Next Station 🚉
1.29K subscribers
600 photos
6 videos
544 links
🚂 Səni növbəti dayanacağa aparan inkişaf platforması.
Download Telegram
🩴 “Plastik tullantılara qarşı mübarizədə gənclərin rolunun artırılması” forumu

🎯 MƏQSƏD:

Gənclər arasında ekoloji maarifləndirmə işini genişləndirmək;

Gəncləri ekologiya sahəsində məlumat daşıyıcısı kimi formalaşdırmaqla onları birgə fəaliyyətə həvəsləndirmək;

Gəncləri ətraf mühitin qayğısına qalmağa təşviq etməklə asudə vaxtlarının səmərəli keçirilməsinə şərait yaratmaq;

Plastik tullantıların ətraf mühitə və insan sağlamlığına mənfi təsirləri barədə məlumatın artırılması;

Müvafiq olaraq plastik qabların istifadəsini azaltmaq və qarşısını almaq üçün praktiki yolların tapılması istiqamətində ekoloji tədbirlər keçirmək.

💡 Forum Azərbaycanda plastik tullantılara qarşı birgə mübarizə aparmaq, ətraf mühitin təmizliyinə fikir verməklə ölkənin turizm potensialını daha da artırmaq məqsədilə hökumət və maraqlı tərəflər üçün platforma yaradacaq.

Son tarix: 27 aprel, 18:00

📆 29 aprel, 10:00-14:00

📍 Park Inn by Radisson Baku

🔗 QEYDİYYAT LİNKİ RƏYDƏ

📌 t.me/nextstationaz
🤵‍♀ QADINLAR İT-DƏ: Miflər və karyeranın real perspektivləri

👩‍💻 Qadınlara IT-də yerin olmaması stereotipi ilə mübarizə aparmaq məqsədilə BMT-nin IKT sahəsində aparıcı təşkilatı olan Beynəlxalq Telekommunikasiya Birliyi hər il aprel ayının dördüncü cümə axşamını IT sahəsində işləyən və təhsil alan qadınların günü kimi elan etmişdir.

📅 Bu il IT də Qadınlar günü 28 aprel tarixinə təsadüf edir.

👩‍💻 Qadınların özləri də bu sahədə təhsil almaqla və heç də pis nəticələr göstərməməklə, bu stereotipə qarşı mübarizə aparırlar.

👩‍🏫 Məmmədova Şəbnəm (SmartNation platformasının rəhbəri, Asan Xidmətin Layihələrlə iş departamentinin müdiri)

📆 28 aprel, 19:00

📍 Koroğlu Rəhimov 70

🔗 QEYDİYYAT LİNKİ RƏYDƏ

📌 t.me/nextstationaz
🇺🇳 BMT-də təcrübə imkanı!

Müddət: 6 ay

📍 Bakı, Azərbaycan

🔰 Beynəlxalq Miqrasiya Təşkilatı

📆 Son müraciət: 30 aprel

🔗 QEYDİYYAT LİNKİ RƏYDƏ

📌 t.me/nextstationaz
SƏYYAR KOFE EVLƏRİ

🎯 Kimlər iştirak edə bilər:

Bakı şəhəri və Abşeron rayonu üzrə 20 nəfər işsiz;
Barista sahəsində çalışmaq istəyən;
35 yaşadək olan şəxslər

🎯 Layihə iştirakçılarının seçimi zamanı barista sahəsi üzrə iş təcrübəsi olan şəxslərə, bu sahə üzrə təlim, seminar və bu kimi digər tədbirlərdə iştirak edənlərə, sahibkarlıq və idarəetmə təcrübəsi olanlara və "Məşğulluq haqqında" Qanuna əsasən sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərə üstünlük veriləcək.

🎯 Uyğun namizədlər ilk olaraq biznes və peşə təlimlərinə cəlb ediləcəklər.

🎯 Təlimi uğurla başa vuran şəxslərə özünüməşğulluq proqramı çərçivəsində avadanlıqlar təqdim ediləcək.

Daha sonra isə iştirakçılara sahibkarlıq fəaliyyətinin inkişafı üçün mentor dəstəyi göstəriləcək.

⚠️ Aktivlərlə təmin edilmiş şəxslər Bakı və Abşeron ərazisində fəaliyyət göstərməlidirlər.

