📗 "İnsanyönümlü şəhərlər" kitabımızın təqdimatını keçirdik!
🌳 Rahat, əlçatan və təhlükəsiz şəhərlərin quruluşuna həsr olunmuş kitabı artıq Azərbaycan dilində əldə edə bilərsiniz.
☑️ Bugündən etibarən Parlaq İmzalar nəşriyyətının saytından, iyulun 15-dən etibarən isə şəhərin iri kitab mağazalar şəbəkəsindən.

1❤39👍14👏6💯2
❇️ Son vaxtlar postlar az olsa da, aktiv çalışmağa davam edirik.
⠀
📗 Bu gün yeni kitabı AYNA-ya təqdim etdim. Piyadaların prioriteti, velozolaqlar və təhlükəsiz keçidlərin təşkili ilə bağlı kitabdakı yanaşmaların faydalı olacağına inanıram.
⠀
✅ Yaxın zamanda kitabı digər qurumlara və icra hakimiyyətlərinə də təqdim etməyə davam edəcəyik. Ümid edirəm ki, zamanla şəhərlərimizin daha rahat və təhlükəsiz olmasına öz töhfəsini verəcək.
⠀
➡️ Kitabı artıq onlayn əldə etmək mümkündür. Gələcəkdə müxtəlif tədbir və mühazirələrdə iştirak edənlərə də “İnsanyönümlü şəhərlər” kitabını təqdim olunacaq.
#kitab

👏39👍10❤7🤮1
🇬🇪 Qonşu paytaxtdan xəbərlər.
🚊 Tbilisi şəhərində tramvay xəttinin tikintisini Türkiyə şirkəti həyata keçirəcək.
Tramvay sisteminin bərpası ilə bağlı qərar ötən il qəbul edilib.
İlk tramvay xəttinin uzunluğu 7,5 km olacaq və xətt üzrə 11 tramvay qatarı xidmət göstərəcək. Tramvayların istismara verilməsi 36 aydan sonra, 2029-cu ildə planlaşdırılır.
Təxminən eyni vaxtda Bakıda da tramvay sisteminin bərpası gözlənilir. İlkin mərhələdə "Mehdiabad–28 May" xəttinin istifadəyə veriləcək. Bu marşrutun vizualizasiyalarını bu vloqda göstərmişdim.
#tramvay #Tbilisi

👏23👍9❤3
💬 Elə bilirsiniz ki, "anti-tramvay", "anti-svetofor" və "yeraltı keçidlər lazımdır" deyən divan ekspertləri yalnız bizdədir?
⬆️ Tbilisiyə tramvayın qaytarılması ilə bağlı xəbərlərin altında bu cür şərhlər yazılır.
📝 Qısa və senzuralı tərcümə:
🚲 Xatırladım ki, Nyu-Yorkda velosiped zolaqları salınanda da insanlar kütləvi etirazlara çıxır, "Bizdə velosiped sürən kimdir ki?" deyirdilər.
🇬🇪 Tbilisidə yaşamasaq da, bu şəhərdə həyata keçirilən islahatlara sevinməliyik. Qafqazda ən sürətli urbanistik transformasiyalar məhz Gürcüstanda gedir. Burada yeraltı keçidlər zebra ilə əvəz olunur, yerüstü keçidlər sökülür, BRT xətləri salınır , küçələr isə müasir prinsiplərlə yenidən qurulur.
🌍 Yəni yanımızda kiçik bir Avropa formalaşır. Bu isə istər-istəməz regionun inkişafına, o cümlədən bizdə aparılan islahatlara da müsbət təsir göstərəcək.
#Tbilisi

"Hərəkət zolaqlarını daraldacaqlar, yenə işıqforlar və zebra keçidləri çəkəcəklər. Heç kim körpüyə və ya yeraltı keçidə düşmək istəmir. Nəqliyyat iflic olacaq."
🚲 Xatırladım ki, Nyu-Yorkda velosiped zolaqları salınanda da insanlar kütləvi etirazlara çıxır, "Bizdə velosiped sürən kimdir ki?" deyirdilər.
🇬🇪 Tbilisidə yaşamasaq da, bu şəhərdə həyata keçirilən islahatlara sevinməliyik. Qafqazda ən sürətli urbanistik transformasiyalar məhz Gürcüstanda gedir. Burada yeraltı keçidlər zebra ilə əvəz olunur, yerüstü keçidlər sökülür, BRT xətləri salınır , küçələr isə müasir prinsiplərlə yenidən qurulur.
🌍 Yəni yanımızda kiçik bir Avropa formalaşır. Bu isə istər-istəməz regionun inkişafına, o cümlədən bizdə aparılan islahatlara da müsbət təsir göstərəcək.
#Tbilisi
❤22👍5💯2
🇺🇸 Şəhər yoxsa parkinq səhraları? ABŞ-ın təcrübəsi.
🚗 Bugün təsdiqlənən minimum parklanma yerləri ilə bağlı qaydalar illər əvvəl ABŞ-da da tətbiq olunmuşdu. Nəticədə şəhərlərin böyük hissəsi yaşayış və ictimai məkanlar əvəzinə geniş asfalt sahələri və parklanma meydançaları ilə əhatə olundu (fotolarda).
⠀
🅿️ Parklanma yerləri daha çox şəhərin girişində, Park & Ride sistemi çərçivəsində yaradılmalıdır ki, insanlar avtomobillərini orada saxlayıb ictimai nəqliyyata keçə bilsinlər. Şəhərin daxilində minimum parklanma yerlərinin məcburi edilməsi isə əksinə, şəxsi avtomobildən istifadəni təşviq edir, tıxacları artırır və şəhər torpağından qeyri-səmərəli istifadəyə səbəb olur.
⠀
✅ Maraqlıdır ki, bu gün Avropanın bir çox şəhərində əks istiqamətdə addımlar atılır. Minimum parklanma tələbləri ləğv edilir və ya əvəzində maksimum parklanma limitləri tətbiq olunur ki, şəhərlər avtomobillər üçün deyil, insanlar üçün planlaşdırılsın.
⠀
➡ İngilis dilində başa düşürsünüzsə, bu mövzu ilə bağlı videonu mütləq izləməyi tövsiyə edirəm.

