This media is not supported in your browser
VIEW IN TELEGRAM
⬆️ Ayın əvvəlində sizə özbək blogerin bu ərazidən videosunu paylaşmışdım.
🇺🇿 Daşkənd vloqunu hazırlayarkən gəldim həmin yerə və öz dilimizdə bu cürətli islahatı paylaşmaq istədim.
☑️ Siz də paylaşın, “bu keçidlər rahatdır və olmalıdır” deyən auditoriyaya çatdıraq ki, söhbət Avropanın yanaşmasından getmir, belə islahatlar artıq bütün dünyada baş verir.
#piyadakeçidləri #Daşkənd

❤15👍9
🇬🇪 Tbilisidə daha bir küçə insanyönümlü formata çevriləcək.
⠀
🚧 Rustaveli prospektində səkilər genişləndiriləcək, velosiped zolaqları salınacaq, yeraltı keçidlər isə eynisəviyyəli piyada keçidləri ("zebra") ilə əvəz olunacaq.
⠀
🔹 Bu cür islahatlar qonşu paytaxtda hələ illər əvvəl başlamışdı. Həmin dəyişiklikləri sizə ətraflı şəkildə bu vloqda göstərmişdim.
⠀
✅ Bu şəhərdə xüsusilə bəyəndiyim məqamlardan biri odur ki, küçələr təmir olunarkən təkcə asfalt yenilənmir, səkilər də müasir standartlara uyğun şəkildə yenilənir və genişləndirilir. Tiflis meriyası bu cür layihələri "rehabilitation" adlandırır.
⠀
#Tbilisi

👍29❤5
❓ Səkilər yenilənir, bəs panduslar olacaqmı?
⠀
🔹 Şəmsi Bədəlbəyli küçəsində səkiləri yeniləməyə başlayıblar. Burada 2024-cü ildə yeri dəyişilmiş piyada keçidi var, amma pandus əvvəlki yerində qalıb. Bu haqda yazmışdım.
⠀
🔸 İndi əsas məsələ, burada pandusun yerini də dəyişmək mütləq lazımdır.
⠀
📄 Bu arada, səkilərin yeni standartı qəbul olunub, əslində həmin standartlara uyğun olmayan səkilərin təşkili bir növ tikinti normaların qaydalarının pozulması hesab olunacaq.
⠀
☑️ Cavabı bir azdan biləcəyik.
⠀
#panduslar

👍23❤6
📚 Kitabımızı pulsuz əldə etmək olar?
⠀
📗 Dostlar, xatırlatmaq istərdim ki, İnsan yönümlü şəhərlər layihəsini Patreon üzərindən də dəstəkləmək mümkündür.
⠀
🔘 “Gümüş” və daha yüksək səviyyədə dəstək olanlar kitabımızı hədiyyə alır, həmçinin əlavə videolara baxa bilirlər. Məsələn, Daşkənd seriyasında əsas buraxılışa düşməyən, yerüstü metro stansiyası haqqında süjet də paylaşmışam.
⠀
🟢 Bundan əlavə, dəstək olanlar qapalı Telegram qrupumuza qoşulacaq. Qrupda birbaşa suallar verə biləcəksiniz, müzakirələrdə iştirak edə və çəkiliş planlarımızı hamıdan öncə öyrənə bilərsiniz.
⠀
☕️ İstəsəniz, birdəfəlik ianə də edə bilərsiniz Kofe.al platforması üzərindən.
⠀
✅ Gələcək bonuslar və xüsusi imkanlar da ilk növbədə dəstəkçilər üçün nəzərdə tutulacaq.
⠀
🔹 Ayın sonunadək Patreon-a 20% endirimlə abunə olmaq mümkündür. Promokod: TELEGRAM26
⠀
Dəstək olan hər
kəsə təşəkkür edirəm! 💚
⠀
☑️ patreon.com/city4people
☑️ kofe.al/city4people
⠀
#dəstək

1👏15❤11👍3
This media is not supported in your browser
VIEW IN TELEGRAM
❎ Həmişəki kimi, bir nəfər çıxıb demir ki, bu eskalator əvəzinə, bir piyada zolağı çəkib birdəfəlik problemi həll etmək olardı.
#piyadakeçidləri
#piyadakeçidləri
💯32👍8❤1
🔥 Şəhəri necə sərinləşdirək?
⠀
☀️ Bir il əvvəl Bakını gəzərək küçələri necə daha sərin etməyin mümkün yollarını göstərmişdim.
⠀
🔹 Hətta ən qızmar havada küçədə rahat piyada gəzmək üçün şərait yaratmaq mümkündür, hətta bizdə çox gözəl misallar tapdım:
⠀
https://youtu.be/5V5RnUw4p5U?si=0aK7h9qKIv_gctwA

