AZAL - Azerbaijan Airlines
16.1K subscribers
1.69K photos
146 videos
620 links
"Azərbaycan Hava Yolları"nın rəsmi "Telegram" kanalı. Bütün yeniliklərdən dərhal xəbərdar olun.

Stikerlərimiz: https://t.me/addstickers/AzerbaijanAirlinesPlane
Download Telegram
Mayın 28-də Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi keçirilib. 🇦🇿

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan açılış mərasimində iştirak ediblər.

Dövlət başçıları hava limanında yaradılan şəraitlə tanış olublar.

***

On May 28, the inauguration ceremony of Lachin International Airport was held.

President of the Republic of Azerbaijan Ilham Aliyev and President of the Republic of Türkiye Recep Tayyip Erdoğan attended the opening ceremony.

The heads of state viewed the facilities established at the airport.
Forwarded from Baku Airport
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Azərbaycanın 9-cu beynəlxalq hava limanı – Laçın Hava Limanı istifadəyə verildi! ✈️

1 738 metr yüksəklikdə, mürəkkəb dağ relyefində inşa edilən bu mühüm infrastruktur Qarabağ və Şərqi Zəngəzurun beynəlxalq hava nəqliyyatına inteqrasiyasında strateji əhəmiyyətə malikdir.

Yeni hava limanı həm sərnişin, həm də yük daşımaları üçün regionun mühüm logistik qovşağına çevriləcək.


Azerbaijan’s 9th international airport – Lachin International Airport – has been inaugurated! ✈️

Built at an altitude of 1,738 meters in a complex mountainous terrain, this major infrastructure project holds strategic importance for the integration of Karabakh and East Zangezur into the international air transport network.

The new airport will become a key logistics hub in the region for both passenger and cargo transportation.
"Boeing Dreamliner" təyyarəsinin tarixində 1 milyard sərnişin! Və o milyardın içində biz də varıq! ✈️🌍

Bu münasibətlə Bakı–London reysini bu dəfə fərqli başlatdıq! "Dreamliner"in 1 milyard sərnişin daşımasını rəmzi olaraq qeyd etmək üçün Bakı aeroportunda keçirdiyimiz tədbirdən görüntüləri təqdim edirik. 🎥

***

1 billion passengers in the Boeing #Dreamliner’s history! And we’re in that story!

To celebrate this incredible milestone, we gave our Baku–London flight a special send-off! We’re excited to share highlights from the event held at Baku Airport, marking the symbolic celebration of the Dreamliner reaching 1 billion passengers.

#AZAL #AzerbaijanAirlines #flyAZAL
AZAL + "Allium Bodrum Resort & Spa" = Möhtəşəm tətil! ☀️✈️

Yalnız #AZAL sərnişinləri üçün xüsusi təkliflərdən elə indi yararlanın:

🏨 15% endirimlə oteldə gecələmə!
* Sadəcə alliumbodrum.com saytında AZALALLIUM promokodunu yazın və endiriminiz hazırdır!
* Giriş zamanı minik talonunuzu təqdim etməyi unutmayın.

🍽 Restoran və 🧖‍♀️ SPA xidmətlərində 10% endirim!
* İstər oteldə qalan, istərsə də sadəcə xidmətlərdən yararlanmaq istəyən sərnişinlər AZAL minik talonunu göstərərək bu fürsəti dəyərləndirə bilərlər.
* Çimərlik və hovuz xidmətləri istisnadır.

Kampaniya 10 sentyabr 2025-dək qüvvədədir.

***

AZAL + Allium Bodrum Resort & Spa = The perfect getaway!

Special offers await AZAL passengers — claim yours today:

15% off on hotel stays!
* Use the promo code AZALALLIUM on alliumbodrum.com and enjoy your discount!
* Don’t forget to present your AZAL boarding pass at check-in.

10% off at restaurants and SPA services!
* Whether you're staying at the hotel or just visiting for the services, AZAL passengers can enjoy this offer by showing their boarding pass.
* Beach and pool services are excluded.

This campaign is valid until September 10, 2025.

#AzerbaijanAirlines #flyAZAL
31 may – Beynəlxalq Təyyarə Bələdçiləri Günündə "Azərbaycan Hava Yolları" olaraq Milli Qəhrəman Hökumə Əliyevanın xatirəsini dərin hörmət və ehtiramla yad edirik.

Hökumə Əliyeva aviasiyamızın simvoluna çevrildi, fədakarlığı və cəsarəti ilə yadda qaldı. Bir qadın səmanı dəyişdi və onun ardınca minlərlə qız öz gücünü kəşf etdi. Bu gün onun adı təkcə bir xatirə deyil, Azərbaycan səmasında uçmaq istəyən hər bir gənc qadın üçün bir yol işığıdır. Çünki o sübut etdi – cəsarət vicdanda və məsuliyyətdədir.

Hökumənin uçuşu heç vaxt bitmədi. Onun hekayəsi hər yeni təyyarə bələdçisi ilə, hava gəmisinin hər bir qalxış anı ilə davam edir. Çünki səma onun evi, irsi isə gələcək nəsillərin yol göstəricisidir.

***

On May 31 — International Flight Attendants Day — we at Azerbaijan Airlines remember and honor National Hero Hokuma Aliyeva with profound respect.

Hokuma Aliyeva became a symbol of our aviation, remembered for her dedication and courage. One woman changed the sky – she inspired thousands of young girls to believe in their own strength and potential. Today, her name is far more than a memory — it is a shining beacon for every young woman who dares to dream of soaring through the skies of Azerbaijan. Because she proved that true courage lies in conscience and responsibility.

