İnsan yönümlü şəhərlər ️
3.67K subscribers
2.57K photos
321 videos
2 files
817 links
Təhlükəsiz, rahat və müasir şəhərlər, piyada, velosiped və digər nəqliyyat növlərindən bəhs edirəm.

Dəstək olmaq: city4people.az/destek
Əlaqə: @City4People_az_Bot
Download Telegram
🚨 Bakıda isə daha bir potensial qəza mənbəyini yaratdılar.

AAYDA Azadlıq prospektinin bir hissəsində daş örtüyünü söküb yerinə güzgü kimi asfalt salıb.

🚷 Buradakı əsas problem odur ki, Ş. Bədəlbəyli küçəsi ilə kəsişmədə piyada keçidi yox idi, amma daş örtüyü sayəsində sürücülər təbii şəkildə sürəti azaldırdı, qəza riski azalırdı.

🚗 İndi isə bunun üçün heç bir maneə yoxdur, burada maşınların sürəti artacaq, piyada vurulma halları da artsa təəccüblənməyin.

🚶‍♂️ Bura mütləq bir piyada keçidi lazımdır. Bu məsələ ilə bağlı BNA və Yol Polisinə müraciət göndərəcəm, çünki burada piyada axınını yaradan bir çox məkanlar var (Universitet, Vağzal meydanı, ticarət mərkəzi və s.)

❗️ Sizə kimsə desə ki, "50 metr qabaqda piyada keçidi var, əziyyət çəkib gedib oradan keçsinlər", bu səhv yanaşmadır. Piyada keçidlərini insanların axını olan yerlərə uyğun təşkil edilməlidir, əksinə olsa sizin şəhər heç vaxt təhlükəsiz olmayacaq. Sonucu fotoda Nyu-Yorkdan yaxşı nümunədir.

#piyadakeçidləri
👍223
❗️ Bura mütləq piyada keçidi lazımdır, bu da sizə sübut üçün bir foto.

Azadlıq prospektindəki bu məsələni işıqlandıranda hətta bu səhifənin şərhlərində oxudum ki, "yuxarıda keçid var da, tənbəl camaat getsin oradan keçsin". Əzizlərim, siz şəhəri elə insanların hərəkətinə uyğun təşkil etməlisiniz.

❗️ "Yüksək piyada axını var - deməli piyada keçidi lazımdır" - bu qızıl qaydaya riayət etmək lazımdır. Azadlıq prospekti və Şəmsi Bədəlbəyli küçəsinin kəsişməsi bunun bariz nümunəsidir.

Urbanistikanın qaydalarına zidd olan şəhər salsaq, günahı hər dəfə insanların üstündə atsaq, ancaq maşınların rahatlığını düşünsək, şəhərimiz heç vaxt təhlükəsiz və rahat olmayacaq.

✉️ Məsələ ilə bağlı BNA və Yol Polisinə müraciət artıq göndərilib, kimə maraqlıdısa, şərhlərdə müraciətin tam versiyasını əlavə edirəm.

#piyadakeçidləri
👍304
💬 Hər dəfə bəzi sürücülərdən şərhlər görəndə bilmirəm ağlamaq lazımdır ya gülmək?

Ən yaxın piyada keçidinə 260 metrdən çox məsafə qət etmək olan bir vəziyyətdə, mütləq kimsə gəlib şərhlərdə "10-15 metr yaxınlığında keçid var da" yazacaq. Ya da ki "canı çıxsın getsin dairə vursun".

❗️ Bu vəziyyətdə ən maraqlı isə odur ki, bu sürücülərin özlərinə desən get ayrılmış parkinqdə maşın saxla, piyada 50 metr mağazaya qədər gəziş, deyəcəklər "Yox e, mən maşınımı mütləq mağazanın ağzında saxlamalıyam, mənə parkinq yeri verin düz blokumun qabağında!".

