AZAL - Azerbaijan Airlines
16.1K subscribers
1.69K photos
146 videos
620 links
"Azərbaycan Hava Yolları"nın rəsmi "Telegram" kanalı. Bütün yeniliklərdən dərhal xəbərdar olun.

Stikerlərimiz: https://t.me/addstickers/AzerbaijanAirlinesPlane
Download Telegram
📣 Bakı–Füzuli-Bakı uçuşlarında yenilik!

Bu gündən etibarən Azərbaycan vətəndaşlarına Füzuliyə aviabilet əldə etmək üçün xüsusi icazə tələb olunmur! Zəruri icazələr sistem tərəfindən avtomatik təqdim olunur – “Yolumuz Qarabağa” portalına müraciət etməyə ehtiyac yoxdur.

✈️ Reyslərin qrafiki: şənbə və bazar günləri
🎫 Aviabiletləri #AZAL-ın rəsmi saytından və mobil tətbiqindən rahatlıqla əldə edə bilərsiniz.
🌍 Xarici vətəndaşlar üçün müvafiq dövlət qurumlarından əvvəlcədən icazə tələb olunur.

***

Update on Baku–Fuzuli–Baku flights!

Starting today, Azerbaijani citizens no longer need special permit to purchase airline tickets to Fuzuli! The system will automatically generate the necessary travel permits, eliminating the need to submit an additional request via the Yolumuz Qarabaga portal.

Flight schedule: Saturdays and Sundays
Tickets can be easily purchased via AZAL’s official website or mobile app.
Foreign citizens are still required to obtain prior permission from the relevant state authorities.
✈️ Daha çox üstünlük, daha çox rahatlıq – "AZAL Upgrade" xidməti ilə artıq aviabiletinizi Premium Ekonom və ya Biznes sinfinə yüksəltmək imkanına sahibsiniz!

Üstünlüklər:
🔹 Prioritet qeydiyyat və minik hüququ
🔹 Əlavə baqaj imtiyazı
🔹 Biznes zallarına giriş
🔹 Geniş və rahat oturacaqlar
🔹 Mükəmməl xidmət və xüsusi diqqət
🔹 Premium təamlar və içkilər

Rezervasiyanızdakı bütün sərnişinlər bu imkandan yararlana bilər!

🌐 Sifariş nömrənizi və soyadınızı daxil etməklə veb-saytımızın "AZAL Upgrade" və ya "Rezervasiyamı idarə et" bölməsində uyğunluğunuzu dərhal yoxlayın: https://bit.ly/42NVAmJ

#AZAL ilə uçuşunuzu bir üst səviyyəyə daşıyın!

***

More privileges, more comfort — with the "AZAL Upgrade" service, you now have the opportunity to upgrade your ticket to Premium Economy or Business Class!

Benefits:
• Priority check-in and boarding
• Additional baggage allowance
• Access to business lounges
• Spacious and comfortable seating
• Excellent service and personalized attention
• Premium meals and beverages

All passengers in your reservation can take advantage of this opportunity!

To check your eligibility enter your booking reference number and last name on "AZAL Upgrade" or "Manage my booking" sections of our website: https://bit.ly/3Se8Jz5

#AzerbaijanAirlines #flyAZAL
Adananın təbiət və tarixlə dolu möcüzələrini kəşf edin!

📍 Anavarza antik şəhəri – unudulmaz qəhrəmanlıqların izlərini daşıyan bir tarix səhnəsi. Divarlarına toxunsanız, keçmişin nəfəsini hiss edərsiniz.
📍 Akyatan gölü – sakitliyi ilə ruh oxşayan, flaminqolarla bəzənmiş rəngarəng bir təbiət rəsmi. Göl kənarında dayanıb bu gözəlliyə tamaşa edin.
📍 Küp şəlaləsi – yaşıllıqlar arasında gizlənmiş bir sərinlik möcüzəsi. Həm istidən qaçmaq, həm də gözəl kadrlar çəkmək üçün ideal yerdir.
📍 Tavr dağları – təbiətlə baş-başa qalmaq, buludlara bir addım daha yaxınlaşmaq istəyənlər üçün əsl macəra.
📍 İlanqala – dağların başında qərar tutmuş, sanki göylərə söykənmiş bir qala. Uzaqlara baxdıqca tarixə səfər edirsiniz.

Adana-Mersin reyslərinə biletlərinizi rəsmi saytımız və mobil tətbiqimiz vasitəsilə əldə edin.

✈️

Discover the wonders of Adana, full of nature and history!

