Next Station 🚉
1.29K subscribers
600 photos
6 videos
544 links
🚂 Səni növbəti dayanacağa aparan inkişaf platforması.
Download Telegram
Forwarded from Səyahətçi
AZAL təyyarə bələdçisi vəzifəsinə işə qəbul elan edir.


🎯 ÖHDƏLİKLƏR:

Hava gəmisinin göyərtəsində sərnişinlərin xoş qarşılanması üçün gözəl şərait yaratmalı;
Sərnişinlərə qarşı xeyirxah olmalı və onlara qayğı göstərməli;
Hava gəmisində sərnişinlərin düzgün məlumatlandırılması və davranış qaydalarına riayət etməli;
Hava gəmisində sərnişinlərin təhlükəsizliyini, operativ ilkin tibbi yardım göstərilməsini və yüksək səviyyəli xidməti təmin etməlidir.


🎯 TƏLƏBLƏR:

Orta ixtisas təhsilli
Məsuliyyətli
Ünsiyyətcil
Komandada işləmək bacarığı
Stresə davamlı
18 yaşından 30 yaşınadək, boyu 165 sm-dən az, 180 sm-dən çox olmayan xanımlara üstünlük verilir.


🌍 DİL BİLİKLƏRİ:

🇦🇿 əla
🇬🇧 yaxşı
🇷🇺 yaxşı

🔗 MÜRACİƏT ÜÇÜN LİNK RƏYDƏ

📌 t.me/seyahetchi
📚 DAAD Scholarship

🇩🇪 Almaniyada təhsil almaq, yeni dostlar qazanmaq, səyahət macəraları yaşamaq və təcrübəsinə təcrübə qatmaq istəyən tələbələrin arzusu olan DAAD təqaüdü artıq müraciətlərimizi gözləyir.

🌎 Hər il dünyanın bütün ölkələrindən bu proqrama müraciətlər olur.

🇦🇿 Maraqlıdır ki, bu qədər rəqabət arasında Azərbaycandan da təqaüdü qazananlar az deyil.

👩🏻‍🎓 3 ildir ki, bu təqaüdü araşdıran, həm Azərbaycandakı, həm də Gürcüstandakı ofisi ilə yaxından kontaktda olan, bu il təqaüdün qalibi olan biri olaraq suallarınızı cavablamaq və təqaüdü qazanmağınıza yardım etmək istəyirəm.

👩🏻‍💻 Sizi zoom platforması üzərindən ödənişsiz konsultasiyaya qoşulmağa dəvət edirəm.

👩🏻‍🏫 Konstitusiyada sizi maraqlandıran suallarınıza cavab verəcək, təqaüdü qazanmaq üçün vacib məqamları diqqətinizə çatdıracaq, öz təcrübələrimi bölüşəcək, qazandıqdan sonra nə etməli olduğunuzu vurğulayacaq, bir sözlə, gözəl söhbət edəcəyik.

📅 21 avqust, 21:00

Hörmətlə:
Rəvanə Quliyeva,
Xaricdə təhsil mütəxəssisi

🔗 DƏVƏT LİNKİ RƏYDƏ
🎬 REJİSSORLUĞUN DRAMATURGİYASI

📢 Azərbaycan Kinematoqrafçılar İttifaqının Kino məktəbi “Rejissorluğun dramaturgiyasi” kursuna qəbul elan edir.

👨🏻‍🏫 Kursun rəhbəri prodüser və rejissor Oleq Səfərəliyevdir.

⏱️ Qəbul müddəti avqustun 20-dən sentyabrın 10-a qədərdir.

🧑🏻‍🎓 Təhsil müddəti iki ildir.

💰 Mühazirələr əyani və ödənişsiz əsaslarla keçiriləcək.

🇦🇿 Məşğələlər Azərbaycan dilində aparılacaq.

👩🏻‍💻 Məktəbin dinləyiciləri müsahibə əsasında seçiləcək.

🔗 QEYDİYYAT VASİTƏSİ RƏYDƏ

📌 t.me/nextstationaz
Forwarded from Səyahətçi
MEŞƏLƏRİ QORUYAQ!

Meşələr, həm həyat verdiyi canlılar, həm də ekoloji qatqısı baxımından sadəcə olduqları ölkə üçün deyil, dünyadakı hərkəs üçün son dərəcə önəmlidir.

Təəssüf ki, son günlərdə bəzi bölgələrimizdə təbii varlıqlarımız fəlakətə uğrayaraq yanır.

Hər birimiz üzərimizə düşən məsuliyyəti yerinə yetirməliyik.

1. Meşələrdə tonqal yandırılmamalıdır. Meşədə istirahət edərkən və ya həmin ərazidən keçərkən siqaretləri söndürmədən ətrafa atmaq olmaz.

2. Meşələrdə yanğın gözətçi qüllələri olmaldır. Yanğınların böyüməsinə ən böyük səbəb vaxtında müdaxilə edilməməsidir. Yerləşdirilən qüllələr nəticəsində baş verən yanğınlardan tez xəbərdar olunar və lazımi önəmlər alınar.

