Next Station 🚉
1.29K subscribers
600 photos
5 videos
543 links
🚂 Səni növbəti dayanacağa aparan inkişaf platforması.
Download Telegram
Azərbaycan İdman Akademiyası Sizi 15-16 avqust 2024-cü il tarixlərində keçiriləcək “Dayanıqlı gələcək naminə gənclərin iştirakı: İqlim, İdman və İnnovasiya” adlı Foruma dəvət edir! 🎉🌱

🎯 Forumun Məqsədləri:

🌡️ İştirakçıları iqlim dəyişikliyinin təsiri və davamlılığın təşviqində idmanın rolu haqqında maarifləndirmək;
🌍 Məktəbliləri və gəncləri iqlim fəaliyyəti və davamlılıq təşəbbüslərində fəal rol oynamağa həvəsləndirmək;
💡 İqlim dəyişikliyini həll etmək üçün innovativ həlləri və ideyaları təşviq etmək;
🤝 Məktəblilər və gənclər arasında şəbəkələşmə və əməkdaşlıq imkanlarını yaratmaq;
🌐 Müzakirələri və fəaliyyətləri Azərbaycanda keçiriləcək COP29 Konfransı ilə uyğunlaşdırmaq.

👥 Kimlər iştirak edə bilər:
14-18 yaşlı məktəblilər;
18-29 yaşlı universitet tələbələri və gənc mütəxəssislər.

📍 Azərbaycan İdman Akademiyası
📅 15-16 avqust

Əlavə məlumat və qeydiyyat https://forms.gle/kBzsjU4pDUpZAwyEA

📞 0558990376

🚂 Səni növbəti dayanacağa aparan inkişaf platforması:

📌 t.me/nextstationaz
📢 Fərqli Sahələrdə Machine Learning

🌟 Süni İntellekt və Machine Learning sahəsində öndə olmaq və ən müasir bilikləri əldə etmək istəyirsiniz? O zaman Fərqli Sahələrdə Machine Learning mövzusunda baş tutacaq seminarımıza qoşularaq gələcəyin texnologiyalarını öyrənin! 🚀

🎯 Spikerimiz “Synapline” şirkətində AI Software Engineer üzrə təcrübəli mütəxəssis Kənan Süleymanlıdır. O, auditoriyaya öz təcrübəsi haqqında məlumat verəcək. Machine learning-in nə olduğunu, əsas metodlarını və bu sahədə istifadə olunan alətlər və texnologiyaları izah edəcək. Həmçinin, real dünyada istifadə olunan nümunələr və layihələr üzərində praktiki çalışmalar barədə danışacaq.

📅 25 Avqust
🕒 15:00 - 17:00
📍Google Meet (online)

🔗 QEYDİYYAT:
👉🏻 https://forms.gle/LEDeRa5iYPoTgGiw5

🚂 Səni növbəti dayanacağa aparan inkişaf platforması:

📌 t.me/nextstationaz
Chain Reaction Battle" müsabiqəsi keçiriləcək.

10-11 sentyabr tarixlərində "Chain Reaction 2024" tədbiri çərçivəsində keçiriləcək müsabiqədə növbəti sahələrdə fəaliyyət göstərən startaplar iştirak edə

bilərlər:

◆ Blockchain

Web3

NFT

De-Fi

◆ Rəqəmsal valyuta

◆ Metaverse

Müraciət üçün son tarix: 26 avqust

Startap kimi müraciət edərək mükafat qazanmaq, öz mövqeyinizi gücləndirmək və investorlarla əlaqə qurmaq şansı əldə edin!

Ətraflı: LİNK

🚂 Səni növbəti dayanacağa aparan inkişaf platforması:

📌 t.me/nextstationaz
📢 Jurnalist Təşəbbüslərinin Təşviqi İB QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dəstəyilə həyata keçirdiyi "Qərbi Azərbaycana Qayıdış Konsepsiyasından irəli gələn məsələlərə ictimai dəstəyin artırılması" layihəsi çərçivəsində tədqiqatçı Dilqəm Əhmədin sərgisi keçiriləcək.

🥳 HƏR KƏS DƏVƏTLİDİR!

🚂 Səni növbəti dayanacağa aparan inkişaf platforması:

📌 t.me/nextstationaz
🇦🇿🇬🇪 “Azərbaycan-Gürcüstan gənclərinin beynəlxalq düşərgəsi" keçiriləcək.

