AZAL - Azerbaijan Airlines
16K subscribers
1.73K photos
148 videos
623 links
"Azərbaycan Hava Yolları"nın rəsmi "Telegram" kanalı. Bütün yeniliklərdən dərhal xəbərdar olun.

Stikerlərimiz: https://t.me/addstickers/AzerbaijanAirlinesPlane
Download Telegram
2023-cü ilin oktyabr ayında “Azərbaycan Hava Yolları” və “Buta Airways” vahid AZAL brendi altında birləşəcək.

Birləşmə hər iki aviaşirkətin ən yaxşı keyfiyyətlərini özündə ehtiva etməklə, sərnişinlərimiz üçün sərfəli tariflərlə səyahət etmək imkanlarını daha da genişləndirəcək, eləcə də müştərilərimizin səyahətlərini rahat planlamasını və onlara göstərilən xidmət səviyyəsində artımı təmin edəcək.

“Buta Airways”ə məxsus bütün reyslər birləşmədən sonra da hazırda mövcud olan eyni sərfəli qiymətlərlə, lakin daha üstün xidmət səviyyəsi ilə vahid AZAL brendi altında təklif olunacaq. İl ərzində müxtəlif güzəşt kampaniyaları da davam etdiriləcək.

Sərnişinlər üçün aviadaşımaları daha da əlçatan etmək üçün AZAL bütün reyslərində yeni “Buta Budget” baqajsız tarifi təklif edəcək. Bundan əlavə, bütün tariflərə əl yükü daxil ediləcək və “Buta Budget” istisna olmaqla baqajın daşınması norması artırılacaq. Həmçinin sərnişinlərimizə yenilənmiş menyu təqdim olunacaq.

İstiqamətdən asılı olmayaraq bütün reyslərin biletlərini vahid www.azal.az internet saytı üzərindən və AZAL mobil tətbiqi vasitəsilə bron etmək və ödənişi həyata keçirmək mümkün olacaq. Hər iki aviaşirkətin birləşməsi və yeni daşınma şərtləri ilə bağlı ətraflı məlumat həmçinin AZAL-ın rəsmi saytında və sosial şəbəkə hesablarında ictimaiyyətə təqdim olunacaq.
😢1913👏7
✈️ AZAL-da hazırda yeni vakansiya mövcuddur:

🔹 Müştəri Təcrübəsi İdarəsinin “Azal Miles” proqramı şöbəsinin mütəxəssisi

Müraciət etmək və ətraflı məlumat üçün linkə daxil olun: www.azal.az/az/azal-aviasirketi/karyera

AZAL-da sizə də yer var!

Son müraciət tarixi: 05.08.2023
22😢2
✈️ AZAL-da hazırda dörd vakansiya mövcuddur:

🔹 İnformasiya Texnologiyaları İdarəsinin Proqramlaşdırma qrupunun kiçik mütəxəssisi
🔹 İstehsalat və Hava Limanının Koordinasiya İdarəsinin Terminalların İdarəetmə Mərkəzinin BMS operatoru
🔹 Terminalların İdarəetmə Mərkəzinin İstehsalatın təşkilinə nəzarət üzrə dispetçeri
🔹 Perronda təhlükəsizliyə nəzarət üzrə mühəndis

Müraciət etmək və ətraflı məlumat üçün linkə daxil olun: www.azal.az/az/azal-aviasirketi/karyera

AZAL-da sizə də yer var!

Son müraciət tarixi: 11.08.2023
13👏3
AZAL sərnişinlərin onlayn qeydiyyatdan keçmə müddətini 24 saatdan 48 saata artırdı.

Məqsəd sərnişinlərə daha rahat və xoş bir səyahət təcrübəsi yaşatmaqdır. Bu xidmət onlara vaxta qənaət etməyə, səyahətlərini daha diqqətlə planlaşdırmağa və oturacaq seçməyə kömək edəcək. Dəyişikliklər bu aydan etibarən qüvvəyə minəcək.

Onlayn qeydiyyatdan keçmək üçün www.azal.az/az/registration saytına daxil olun.
👏1510
Göy üzünə həsr olunan həyat! ✈️

Dəyərli pilotumuz Əlibaba Tapdıqlı Bakı-Bodrum-Bakı reysi üzrə yekun uçuşla karyerasını tamamladı. Yüksək peşəkarlıqla həyata keçirdiyi hər uçuşda sərnişinlərə xoş səyahət təcrübəsi yaşadan pilotumuza təşəkkür edirik.
51👏23😢3
✈️ AZAL-da hazırda vakansiya mövcuddur:

🔹 Marketinq İdarəsinin SMM və Motion dizayneri

Müraciət etmək və ətraflı məlumat üçün linkə daxil olun: http://www.azal.az/az/azal-aviasirketi/karyera

AZAL-da sizə də yer var!

Son müraciət tarixi: 18.08.2023
14
“YAŞAT” Fondunun və “ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı ilə şəhid övladları üçün həyata keçirilən və Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan 3-cü “YAŞAT” düşərgəsində AZAL əməkdaşları da iştirak ediblər.

"Azərbaycan Hava Yolları"nın peşəkar pilot və təyyarə bələdçisi düşərgədə qonaq olub və iştirakçıları maraqlandıran sualları cavablandırıblar. Həmçinin uçuş təhlükəsizliyi barədə təlim ilə dinləyiciləri bu mövzuda maarifləndiriblər. Sonda isə düşərgə iştirakçılarına xüsusi hədiyyələr təqdim edilib.
19👏1
“Azərbaycan Hava Yolları” aviaşirkəti “PASHA Travel” turoperatoru ilə birgə Misirə çarter reyslərinin sayını artıracaq✈️.

Noyabrın 4-dən etibarən Bakıdan Şarm əl-Şeyxə uçuşlar həftədə iki dəfə - çərşənbə və şənbə günləri yerinə yetiriləcək😍.

Şarm əl-Şeyx inkişaf etmiş turizm infrastrukturu, gözəl mərcan çimərlikləri ilə tanınır və il boyu turizm mövsümü ilə məşhurdur🏖️🌴.

Bu reyslərə aviabiletləri www.azal.az saytından, AZAL mobil tətbiqi vasitəsilə və aviaşirkətin akkreditə olunmuş agentliklərindən əldə etmək olar. Misirə turlar Azərbaycanın bütün turizm agentliklərində də satışa çıxarılır.
11👏5😢2
Gənclərin gücü, enerjisi sayəsində ölkəmiz, dünyamız daha da yüksələcək. Beynəlxalq Gənclər Gününüz mübarək!
23👏8
AZAL ilə arzuladığınız rahatlıqda
səyahət edəcəksiniz. Bəs siz hansına üstünlük
verirsiniz?

Ön sırada rahatlığınız üçün daha geniş yerli oturacaq
Nisbətən səssiz zonada rahat oturacaq
Göstərilən yerlərin seçilməsi uçuşdan öncə bilet satış
ofislərində və ya çağrı mərkəzi vasitəsilə, həmçinin
hava limanında qeydiyyat zamanı mümkündür.

Uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə qəza
çıxışlarında yerlərin satışı xidməti təhlükəsizlik
tələblərini oxuyub yerinə yetirməyə qadir olmayan və ya
15 yaşdan aşağı olan sərnişinlərə təqdim olunmur və
belə sərnişinlərin hava gəmisinin salonunda yeri
dəyişdiriləcəkdir.
18😢2👏1