🔗 QEYDİYYAT LİNKİ RƏYDƏ

📌 t.me/nextstationaz
🔭 Siz də uşaq və gənclərdə texnoloji marağın, innovasiya fəaliyyətinə həvəsin və bu sahədə məlumatlılığın artırılmasına dəstək olmaq istəyirsinizsə, "Bilim Azərbaycan" layihəsinə qoşulun.

👨‍🏫 Layihə çərçivəsində "Bilim Bakı" mərkəzində təşkil olunacaq laboratoriyalarda tədris aparacaq təlimçilərə ehtiyacımız var.

🎯 Təlimçilərlə bağlı tələblər:

Məktəbdənkənar təhsil mühiti ilə tanışlıq;

Müasir dövrün təhsil yenilikləri üzrə məlumatlılıq (konstruktivist təhsil, problem əsaslı təhsil, layihə əsaslı təhsil);

Üstünlük olaraq əvvəllər oxşar proqramlarda təlim aparmaq təcrübəsi;

Uşaqlarla ünsiyyət qurma bacarığının olması;

Araşdırma bacarığının olması;

Mövzu və məzmun yaratmaq bacarığı;

Web 2.0

📅 Son müraciət: 2 may

🔗 QEYDİYYAT LİNKİ RƏYDƏ

📌 t.me/nextstationaz
✊🏻 Gənclərin Liderlik Akademiyası 2

👨‍💼👩‍💼 Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən “Gənclərin Liderlik Akademiyası 2” düşərgəsi baş tutacaq.

🎯 Düşərgədə gənclərə liderlik bacarıqlarının inkişafı yönündə çox saylı təlim və panel görüşlər həyata keçiriləcəkdir.

🥳 Əylənmədən öyrənə bilmərik deyib maraqlı oyunlarımızla günləriniz unudulmaz ediləcək.

📜 Düşərgənin sonunda iştirak edən hər bir gəncimiz sertifikat əldə edəcək.

📆 Düşərgə 13-18 (5 gecə,6 gün) may tarixlərində həyata keçiriləcəkdir.

Son qeydiyyat: 29 aprel 23:00

🔗 QEYDİYYAT LİNKİ RƏYDƏ

📌 t.me/nextstationaz
📢 Fulbrayt Məlumat Sessiyası | Fulbright İnfo Session

ABŞ universitetlərində Fulbrayt magistr təhsil və ya doktorantura tələbələri üçün elmi dərəcə verməyən Fulbrayt proqramları üzrə tam maliyyələşdirilən təhsil ilə bağlı suallarınız varmı?

Bu proqramlardan birinə ərizə təqdim etmək istəyirsiniz?

Peşəkar Şəxsi Bəyanat və Tədqiqat Sahəsi Esselərini necə yazmağı öyrənmək istəyirsiniz?

🇺🇸 ABŞ-ın Azərbaycandakı səfirliyi namizədlər üçün ərizələr, esselər və təhsil ilə bağlı bütün sualları cavablandıran ilk Fulbrayt Məlumat Sessiyasını təşkil edəcək.

🤩 Fulbrayt məzunlarından təcrübələri barədə birbaşa eşitmək şansınız olacaq.

📝 Müraciət prosesinizin bir hissəsi kimi güclü esselərin necə yazılmasını müzakirə edəcəyik.

📆 5 may, 18:30

📍 Amerika Mərkəzi (Azərbaycan Dillər Universiteti, R. Behbudov 134)

📌 t.me/nextstationaz
💼 GƏNC SAHİBKAR

📢 25 Aprel Sahibkarlar günü ilə əlaqədar Naxçıvanbank, Naxçıvansığorta və NMR Gənclər və İdman Nazirliyi ilə birlikdə “Gənc sahibkar” layihəsinə start verir!

👨🏻‍💻 Layihə öz biznes ideyalarını və sahibkar olmaq arzularını gerçəkləşdirmək istəyən gənclərə dəstək olmaq məqsədilə yaradılır.

💰 Layihənin sonunda aktivliyi, ideyası ilə fərqlənən gənclərə bank tərəfindən İnvestisiya krediti, Naxçıvansığorta tərəfindən fərdi qəza sığortası, GİN tərəfindən isə xüsusi sertifikat və hədiyyələr təqdim olunacaq.

🎯 Kimlər müraciət edə bilər?

18-35 yaş aralığında;
Məsuliyyətli;
Öyrənməyə həvəsli;
Öz biznesini qurmağı arzulayan gənclər.

