AZAL - Azerbaijan Airlines
16K subscribers
1.72K photos
148 videos
622 links
"Azərbaycan Hava Yolları"nın rəsmi "Telegram" kanalı. Bütün yeniliklərdən dərhal xəbərdar olun.

Stikerlərimiz: https://t.me/addstickers/AzerbaijanAirlinesPlane
Download Telegram
Günə enerjili başlamaq üçün kofe əvəzedilməzdir. Bəs səyahətlərə necə?🤭
AZAL ilə istədiyiniz şəhərlərə səyahət edin, bir-birindən gözəl guşələrdə ləzzətli kofe çeşidlərini dadın. 🌍

Coffee is irreplaceable to start your day. But what about your travels? 🤭 Travel with AZAL to the cities you want, and savor delicious coffee varieties in beautiful destinations. 🌍

#AZAL #AzerbaijanAirlines #flyAZAL #BeynəlxalqQəhvəGünü #InternationalCoffeeDay
29
Oktyabrın 2-də “Azərbaycan Hava Yolları” Bakı-Minsk-Bakı marşrutu üzrə ilk müntəzəm uçuşunu həyata keçirib.

AZAL-ın təyyarəsi Minsk Milli Hava Limanında ənənəvi su tağı ilə qarşılanıb.

Tədbirdə AZAL-ın nümayəndələri, Azərbaycanın Belarusdakı səfiri, Azərbaycan diasporunun nümayəndələri və Minsk Milli Hava Limanının rəhbərliyi iştirak ediblər.

Minskə uçuş cədvəli ilə www.azal.az saytında tanış ola bilərsiniz. Aviabiletləri, həmçinin mobil tətbiqdə və akkreditə olunmuş agentliklərində əldə etmək mümkündür.

Foto © Александр Соц

✈️

October 2, Azerbaijan Airlines operated its first regular flight en route Baku-Minsk-Baku.

At the Minsk National Airport, the AZAL aircraft was greeted with a traditional water cannon salute.

Representatives of Azerbaijan Airlines, the Ambassador of Azerbaijan to Belarus, representatives of the Azerbaijani diaspora and the management of the Minsk National Airport attended the event.

The flight schedule for Minsk flights can be found on the website www.azal.az. Tickets are also available on the mobile app and from accredited airline agencies.

Photo © Александр Соц

#AZAL #AzerbaijanAirlines #flyAZAL
14👏5
Media is too big
VIEW IN TELEGRAM
Alp dağlarının əhatəsindəki Cenevrə sizə qucaq açır! 👋

«Dünyanın paytaxtı» adlandırılan bu multikultural şəhər hər kəsin qovuşma nöqtəsidir. Nağıl kimi Cenevrənin gözəllikləri AZAL ilə sizə çox yaxındır.

Bilet üçün ➡️ azal.az

✈️

Geneva, surrounded by the Alps, hugs you!

Called the 'capital of the world', this multicultural city is the meeting point for everyone. The fairy-tale beauty of Geneva is very close to you with AZAL.

For tickets: azal.az

#AZAL #AZALDestinations #Geneva
12🔥1
Cəbrayıl – böyük zəfərin ilk müjdəsi! 🇦🇿

☝️ 4 oktyabr 2020-ci ildə Cəbrayıl şəhəri düşməndən azad edilmişdir.

___

Jabrail – the first tiding of great victory!

On October 4, 2020, the city of Jabrail was liberated from the enemy.

#AZAL #AzerbaijanAirlines #Jabrail #KarabakhisAzerbaijan
30👏9
Həyatımızın yol göstərən ulduzlarını — müəllimlərimizi Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik edirik! 📚
✈️
Happy Teacher's Day to the wonderful educators who shape our future!

#AZAL #AzerbaijanAirlines #MüəllimlərGünü
26
Media is too big
VIEW IN TELEGRAM
Gülümsəyən kökələr və gülümsəyən üzlər. ☺️
Gülüş günündə sərnişinlərimizə təbəssüm bəxş etdiyimiz üçün biz də sevincliyik! 😍
✈️
Smiling cookies and smiling faces. ☺️
We are also happy to make our passengers cheer on Smile Day! 😍

#AZAL #AzerbaijanAirlines #flyAZAL #SmileDay #DünyaGülüşGünü
22👏3
ℹ️ Yeni qaydalara əsasən, daxili reyslərdə bilet satışı zamanı aşağıdakı şəxslərə müvafiq təsdiqedici sənədlər əsasında növbədənkənar xidmət göstəriləcək:

🔹 təxirəsalınmaz tibbi xidmət tələb olunan və onu müşayiət edən şəxslər
🔹 faciəli vəziyyətlə əlaqədar səfər edən sərnişinlər

Yolunuz açıq olsun!

