İnsan yönümlü şəhərlər ️
3.67K subscribers
2.57K photos
321 videos
2 files
817 links
Təhlükəsiz, rahat və müasir şəhərlər, piyada, velosiped və digər nəqliyyat növlərindən bəhs edirəm.

Dəstək olmaq: city4people.az/destek
Əlaqə: @City4People_az_Bot
Download Telegram
🇸🇪 🚇 Stokholm metrosu.

Qayalarda tikilən bu ictimai nəqliyyat 100 stansiya və 3 xətdən ibarətdir.

Göy və bəzi qırmızı xətlərinin stansiyarını isə yeraltı qalereyaya çeviriblər. Müxtəlif dizaynerlərin ixtiyarına veriləndən sonra, İsveç paytaxtın metrosu ayrıca gəzməli-görməli yerə çevrilib.

🔹 Bu maraqlı metrodan ayrıca reportaj olacaq. YouTube-kanalına abunə olmağı tövsiyə edirəm.

#metro #Stokholm
23👍5👏1
Prinsipcə, urbanistika haqqında çoxlarınızın artıq yaxşı anlayışı var.

Kim bilir, buna nə deyilir? 🙂
👍17
İnsan yönümlü şəhərlər ️
Prinsipcə, urbanistika haqqında çoxlarınızın artıq yaxşı anlayışı var. ⠀ Kim bilir, buna nə deyilir? 🙂
Dostlar, buna parklet deyilir.

Keçmiş küçə parkinqi təşkil edilmiş yerləri kiçik ictimai məkanlara çevirirlər. Beləliklə, şəhəri maşınların əlindən alıb insanlara qaytarırlar.

#küçəmebeli #parklet
👍227👏2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🔹 Öz vətəndaşlarına hörmət edən şəhər insanlara əziyyət vermir. Piyadaları təhqir etmir və onları yerin altına qovmur.

🇭🇺 Budapeştdə bütün yeraltı keçidlərin üzərində əlavə eynisəviyyəli "zebra"lara rast gələcəksiniz.

Rahat və insan yönümlü şəhər belə olmalıdır 💚

#piyadakeçidləri #Budapeşt
30👍11
💝 Qadınlar böyük gücdür!

Dünyada ictimai nəqliyyat sahəsində qadın sürücülər və maşinistlərin sayı az deyil.

Bu tramvay idarə edən xanımın simasında bütün xanım izləyiciləri Qadınlar günü münasibəti ilə təbrik edirəm! 💐

Siz şəhərlərə xüsusi gözəllik qatırsınız 💚
23👍3👏1
🆘 Bayıl sakinləri şikayət edir ki, hər gün AzNeft dairəsini bağlayıb, M. Üseynov küçəsini saatlarla tıxaca qoyurlar.

Bir küçəni bağlayıb digərinə üstünlük vermək çıxış yolu deyil.

Ən acınacaqlı isə odur ki, heç avtobusları da buraxmırlar bu yoldan keçsinlər. İnsanlarda ictimai nəqliyyat kimi alternativi də yoxdur.

🔸 Tıxaclara qalib gəlmək üçün ilk növbədə şəhərdə düzgün prioritetlər qurmaq lazımdır.

#tıxaclar
💩29👍12😢3
❗️ Nizami adına Ədəbiyyat muzeyinin yanında olan meydanı yenidən parklanma üçün açıblar.
Bir neçə ay əvvəl isə buranı avtomobillərdən azad etmişdilər.

Müqaisəsi üçün ərazinin əvvəlki fotosunu əlavə edirəm.

Qeyri-rəsmi parklanma pulların yığılması görünür kiməsə sərf edir.

©️ Transport for Baku.

#parklanma
🤮20😢3
Eybəcər və lazımsız keçid səkini də pis günə qoydu. 👎

Koroğlu Rəhimov küçəsində tikilən (hazırda dayandırılıb) yerüstü keçid həmçinin buradakı mövcud səkisini görün nə günə qoyub. 🤦‍♂️

Onsuzda park edilmiş maşınlar burada səkinin bir hissəsini alıblar, indi isə görünür bu keçidin "eşşək boyda" pilləkəni səkinin 80%-ni zəbt edib.

❗️ Xatırladım ki, keçid qanunsuz tikilir, Arxitektura Komitəsi bu keçidin tikintisinə razılıq verməyib.

#piyadakeçidləri
💩22🤮5
💬 İzləyici yazır ki, "Xətai park" yaşayış kompleksində sürücülər həyətdə bu cür səkiləri zəbt edib park edir.

Yeraltı parkinqin ödənişli olması bu cür davranışa bəraət qazandıra bilməz. Hər kəs avtomobil alanda onu harada saxladığını düşünməlidir.

Ümumiyyətlə danışsaq isə, yaxşı yaşayış kompleksin həyətində maşınların girişi tam qadağan olmalıdır. Həyət sakinlərin və onların uşaqların ixtiyarına verilməlidir.

P.S. Nömrələri özüm gizlətmişəm, çünki sözügedən məsələdə maşının konkret kimə məxsus olduğu heç bir əhəmiyyət kəsb etmir.

#parklanma #həyətlər
👍21💩2