📆 Son müraciət: 31 may

🔗 QEYDİYYAT LİNKİ RƏYDƏ

📌 t.me/nextstationaz
👷🏻‍♂️ PEŞƏLƏR FESTİVALI

📢 “Peşələr festivalı” düzgün peşə seçimi haqqında məlumatlılığın artırılması, eləcə də iştirakçılara peşələr haqqında məlumatı əyani şəkildə yoxlayaraq əldə etmək fürsəti yaradan bir layihədir.

🤵‍♀ Festivalda bütün yaş qruplarından olan şəxslər iştirak edərək müvafiq peşələr haqqında məlumat ala biləcək.

👩🏻‍🌾 Azərbaycanın 10 bölgəsinə səyahət edərək 10 peşə haqqında maarifləndirici tədbirlər həyata keçiriləcək.

🥳 “Öyrən, Əylən, Peşəni seç” şüarı ilə yola çıxan layihəmiz iştirakçılara peşələr üzrə inkişaf yolunu tapmağa da kömək edəcəkdir.

👨🏻‍💻 Onlar gələcəkdə əmək bazarının necə formalaşacağı və peşələr üzrə hansı bacarıqların tələb olunacağını öyrənmiş olacaqlar.

🎉 "Peşələr Festivalı" 10 şəhərdə baş tutacaq:

Bakı
Sumqayıt
Gəncə
Mingəçevir
Lənkəran
Şəki
Qazax
Şamaxı
Şirvan
Bərdə

🔗 ƏTRAFLI MƏLUMAT: www.peshelerfestivali.az

📌 t.me/nextstationaz
📢 SOMU TƏQAÜDÜ

🇸🇪 İsveç
🇱🇹 Litva
🇪🇪 Estoniya
🇩🇪 Almaniya

👩‍🎓 Ölkələrində təqaüdlü magistr təhsili!

📆 Son müraciət tarixi: 20 iyun

🔗 ƏTRAFLI MƏLUMAT VƏ QEYDİYYAT LİNKİ RƏYDƏ

📌 t.me/nextstationaz
🇮🇱 İSRAİLDƏ 11 AYLIQ TƏCRÜBƏ

🎯 PROQRAM:

10 ay ərzində fermer təsərrüfatlarında təcrübə;

1 ay müddətində həm aqrar, həm də iqtisadi sahə istiqamətində akademik
təlimlərdə iştirak;

Fəaliyyət müddətində aylıq 1400$-dək məvacib;

İsrail daxilində nəqliyyat, qida və yaşayış xərclərinin qarşılanması;

Təcrübə və sahəvi səfərlər;

Tibbi sığorta;

Asudə vaxtların səmərəli təşkili;

Proqramın sonunda Azərbaycana geri dönüş biletinin təmin edilməsi;

🎯 ŞƏRTLƏR:

Ali məktəbi yeni bitirmiş məzunlar və ya hal-hazırda magistr və ya sonuncu
kurslar bakalavr təhsili alan gənclər;

Kənd Təsərrüfatı yönümlü ixtisas;

İngilis dili biliyi.

💰 Təcrübə proqramında iştirak üçün ödəniş 3,300$-dır (8 bərabər
hissə ilə ödənilə bilər).

⚠️ Hərbi xidmət öhdəliyi olan gənclər müraciət edə bilməz.

📆 Avqust 2022 - iyul 2023

Son müraciət: 30 aprel

🔗 ƏTRAFLI MƏLUMAT VƏ QEYDİYYAT LİNKİ RƏYDƏ

📌 t.me/nextstationaz
📢 Gürcüstanda beynəlxalq layihə!

🇬🇪 Gürcüstanda baş tutacaq Erasmus+ beynəlxalq fəaliyyətlərdə iştirak üçün 2 nəfər iştirakçı axtarılır!

🎯 Layihə 3 moduldan ibarətdir:

I fəaliyyət: Distant hazırlıq (iyun, 2022);

II fəaliyyət: Seminar - Kobuleti (9-16 İyul, 2022);

III fəaliyyət: Davamlılıq fəaliyyətləri (avqust - oktyabr, 2022).

🎯 Müraciət üçün tələblər:

Yaxşı səviyyədə ingilis dili;

Fəal vətəndaş cəmiyyətində iş və ya könüllülük təcrübəsi;

Gənclər təşkilatında və ya digər ictimai təşkilatlara cəlb olunma;

Layihənin bütün mərhələlərində iştirak etmək münasibliyi.

