İnsan yönümlü şəhərlər ️
3.67K subscribers
2.57K photos
321 videos
2 files
817 links
Təhlükəsiz, rahat və müasir şəhərlər, piyada, velosiped və digər nəqliyyat növlərindən bəhs edirəm.

Dəstək olmaq: city4people.az/destek
Əlaqə: @City4People_az_Bot
Download Telegram
⬆️ Bu geniş səkilər Sumqayıta məxsusdur.

🔹 Keçən əsrin 40-cı illərin şəhərsalma tendensiyası geniş küçələr, meydanlar və bu cür 15-20 metrlik səkilər idi.

🔸 Bakının əksər yerlərində səkilər zəbt olunsa da, Sumqayıt və Mingəçevirdə onları qoruya bildilər.

☑️ Lakin çox geniş səkiləri də daha yaxşı və faydalı istifadə etmək olar.

📹 Çoxdandır gözlənilən Sumqayıt vloquna bu haqda danışdıq. Bu həftə kanalda paylaşılacaq.

Bizə Patreon-da dəstək olanlar üçün vloq artıq efirdədir. İşimizə dəstək olun, vloqları hər kəsdən əvvəl izləyin:

➡️ patreon.com/city4people

#Sumqayıt
36👍10👏6
Forwarded from Rafiq
Son vaxtlar müşahidə edirəm ki, skuter və velosipedlərin iştirakı ilə qəzalar mediada çox şişirdilir və bu mövzu, sanki bilərəkdən işlənilir və qabardılır.

Mikromobilliyin inkişafı ilə birlikdə qəzaların gəlməsi çox normaldı. Mislaçun deyim ki, dünyada ən yaxşı mikromobillik infrastrukturuna malik Niderlandda hər il yol nəqliyyat hadisələri nəticəsində təxminən 300 mikromobillik istifadəçisi həlak olur.

Əlbəttə bu kimi halları minimuma endirmək üçün bir çox tədbirlər görülməlidir. Burda ilk növbədə infrastruktur, daha sonra maarifləndirmə, cərimələr, data əsaslı təhlillər önəmlidir.

Amma qəzalar olur deyə mikromobilliyi zərərli bir şey kimi təqdim etmək lazım deyil. Azərbaycanda hər il 600-dən çox insan sırf avtomobillərin iştirakı ilə qəzalar nəticəsində həlak olur. Düşünürəm ki, bu mövzuya diqqət daha çox artırılmalıdır.
👍466😁2
⭕️ Avtomobilsiz həyətlər deyəsən təzə trendə çevrilir.

🔹 Bura Bakının yeni yaşayış komplekslərindən biridir. Binanın arxitekturasına suallar olsa da, həyətlər yaxşı alınıb. Düzdür, yenə həyətin daxilində stadion (səs-küy mənbəyi) və ucuz çox sadə uşaq meydançası görsənir, amma yenə də, parkinq olmaqdansa, belə daha yaxşıdır. İndiyə qədər belə yanaşmanı əsasən Ağ Şəhərdə görmək olurdu.

🔹 10 il əvvəl yaxşı məhəlləni "həyətdə parkinq" kimi təqdim edirdilərsə, artıq "maşınsız həyətlər" daha yaxşı kriteriya sayılır. Hətta mövcud heyətləri dəyişmək gec deyil, süni intellekt bizə bunu təsəvvür etmək imkanını verdi.

❗️ P.S. Reklam kimi görünə bilər, amma kompleksi tikən şirkətlə heç bir əlaqəm yoxdur.

#həyətlər
💯27👍12
🇦🇿 Sumqayıtın ilk urbanistik icmalı gəlib çıxdı.

🔹 Əhalisinə görə Azərbaycanın ikinci ən böyük şəhərində bu gün nə baş verir? Sumqayət Bakıdan nə ilə fərqlənir? Küçələr necə salınıb, nəqliyyat necə təşkil olunub və niyə skuterlər qadağan olunub?

☑️ Həmçinin buradakı memarlıq və arxitekturasından danışacağıq.

➡️ https://youtu.be/QhgT1AQzdsk?si=yf7eLdklMTwtDfD0

Videonu bəyəndinizsə, kanalın inkişafına kömək edin.

#vloq
28👏3
Sumqayıt İcra Hakimiyyəti sosial media hesablarını silib.

🔹 İstədim paylaşdığım reels-də onları tag edim, sən demə rəsmi saytlarında qeyd olunan İnstagram və Facebook-səhifələrini siliblər. Bircə YouTube və
X qalıb, orada da şərhlər deaktivdir.

☑️ Şəhər rəhbərliyi öz sakinləri tərəfindən seçilməyəndə, əlbəttə ki həmin sakinlərlə ünsiyyət qurmaq motivasiya da olmayacaq.

#Sumqayıt
💩91👍12💯9👏1
🚇 Tiflis Rusiya istehsalı olan qatarlardan qurtulacaq.

🇬🇪 Tbilisi Şəhər Bələdiyyəsi 2023-cü ildə elan olunan tenderin nəticələrini açıqladı. Çinin "GT Group" şirkəti Gürcüstan paytaxtına 25 yeni metro qatarı ilə təmin edəcək. 11 qatar dörd-vaqonlu və 15 qatar beş-vaqonlu olacaq.

