Next Station 🚉
1.3K subscribers
600 photos
5 videos
543 links
🚂 Səni növbəti dayanacağa aparan inkişaf platforması.
Download Telegram
👩‍🏫🎯 KARYERADA BİZ FORUMU

📢 “Karyerada Biz Forumu” gənclərə möhtəşəm imkanlar üçün yeni qapılar açacaq!

🥳 Əgər karyeranızda uğur qazanmaq, yeni biliklər əldə etmək və özünüzü inkişaf etdirmək istəyirsinizsə, bu forum tam sizə görədir!

💰 İŞTİRAK ÖDƏNİŞSİZDİR!

📆 17.07.2024
14:00
📍 Yelo Bank Baş ofis

🔗 QEYDİYYAT :
👉🏻 forms.gle/ufw6KfjNviASiVqv6

SON QEYDİYYAT: 14.07.2024 [23:59]

🚂 Səni növbəti dayanacağa aparan inkişaf platforması:

📌 t.me/nextstationaz
🇦🇿 QARABAĞ GƏNCLƏRİNİN NƏZƏRİNƏ!

📢 "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində "Partlayıcı Sursatların Təhlükəsinə dair Maarifləndirmə - Yaşıl Gələcək Layihəsi!

😎 Layihə Gənclər Fondu və UNICEF-in Azərbaycandakı Nümayəndəliyinin dəstəyi ilə “Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən həyata keçirilir.

💣 "Mina Təhlükəsi ilə Mübarizə" proqramının əsas komponentlərindən biri olan partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmənin aparılması, ekoloji tarazlığa və daha yaşıl, daha sağlam gələcəyə doğru irəliləyişə maneə olan partlayıcı sursatların ətraf mühitə təsirlərinin azaldılması məqsədilə gənclərə layihənin ilkin mərhələsində peşəkar təlimçilər təlimlər keçiriləcək, ikinci mərhələdə təlimləri uğurla başa vuran gənclər təlimçi statusunda işğaldan azad olunmuş ərazilərdə məskunlaşmış uşaq, yeniyetmə və gənclər üçün məlumatlandırıcı sessiyalar keçəcək.

🔗 QEYDİYYAT:
👉🏻 https://bit.ly/Pstm

📆 SON MÜRACİƏT: 18 iyul

🚂 Səni növbəti dayanacağa aparan inkişaf platforması:

📌 t.me/nextstationaz
🥴 Tarix boyunca ən maraqlı məhkəmə işlərindən biri də "McDonalds"a qarşı açılan məhkəmə işidir.

Bu məhkəmədə şikayət "isti qəhvə" idi.

🚙 Belə ki, 1992-ci ildə Stella Liebeck adlı amerikalı qadın avtomobillə gəzintiyə çıxır. McDonalds-dan qəhvə alan Stella qəhvəni ayaqları üstünə qoyaraq qapağını açmağa çalışır. Tam açmaq üzrə ikən qəhvə ayaqlarına dağılır və üçüncü dərəcəli yanıqlar əmələ gəlir.

Uzun müddət müalicə almasına baxmayaraq ayaqlarında ləkələr və yanıq izləri
sağalmır. Bundan sonda qadın "normaldan daha isti qəhvə" verdiyi üçün McDonalds-ı məhkəməyə verir.

💰 2 il davam edən prosesdən sonra məhkəmə qadının xeyrinə başa çatır və məhkəmə McDonalds-ın 2.8 milyon dollar təzminat ödəməsinə qərar verir. McDonalds qadın ilə razılığa gəlir və 640 000$ ödəyir.

⛔️ Deyilənə görə, McDonalds-da isti içkilərin üzərində "Diqqət: İsti içkidir" xəbərdarlığı bu məhkəmədən sonra yazılır.

🚂 Səni növbəti dayanacağa aparan inkişaf platforması:

📌 t.me/nextstationaz
🥳 YAYFEST 2024!

📢 Gənclərin ən böyük macərası olan Yay Fest 2024-ə hazır olun!

🎉 Bu yay hər anı dolu-dolu yaşamaq üçün əla fürsətdir, çünki hər şey daha parlaq, daha böyük və daha əyləncəli olacaq!

🎯 GƏNCLƏR FESTİVALI TƏŞKİLATÇILARI
Azərbaycan Respublikasının Gənclər Fondu
“İDEA” İctimai Birliyi
COP29 Təşkilat Komitəsi
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı
Azərbaycan Könüllü Təşkilatları İttifaqı
CAVAN” Gənclər Hərəkatı İctimai Birliyi
“Gənc Könüllülər” İctimai Birliyi

🔥 Sayca 4-cü dəfə keçiriləcək festival bu il 2000-dən çox gənci əhatə edəcək!