💰 Layihə müddətində səyahət və yaşayış xərcləri TAM OLARAQ QARŞILANIR

📆 Son müraciət: 29 aprel

🔗 ƏTRAFLI MƏLUMAT VƏ QEYDİYYAT LİNKİ RƏYDƏ

📌 t.me/nextstationaz
🏰 BİZ ŞUŞADAN DANIŞIRIQ

🇦🇿 Təhsil Nazirliyi media nümayəndələrini "Biz Şuşadan danışırıq" adlı videohekayə müsabiqəsində iştiraka dəvət edir.

🎯 MƏQSƏD:

"Şuşa ili"nə həsr olunan müsabiqənin məqsədi Şuşanın təhsilinə, mədəniyyətinə və tarixinə, elm adamlarının, tanınmış şəxslərinin həyat və yaradıcılığına media vasitəsilə işıq salmaq, onların gördüyü işləri təbliğ etmək və gənc nəsli maarifləndirməkdir.

🎯 Müsabiqə üç nominasiya üzrə keçirilir:

🎥 Ən yaxşı süjet;
🎬 Ən yaxşı videoreportaj;
🎤 Ən yaxşı videomüsahibə.

🎯 TƏLƏBLƏR:

Müsabiqədə media nümayəndələri iştirak edə bilər;

Müsabiqəyə göndərilən videolar 3 dəqiqədən artıq olmamalıdır;

Hər iştirakçı bir videohekayə göndərə bilər;

Müsabiqəyə təqdim olunan videohekayələr “Biz Şuşadan danışırıq” ön sözü ilə başlamalıdır.

📆 Son tarix: 27 may

🎁 Müsabiqə qaliblərinə Təhsil Nazirliyinin sertifikatı və hədiyyələr təqdim olunacaq.

🔗 QEYDİYYAT LİNKİ RƏYDƏ

📌 t.me/nextstationaz
📢 FRICK-UP NIGHTS

🤔 Yəqin ki, çoxlu uğur hekayəsi eşitməkdən yorulmusunuz.

🤭 O zaman gəlin biraz da uğursuzluqdan danışaq.

✌🏻 Çünki hər bir uğurlu hekayənin arxasında ondan dəfələrlə daha çox uğursuz cəhdlər durub!

Sahibkarlıqda illərin təcrübəsinə sahib, GoldenPay (hesab.az platformasının sahibi) və eMobile şirkətlərinin təsisçisi kimi tanınan, hazırda Technovate MMC-nin qurucusu və prezidenti Fərid İsmayılzadəni ofisimizdə qonaq edəcəyik.

✊🏻 Onunla birlikdə sahibklarlıqda başa gələ biləcək uğursuzluqları müzakirə edəcəyik.

📆 28 aprel 19:00

📍 SABAH.lab (Üzeyir Hacıbəyov 57)

😳 Maraqlı fakt: Fəridə ilk uğurlu startapını qurmaq uğursuz cəhdən sonra başa gəlib.

🔗 QEYDİYYAT LİNKİ RƏYDƏ

Yerlər məhdud olduğu üçün sadəcə seçiləcək iştirakçılarla əlaqə saxlanılacaq.

📌 t.me/nextstationaz
🌎 Dünya Ətraf Mühit Gününə həsr olunmuş FOTO-MÜSABİQƏ!

🌱 Müsabiqəyə qoşulun və ətraf mühitin mühafizəsi barədə ictimaiyyətin məlumatlılığını artırmağa öz töhfənizi verin!

🎯 İŞTİRAK EDƏ BİLƏR:

12-17 yaşlı,

Azərbaycanda yaşayan,

Ətraf-mühitin mühafizəsinə maraqlı uşaqlar.

🏆 İlk 3 yeri tutan fotoların müəllifləri kitab mağazasından 100, 70 və 50 manatlıq hədiyyə kartları və sertifikatlar alacaqlar.

🎁 Daha 5 gənc iştirakçı xüsusi qeyd olunacaq və rəmzi hədiyyələr alacaqlar.

💎 Qaliblər orijinallıq, texniki bacarıq və ətraf mühitin mühafizəsinə aid şəxsi yanaşma əsasında seçiləcək.

⚠️ Hər iştirakçıdan yalnız bir foto qəbul olunacaq.

⚠️ İnternetdən götürülmüş fotolar münsiflər heyətinin üzvləri tərəfindən qəbul olunmayacaq.


📢 Müsabiqə nəticələri Dünya Ətraf Mühit gününə həsr olunmuş rəsmi tədbirdə açıqlanacaq.