Düşərgənin keçirilməsində məqsəd iki ölkənin gəncləri arasında dostluq əlaqələrinin genişlənməsinə imkan yaratmaq, tələbə-gənclərin təcrübə mübadiləsi imkanlarını artırmaq, qeyri-formal təhsil metod və alətləri vasitəsilə gənclərin inkişafına töhfə vermək, gənclərin beynəlxalq əməkdaşlığını dəstəkləməkdir.

Qeydlər: Anket suallarına verilən cavablar və düşərgənin öncədən müəyyən olmuş iştirakçı meyarları əsasında seçilən gənclər seçilərək, müsahibə mərhələsinə dəvət olunacaq. Müsahibə mərhələsini uğurla tamamlayan gənclərə düşərgənin proqramı və ətraflı məlumatlar göndəriləcək.

Qeyd: Düşərgədə iştirak üçün ingilis dili mütləqdir.

📍Quba İstirahət, İdman, Təlim və Tədris Kompleksi
🗓️ 9-14 sentyabr 2024-cü il

Qeydiyyat üçün: https://forms.gle/HbTLeZDDgqXrZwwB6

Son qeydiyyat tarixi: 15.08.2024, saat 15:00

🚂 Səni növbəti dayanacağa aparan inkişaf platforması:

📌 t.me/nextstationaz
GƏNCLƏR ÜÇÜN HÜQUQİ SAVADLILIQ

📢 Gənclərin hüquqi biliklərinin və hüquqi savadlılığının artırılması məqsədilə "Gənclər üçün hüquqi savadlılıq" mövzusunda infosessiya baş tutacaq.

👩🏻‍⚖️ Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Səadət Seyidli tərəfindən keçiriləcək infosessiyada gənclər hüquqları və vəzifələri haqqında ətraflı məlumat əldə edəcək, hüquqi məsələlərlə bağlı suallarını ekspertə ünvanlaya biləcəklər.

📆 16 avqust
11:00
📍 Gəncə şəhəri, "BookZone" kitab evi

🔗 QEYDİYYAT:
👉🏻 shorturl.at/vE3zU

🎯 İnfosessiya Azərbaycan Respublikasının Gənclər Fondu, Azərbaycan Respublikasının Vəkillər Kollegiyası və Gənclərin İnkişaf və Karyera Mərkəzi tərəfindən keçiriləcək.

🚂 Səni növbəti dayanacağa aparan inkişaf platforması:

📌 t.me/nextstationaz
Forwarded from İstiqlal Nəşriyyatı
🇦🇿 Təbriklər, Qarabağ!!! ♥️

2 — 7

✊🏻📚 İstiqlal Nəşriyyatı | Kitablara Hürriyyət, mütaliəyə İstiqlal!

📌 t.me/istiqlalnesr
😍 Yay mövsümünün ən maraqlı anlarını birlikdə #GənclərDüşərgəsində yaşayaq!

📢 Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən 2-8 sentyabr tarixlərində Göygöl Olimpiya İdman Kompleksində "Region tələbələrinin liderlik məktəbi II" layihəsi keçiriləcək.

🎯 Düşərgənin keçirilməsində məqsəd region gənclərinin fəallığının artırılması, komanda quruculuğu, nitq mədəniyyəti və idarəetmə sahəsində bilik və bacarıqlarını formalaşmaqdır.

⚠️ Tələblər:
18-27 yaş
İctimai-sosial fəaliyyəti ilə fərqlənən gənclər
Bakalavr və magistr tələbələri

🔗 QEYDİYYAT:
👉🏻 forms.gle/KSCcoN4oTPkmFnEw6

📆 2-8 sentyabr
📍 Göygöl OİK

🚂 Səni növbəti dayanacağa aparan inkişaf platforması:

📌 t.me/nextstationaz
🎭 IV TEATR FESTİVALI

📢 Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi və “ASAN Könüllüləri” Təşkilatının təşkilatçılığı ilə “IV Teatr Festivalı” həyata keçiriləcək.

🎬 “IV Teatr Festivalı” çərçivəsində müxtəlif dövlətlərin tarixi və mədəniyyətini əks etdirən əsərlər istedadlı könüllülərimiz tərəfindən səhnələşdiriləcək.

