İnsan yönümlü şəhərlər ️
3.67K subscribers
2.57K photos
321 videos
2 files
817 links
Təhlükəsiz, rahat və müasir şəhərlər, piyada, velosiped və digər nəqliyyat növlərindən bəhs edirəm.

Dəstək olmaq: city4people.az/destek
Əlaqə: @City4People_az_Bot
Download Telegram
Forwarded from Papirus
Media is too big
VIEW IN TELEGRAM
❗️Bakının memarlıq tarixi böyük təhlükə ilə qarşı-qarşıyadır.

#BakıDanışır
#BakınıQoru
😢395👍5
🇷🇴 Kluj vloquna baxdınız?

Sizcə bu işıqfor siqnalı nə deməkdir?
👍13
🗓️ Həftə ərzində şəhərdə baş verənlər:

🔹 BakıKart yeniılənmiş tətbiqini təqdim etdi.

🔹 Bakıda artıq özəl obyektlər velosiped duracaqlarını quraşdırmağa başladı.

🔹 Taksilərin avtobus zolağına buraxması haqqında bir daha müzakirə etdik.

🔹 Xəqani küçəsində də mikromobillik parkinqin təşkilinə dair təklif verdim.

🔹 Tiflis şəhərində tramvayın qaytarılması gündəmə gəldi.

🔹 Yasamalda daha bir küçədə velozolaqlar salındı.

🔹 Əziz Əliyev küçəsinin tam piyadalaşmasını səbirsizliklə gözləyirik.

🔹 Tanınmış urbanist Arkadiy Gerşman Bakı haqqında vloq hazırladı, mən isə əsl urbanistik islahatlar baş verən Kluj şəhərinə göstərdim.

🔹 Sözügedən Kluj şəhəri isə baryersiniz mühitin ideal nümunəsi oldu.


Layihəmizin fəaliyyətinə dəstək.
💡
Kanalda reklam.
⭐️
Özəl müzakirə qrupuna qoşulmaq.

#urbanhəftə
👍17
🚲 8 noyabr prospektindəki velozolaqları bulvar ilə belə keçidlə birləşdirdilər.

🔹 Maraqlıdır ki, cəmi 1 il əvvəl burada nə piyada, nə velo keçid var idi, indi isə belə gözəllik. 👍

🔸 Burada bir məqam var, yolun dönmə radiusu çox böyükdür, keçid də nizamlanmayandır. Burada mütləq sürəti azaldan infrastruktur elementləri lazımdır.

📸: Fotonu izləyici göndərib.

#velosipedzolaqları
46👏12👍4
🚇 Təəsüf ki, bir neçə ay ərzində 28 May və Nizami stansiyalarnın arasında hərəkət dayanacaq.

🔹 Bu Bakı metrosu üçün olduqca təcili və zəruri bir tədbirdir. Metropoliten inkişaf etməlidir, bunun alternativi yoxdur.

🔹 Çünki Yaşıl və qırmızı xətlərin ayrılması başlayır.
Hal-hazırda iki xətt bir stansiyada eyni səviyyədə kəsişir. Xətlər üzrə hərəkət intensivliyini çoxaltmaq üçün ən əsas əngəldir. Bu iş yekunlaşsa hərəkət intervallarını hər bir xətt üzrə ən 2 dəqiqə ətrafında saxlamaq mümkün olacaq.

🔹 Xətlər ayrılanda qırmızı və yaşıl xəttlər tam olaraq müstəqil fəaliyyət göstərəcək, elə bu səbəbdən yaşıl xəttin Dərnəgül deposu da tikilir.

☑️ Belə ki, İşlər bilmədən sonra Nizami stansiyasından qatar 28 May stansiyasına deyil, birbaşa yaşıl xəttin Cəfər Cabbarlı stansiyasına gələcək, növbəti stansiya isə Xətai olacaq. Bununla bərabər yaşıl xəttin növbəti stansiyaları da tikiləcək, xətt Həzi Aslanov 2 stansiyasında bitəcək.

©️ Transport for Baku.

#metro
👍69💯61
IMG_8951.JPG
330.3 KB
🚇 Beləliklə, 11 yeni stansiya tikiləcək.

🔹 Nəzərə alsaq ki, Dərnəgül deposunda da yerüstü stansiya olacaq (Xocəsən və Bakmil kimi), 2030-cu ilə qədər Bakıda 10 yox, hətta 11 yeni metrostansiyaların tikilməsi nəzərdə tutulub.

📎 Azər Axundov tərəfindən hazırlanan yenilənmiş sxem əlavə olunur.

#metro
48👍24👏4😁1
Forwarded from ArazaxmedovS
Bu fotolar telegram kanalımıza aiddir və bu gün Tbilisi Dəmir Yolu Vağzalında çəkilib. Fotoda Azərbaycan Dəmir Yollarına aid sürət qatarıdı. Böyük ehtimalla, məhz mayın 1-də Bakı-Tbilisi-Bakı qatarının işə düşəcəyi xəbəri doğrudu. İlkin yoxlama üçün qatar Tbilisi vağzalına göndərilib.
👏5111👍3
🇬🇪 Tiflisdə daha bir “monstr” layihəni bir qədər sakit etməyə çalışdılar.

📍 Bura Qəhrəmanlar Meydanıdır, tipik avtomobilyönümlü baxışlarına uyğun yol ötürücüsüdür. Yalnız avtomobillərin fasiləsiz hərəkəti üçün nəzərdə tutulmuş, normal velo və piyada infrastrukturu olmayan, bütün keçidləri yeraltı olan müxtəlif səviyyəli yol ötürücüsüdür.

🔹 Mən Tiflisdə olanda buraya da baş çəkdim və Tiflis vloqunun geniş versiyasında buranı işıqlandırdım.

🚦 Bu yaxınlarda isə burada işıqforlar quraşdırdılar, piyada keçidlərini eynisəviyyəli keçidlərlə əvəz etdilər, hətta 140 yeni ağac da əkdilər.

🔄 Birinci fotoda — əvvəlki vəziyyət (yalnız asfalt), sonrakı şəkillər — yenidənqurmadan sonra.

#Tbilisi
👍247👏1