🔗 QEYDİYYAT LİNKİ RƏYDƏ

📌 t.me/nextstationaz
🇫🇷 QALİB FRANSAYA SƏYAHƏT QAZANACAQ!

🎬 2022-ci ildə keçiriləcək V ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı yerli animasiya filmlərinin qəbulunu elan edir.


🇦🇿 Milli kateqoriya:

Ən yaxşı Azərbaycan qısametrajlı animasiya filmi


🌐 Beynəlxalq kateqoriyalar:

Ən yaxşı tammetrajlı animasiya filmi

Ən yaxşı qısametrajlı animasiya filmi

Uşaqlar üçün ən yaxşı qısametrajlı animasiya filmi

Uşaqlar tərəfindən çəkilmiş ən yaxşı qısametrajlı animasiya filmi

Ən yaxşı qısametrajlı eksperimental və ya abstrakt animasiya filmi

Ən yaxşı qısametrajlı tələbə animasiya filmi

Ən yaxşı televiziya və ya İnternet animasiya seriyalı

Ən yaxşı musiqili animasiya videosu


👑 Xüsusi mükafat:

“Azərbaycan animasiyasına verdiyi töhfəyə görə” xüsusi “Qızıl qayıq” heykəlcik-mükafatı


🔗 MÜRACİƏT LİNKİ RƏYDƏ

📌 t.me/nextstationaz
🌐 Türkiyədə beynəlxalq təcrübə proqramı

🇹🇷 Türkiyə Bələdiyyələr Federasiyası gənc liderlər üçün yerli idarəçilik mövzusunda təlimlər vermək məqsədi ilə beynəlxalq təcrübə proqramı elan edir.


🔗 ƏTRAFLI MƏLUMAT VƏ QEYDİYYAT LİNKİ RƏYDƏ

📌 t.me/nextstationaz
🇦🇿 Heydər Əliyev və Azərbaycan iqtisadiyyatı

🎓 Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə bağlı "Heydər Əliyev və Azərbaycan iqtisadiyyatı" mövzusunda müsabiqəyə start verilir!

🎯 ŞƏRTLƏR:

Müsabiqədə 17-29 yaş aralığında olan tələbələr iştirak edə bilər;

Hər gənc müsabiqədə ancaq 1 esse ilə təmsil oluna bilər;

Esselər orjinal olmalıdır, plagiat esselər müsabiqədən kənarlaşdırılacaq;

Müsabiqəyə təqdim ediləcək esselər 2 səhifədən çox olmamalı (A4, Arial formatı, 12 yazı ölçüsü və 1,5 sətir aralığı), Azərbaycan və ingilis dillərinin birində təqdim edilməlidir;

Müəllif özü haqqında məlumat (ad, soyad, universitet, ixtisas, kurs) və əlaqə vasitələrini (telefon nömrəsi və e-mail) qeyd etməlidir;


🎯 Müsabiqə 2 mərhələdən ibarət olacaq:

Esselərin yazılaması;

Dəyirmi masa.

⚠️ Müraciət edəcək iştirakçıların hər iki mərhələdə iştirak etməsi şərtdir.


🎁 İlk 3 yeri tutan gənclər  təltif olunacaq.

Son müraciət tarixi: 5 may

🔗 QEYDİYYAT LİNKİ RƏYDƏ

📌 t.me/nextstationaz
🎑 ONE CAUCASUS

🇬🇪 Gürcüstanda baş tutacaq “One Caucasus” festivalının könüllüsü olaraq Tiflis və Tserakvi şəhərlərində təcrübənə əyləncə qat.


🔗 ƏTRAFLI MƏLUMAT VƏ QEYDİYYAT LİNKİ RƏYDƏ

📌 t.me/nextstationaz
Forwarded from Azad Şuşa 🇦🇿
🕌 RAMAZAN!

🙏🏻Müqəddəs Ramazan bayramı münasibətilə sizi, bütün dəyərli həmvətənlərimizi və əziz izləyicilərimizi ürəkdən təbrik edir, hər birinizə ən xoş arzu və diləklərimizi yetiririk!

🤲🏻 Allah tutulan orucları, qılınan namazları, edilən duaları qəbul etsin!


✊🏻📚 İstiqlal Nəşriyyatı | Kitablara Hürriyyət, mütaliəyə İstiqlal! #i̇stiqlalnəşriyyatı

📌 t.me/istiqlalaz