🎷 Ən yaxşı tədbirlər, möhtəşəm musiqi, rəngarəng fəaliyyətlər və unudulmaz xatirələr sizi gözləyir. Dostunla birlikdə gəl və bu inanılmaz festivalın bir parçası ol!

📍 Şamaxı Astrofizika Rəsədxanası

🔗 QEYDİYYAT: yayfest.az

Tələsin, yerlər məhduddur!

🚂 Səni növbəti dayanacağa aparan inkişaf platforması:

📌 t.me/nextstationaz
🇪🇺 AVROPANI BƏDDİİ İNCİLƏRİ

📢 Tədbirdə iştirakçıların özləri ilə gətirdikləri bədii ədəbiyyat nümunələri ilə bağlı diskussiya aparılacaq.

🥳 Bir-birindən dəyərli əsərləri ilə rəflərimizi bəzəyən Avropa ədəbiyyatını daha yaxşı mənimsəmək, müxtəlif mövzular üzrə müzakirələr apararaq obrazları, baş vermiş hadisələri, çatdırılmaq istənilən fikri və bu kimi bir çox məqamı digər iştirakçılarla mübadilə etmək üçün bu imkanş qaçırmayın.

🔥 Bu tədbir iştirakçılara təkcə ortaq ədəbiyyat sevgisi ilə bağlı deyil, həm də Avropanın hər yerindən yeni müəllifləri və perspektivləri araşdırmaq imkanı verəcəkdir.

📆 20 iyul
12:00-13:30
📍 Sumqayıt (Dəqiq ünvan qeydiyyatı təsdiqlənən şəxslərlə paylaşılacaq)

🔗 QEYDİYYAT:
👉🏻 forms.gle/ukzwrfSY1Pg2Qdrr6

🚂 Səni növbəti dayanacağa aparan inkişaf platforması:

📌 t.me/nextstationaz
🇦🇿💪🏻 BİZİM BAYRAQDARLAR!

📢 Gənclər və İdman Nazirliyi Paris şəhərində XXXIII Yay Olimpiya Oyunlarında Azərbaycan Olimpiya Komandasının bayraqdarlarını açıqlayıb.

👏🏻 İyulun 26-da Bakı vaxtı ilə saat 21:30-da Parisdə başlanacaq açılış mərasimində üçrəngli bayrağımızı boksçumuz Məhəmməd Abdullayev və cüdoçumuz Gültac Məmmədəliyeva daşıyacaqlar.

🎉 Bütün idmançılarımıza uğurlar arzulayırıq!

🚂 Səni növbəti dayanacağa aparan inkişaf platforması:

📌 t.me/nextstationaz
🎬 HR-lar üçün FİLMLƏR! 🥳

🎈 HR sahəsinə marağı olan, lakin hardan başlayacağını bilməyən, bu sahə üzrə kifayət qədər təcrübəsi olan, HR sahəsində çalışan və çalışmaq istəyənlərin baxmalı olduğu filmləri sizinlə paylaşırıq.

🎞️ Bəs siz bu filmlərdən hansını izləmisiniz?

🚂 Səni növbəti dayanacağa aparan inkişaf platforması:

📌 t.me/nextstationaz
🚌 BAKUBUS DİZAYNER AXTARIR!

📢 "Bakubus" MMC şəhərimizin nəqliyyat sistemini daha rəngli və cəlbedici etmək üçün istedadlı qrafik dizayner axtarır.

🎯 Tələblərə cavab verən namizədlər CV və portfolionu esmer.orujova@bakubus.az ünvanına göndərə bilərlər.

🚂 Səni növbəti dayanacağa aparan inkişaf platforması:

📌 t.me/nextstationaz
🇦🇿🇱🇻🇵🇱🇺🇦🇩🇪 CULTURAL EXCHANGE

📢 "Sağlam Düşüncə" Gənclər Təşkilatı xarici gənclərin də iştirak edəcəyi mədəniyyət gecəsi keçirəcək.

🎎 Tədbirdə Azərbaycan, Latviya, Polşa, Ukrayna və Almaniyadan olan xarici könüllülərimiz öz mədəniyyətlərini təqdim edəcəklər.

