İnsan yönümlü şəhərlər ️
3.67K subscribers
2.57K photos
321 videos
2 files
817 links
Təhlükəsiz, rahat və müasir şəhərlər, piyada, velosiped və digər nəqliyyat növlərindən bəhs edirəm.

Dəstək olmaq: city4people.az/destek
Əlaqə: @City4People_az_Bot
Download Telegram
🇺🇸 Ostin şəhəri, ABŞ.

Amerika dünyanın ən avtomobilləşmiş ölkəsi, şəhərlərin isə əksəriyyəti avtomobilyönümlü olması bəllidir.

Buna baxmayaraq, bu ölkənin bir sıra şəhərləri İsveçin "Vision Zero" təhlükəsizlik proqramını tətbiq etməyə başlayıb. Küçələri daha təhlükəsiz etmək üçün piyada, velosiped və ictimai nəqliyyata üstünlük verilir, sürət azaldılır, yolayrıcıları isə daha təhlükəsiz edilir.

Texas ştatının paytaxtı hər il Amerikanın ən yaşamalı şəhərlər siyahısına düşür.

#ABŞ #visionzero
👍12😁1💩1
🇬🇪 Qonşu Tbilisi şəhərində nəqliyyat islahatı davam edir.

Gürcüstanın paytaxtında cəmi 5-6 il əvvəl ictimai nəqliyyat çox bərbad vəziyyətdə olub. Bu şəhərdə islahat tək yeni avtobusların alınması ilə bitməyib. Əsas məsələ burada küçə-yol infrastrukturuna yenidən baxılmaısıdır.

Təmirdən çıxmış demək olar ki hər küçə və prospektdə avtobus və velosiped zolaqları təşkil edilir, piyadaların hərəkəti üçün bütün lazımi şərait yaradılır. Bəzi yerlərdə maşınlar üçün cəmi bir hərəkət zolağı saxlayırlar. Əsas məsələ - ictimai nəqliyyat tıxacsız və fasiləsiz hərəkət etsin.

❗️ Daha bir vacib addım - yeraltı piyada keçidləri eynisəviyyəli "zebra"lar ilə əvəz olunur.

Şəhərin sağlam transformasiyası məhs bu cür görsünür. Bakıdan görək.

Foto: Tbilisi City Hall
👍225😢1
📻 Bu gün saat 18:00-da "90 FM"-in efirində, AvtoStop verilişinin qonağı olacağıq.

İctimai Radionu onlayn buradan qulaq asmaq olar:
👉 https://itv.az/live-radio
👍11
❗️ Quba yolundakı qəza dəhşət doğurur, görüntüləri açıq şəkildə paylaşmıram, çox ağır kadrlardır.

İndi bir konkret günahkar axtarmağın mənası yoxdur. Belə şeylar baş verməsin deyə, sistematik təhlükəsizlik tədbirlərinə ehtiyac var.

Yollar elə təşkil edilməlidir ki, kimsə səhv etsə, bu ağır fəsadlara və ölümlərə gətirib çıxarmasın. Bakı-Quba yolu neçə ildir təmir edilir, bəzi yerlərdə ikitərəfli axın yolun bir hissəsinə yönləndirilib.

Deyəcəksiniz, sürücünün də günahı var, "adam kimi sürərdi". İnkar etmirəm, hadisə hələ araşdırılacaq. Amma bu ümumi vəziyyəti dəyişmir. Bu gün bizim yollar və maqistrallar insan səhvini bağışlamır.

Sözügedən hadisədə 7 nəfər həlak olub, 7 ailədə matəmdir. Təəssüf ki, iki gündən sonra bu rəqəmlər adi bir statistikaya çevrilib unudulacaq.

Bizim yollarımız sizi qorumur. Odur ki, özünüzü özünüz qoruyun.
😢16👍72
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Könüllülər və bizim gənclər tərəfindən belə videoların hazırlanması və belə düşüncədə olması ümid doğurur.

P.S. Videonun texniki tərəfinə toxunmuram, amma şəhərin insan yönümlü olmasının vacibliyi və müasir mobilliyin təmin edilməsinin təbliği daimə aparılmalıdır.
👍255
Forwarded from Əkinçi
Dayanıqlı şəhər mobilliyi nə deməkdir? Azərbaycanda ictimai nəqliyyatın maliyyələşməsi ilə bağlı vəziyyət nə yerdədir?

Budəfəki videomuzda nəqliyyat eksperti Rauf Ağamirzəyevlə şəhər, mobillik və ictimai nəqliyyat haqqında söhbət etmişik.

@akinchiproject
13👍2
🌳 Deyilənə görə, Bakıda, "Gənclik" metrosunun yaxınlığında daha bir park layihələndirilir.

Zoopark ilə üzbəüz olan bu parkda diqqəti çəkən əlçatan yerüstü piyada keçididir ki, onun pilləsiz hissələri olacaq, həmçini velosipedçilər üçün də əlçatan olacaq.

Eskizlər: SkyScraperCity səhifəsindən.
15👍6
This media is not supported in your browser
VIEW IN TELEGRAM
❗️ İctimai nəqliyyatın köklü islahatı lazımdır. Bir gün bu faciə ilə bitə bilər.

Video: TikTok / fatimakroos
😢11😱6
🇦🇿 Naxçıvan küçələri heç də ürək açan deyil.

Şəhərdə çox az avtomobil var, buna baxmayaraq sanki tanklar üçün geniş yollar salınıb. Səkilər isə dar, velpsiped üçün yer ayrılmayıb.

Burada da urbanistik islahatlara ciddi ehtiyac var.

Gözəl təbiəti olduğu kimi, Naxçıvanın da küçələrini rahatlıqla insan yönümlü etmək olar.
💩17👍7
🛑 "Əlçatmayan" şəhər: Xocəsəndən bariz nümunə.

Yaxın günlərdə açılışını gözləyən yeni "Xocəsən" metrostansiyasının ətrafında piyadaların yolunu maksimum dərəcədə çətinləşdiriblər.

Əvvəl yolu keçmək üçün yerüstü piyada keçidinə qalxmalısınız, sonra isə stansiyanın əsas pavilyonuna pilləkənlə qalxmalısınız, sonra düşməlisiniz yeraltı piyada keçidinə, sonra isə çatırsız platformaya.

Bu layihəni təqdim edən və icra edənlər mühəndislər əlçatan mühit, inklüzivlik haqqında burada ümumiyyətlə düşünməyiblər. 2022-ci ildə sıfırdan tikilən ictimai nəqliyyat infrastrukturu axı belə olmamalıdır.
🤮25👍5😱2
🚇 Bakı metropolitenin inkişafına təxmini 2,5 milyard lazımdır.

🔹 Bu rəqəm bu gün dövlət başçısının iştirakı ilə açılan "Xocəsən" stansiyasının açılışında işıqlandırılıb.

🔹 Sözügedən məbləğ 7 stansiyasının tikintisinə, qırmızı və yaşıl xətlərinin ayrılmasına ("28 May"-da hər dəfə keçid etmək lazım olmayacaq).

🔹 Əgər bu məbləğin hamısı dövlət büdcəsindən ayrılsa, yaxın illərdə Bakı metrosunun əhatə dairəsi xeyli artacaq, intervallar da azalacaq.

İctimai nəqliyyat strateji sahədir, bura daimə sərmayə yatırmaq lazımdır.

🔗 Daha dəqiq məlumatı "Transport for Baku" Facebook səhifəsində paylaşıb.
👍18