✈️

ℹ️ According to the new rules, during the sale of tickets on domestic flights, the following persons will be provided extraordinary service on the basis of relevant supporting documents:

🔹 persons requiring urgent medical care and accompanying persons
🔹 persons traveling due to the tragic situation

Have a safe trip!

#AZAL #AzerbaijanAirlines
14😢1
İsraildə baş verən son hadisələrlə əlaqədar olaraq "Azərbaycan Hava Yolları" aviaşirkəti oktyabrın 8-nə planlaşdırılan Təl-Əvivin "Ben Gurion" hava limanına və əks istiqamətdə bütün uçuşları ləğv edir.

Bakı-Təl-Əviv-Bakı marşrutu üzrə uçuşların həyata keçirilməsi ilə bağlı məlumat əlavə olaraq təqdim ediləcək.

Təl-Əviv istiqaməti üzrə bileti olan sərnişinlər ödənişin tam geri qaytarılması və ya biletin ödənişsiz dəyişdirilməsi hüququna malikdirlər.

Dəyişikliklər barədə məlumat əldə etmək üçün sərnişinlərə callcenter@azal.az elektron ünvanı vasitəsilə aviaşirkətin çağrı mərkəzinə müraciət etmələri tövsiyə olunur.

Hazırda aviaşirkət növbəti xəbərdarlığa qədər Təl-Əviv istiqaməti üzrə aviabiletlərin satışını dayandırıb.

Qeyd edək ki, aviaşirkətin prioriteti uçuşların və sərnişinlərin təhlükəsizliyidir.

✈️

Due to recent events in Israel, Azerbaijan Airlines cancels all flights to and from Ben Gurion Airport in Tel Aviv scheduled for Sunday, October 8.

Additional information regarding the operation of flights en route Baku-Tel Aviv-Baku will be provided later.

Passengers with tickets to Tel Aviv are entitled to a full refund or free exchange of tickets.

For information about changes, passengers are advised to contact the airline's call center at callcenter@azal.az .

The airline has currently suspended the sale of tickets to Tel Aviv until further notice.

Please note that the airline's priority is the safety of flights and passengers.

#AZAL #AzerbaijanAirlines
😢75👏3
Oktyabrın 10-dan etibarən "Azərbaycan Hava Yolları" Bakıdan Təl-Əviv şəhərinə və əks istiqamətdə uçuşları bərpa edir.

Uçuşlarla bağlı hər hansı dəyişiklik və ya yenilik olduqda, sərnişinlərə dərhal məlumat veriləcək.

Aviaşirkət İsraildəki qeyri-sabit vəziyyətlə əlaqədar uçuşların müvəqqəti dayandırılması zamanı göstərilən anlayışa görə minnətdarlığını bildirir.

Əlavə məlumat əldə etmək üçün sərnişinlərə callcenter@azal.az elektron ünvanı vasitəsilə "Azərbaycan Hava Yolları"nın çağrı mərkəzinə müraciət etmələri tövsiyə olunur.

✈️

Starting from October 10, Azerbaijan Airlines resumes flights from Baku to Tel Aviv and back.

In case of any changes or updates regarding flights, passengers will be notified accordingly.

The airline expresses its gratitude for understanding during the temporary suspension of flights due to the unstable situation in Israel.

For more information, passengers are advised to contact the call center of Azerbaijan Airlines at callcenter@azal.az .

#AZAL #AzerbaijanAirlines
🙏93😢2
✈️ Azal-da yeni yaradılmış PR və Kommunikasiya İdarəsində mövcud vakansiyalar!

Korporativ Kommunikasiya və KSM şöbəsi üzrə vakansiyalar:
🔹 Korporativ Kommunikasiya və KSM üzrə Şöbə Rəhbəri
🔹 Korporativ Kommunikasiya və KSM üzrə Mütəxəssis

Kontentin İdarəedilməsi və Dəyərləndirmə şöbəsi üzrə vakansiya:
🔹 Kontentin İdarəedilməsi və Dəyərləndirmə üzrə Şöbə Rəhbəri

Mətbuat Xidməti və Monitorinq şöbəsi üzrə vakansiya:
🔹 Mətbuat Xidməti və Monitorinq üzrə Şöbə Rəhbəri

Müraciət edin: https://www.azal.az/az/azal-aviasirketi/karyera

Son müraciət tarixi: 20.10.2023
#AZALiləSəmayaToxun
___

✈️ Vacant positions within the newly established PR and Communications Department of AZAL:

Vacancies within Corporate Communications & Social Responsibility division:
🔹 Head of Corporate Communications & Social Responsibility
🔹 Corporate Communications & Social Responsibility Specialist

Vacancy within Content Management & Evaluation division:
🔹 Head of Content Management & Evaluation

Vacancy within Media Relations & Monitoring division:
🔹 Head of Media Relations & Monitoring

Apply now: https://www.azal.az/az/azal-aviasirketi/karyera

Deadline 20.10.2023
#TouchTheSkywithAZAL
7
ℹ️ İsraildə yaranmış fövqəladə vəziyyətlə əlaqədar aviaşirkətin xidmətlərindən yararlana bilməyən AZAL-ın İsrailə və əks istiqamətdə reyslərinin sərnişinlərinə aviabiletin dəyərinin cəriməsiz tam geri qaytarılmasına və ya ödənişsiz yenidən bronlaşdırılmasına icazə verilir.