👍16❤2💯2
⭕️ Bakıda sürət həddinə dair nişanlar artıq yerə də çəkilir.
Geniş yayılmış təcrübədir. Adətən sürət limiti olan zonalar üçün tətbiq olunur. İzləyicinin paylaşdığı fotoda Azərbaycan prospektindən "Zona 30" olan girişdir. Qeyd edim ki, bu ərazidə olan bəzi küçələr isə təmamilə piyadalaşacaq.
#izləyicilərdən

❤39👍21👏4
🇺🇿 Avropa deyil, Daşkənddir.
Əvvəl urbanistik islahatlardan, yeraltı keçidlərin "zebra" ilə əvəz edilməsindən və ictimai nəqliyyata prioritetlərdən danışarkən Avropa şəhərlərini misal gətirirdik. Amma bugün bizə daha yaxın olan Özbəkistanın təcrübəsinə baxacağıq.
❓Mərkəzi Asiyanın sürətlə inkişaf edən şəhərdə bugünə nə baş verir?
➡️ https://youtu.be/ls2q_3ErlWg?si=UmrU9gDcGgrs-q6V
#vloq #Daşkənd

YouTube
Sovet dövründən müasir həllərə – DAŞKƏND ŞƏHƏRİNƏ BAXIN
Bu, Mərkəzi Asiyadan ilk vloqumdur. Hamıya məlumdur ki, Özbəkistan son illərdə çox sürətlə inkişaf edir və mən bunu öz gözlərimlə görmək üçün Daşkəndə yollandım. Şəhərdə həyata keçirilən urbanistik islahatlar, müsair yanaşamaların tətbiqi və inkişaf tempi…
❤18👍10
🚸 Kontrast "zebra"-lar bizə niyə lazım deyil?
⠀
🇺🇿 Daşkənd vloqunda buna toxunmuşdum, amma o gün qrupda da soruşmuşdular, gəlin birdəfəlik aydınlıq gətirək.
⠀
🟨 Ağ-sarı piyada zolaqları daha nəzərəçarpan görünsədə, amma təkcə rəngin dəyişməsi keçidi əhəmiyyətli dərəcədə təhlükəsiz etmir. Bu təcrübə bir vaxtlar bir çox ölkədə, o cümlədən Moskvada geniş tətbiq olunurdu. Son illərdə isə ondan tədricən imtina ediblər.
⠀
🔹 Çünki əsas məsələ sürücünün nişanlanmanı deyil, piyadanı vaxtında görə bilməsidir.
⠀
✅ Təhlükəsiz piyada keçidinin meyarları:
• gecə vaxtı keçidin keyfiyyətli işıqlandırılması və əlavə işıqlandırma;
• enli küçələrdə təhlükəsizlik adacıqları;
• zolaqların sayı çoxdursa və ya nəqliyyat axını intensivdirsə, mütləq işıqforla nizamlanmalıdır;
• lazım olan yerlərdə qaldırılmış piyada keçidləri və ya avtomobillərin sürətini azaldan digər həllər.
⠀
💯 Yol hərəkəti təhlükəsizliyinin yüksək olduğu şəhərlərdə də əksər hallarda adi ağ rəngli piyada keçidləri istifadə olunur. Piyadanın təhlükəsizliyini təmin edən məhz yuxarıda sadalanan tədbirlərdir, zebranın rəngi deyil.
⠀
☑ Təhlükəsizlik boya ilə deyil, küçələrin düzgün layihələndirilməsi ilə təmin olunur.
⠀
#piyadakeçidləri

❤17👍12
İnsan yönümlü şəhərlər ️
🇺🇿 Avropa deyil, Daşkənddir. Əvvəl urbanistik islahatlardan, yeraltı keçidlərin "zebra" ilə əvəz edilməsindən və ictimai nəqliyyata prioritetlərdən danışarkən Avropa şəhərlərini misal gətirirdik. Amma bugün bizə daha yaxın olan Özbəkistanın təcrübəsinə baxacağıq.…
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍9
🇬🇪 Tiflisdə məşhur “boru” binaları söküləcək.
⠀
🔹 Şəhərin simvollarından birinə çevrilmiş, “borular” kimi tanınan Rike Musiqi Teatrı və Sərgi Mərkəzi söküləcək. İtalyan memarı Massimiliano Fuksas tərəfindən layihələndirilən bina 2011-ci ildə tikilməyə başlasa da, hökumət dəyişikliyindən sonra layihə yarımçıq qaldı və rəsmi olaraq heç vaxt istifadəyə verilmədi.
⠀
⬆️ Şəkillərə baxarkən bir məqam diqqətimi çəkdi. Bina ictimai məkan kimi nəzərdə tutulsa da, girişdə də, daxildə də demək olar ki, hər yerdə pilləkənlər var. Ən azından fotolardan görünən odur ki, alternativ, baryersiz mühit demək olar yoxdur.
⠀
🔸 Güman ki, bu, binanın sökülməsinin səbəbi deyil. Amma bir faktor var ki, obyektinizdə və ya ictimai məkanınızda nə qədər çox pilləkən varsa, o qədər çox insan üçün həmin yer əlçatmaz olur. Əlçatan olmayan məkan isə istər-istəməz daha az cəlbedici və daha az istifadə olunan məkana çevrilir.

😢18❤3👍3💯1