3.Yanğın riskinin çox olduğu yay mövsümündə, lazım olarsa, meşəyə giriş və çıxışlara icazə verilməməlidir.

4. Yanğına həssas bölgələrdə yaşayan insanlara yanğına ilkin müdaxilə haqqında öyrədici məlumat verilməlidir.

5. Şüşə və şüşə qırıqlarını meşəyə atmaq olmaz. Çünki şüşə günəşin təsiri ilə yanğın yarada bilir.

📌 t.me/seyahetchi
🇺🇸🕊️🇦🇿 ABŞ-ın AZƏRBAYCANDAKI SƏFİRLİYİNDƏ TƏCRÜBƏ!

🤵🏻‍♀️ Həmişə diplomatik missiyada təcrübə keçmək arzusunda olmusunuz, lakin bunu necə edə biləcəyinizi bilməmisiniz?

🥳 O zaman bu fürsəti qaçırmayın!

📢 2022-ci ilin payızında keçiriləcək Tələbə Təcrübə Proqramı üçün müraciətləri qəbul edirik.

👩🏻‍💻 Əvəzsiz iş təcrübəsi və diplomatik karyera haqqında məlumat əldə etmək üçün müraciət edin.

🔗 QEYDİYYAT LİNKİ RƏYDƏ

📌 t.me/nextstationaz
Forwarded from Səyahətçi
🇦🇿 LAÇIN AZƏRBAYCANDIR!

📌 t.me/nextstationaz
Forwarded from Səyahətçi
🎨 Xaqani, Nəsimi, Seyid Əzim , Sabir, Məhəmməd Hadi və Abbas Səhhətin timsalında bütün Şirvanlıları özündə birləşdirən, Şamaxı mədəniyyəti və tarixini əks etdirən divar rəsmləri.

🖌️ Divar üstü rəsmlər Şamaxı-Pirqulu yolunun Məlhəm kəndinnnən keçən hissəsində əks etdirilib.

📸 Sizində bu tablolar qarşısında fotolarınızı görmək çox maraqlı olar.

📌 t.me/seyahetchi
📢 Avropa Gənclər Fondu beynəlxalq layihələr üçün müraciətləri açıq elan edir!

⏱️ Müraciət etmək istəyən təşkilatların Avropa Gənclər Fondunun onlayn sistemi vasitəsilə 17 sentyabr tarixinədək qeydiyyatdan keçmələri mütləqdir.

👩🏻‍🏫 Avropa Gənclər Fondu tərəfindən gənclər və gənclərlə iş, qeyri-formal təhsil və inklüzivliklə bağlı problemlərə müraciət edən layihələr dəstəklənir.

🔗 QEYDİYYAT LİNKİ RƏYDƏ

📌 t.me/nextstationaz
🥳 XI KÖNÜLLÜLÜK PROQRAMI

📢 Uzun müddətdir ki, gözlənilən NAYORA-nın XI könüllülük proqramı üçün müraciətləri açıq elan edilir!

👩🏻‍🏫 NAYORA-da təcrübə toplamaq, yerli və beynəlxalq layihələrdə iştirak etmək, sosial çevrənizi genişləndirmək istəyirsinizsə, müraciət üçün tələsin.

🤵🏻 Qeyd edək ki, namizədlər arasından ancaq uğurlu olan 20 nəfər gənc NAYORA-da könüllü fəaliyyəti göstərə biləcək.

🔗 QEYDİYYAT LİNKİ RƏYDƏ

📌 t.me/nextstationaz
🥳 LƏNKƏRANDA 3 GÜNLÜK LAYİHƏ!

📢 MAGİYA İB “Azərbaycanda ailə institutu: problemlər və perspektivlər” adlı layihə həyata keçirir.

🎯 MƏQSƏD:
Ölkəmizdə ailə, qadın, uşaq və gender məsələlərinin aktuallığını gündəmə gətirməklə cəmiyətimizdə ailə dəyərlərinin təşviqi və valideyn məsuliyyətinin artırılmasının təbliği sahəsində gənclərin, xüsusilə də, gənc ailələrin ölkə miqyasında maarifləndirilməsini və məlumatlandırılmasını təşkil etmək.

👨‍👩‍👧‍👦 Layihə çərçivəsində 18-35 yaş arası 25 nəfər gənc və gənc ailə təmsilçiləri üçün ailə, qadın, uşaq və gender məsələləri mövzusunda Lənkəran şəhərində yerləşən “Lüks Lənkəran” otelində 3 günlük nəzəri-praktik konfrans təşkil olunacaqdır.

💰 3 günlük tədbir zamanı nəqliyyat xərcləri istisna olmaqla, bütün iştirakçıların çay-kofe, yemək və oteldə qalmaq xərcləri qarşılanacaqdır.

📆 21-23 oktyabr

🔗 QEYDİYYAT LİNKİ RƏYDƏ

⚠️ Layihə haqqında məlumatı "Next Station" kanalından əldə etdiyinizi qeyd etməklə layihəyə seçilmə şansınızı artıra bilərsiniz.

📌 t.me/nextstationaz