İş elanları və şəxsi inkişaf kanalı (HR-AZ.com)
2.31K subscribers
463 photos
7 videos
6 files
908 links
Vakansiyalar, təcrübə proqramları, şəxsi inkişafla bağlı məlumatlar

Elan və reklam yerləşdirilməsi üçün: t.me/orkhansafarli
Download Telegram
#hrazcom #işvar #ishvar #vakansiya
💼 Mərkəzi Bank-da Maliyyə, Sığorta, İT, Data və Satınalma sahələri üzrə aktiv vakansiyalar:

Ətraflı: https://lnkd.in/eQtpsuJr

📢 Bu elan formasını ətrafınızdakı işsiz və iş axtaran şəxslərlə də paylaşaraq onlara dəstək ola bilərsiniz.

Bu və digər vakansiyalar mobil telefonunuzda:
🌐 t.me/hrazcom
#hrazcom #işvar #ishvar #vakansiya
💼 Vakansiya: İşə qəbul üzrə aparıcı mütəxəssis, Baku Electronics.

📄 Öhdəliklər:

- Vakansiya üzrə tələbləri struktur rəhbərləri ilə birgə müəyyənləşdirmək və işə qəbul prosesini effektiv şəkildə idarə etmək;
- Karyera səhifəsi, ixtisaslaşmış axtarış platformaları, sosial media və digər mənbələrdən istifadə edərək uyğun namizədlərin aktiv şəkildə axtarılması və cəlb olunmasını təmin etmək;
- Struktur rəhbərləri ilə sıx və davamlı əməkdaşlıq quraraq istedad ehtiyaclarının proaktiv şəkildə qarşılanmasına töhfə vermək;
- İşə qəbul prosesinə dair əsas performans göstəricilərini izləmək, təhlil etmək və nəticələrə əsasən aylıq hesabatlar hazırlamaq;
- Namizəd təcrübəsinin yüksəldilməsi məqsədilə yeni yanaşmalar təklif etmək və tətbiqini təmin etmək;
- Çətin doldurulan və strateji əhəmiyyətə malik vakansiyalar üçün istedad ehtiyatı formalaşdırmaq və qabaqlayıcı strategiyaları həyata keçirmək;
- İşə qəbul funksiyasına töhfə verən daxili layihələrdə (employer branding, onboarding, təlim, təkmilləşdirmə və s.) aktiv şəkildə iştirak etmək və innovativ yanaşmalar irəli sürmək.

🔍 Tələblər:

- İnsan Resursları, Biznesin İdarəolunması və ya əlaqəli sahədə ali təhsil dərəcəsi;
- İşə qəbul sahəsində ən azı 2 il təcrübə;
- LinkedIn Recruiter və digər axtarış alətləri ilə effektiv iş təcrübəsi;
- MS Excel və HR sistemlərində məlumatların toplanması, təhlili və hesabatların hazırlanması üzrə orta səviyyədə biliklər;
- Yüksək səviyyədə kommunikasiya qabiliyyəti və komandada işləmə bacarığı;
- Data əsaslı qərarvermə qabiliyyəti, nəticəyönümlü yanaşma və proaktiv iş prinsipi;

📩 Maraqlanan namizədlər öz CV-lərini cv@bakuelectronics.az elektron poçt ünvanına göndərə bilərlər.

Bu və digər vakansiyalar mobil telefonunuzda:
🌐 t.me/hrazcom