İnsan yönümlü şəhərlər ️
3.67K subscribers
2.57K photos
321 videos
2 files
817 links
Təhlükəsiz, rahat və müasir şəhərlər, piyada, velosiped və digər nəqliyyat növlərindən bəhs edirəm.

Dəstək olmaq: city4people.az/destek
Əlaqə: @City4People_az_Bot
Download Telegram
🌳 Deyilənə görə, Bakıda, "Gənclik" metrosunun yaxınlığında daha bir park layihələndirilir.

Zoopark ilə üzbəüz olan bu parkda diqqəti çəkən əlçatan yerüstü piyada keçididir ki, onun pilləsiz hissələri olacaq, həmçini velosipedçilər üçün də əlçatan olacaq.

Eskizlər: SkyScraperCity səhifəsindən.
15👍6
This media is not supported in your browser
VIEW IN TELEGRAM
❗️ İctimai nəqliyyatın köklü islahatı lazımdır. Bir gün bu faciə ilə bitə bilər.

Video: TikTok / fatimakroos
😢11😱6
🇦🇿 Naxçıvan küçələri heç də ürək açan deyil.

Şəhərdə çox az avtomobil var, buna baxmayaraq sanki tanklar üçün geniş yollar salınıb. Səkilər isə dar, velpsiped üçün yer ayrılmayıb.

Burada da urbanistik islahatlara ciddi ehtiyac var.

Gözəl təbiəti olduğu kimi, Naxçıvanın da küçələrini rahatlıqla insan yönümlü etmək olar.
💩17👍7
🛑 "Əlçatmayan" şəhər: Xocəsəndən bariz nümunə.

Yaxın günlərdə açılışını gözləyən yeni "Xocəsən" metrostansiyasının ətrafında piyadaların yolunu maksimum dərəcədə çətinləşdiriblər.

Əvvəl yolu keçmək üçün yerüstü piyada keçidinə qalxmalısınız, sonra isə stansiyanın əsas pavilyonuna pilləkənlə qalxmalısınız, sonra düşməlisiniz yeraltı piyada keçidinə, sonra isə çatırsız platformaya.

Bu layihəni təqdim edən və icra edənlər mühəndislər əlçatan mühit, inklüzivlik haqqında burada ümumiyyətlə düşünməyiblər. 2022-ci ildə sıfırdan tikilən ictimai nəqliyyat infrastrukturu axı belə olmamalıdır.
🤮25👍5😱2
🚇 Bakı metropolitenin inkişafına təxmini 2,5 milyard lazımdır.

🔹 Bu rəqəm bu gün dövlət başçısının iştirakı ilə açılan "Xocəsən" stansiyasının açılışında işıqlandırılıb.

🔹 Sözügedən məbləğ 7 stansiyasının tikintisinə, qırmızı və yaşıl xətlərinin ayrılmasına ("28 May"-da hər dəfə keçid etmək lazım olmayacaq).

🔹 Əgər bu məbləğin hamısı dövlət büdcəsindən ayrılsa, yaxın illərdə Bakı metrosunun əhatə dairəsi xeyli artacaq, intervallar da azalacaq.

İctimai nəqliyyat strateji sahədir, bura daimə sərmayə yatırmaq lazımdır.

🔗 Daha dəqiq məlumatı "Transport for Baku" Facebook səhifəsində paylaşıb.
👍18
🇳🇴 Norveçdə tramvay tuneli.

🚋 Bergen şəhərində tramvay bəzən yerin altındakı tunellərdən keçir, və pəncərədə tək darıxdırıcı qara mənzərə görsənməsin deyə, belə bir işıqlandırmanı fikirləşiblər.
22👍7💯1
🇬🇪 Qonşu Gürcüstanın paytaxtında nəqliyyat kartını mobil tətbiqdə əldə etmək mümkündür.

🚍 Tbilisidə avtobus və metro üçün nəzərdə tutulmuş vahid nəqliyyat kartını "Bank of Georgia" mobil tətbiq üzərindən əldə etmək mümkndür.

📱 Fiziki kart əldə etmədən gündəlik, həftəlik, aylıq və hətta illik gediş kartını əldə etmək mümkündür.

☝️ Qiymətləri şəkildə baxa bilərsiniz. 1 lari təxmini 0,63 AZN təşkil edir.

❗️ Bu cür uzumüddətli tariflərin olması, təbii ki, öz növbəsində ictimai nəqliyyatın istifadəsini stimullaşdırır və mütləq BakıKart-da tətbiq edilməlidir.
👍254
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🚨 Dövlət Yol Polisi insan yönümlü şəhərlər konsepsiyasının dəstəkləməsi və bu cür fikirlərin səsləndirilməsi çox müsbət bir göstəricidir. 👍

💬 DYP təmsilçisi Rövşən Tağıyev qeyd edir ki, şəhərlər hər kəs üçün əlçatan olmalıdır, şəhərdə isə eynisəviyyəli piyada keçidləri üstünlük təşkil etməlidir.

🙏 Ümid edirəm ki, Bakı şəhərində bir çox lazımsız yeratlı-yerüstü piyada keçidlər yaxın gələcəkdə əlçatan versiyaları ilə əvəz olunacaq. Çünki bu cür keçidlər heç bir problemi həll etmir və bütün müasir dünyada uğursuz bir təcrübə adlandırılıb.
👍26
🎄 Yeni il bayramına bəzədilmiş tramvaylar.

🚃 Tramvayların şəhərdəki ən vacib rolu sərnişin daşımaq olsa da, onlar eyni zamanda şəhəri xüsusi aura gətirir. Müxtəlif şəhərlərdə tramvayları yeni il ərəfəsində bu cür bəzəyirlər, şəhər küçələri görün necə gözəlləşir!
26👍2😱2