Anavarza Ancient City – a stage of history bearing the traces of unforgettable heroism. Touch its walls and you’ll feel the breath of the past.
Akyatan Lake – a colorful portrait of nature, adorned with flamingos and soothing with its serenity. Just standing by the lake to admire this beauty is enough...
Küp Waterfall – a refreshing miracle hidden among lush greenery. The perfect spot both to escape the heat and to capture stunning shots.
Taurus Mountains – a true adventure for those who want to be alone with nature and get one step closer to the clouds.
Snake Castle – a castle perched atop the mountains, as if leaning against the sky. As you gaze into the distance, you travel through history.

Get your tickets for Adana-Mersin flights via our official website or mobile app.

#AZAL #AzerbaijanAirlines #flyAZAL
Təyyarədə pilot kabinəsini görən hər kəsin beynindən eyni sual keçir: “Bunların hamısını necə yadda saxlamaq olar?” 🤔

Pilot kabinəsi onlarla düymə, qol və göstəricidən ibarət mürəkkəb bir idarəetmə panelidir. Pilotumuz Ruslan Məmmədov onların bir neçəsinin təyinatını izah edir. 👨‍✈️

Gəlin ilk baxışda qarışıq görünən aləmin sirrini birlikdə kəşf edək!

✈️

Everyone who sees the cockpit of a plane has the same question in mind: “How can anyone remember all of this?”

The cockpit is a complex control panel consisting of dozens of buttons, levers, and indicators. Our pilot, Ruslan Mammadov, explains the function of some of them.

Let’s discover the secrets of this seemingly complicated world together!

#AZAL #AzerbaijanAirlines #flyAZAL
🎶 İyun ayı musiqi və enerji ilə gəlir! 🎸

Yay qapını döyür, dünya səhnələri festival və konsertlərlə canlanır!

Hazırsınız? İyunda ritmlər sizi dünyanın müxtəlif guşələrinə aparacaq! 🥁

✈️

June is coming with music and energy!

As summer taps at your door, stages across the globe burst into life with unforgettable festivals and concerts.

Are you ready? In this June, rhythms will take you to different corners of the world!

#AZAL #AzerbaijanAirlines #flyAZAL
“Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin Bakıdan Rusiyanın Moskva şəhərinə planlaşdırılan J2-181 (“Domodedovo” aeroportu) və J2-807 (“Vnukovo” aeroportu) nömrəli reysləri təyinat məntəqəsində hava məkanının bağlı olması səbəbindən gecikir.

Gecikən reyslərin sərnişinləri aviaşirkətin qaydalarına uyğun olaraq bütün zəruri vasitələrlə təmin olunurlar.

Eyni zamanda, AZAL-ın Bakıdan Hindistanın Mumbay şəhərinə planlaşdırılan J2-059 nömrəli reysi Pakistan üzərində hava məkanının bağlı olması səbəbindən təxirə salınıb.

AZAL uçuşların təhlükəsizliyini rəhbər tutaraq vəziyyəti diqqətlə izləməyə davam edir və sərnişinləri yeniliklər barədə məlumatlandıracaq.

✈️

Рейсы авиакомпании Azerbaijan Airlines (AZAL) J2-181 (аэропорт «Домодедово») и J2-807 (аэропорт «Внуково») из Баку в Москву, Россия, задерживаются из-за закрытия воздушного пространства в пункте назначения.

Пассажирам задержанных рейсов предоставляется все необходимое в соответствии с правилами авиакомпании.

Кроме того, рейс J2-059 авиакомпании AZAL, запланированный из Баку в Мумбаи (Индия), был отложен из-за закрытия воздушного пространства над Пакистаном.

AZAL продолжает внимательно следить за ситуацией, руководствуясь соображениями безопасности полетов, и будет информировать пассажиров о любых изменениях.
Forwarded from Life at AZAL
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Uçuşa hazırsınız? ✈️

AZAL-da təyyarə bələdçisi vakansiyası artıq aktivdir.
AZAL veb-saytının “Karyera” bölməsinə keçid edərək müraciət etməyi unutmayın! 💙
“Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin Bakıdan Rusiyanın Moskva şəhərinə planlaşdırılan J2-181 (“Domodedovo” aeroportu) və J2-807 (“Vnukovo” aeroportu) nömrəli reysləri sözügedən marşrutun müəyyən hissələrində məhdudiyyətlərin hələ də tətbiq edilməsi səbəbindən təxirə salınıb.

AZAL uçuşların təhlükəsizliyini rəhbər tutaraq vəziyyəti diqqətlə izləməyə davam edir və sərnişinləri yeniliklər barədə məlumatlandıracaq.

Əlavə suallar yaranarsa, sərnişinlər callcenter@azal.az elektron poçt ünvanı vasitəsilə aviaşirkətə müraciət edə bilərlər.