🥳 Sən də öz aktyorluq bacarıqlarına güvənirsənsə və layihənin bir parçası olmaq istəyirsənsə qeydiyyatdan keçməyə tələs!

🔗 QEYDİYYAT:
👉🏻 https://shorturl.at/jtZI5

🚂 Səni növbəti dayanacağa aparan inkişaf platforması:

📌 t.me/nextstationaz
🤔🔮 Süni intellekt həyatımıza daha çox daxil olduqca, texnologiyada bizi nə kimi sürprizlər gözləyir?

🤖🌐 Bu dəfə Metada işləyən həmyerlimiz Aygün Zərbəliyeva ilə birgə “Süni İntellekt İnqilabı: İnkişaf etməkdə olan texnologiya hər şeyi necə dəyişir?” mövzusu ilə gəldik!

🚀 Aygün Zərbəliyeva Azərbaycanın bir neçə IT və Telekom şirkətində işləyib. O, 2021-ci ilə qədər Simbrella şirkətində, 2021-ci il iyul ayından Metanın London ofisində “Business Engineer” sahəsində işləyir.

🔍 Bu maraqlı müzakirəyə qoşulun və süni intellektin gələcəyinizi necə formalaşdıracağını öyrənin!

📆 23 avqust
18:30
📍Zaur Nudirəliyev 79 (İnnoland İnkubasiya və Akselerasiya Mərkəzi)

🔗 QEYDİYYAT:
👉🏻 forms.gle/NEQ1eT7fWKyY9MoX8

💰 FemTalk ÖDƏNİŞSİZDİR!

🚂 Səni növbəti dayanacağa aparan inkişaf platforması:

📌 t.me/nextstationaz
📣"Münaqişədə digital həssaslıq" layihəsi qəbul elan edir!

🎯 Təşəbbüsün əsas məqsədi 18-27 yaş arası gənclərin münaqişə transformasiyası mövzusunda informasiya həssaslığı və fakt-yoxlama bacarıqlarının artırılmasıdır.

📝 4 gün davam edəcək təlim proqramı peşəkar təlimçilər tərəfindən tədris olunacaq. Sessiyalar şənbə və bazar günləri olmaqla nəzəri və praktiki formatda icra ediləcək. Proqram münaqişə kontekstində digital dərclər və gender aspektini özündə əks etdirir.

🎯 Media və jurnalistika sahəsində təcrübə və ya təhsil arzuolunandır.

📅 21-22 və 28-29 sentyabr
10:00 - 17:00, oflayn

Müraciət üçün son tarix: 24 avqust.

🔗 QEYDİYYAT:
👉🏻 https://docs.google.com/.../1FAIpQLSfkYeIFe7P.../viewform

🥳 Sessiyalarda tam iştirak edən iştirakçılar sertifikatla təltif ediləcək.

🚂 Səni növbəti dayanacağa aparan inkişaf platforması:

📌 t.me/nextstationaz
Forwarded from İstiqlal Nəşriyyatı
🎉 YUBİLEYİNİZ MÜBARƏK!

🎂 Bu gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın doğum günüdür.

❤️ Bu münasibətlə Mehriban xanımı təbrik edir, cansağlığı, xoşbəxtlik, Azərbaycan xalqının rifahı naminə geniş və məsuliyyətli fəaliyyətində uğurlar arzu edirik!

✊🏻📚 İstiqlal Nəşriyyatı | Kitablara Hürriyyət, mütaliəyə İstiqlal!

📌 t.me/istiqlalnesr
💸 Hörmətli Sahibkarlar və onların Səlahiyyətli nümayəndələri!

📢 2024-cü ilin Noyabr ayında Respublikamız Dünya Miqyaslı Beynəlxalq COP29-a ev sahibliyi edəcək.

Ölkəmizdə keçiriləcək Beynəlxalq Layihə/Tədbirlə bağlı olaraq cərimələnmələrin qarşısının alınması məqsədilə ictimai iaşə obyektlərinizdə sanitar gigiyena qaydalarına və Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin təqdim etdiyi təlimatlara ciddi riayət etməyinizi tövsiyyə edirik.

🚂 Səni növbəti dayanacağa aparan inkişaf platforması:

📌 t.me/nextstationaz