Piyadalara qarşı bəzən o qədər aqressiya buraxırlar, təhqir edirlər, "qoyun" adlandırırlar, az qala "piyada p*x yeyir rahat yolu keçmək istəyir" tipli rəylər yazırlar.

Bir sualım var. Həmin sürücülər öz dəmir dördtəkərli qutulardan çıxanda avtomatik piyadaya çevrilmirlər? Həmin insanlar yaşadığı şəhərdə rahat gəzmək istəmirlər?

#piyadakeçidləri
👍473💩2😢1
Bura Bakı şəhəri, Dilarə Əliyeva küçəsidir.

İki piyada keçidi arasındakı məsafə cəmi 38 metr təşkil edir. Təklif edirəm, keçidin birini silsinlər. Hər 40 metrdən bir keçid olar?! Buna görə dəhşətli tıxaclar yaranır! Piyadalar tənbəl olmasın, getsinlər ən yaxın svetoforda keçsinlər.

P.S. İroniyadır, bəzi sürücülərin məntiqinə əsas olaraq. 🙂

#piyadakeçidləri
😁31👍1💯1
Küçəni sadə üsul ilə vizual cəhətdən daha rahat və gözəl edilməsi.

Səkiləri kəsib yerində parkinq yerlərin təşkili əvəzinə, onları bu cür bəzəyib müştəriləri cəlb etmək lazımdır.

📍 Bakı, Dilarə Əliyeva küçəsi.
16💩3👍2
❗️ Asfalt səhrasının heç bir üstünlüyü yoxdur.

Binə qəsəbəsində örtüyü yararsız hala düşən küçəni bu cür asfalt səhrasına döndərdilər.

Köhnə vəziyyətin ürək açan olmaması anlaşılandır. Amma əgər bu məsələyə baxılırsa, olmaz mı burada birdəfəlik normal ictimai məkan yaradılsın? Ağaclar əkilsin, daha dözümlü daş örtüyü olsun.

Fotoda gördüyünüz asfaltın ömrü çox olmayacaq, o yağışda ya şişəcək, ya da çuxurlara dolu olacaq. İstidə isə küçəni "hamama" döndərəcək, çünki çox qızır.

🔹 Təhlükəsizlik məsələsi isə öz yerində (asfaltla sürücülər daha yüksək sürətlə hərəkət etmək meyillidir)

🔹 Bu məsələnin kökü isə kifayət qədər maliyyənin ayrılmaması və bu işə peşəkar landşaft arxitektorların cəlb edilməməsindən irəli gəlir.

Foto: Onlayn İctimai Nəzarət Platforması
🤮12👍41
⚡️ Metro və avtobusda gediş haqqı 40 qəpik oldu.

Əlavə şərhim yoxdur. Bu qərarın nə dərəcədə doğru olmasını hələ keçən il şərh etmişdim.​​
👇
https://t.me/city4people_az/794

#gedişhaqqı #ictimainəqliyyat
😢9👍5
⚠️ Döngələri sadə üsul ilə daha təhlükəsiz edilməsi.

Bu cür döngələrdə sürücülər sürəti azaldaraq daha diqqətli olur, piyadalar isə daha təhlükəsiz şəkildə yolu keçə bilir.

"VisionZero" proqramına daxil olan təhlükəsizlik tədbirlərindən biridir.

Foto: Nyu-York Nəqliyyat Departementi

#VisionZero #ABŞ
👍211
Bu gündən etibarən şəhər kameraları dayanma/durma qaydalarına Bakı Nəqliyyat Agentliyi deyil, Dövlət Yol Polisi nəzarət edəcək.

Dəqiq yadımdadır ki, BNA məhz həmin cərimələri yazmağa başlayanda cəmiyyət və jurnalistlər arasında böyük qınaq hədəfinə çevrildi. Formada olan Yol Polisi əməkdaşlarından biz daha çox çəkinirik.