📆 21 iyul
18:00
📍 Sumqayıt

🔗 QEYDİYYAT:
👉🏻 CULTURAL EXCHANGE

SON MÜRACİƏT: 21 iyul 15:00

⚠️ Məkan ilə bağlı məlumat seçilən iştirakçılara daha sonra bildiriləcək.

YERLƏR MƏHDUDDUR!

🚂 Səni növbəti dayanacağa aparan inkişaf platforması:

📌 t.me/nextstationaz
Forwarded from İstiqlal Nəşriyyatı
🥰 Əziz və hörmətli media nümayəndələri!

❤️ Sizi 22 iyul Milli Mətbuat və Jurnalistika Günü münasibətilə səmimi qəlbdən təbrik edir, ən xoş arzularımızı çatdırırıq!

🇦🇿 Ötən 149 ildə milli mətbuatımız mürəkkəb, lakin çox şərəfli bir yol keçmiş, daim inkişafda olmuş, bütün dövrlərdə, xüsusən 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan jurnalistləri öz peşə borclarını ləyaqətlə yerinə yetirmişlər.

🥳 Bir daha jurnalistlərimizi "İstiqlal" Nəşriyyatının kollektivi adından təbrik edir, möhkəm can sağlığı, xoşbəxtlik və yaradıcılıq uğurları arzulayırıq!

✊🏻📚 İstiqlal Nəşriyyatı | Kitablara Hürriyyət, mütaliəyə İstiqlal!

📌 t.me/istiqlalnesr
🇵🇱 Polşada uzunmüddətli "ESC Project" könüllülük layihəsi!

📍 Kielce, Polşa
📆 Sentyabr - Oktyabr 2024 – Mart - Aprel 2025 (6 ay)

🎯 TƏLƏBLƏR:
18-30 yaş arası
Azərbaycan vətəndaşı

🇦🇿🛫 Azərbaycandan göndərən: “Sağlam Düşüncə” Gənclər Təşkilatı
🛬🇵🇱 Qəbul edən: Regionalne Centrum Wolontariatu w Kielcach

🔗 ƏTRAFLI MƏLUMAT VƏ QEYDİYYAT:
👉 https://csyo-az.org/2024/07/21/144

🚂 Səni növbəti dayanacağa aparan inkişaf platforması:

📌 t.me/nextstationaz
🇦🇿 KOMİSSİYA SƏDRİ VAKANSİYASI!

📢 Dağlıq Şirvan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Ağsu Rayon Təhsil Sektoru üzrə Psixoloji-tibbi-pedaqoji Komissiyanın sədri vəzifəsi üzrə vakansiya elan edilir.

🎯 TƏLƏBLƏR:
👩🏻‍🎓 Ali təhsilli
👩🏻‍💻 Minumum 5 il pedaqoji staj
👩🏻‍🏫 Psixoloq və ya ibtidai sinif müəllimi ixtisası

🎯 TƏLƏB OLUNAN SƏNƏDLƏR:
Şəxsiyyət vəsiqəsinin surəti
Diplom və diploma əlavənin surəti
Əmək kitabçasının surəti

MÜRACİƏT TARİXİ: 24 iyul — 1 avqust
📍 MÜRACİƏT: Ağsu Rayon Təhsil Sektoru

💯 Sənəd qəbulu yekunlaşdıqdan sonra seçim müsahibə yolu ilə aparılacaq.

🚂 Səni növbəti dayanacağa aparan inkişaf platforması:

📌 t.me/nextstationaz
🥳 YUBİLEY KONSERT PROQRAMI!

📢 26 iyul — Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin yaranma günüdür.

🎉 Bu əlamətdar tarixin 30-cu ildönümünü gənclərimiz və idman ictimaiyyətimiz fəxrlə qeyd edir.

🎊 Gənclər və idmançılar, eləcə də, özündə gənclik enerjisi, idmançı gümrahlığı hiss edən hər kəs!

🥰 Yubileyimizi Sizinlə birlikdə qeyd etmək üçün həmin gün “Dəniz Mall”da olacağıq. Gəlin, bu əlamətdar hadisənin iştirakçısı olun.

🗼 Həmçinin yubiley günümüzdə Paris-2024 Olimpiya Oyunlarının açılış mərasiminə bağlanacaq, idmançılarımızın Olimpiya paradından keçidini birlikdə izləyəcəyik.

📆 26 iyul
18:00
📍 “Dəniz Mall”un qarşısı

💰 GİRİŞ SƏRBƏSTDİR!

🚂 Səni növbəti dayanacağa aparan inkişaf platforması:

📌 t.me/nextstationaz