AZAL-ın Təl-Əvivdəki “Ben Gurion” Beynəlxalq Hava Limanına və əks istiqamətdə reyslərinin sərnişinlərinə oktyabrın 7-dək əldə edilmiş, uçuş tarixi oktyabrın 8-dən noyabrın 1-dək olan aviabiletlərin dəyərinin 30 noyabr 2023-cü il tarixi daxil olmaqla “involuntary” proseduru çərçivəsində geri qaytarılmasına və ya istənilən digər tarixlərə yenidən bronlaşdırılmasına icazə verilir.

Aviaşirkət bu çətin vəziyyətdə sərnişinləri çevik şərtlərlə təmin etmək üçün tədbirlər görür.

Cədvəldə hər hansı dəyişiklik və ya yenilik olduqda, sərnişinlərə dərhal məlumat veriləcək.

Əlavə məlumat əldə etmək üçün sərnişinlərə callcenter@azal.az elektron ünvanı vasitəsilə "Azərbaycan Hava Yolları"nın çağrı mərkəzinə müraciət etmələri tövsiyə olunur.

✈️

ℹ️ Passengers of AZAL flights to/from Israel who were unable to use the airline's services due to the current emergency situation in the country are allowed a full refund of the ticket without penalties or free rebooking.

Passengers of AZAL flights to/from Ben Gurion International Airport in Tel Aviv, with tickets issued before October 7 inclusive, with a departure date from October 8 to November 1, are allowed to return the tickets under the involuntary procedure or re-issue for any other dates until November 30, 2023 inclusive.

The airline is taking measures to provide passengers with flexible conditions in this difficult situation.

In case of any changes or updates regarding flights, passengers will be notified accordingly.

For more information, passengers are advised to contact the call centre of Azerbaijan Airlines at callcenter@azal.az.

#AZAL #AzerbaijanAirlines
12👏5
ℹ️ İsraildə, o cümlədən "Ben Gurion" Beynəlxalq Hava Limanının ərazisində qeyri-sabit vəziyyət və raket hücumları ilə əlaqədar "Azərbaycan Hava Yolları" aviaşirkətinin oktyabrın 10-na planlaşdırılan Bakı-Təl-Əviv-Bakı marşrutu üzrə reysi ləğv edilib.

Qeyd edək ki, sərnişinlərin və ekipaj üzvlərinin təhlükəsizliyi aviaşirkətin ən yüksək prioritetidir.

Xatırladaq ki, AZAL-ın Təl-Əvivdəki “Ben Gurion” Beynəlxalq Hava Limanına və əks istiqamətdə reyslərinin sərnişinlərinə oktyabrın 7-dək əldə edilmiş, uçuş tarixi oktyabrın 8-dən noyabrın 1-dək olan aviabiletlərin dəyərinin 30 noyabr 2023-cü il tarixi daxil olmaqla “involuntary” proseduru çərçivəsində geri qaytarılmasına və ya istənilən digər tarixlərə yenidən bronlaşdırılmasına icazə verilir.

Növbəti uçuşlar haqqında məlumat ictimaiyyətə KİV və aviaşirkətin rəsmi sosial şəbəkə səhifələri vasitəsilə əlavə olaraq təqdim ediləcəkdir.

Həmçinin əlavə məlumat əldə etmək üçün sərnişinlərə callcenter@azal.az elektron ünvanı vasitəsilə "Azərbaycan Hava Yolları"nın çağrı mərkəzinə müraciət etmələri tövsiyə olunur.

___

ℹ️ Due to the unstable situation and missile attacks in Israel, including the area of Ben Gurion International Airport, Azerbaijan Airlines flight en route Baku-Tel Aviv-Baku scheduled for October 10 has been cancelled.

We would like to highlight that the safety of passengers and crew is the airline's top priority.

Note that passengers of AZAL flights to/from Ben Gurion International Airport in Tel Aviv, with tickets issued before October 7 inclusive, with a departure date from October 8 to November 1, are allowed to refund the tickets under the involuntary procedure or re-issue for any other dates until November 30, 2023 inclusive.

Information about subsequent flights will be provided to the public additionally through the media or the airline's official social network pages.

For more detailed information, it is also recommended to contact the call centre of Azerbaijan Airlines at callcenter@azal.az.

#AZAL #AzerbaijanAirlines
🙏154