Her flight never truly ended. Hokuma’s spirit lives on in every new flight attendant, in every aircraft that rises into the blue. For the sky was her home — and her legacy, a guiding light for generations yet to come.

#AZAL #AzerbaijanAirlines
Bugünkü uçuş fərqlidir… 🚀 Bu dəfə təyyarə yalnız göylərə deyil, uşaqların xəyal etdiyi dünyaya yol alır. ☁️🌈

Bu gün sükan balacaların əlindədir. Çünki gələcək arzularına doğru gedən uşaqlarla başlayır.

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününüz mübarək! 🎉

✈️

Today’s flight is different… This time, the plane isn’t just heading to the skies — it’s soaring into the boundless world children dream of.

Today, the controls are in the hands of the little ones. Because the future begins with children chasing their dreams.

Happy International Children’s Day!

#AZAL #AzerbaijanAirlines #flyAZAL
1 İyun – Uşaqlar Günü münasibətilə kiçik sərnişinlərimizi “Balaca şahzadə” kitabı və rəngləmə dəsti ilə sevindirdik – çünki hər uşaq öz ailəsinin şahzadəsidir. 📖🎨

Aeroportumuzda qurulan rəngarəng dekorlar isə bu günə xüsusi əyləncə qatdı. Gülüş səsləri terminalda əks-səda verdi, arzular isə buludlara doğru qanad açdı.

Əziz uşaqlar, bir daha bayramınızı təbrik edirik! 💫

✈️

On the occasion of June 1 – International Children’s Day, we brought smiles to our youngest passengers with special gifts: The Little Prince book and colorful art sets — because every child is the prince or princess of their own world.

Our airport transformed into a festive wonderland, adorned with vibrant decorations that added joy and color to the day. Laughter filled the terminal, while little dreams took flight — soaring high above the clouds.

To all our little travelers: Happy Children’s Day!

#AZAL #AzerbaijanAirlines #flyAZAL
2 İyun – Azərbaycanda Mülki Aviasiya Günüdür! 🇦🇿✈️

Sərnişinlərin rahatlığı, uçuşların təhlükəsizliyi, səmanın güvənlə idarə olunması – bütün bunlar minlərlə mülki aviasiya əməkdaşlarının gündəlik zəhməti və peşəkarlığı sayəsində mümkün olur.

Qürur duyuruq ki, Azərbaycan səması məsuliyyətli və peşəkar insanların etibarlı əllərindədir. 👏

Günümüz mübarək! 💙

***

June 2 – Civil Aviation Day in Azerbaijan!

The comfort of passengers, the safety of flights, and the reliable management of our skies – all of these are made possible thanks to the daily dedication and professionalism of thousands of civil aviation workers.

We are proud that the Azerbaijani skies are in the trustworthy hands of responsible and skilled individuals.

Happy Civil Aviation Day!

#AZAL #AzerbaijanAirlines #flyAZAL
2 İyun – Mülki aviasiya işçilərinin peşə bayramı günü münasibətilə mülki aviasiya işçiləri Fəxri xiyabanı ziyarət edib.

Ziyarət zamanı Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi ehtiramla yad olunub, məzarı önünə əklil və gül dəstələri qoyulub.

Həmçinin görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı ziyarət olunub və üzərinə gül dəstələri düzülüb.

***

On the occasion of June 2 – the Professional Holiday of Civil Aviation Workers – civil aviation workers visited the Alley of Honor.

During the visit, the memory of National Leader Heydar Aliyev was honored with deep respect, and a wreath and flowers were laid at his grave.

The grave of prominent ophthalmologist and academician Zarifa Aliyeva was also visited, and flowers were laid in tribute.

#AzerbaijanAirlines
📣 Təbrizə birbaşa uçuşlar açır, Tehrana reyslərin sayını artırırıq!

Bakı–Təbriz–Bakı marşrutu üzrə reyslər 15 iyundan başlayacaq. Uçuşlar həftədə iki dəfə – çərşənbə və bazar günləri yerinə yetiriləcək.

Bakı–Tehran–Bakı marşrutu üzrə uçuşlar həftədə dörd dəfə – bazar ertəsi, cümə axşamı, cümə və şənbə günləri həyata keçiriləcək.

Aviabiletləri azal.az saytından və ya mobil tətbiqindən, kassa və akkreditə olunmuş agentliklərdən əldə etmək olar.

✈️

We’re launching direct flights to Tabriz and increasing flight frequency to Tehran!

Flights on the Baku–Tabriz–Baku route will start from June 15. Flights will operate twice a week – on Wednesdays and Sundays.

Flights on the Baku–Tehran–Baku route will be operated four times a week – on Mondays, Thursdays, Fridays, and Saturdays.

You can purchase tickets on azal.az, via the mobile app, at ticket offices or through accredited agencies.

#AZAL #AzerbaijanAirlines #flyAZAL
🌊☀️ İsti dəniz, 🍉 yay ləzzətləri, yeni təəssüratlar üçün hara yollanmalı?

Bu yayın ən populyar marşrutlarını təqdim edirik. Çamadanınızı və planlarınızı hazır edin, xəyalınızdakı tətil bir uçuş qədər yaxındır.

✈️

Warm seas, summer flavors, and new experiences – where should you head this summer?

We present the most popular routes of the season. Get your suitcase and travel plans ready – your dream vacation is just one flight away.

#AZAL #AzerbaijanAirlines #flyAZAL