YouTube
Səhraya çevrilən Bakı — ÇIXIŞ YOLU NƏDİR?
Yayda Bakıda piyada gəzmək əziyyətə çevrilir – isti və rütubət adamı çox tez yorur və tərlədir. Amma ağaclı və kölgəli küçələrdə vəziyyət fərqlənir. Bu vloqda Bakı küçələrini gəzərək həmin fərqdən danışdım və əyani şəkildə göstərdim.
______
Tərəfdaşımız:…
______
Tərəfdaşımız:…
❤16👍11💯1
Forwarded from Alt404.com
🌸 Yaponiya yay istisinə qarşı kondisionerlərlə deyil, yaşıllıqla mübarizə aparır.
🚗 Ölkədə bəzi avtodayanacaqların üzəri bitkilərlə örtülərək yaşıl damlara çevrilir. Beləliklə, avtomobillər günəş altında qızmar asfaltın üzərində deyil, təbii bitki örtüyünün kölgəsində qalır.
🌿 Bu yanaşma şəhərlərdə yaranan "istilik adası" effektini azaltmağa kömək edir. Bitkilər havanı təbii şəkildə soyudur, yağış sularını udur, binaların isinməsinin qarşısını alır və həşəratlar üçün yeni yaşayış mühiti yaradır.
🏙 Tokio hələ 2001-ci ildən iri yeni tikililərin damlarının müəyyən hissəsinin yaşıllaşdırılmasını tələb edən qaydalar tətbiq edib. O vaxtdan bəri yaşıl damlar şəhər infrastrukturunun mühüm hissəsinə çevrilməyə başlayıb.
#alt404

❤34👍13💩2👏1
🚶 Sadə həllərlə sağlam mühitin yaradılması.
⠀
📍 Bu küçəni bəlkə də çoxları tanımır. 28 May və Dilarə Əliyeva küçələrinin arasında yerləşən Süleyman Rüstəm küçəsinin bu kiçik hissəsi demək olar ki, hər kəs üçün narahat bir yerdir.
⠀
🚶♀️ Piyadalar yolun hərəkət hissəsində gəzməyə məcbur olur, avtomobillər isə əksər hallarda küçəyə rahat daxil ola bilmir (onsuz da tranzit kimi istifadə edilmir). Səkilər də obyektin giriş-çıxışları ilə konflikt yaradır.
⠀
🔄 Belə küçələrin həlli yeni asfalt çəkmək deyil. Daha doğru yanaşma piyadalaşdırma və ya ortaq küçə (shared street) konsepsiyasının tətbiqidir. Adətən bunun yalnız tarixi mərkəz küçələri üçün uyğun olduğu düşünürlər, amma məhz belə "quick win" həllər şəhəri addım-addım daha sağlam və yaşanılan məkana çevirir.
⠀
#piyadalaşma

👍39❤7
This media is not supported in your browser
VIEW IN TELEGRAM
⬆️ O Bakını düzəltmək daha asan olardı.
⠀
🚍 Mən o dövr üçün həddindən artıq nostalji hiss edən insanlardan deyiləm. Çünki obyektiv baxanda şəhərdə vəziyyət bir çox sahədə çox pis idi. İctimai nəqliyyat əsasən köhnə marşrut avtobuslarından ibarət idi, küçə infrastrukturu da çox keyfiyyətsiz idi.
⠀
🔹 Amma bir məqam var. Təxminən 30 il Bakını müasir standartlara cavab verən şəhərə çevirmək indikindən qat-qat asan olardı. Əgər yolları genişləndirib səkiləri daraltmasaydılar, tramvay sistemini ləğv etməsəydilər, yaşıllıqları qoruyub saxlasaydılar, bu gün çox şeyi sıfırdan qurmağa ehtiyac qalmazdı. Mövcud tramvay şəbəkəsini yeniləmək, relsləri və vaqonları dəyişmək, səkiləri müasirləşdirmək yeni infrastruktur yaratmaqdan daha rahat və daha ucuz olardı.
⠀
🚧 Bu gün səkiləri geri qaytarmaq, tramvayı sıfırdan təşkil etmək daha böyük maliyyə, daha çox vaxt və daha çətin qərarlar tələb edir.
⠀
💡 Keçmişdən götürəcəyimiz əsas dərs budur ki, şəhərləri dağıtmaq çox asandır, amma onları yenidən insanyönümlü etmək heç də sadə bir iş deyil.
⠀
🎥 Video: BAKU NEWS səhifəsindən.

💯24❤4👍2😢1
📹 Dostlar, vloqlarımız çəkilişi üçün videoqraf axtarırıq.
⠀
Əgər urbanistikaya marağınız varsa və eyni zamanda video çəkilişi/montajı ilə məşğulsunuzsa, zəhmət olmasa formanı doldurun. Ola bilsin ki, növbəti vloqun çəkilişində sizinlə birlikdə aparacağıq.
⠀
Qeyd edim ki, bu daimi bir iş yeri deyil, daha çox layihə xarakterini daşıyır. Zəhmət olmasa, xidmət haqqınızı birbaşa formada qeyd edin. Nəzərə alın ki, layihəmiz sosial xarakter daşıyır və təklif olunan qiymətlər əsas meyarlardan biri olacaq.
⠀
📅 Son müraciət tarixi: 6 avqust.
☑ https://forms.gle/gFWwK7j6UwoR4CwLA

👍18😁2