava gəmisində sərnişinlərin düzgün məlumatlandırılması və davranış qaydalarına riayət etməli;
Hava gəmisində sərnişinlərin təhlükəsizliyini, operativ ilkin tibbi yardım göstərilməsini və yüksək səviyyəli xidməti təmin etməlidir.


🎯 TƏLƏBLƏR:

Orta ixtisas təhsilli
Məsuliyyətli
Ünsiyyətcil
Komandada işləmək bacarığı
Stresə davamlı
18 yaşından 30 yaşınadək, boyu 165 sm-dən az, 180 sm-dən çox olmayan xanımlara üstünlük verilir.


🌍 DİL BİLİKLƏRİ:

🇦🇿 əla
🇬🇧 yaxşı
🇷🇺 yaxşı

🔗 MÜRACİƏT ÜÇÜN LİNK RƏYDƏ

📌 t.me/seyahetchi
🇦🇿 ŞUŞADA DÜŞƏRGƏ

📢 Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Azərbaycan Skautlar Assosiasiyası tərəfindən Şuşa şəhərində yuxarı yaşlı skautlar üçün “Wonderland Shusha, Azerbaijan” beynəlxalq skaut düşərgəsi keçiriləcək.

Nəhayət uzun illər həsrətində olduğumuz ŞUŞA şəhərində ilk çadırları Azərbaycan skautları quracaqlar.

🎉 Bu düşərgə digərlərindən tamamilə fərqli olacaq.

🎯 MƏQSƏD:

Şanlı zəfərimizin Şuşa təntənəsinin şahidi olmaq;
Gənc skautların xüsusi bacarıqlara yiyələnmələri üçün xüsusi təlimlər təşkil etmək,
“Şuşa ili” çərçivəsində yerli və xarici skautların iştiraki ilə sosial layihələri həyata keçirmək.

📆 8 - 14 avqust
Son qeydiyyat: 25 iyul

🔗 QEYDİYYAT LİNKİ RƏYDƏ

📌 t.me/nextstationaz
Forwarded from Farkhad Kharimli
Ev yiyəsinin iradına işçilərin cavabı!
🎷 YAZ və YAY! 2022

🎻 Cadenza orkestrinin (Cadenza Contemporary Orchestra) "Yaz və Yay!2022" adlı konserti keçiriləcək.

🎶 Konsertdə orkestrin aprel ayında keçirilmiş "Partiturlar üçün çağırış" müsabiqəsində qalib olan əsərlər, həmçinin L.Andriessenin "Workers Union" (Həmkarlar İttifaqı) əsəri ilk dəfə ifa olunacaq.

📆 22 iyul
19:00

📍 Beynəlxalq Muğam Mərkəzi

💰 GİRİŞ SƏRBƏSTDİR.

📌 t.me/nextstationaz
Forwarded from Səyahətçi
💪🏻 Dünyanın ən güclü və ən zəif pasportları - 2022

↗️ Ən güclülər - istiqamət sayı

🇯🇵 Yaponiya - 193
🇸🇬 Sinqapur - 192
🇰🇷 Cənubi Koreya - 192
🇩🇪 Almaniya - 190
🇪🇸 İspaniya - 190
🇫🇮 Finlandiya - 189
🇮🇹 İtaliya - 189
🇱🇺 Lüksemburq - 189
🇦🇹 Avstriya - 188
🇩🇰 Danimarka - 188
🇳🇱 Niderland - 188
🇸🇪 İsveç - 188


↘️ Ən zəiflər - istiqamət

🇰🇵 Şimali Koreya - 40
🇳🇵 Nepal - 38
🇵🇸 Fələstin - 38
🇸🇴 Somali - 35
🇾🇪 Yəmən - 34
🇵🇰 Pakistan - 32
🇸🇾 Suriya - 30
🇮🇶 İraq - 29
🇦🇫 Əfqanıstan - 27

📢 Siyahıda Rusiya 50, Gürcüstan 52, Türkiyə 54, Azərbaycan 78, Ermənistan 81, İran 102-ci yerdədir.

Tam siyahı: https://www.henleyglobal.com/passport-index/ranking

📌 t.me/seyahetchi
🧑‍💼 GƏNCLƏR EVİNDƏ RƏHBƏR

📢 Gənclər və İdman Nazirliyi Tərtər “Gənclər evi” sosial xidmət müəssisəsinə rəhbər vəzifəsinə sənəd qəbulu elan edir.

🎯 TƏLƏBLƏR :

Ali təhsil;
Gənclərlə iş sahəsində 2 il olmaqla, ümumi 3 il iş staj;
Yaş həddi: 35-dək;
Minimum 1 xarici dil bilmək.

📝 Təqdim ediləcək sənədlər:

CV - foto ilə (iddia edilən vəzifənin adı qeyd olunmalıdır);
Şəxsiyyət vəsiqəsinin surəti;
Ali təhsil haqqında diplomun surəti.

📆 Son müraciət: 30 iyul

👩🏻‍💻 Müraciətlər nəzərdən keçirilərək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq.

⚠️ Müraciət olunan vəzifənin adı və yeri “mövzu” bölməsində qeyd edilməlidir.

Əvvəlki müsahibələrdə iştirak edən şəxslər təkrar müsahibədə iştirak edə bilməz.

🔗 MÜRACİƏT VASİTƏSİ RƏYDƏ

📌 t.me/nextstationaz