AZAL - Azerbaijan Airlines
16K subscribers
1.72K photos
148 videos
622 links
"Azərbaycan Hava Yolları"nın rəsmi "Telegram" kanalı. Bütün yeniliklərdən dərhal xəbərdar olun.

Stikerlərimiz: https://t.me/addstickers/AzerbaijanAirlinesPlane
Download Telegram
Sentyabr ayı festivallarla doludur! 🎉 Berlin, Paris, Milan, İzmir bir-birindən zövqlü və əyləncəli tədbirlərlə sizi gözləyir. AZAL-ın istiqamətləri sizi əyləncəyə aparır! ✈️
Bilet əldə etmək üçün: www.azal.az
👏98
Qəza riskini minimuma endirmək və təhlükəsiz mühit yaratmaq üçün təyyarənin salonunda bir çox belə əşyaların daşınmasına icazə verilmir. Bəs sizin uçuşunuzda özünüzlə aparmaq istəyib də apara bilmədiyiniz əşyanız olubmu?
9🔥2😢1🙏1
AZAL-ın Pakistana müntəzəm uçuşları başlayır! 🇦🇿🇵🇰
Belə ki, sentyabrın 20-dən etibarən Pakistanın paytaxtı İslamabad, eləcə də ən böyük şəhərləri – Lahor və Kəraçiyə müntəzəm reyslər həyata keçiriləcək:

✈️ Bakı – İslamabad: Çərşənbə və şənbə günləri
✈️ Bakı – Lahor: Bazar ertəsi və cümə günləri
✈️ Bakı – Kəraçi: Cümə axşamı və bazar günləri

Bu çevik cədvəl sərnişinlərə daha yaxşı və rahat səyahət təcrübəsi təklif edir. Aviabiletləri saytdan və ya AZAL-ın mobil tətbiqi vasitəsilə əldə edə bilərsiniz.
18👏6😢6
AZAL Batumi istiqamətində müntəzəm reyslərin icrasını uzadır.

Beləki, Bakı-Batumi-Bakı marşrutu üzrə uçuşların icrası sentyabrın 27-dək davam edəcək. İki şəhər arasında uçuşlar həftədə iki dəfə – çərşənbə və bazar günləri həyata keçiriləcək. 🎉

Bu istiqamətdə uçuşların uzadılması sərnişinlərimizə səyahətlərini çevik şəkildə planlaşdırmaq üçün əlavə imkan verəcək və onlara sahilyanı Batuminin unikal atmosferindən həzz almağa imkan verəcək.

“Azərbaycan Hava Yolları” aviaşirkətinin azal.az saytında uçuş cədvəli ilə tanış olmaq və aviabiletləri əldə etmək mümkündür.
10👏10🔥2
✈️AZAL-da bu vəzifələr üzrə Sizə də yer var!

“Azərbaycan Hava Yolları”-da aşağıdakı vakansiyalar mövcuddur:

Keyfiyyət İdarəsi:
🔹 Daxili araşdırma üzrə Mühəndis-İnspektor/Aparıcı Mühəndis-İnspektor

🔹Sənədlərə nəzarət üzrə Mütəxəssis

Maliyyə və Mühasibat Uçotu İdarəsi:
🔹Mühasib/Aparıcı mühasib

Deadline 25.08.2023
👏97
Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) Moldovanın paytaxtı Kişineu şəhərinə biletlərin satışına başlayıb. ✈️

Bu istiqamətdə uçuşlar sentyabrın 15-dən həftədə iki dəfə - bazar ertəsi və cümə günləri yerinə yetiriləcək. Əlverişli uçuş cədvəli sayəsində sərnişinlər səyahətləri üçün ən yaxşı vaxtı seçə biləcəklər. 🤩
Kişineuya reyslərə biletləri “Azərbaycan Hava Yolları”nın internet saytında - azal.az, mobil əlavədə və aviaşirkətin akkreditə olunmuş agentliklərindən əldə etmək olar.

Qeyd edək ki, Moldovanın paytaxtı zəngin tarixi, mədəni irsi və gözəl memarlığı ilə tanınır. 🇦🇩
19
Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) Bakı-Cenevrə-Bakı marşrutu üzrə aviareysləri bərpa edir. Sentyabrın 30-dan etibarən bu istiqamətdə uçuşlar həftədə iki dəfə - çərşənbə və şənbə günləri yerinə yetiriləcək. ✈️

Avropanın mərkəzində yerləşən Cenevrə ən məşhur turistik yerlərdən biridir. AZAL-ın bu unikal şəhərə uçuşlarının bərpası sərnişinlərə gözəl görməli yerlərdən həzz almağa, mühüm işgüzar görüşlərdə iştirak etməyə və unudulmaz tətil keçirməyə imkan verəcək. 🧳🇨🇭

Aviabiletləri şirkətin azal.az saytında bron etmək və ya AZAL-ın kassalarında, həmçinin aviaşirkətin rəsmi agentliklərində əldə etmək mümkündür.
21
Bu gün Dünya Fotoqrafiya Günüdür. Hər il avqustun 19-da dünyanın hər yerindən peşəkar və həvəskar fotoqraflar çəkdikləri fotoları #worldphotoday həştaqı ilə izləyicilərlə paylaşırlar.

Siz də AZAL-ı taq edərək #worldphotoday həştaqı ilə təyyarələrimizlə səyahətdən çəkdiyiniz ən yaxşı şəkli paylaşın, Dünya Fotoqrafiya Gününü birlikdə qeyd edək. 📸
19
AZAL Bakıdan Naxçıvana və əks istiqamətdə səyahət etməyi planlaşdıran sərnişinlərə tələbat artımı ilə əlaqədar aviabiletləri öncədən əldə etməyi tövsiyə edir.
Mövcud istiqamətlər üzrə aviadaşımalara tələbatın gözlənilən artımı nəzərə alınaraq Bakıdan Naxçıvana və geriyə müntəzəm uçuşların sayı gündə 10 reysə çatdırılıb. Zərurət olduqda, aviaşirkət sərnişinlərin tələbatını ödəmək üçün əlavə reyslər açmağa da hazırdır. ✈️

Biletləri azal.az rəsmi saytından və ya AZAL-ın kassalarından əldə edə bilərsiniz

Daha ətraflı: https://www.azal.az/az/azal-aviasirketi/son-xeberler/azal-bakidan-naxcivana-ve-eks-istiqametde-aviabiletlerin-evvelceden-alinmasini-tovsiye-edir
9👏2🙏1
✈️AZAL-da bu vəzifələr üzrə Sizə də yer var!

“Azərbaycan Hava Yolları”-da aşağıdaki vakansiyalar mövcuddur:

🔹Miles və Loyallıq proqramı üzrə Rəhbər
🔹Daxili Audit İdarəsinin Aparıcı/Baş Auditoru

Müraciət edin: https://www.azal.az/az/azal-aviasirketi/karyera

Deadline 31.08.2023
8🔥7🙏1