Əslində, belə də olmalıdır. BNA və Şəhər İcra Hakimiyyəti küçə və yol hərəkətinin təşkili ilə məşğul olmalıdır, Polis isə qanunların icrasında nəzarət etməlidir.

🖼 Kollaj: İbrahim Cəfərli
😁22👍7
This media is not supported in your browser
VIEW IN TELEGRAM
8 Noyabr prospekti bir az da təhlükəsiz oldu.

Keçən ay bu prospektinin problemlərindən videobloqda işıqlandırmışdım.

Ümumi olaraq isə prospekt, necə deyərlər, "sökülüb, təzədən yığılmalıdır", çünki insanyönümlü deyil, çox yerdə səki ümumiyyətlə yoxdur.

Video: BNA

#8noyabrprospekti
17👍8
​​❗️ Deyir, əvvəllər 30 qəpiyə tıxacda qalırdıq, indi 40 qəpik verib ilişib qalırıq.

🚌 Bura Mikayıl Useynov küçəsidir. 2 ildir ki, burada avtobus zolağı çəkilib, amma onun tələbinə riayət edən yoxdur. Dərd orasındadır ki, nəzarət də demək olar ki yoxdur.

🔹 İctimai nəqliyyatın qiymətini qaldırdıq, amma onun əvəzində sərnişinlərə heçnə vermədik. Halbuki, heç olmasa ayrılmış zolaqlara nəzarət olsaydı, dərd yarı, sərnişinlər heç olmasa şəxsi avtomobilə nisbətən tez çatardılar, avtobusların qrafiki bir az normaya düşərdi.

🔹 İndiki vəziyyətdə isə bu mənzərə təəssüfdən başqa heçnə doğurmur. Taksi ilə qiymət fərqi daha da az oldu, deməli küçələrə daha çox maşın çıxacaq, tıxaclar daha da bərbad olacaq, biz isə daha çox zəhərli dəm qazlarını uducağıq.

🔹 Biz isə nə edirik? Alovu benzinlə söndürməyə çalışırıq, sürücülərə qayda pozmağa çağırırıq, "gəlin, avtobus zolağın girin, sizə hər şey olar" çağırışlarla çıxış edirik.

⚠️ Fotoda ən azı 5 avtobus tıxacda ilişib qalıb, bu hardasa 400 nəfər deməkdir. 400 insan təyinat nöqtəsində vaxtında çata bilmir, çünki 10-15 sürücü avtobus zolağına girərək onların yolunu kəsib.

🚨 Dövlət Yol Polisini avtobus zolaqlarına çox ciddi nəzarət etməsinə bir daha çağırıram. Belə olmaz, belə şey dünyanın heç bir ölkəsində yoxdur.

#ictimainəqliyyat #avtobuszolaqları
👍26💯1
📜 Maraqlı bir tarixi fakt: Keçən əsrin əvvələrində Böyük Britaniyada yalnız uşaqların oyması üçün nəzərdə tutulmuş küçələr var idi.

Belə küçələrə heç bir maşın və ağır texnika daxil ola bilməzdi. Tək Britaniyada 700 belə küçə var idi. Oxşar təcrübə Nyu-Yorkda var idi.

Kütləvi avtomobilləşmə başlayandan sonra, belə təcrübə demək olar ki yox oldu. Lakin uzun illər sonra, inkişaf etmiş ölkələrin şəhərlərində bir sıra küçələri maşınlar üçün yenidən bağlayıb, piyadalaşdırırlar. Uzağa getməyək, elə bizim "Tarqovı"da (Nizami küçəsinin bir hissəsi) 2000-ci ilə qədər maşınlar hərəkət edirdi.

Bakı şəhərinin mərkəzində daha bir neçə küçələrinin piyadalaşdırması isə yenidən gündəmdədir.

Soruşarsınız, bəs ümumiyyətlə bu nəyə lazım? Camaat maşın sürməsin?

Şəhəri piyadalar üçün etməyin 40 səbəblərini burada yazmışdıq.
12👍9