İş elanları və şəxsi inkişaf kanalı (HR-AZ.com)
2.32K subscribers
459 photos
7 videos
6 files
900 links
Vakansiyalar, təcrübə proqramları, şəxsi inkişafla bağlı məlumatlar

Elan və reklam yerləşdirilməsi üçün: t.me/orkhansafarli
Download Telegram
#hrazcom #vakansiya #ishvar #işvar #satış #bank #sığorta #gəncə
“PAŞA Sığorta” ASC “Satış üzrə assistent (Gəncə nümayəndəliyi)” vakansiyası elan edir.

VƏZİFƏ VƏ ÖHDƏLİKLƏR

· Mövcud olan fərdi müştəri bazasının böyüdülməsi və satış həcminin artırılması məqsədilə şirkət tərəfindən təqdim olunan sığorta məhsullarının və xidmətlərinin irəliləyişi üzərində işlənilməsi
· Şirkətə müraciət edən müştərilərə yüksək keyfiyyətli xidmət göstərilməsi
· Sorğu vərəqələrinin müştərilər tərəfindən doldurulmasına nəzarət edilməsi, müvafiq tarif göstəricilərini və sığorta şərtlərini almaq üçün sifarişçi haqqında tələb olunan və əlavə informasiyanın Anderraytinq Şöbəsinə vaxtı-vaxtında təqdim edilməsi
· Zərurət yarandığı halda sığorta obyektlərinə baxışın həyata keçirilməsi
· Fərdi və bank müştərilərinə xidmət edilməsi, müştəri tələbatına uyğun olaraq növbətçi olduğu zaman müvafiq sığorta növləri üzrə şəhadətnamələrin yazılması
· Vaxtı bitməkdə olan sığorta şəhadətnamələri üzrə müştərilərə zənglər edilməsi və şəhadətnamələrin yenilənməsinin təmin edilməsi
· Şirkətin əməkdaşlıq etdiyi partnyorların (agentlərin) maddi-texniki təminatına dəstək göstərilməsi


BİLİKLƏR

· Ali təhsil - Biznes və ya Marketinq sahəsində təhsilə üstünlük verilir
· Dil bilikləri: Azərbaycan dilini sərbəst bilmək

TƏCRÜBƏ

· Müvafiq iş təcrübəsinin olmasına üstünlük verilir

BACARIQLAR

• Ünsiyyət qurmaq bacarığı
• Dəqiqlik
• Öz fikirlərini sərbəst ifadə etmək bacarığı
• Yaranan şəraitdə tez reaksiya göstərmək bacarığı
• Komanda ilə işləmək bacarığı
• Təklif olunan məhsulu satmaq və tanıtmaq bacarığı

Son müraciət tarixi: 23 mart 2022.

Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi recruitment@pasha-insurance.az ünvanına göndərin.

🌐 t.me/hrazcom