İnsan yönümlü şəhərlər ️
3.67K subscribers
2.57K photos
321 videos
2 files
817 links
Təhlükəsiz, rahat və müasir şəhərlər, piyada, velosiped və digər nəqliyyat növlərindən bəhs edirəm.

Dəstək olmaq: city4people.az/destek
Əlaqə: @City4People_az_Bot
Download Telegram
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇳🇱 🚲 Amsterdamda yeni sualtı velosiped parkinqi.

Amsterdam Mərkəzi Dəmiryol Vağzalının qarşısında yeni velosiped dayanacağının tikintisi bitmək üzrədir.

Bu velosiped parkinqi gələn ay istismara veriləcək və 7000 velosiped üçün nəzərdə tutulub. 2030-cu ilə gədər isə Amsterdamda 21500 velosiped üçün qapalı parkinqlər olacaq.

Bəs necə oldu ki, Niderland velosiped üçün ən rahat ölkə oldu? Bu haqda maraqlı məqaləmiz olub bloqda, buradan oxuya bilərsiniz.
👍115
This media is not supported in your browser
VIEW IN TELEGRAM
❗️ Yol qurbanlarına həsr olunmuş çox təsiredici bir sosial çarx.

Statistikaya düşən hər rəqəmin arxasında bir insan dayanır.

🔄 İzləyin və paylaşın.
16👍4😢4💯1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🚌 Avtobus zolaqlarına ciddi nəzarət lazımdır, sürücülər nəyisə xahiş etməklə iş bitməyəcək.

ARB kanalı və BNA yaxşı bir eksperiment keçiriblər.

Eyni yolu avtobus tıxacsız 13 dəqiqəyə, tıxacla 36 (!) dəqiqəyə qətt edir. Yəni, ayrılmış avtobus zolağı olsa, və o hər zaman boş olsa, o zaman gecikmələr yaranmaz, ictimai nəqliyyat da daha cəlbedici olar.

Belə süjetlər yaxşı bir izahedici video rolunu oynayır, lakin bu reportajda olduğu kimi sürücülərə müraciət etmək, onlardan avtobus zolağının tələbinə riayət etmək fayda verməyəcək.

📢 Yəni, konkret deyirik ki, "Ay sürücülər, siz tıxacda dayanın, imkan verin avtobus keçsin". Belə çağırışlar rasional səslənmir.

Dünyanın heç bir yerində yalnız çağırışla bu cür qayda pozuntularının qarşısını almaq mümkün olmayıb. Tokiodan Londona qədər tutmuş bu zolağın tələbinə sürücülər yalnız cərimədən qorxaraq riayət edir.

Elə uzağa getməyək, "Avropa oyunları" zamanı tətbiq edilmiş xüsusi zolağın boş qalması yalnız ciddi nəzarət sayəsində effektini vermişdir.
👍273
📹 Bakının nəqliyyat böhranı haqqında.

Rauf Ağamirzəyev vacib tezisləri səsləndirdi və izah etdi.

🔸 Bakını avtomobilyönümlü şəhər niyə etmək mümkün deyil?
🔸 Metro niyə inkişaf etmir?
🔸 Tramvay niyə mütləq qayıtmalıdır?
🔸 Bakı-Sumqayıt yolunun dərdi nədir?
🔸 Regionları niyə inkişaf etdirmək vacibdir?
🔸 Səkilər niyə bərbad gündədir?

❗️ 20 dəqiqə vaxtınızı ayırın və bu mövzuda ağıllı fikirlərə qulaq asın.

👉 https://youtu.be/GFRHpKgyjIA
👍15
Bakı-Sumqayıt yoluna həsr olunur. 🙂

"Yolların genişləndirilməsi tıxac problemini niyə həll etmir?" sualına cavabı isə buradan oxuya bilərsiniz.

#karikatura
💩15👍11
🇫🇮 Helsinkidən görüntülər.

Bu yaxınlarda izləyicimiz Finlandiyaya səyahət edib. Foto və videolar göndərib ki, görün bu küçələr nə dərəcədə sakit və təhlükəsiz layihələndirilib. Əsl insan yönümlü şəhərin nümunəsi.

Əsas prioritet ictimai nəqliyyat (tramvay) və velosipedlərə verilib.