🔹 Hazırda Tiflis metrosunda "Metrovaqonmaş" (əvvəllər SSRİ, hazırda Rusiya) istehsal etdiyi qatarlar hərəkət edir. Bu qatarlar 2026-cı ildən başlayaraq mərhələli şəkildə Çin qatarları ilə əvəz olunacaq.

#Tbilisi #metro
👏368👍1
🌳 Dözülməz dərəcədə isti küçələri ağaclar sərinlədir.

🌞 Yay mövsümündə aktuallığını itirməyən misal. Şəhərdə kifayət qədər ağac olsa, o zaman isti havada da belə şəhərdə gəzmək mümkün olacaq.

#ağaclar
55👍8💯7
🇵🇱 Polşanın Gdansk şəhəri – əvvəl və sonra.

🔄 Bir çox insanlar belə dəyişikliklərin "maşın almağa pulu çatmayan urbanistlərin" yaratdığı müasir bir trend olduğunu düşünür.

🔹 Amma belə transformasiyalar tək təhlükəsiz və rahat küçələrin yaradılması deyil, həm də şəhər büdcəsinə əlavə gəlirə gətirib çıxarır. Elə fotoda olan küçə piyadalaşdırıldıqdan sonra buradakı restoran və obyektlər daha çox müştəri cəlb edə bilib və nəticədə büdcəyə daha çox vergi ödəyiblər.

☑️ Həmçinin belə küçədə səkiləri zəbt etmədən əlavə yay terrasaları da salmaq mümkün olur. Çünki burada səki şərti bir şeydir, çünki bu ortaq küçə prinsipi ilə qurulub. Zərurət olduqda buradan operativ nəqliyyat vasitələri, müvafiq vaxt aralığında isə malların boşaldılması üçün yük avtomobilləri daxil ola bilir.

➡️ Bu dəyişikliklərin niyə vacib olduğunu isə Bakının nümunəsində bu vloqda danışmışdım.

#Polşa #ƏvvəlSonra
17👍6👏2😁1
🇦🇿 Bu gün regionlarda yaşayan (və yaxud tez-tez gedib-gələn) izləyicilərə müraciət etmək istəyirəm.

🔸 Bakıdan kənarda baş verənləri dərindən izləyə bilmədiyim üçün, şərhlərdə regionlarda ictimai nəqliyyat haqqında müşahidələri bölüşməyiniz xahiş edirəm. Hansı avtobuslar hərəkət edir, onların vəziyyəti, qrafik üzrə hərəkət edib-etməməsi və s.

📸 Şəkillər də göndərsəniz lap əla olar.
32👍3
🇨🇭 Əhalisi 45 min olan Nevşatel şəhərində ictimai nəqliyyat — tramvaylar, avtobuslar və trolleybuslar.

⬆️ Səhər soruşduğum və təxmin etdiyim kimi, Azərbaycan regionların əksəriyyətində hələ də köhnə "marşrutka" dediyimiz mikroavtobuslar hərəkət edir. Ağdaşda bunların birinə minmişdik.

🔹 Bəli, əhalisi kiçik olan şəhərlərdə, tıxac olmayan, daha çox piyada və velosiped məsafələri üçün uyğun şəhərdə ictimai nəqliyyat adətən çox da inkişaf etmir. Çünki hər reysdə 5-10 sərniniş daşıyan nəqliyyat heç vaxt gəlirli işləməyəcək. Bunu ancaq subsidiya xilas edə bilər.

🔹 Başa düşürəm ki, İsveçrə ilə müqayisə böyük kontrastdır, amma sadəcə bir misal kimi — şəhər subsidiya ayırır, avtomobilin istifadəsini azaltmaq istəyir, şəhəri daha ekoloji təmiz etmək istəyir. 45 min əhali bizim Quba şəhərindən də kiçikdir.

☑️ Və bu sadəcə bir misaldır. Belə parallellər çox aparmaq olar. Təəssüf ki, bizim regionlarda (Sumqayıt və Gəncə istisna olmaqla) ictimai nəqliyyatın inkişafı prioritetdə deyil. Çox vaxt "regionlar inkişaf etsin, zavod-fabrik filan açılsın" deyirlər. Bəlkə heç olmasa ictimai nəqliyyatdan başlayaq?

#ictimainəqliyyat
😢187💯1
Forwarded from Papirus
❗️❗️❗️ Hyatt Regency Baku (keçmiş Azərbaycan) da tarixin yaddaşına qovuşdu

Bu memarlıq binası da daha olmayacaq.
😢32😱5👍2🤮2
🔹 Hərdən özəl obyektlərdən baxıb nəyisə öyrənmək olar.

🅿️ Bilgəhdək ticarət mərkəzində parkinq yerlərini təxmini 2-metr enində təşkil ediblər. Şəhərdə bu standart olaraq 2,5 metr nəzərdə tutulur.

☑️ Amma göründüyü kimi hətta “SUV”-lar belə ciblərə rahat yerləşir.

🚲 Şəhərdə bunu tətbiq etsələr, əlavə qalan sahəni səkiyə qatmaq olar. Hərəkət zolaqların enini də azaltmaqla velozolaq üçün rahatlıqla her tapılır.

#parklanma
👍324💯4