Bakını nə vaxtsa bu cür görmək ümidilə.
24👍4
🚌 Ziya Bünyadov prospektindəki avtobus zolağının ilk günü.

Hələ ki sürücülər zolağa riayət edirlər. Amma bunun ciddi nəzarəti olmalıdır.

Avtobuslar burada tıxacsız hərəkət etsə, tədricən sürücülərin bir qismi görəcək ki, avtobus daha tez gedir və növbəti səfər üçün məhz avtobusa üstünlük verəcəklər. Beləliklə, tıxacların sayı da azalacaq.
👍324
⚠️🤑 Cərimənin 25%-i qayda pozuntusunu aşkar edənə qayıdacaq.

Bizdə yox, Nyu-Yorkda. ABŞ-nın ən böyük şəhərinin küçələrində ən ciddi qayda pozuntularından biri - sürücülərin velosiped zolaqlarında park edilməsidir.

Nəqliyyat departamenti indi bir təklif irəli sürüb. Velosipedçilər özləri qayda pozan avtomobillərin fotosunu çəkib göndərə bilər, sonra isə 175 dollarlıq cərimənin 25 faizini (~$44) öz bank hesabına qaytara bilər. Gündə 5 dəfə belə qeyd etsəniz $200-dan çox pul edir.

Təbii ki, burada məqsəd insanlara pul paylamaq deyil, ictimai nəzarətin gücləndirilməsidir.

Necə təklifdir, sizcə? Bizdə də olsunmu?
👍335
🚇 Bakı metropolitenin yeni "Xocəsən" stansiyası açılır.

Bənövşəyi xəttə aid olacaq. Bakı metrosunun stansiyaların sayı 27-yə çatdı.
👍27
🚇🎂 Bu gün Bakı Metropolitenin işçiləri peşə bayramını və eyni zamanda metronun 55 illik yubilyeyi qeyd edir.

Bu vacib tarixdə onlara 5 inkişaf mərhələsinə qısa zamanda çatmaq arzulayıram.

1️⃣ Bakı metrosunun nə vaxtsa hər kəs üçün əlçatan olması. Sovet dövründə tikilən stansiyalarda lift quraşdırmaq mümkün olmasa da, heç olmasa yeni stansiyalarda lazımsız pilləkənlərdən azad olması, hər yerdə pandusların və geniş turniketlərin təşkil edilməsi çətin bir məsələ deyil.

2️⃣ Planda olan 76 stansiyanın yaxın 10 il ərzində heç olmasa 10 ədədin tikilməsi.

3️⃣ Köhnə qatarların yaxın illərdə yenilənməsi və Rusiya istehsalı asılılıqdan azad olması.

4️⃣ Ödəniş üsulu kimi bütün növ təmassız ödəmə vasitələrinə keçməsi.

5️⃣ Öz aktuallığını çoxdan itirən çəkiliş qadağasının yığışdırılması. Bunu qadağanın nə dərəcədə lazımsız olduğunu artıq ətraflı işıqlandırmışdım.

Təbrik edirəm və uğurlar arzulayıram. 🎉
👍22
🇦🇿 Zəfər günü münasibəti ilə hər birimizi ürəkdən təbrik edirəm!

Zəfərimizin şərəfinə adlandırılan 8 noyabr prospektinə isə Bakının ən təhlükəli yolundan insanyönümlü bir küçəyə çevrilməsini arzu edirəm.

Əminəm ki, bir gün bu prospektdə bütün piyada keçidləri eynisəviyyəli olacaq, normal səkilər və velosiped zolaqları təşkil ediləcək, tramvaylar hərəkət edəcək.

Rəşadətli ordumuz kimi rəşadətli nəqliyyatçılara ölkədə böyük ehtiyac var.

Bayramınız mübarək! 🇦🇿
👍19💯2
🎉 8 noyabr tarixində həmçinin Dünya urbanizm günü qeyd olunur.

Urbanistlərin bu bayramında təklif edirəm bir az canlı söhbət edək.

🕙 Bu gün axşam saat 22:00-da Bakı Bulvarından instagram vasitəsilə canlı yayımda olacam.

Şəhərsalmadan, piyadalardan, nəqliyyatdan və əlbəttə ki tıxaclardan danışacağıq.

❗️ Yayıma qoşulmaq üçün bu səhifəyə abunə olun:
👉 instagram.com/city4people.az
👍93