AZAL - Azerbaijan Airlines
16.1K subscribers
1.7K photos
146 videos
622 links
"Azərbaycan Hava Yolları"nın rəsmi "Telegram" kanalı. Bütün yeniliklərdən dərhal xəbərdar olun.

Stikerlərimiz: https://t.me/addstickers/AzerbaijanAirlinesPlane
Download Telegram
Şəkildən təyyarə tipini tapa bilərsinizmi? 🧐 Kömək üçün qeyd edək ki, hava gəmisinin adı “Şirvan”dır.
Anonymous Quiz
19%
Airbus A340
21%
Boeing 787
40%
Airbus A320
14%
Boeing 767
6%
Embraer 190
👏113
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Buxarestdə sizi nələr gözləyir? ✌️ Yeni reysimizlə Buxarestin sirli mədəniyyətini və tarixi məkanlarını kəşf edin. Unudulmaz səyahətə hazır olun!
✈️
What wonders await you in #Bucharest? Uncover the city's mysterious culture and historical treasures with our new flight. Get ready for an unforgettable adventure in Bucharest!

#AZAL #AzerbaijanAirlines #flyAZAL
👏63
Azərbaycanın milli aviadaşıyıcısı AZAL tarixində ilk dəfə olaraq Qarabağa müntəzəm reyslərə başlayacaq. Belə ki, aviaşirkət iyulun 17-dən etibarən Bakıdan Füzuli şəhərinə və əks istiqamətdə müntəzəm uçuşlar həyata keçirəcək.

Uçuşlar həftədə iki dəfə olmaqla çərşənbə və şənbə günləri yerinə yetiriləcək.

Füzuliyə bir tərəfə aviabiletin qiyməti 78 manat təşkil edir. Bu qiymətə 10 kq-a qədər əl yükü və 23 kq-a qədər baqaj daxildir. Biletlər yaxın zamanlarda AZAL-ın saytında satışa çıxarılacaq.

Qeyd edək ki, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin kollegiyasının qərarına əsasən Bakı-Naxçıvan-Bakı marşrutunun sosial aspektləri nəzərə alınaraq, bu marşrut üzrə aviabiletlərin tarifi Azərbaycan Respublikasının vətəndaşları üçün dəyişməz qalıb, xarici vətəndaşlar üçün isə kommersiya şərtlərinə uyğun olaraq müəyyənləşdiriləcək.
25👏6😢5🔥2
AZAL Bakı-Füzuli-Bakı marşrutu üzrə aviabiletlərin satışına start verib. Biletləri aviaşirkətin www.azal.az rəsmi veb-saytı vasitəsilə onlayn əldə etmək mümkündür.

AZAL-ın Füzuli Beynəlxalq Hava Limanına müntəzəm reysləri iyulun 17-dən etibarən həftədə iki dəfə olmaqla çərşənbə və şənbə günləri yerinə yetiriləcək. Uçuşlar Heydər Əliyev Beynəlxalq Aeroportu, Terminal 2-dən baş tutacaq.

Füzuliyə aviabilet əldə edərkən aşağıdakı məqamlara diqqət yetirilməlidir:

🔹 Qarabağa giriş xüsusi icazə tələb etdiyinə görə aviabiletləri yalnız Azərbaycan vətəndaşları əldə edə bilərlər.

🔹 Aviabilet əldə etmək üçün ilk növbədə https://yolumuzqarabaga.az/ portalına daxil olaraq müvafiq bölmədən icazə prosesini keçmək və xüsusi kod əldə etmək lazımdır. Daha sonra AZAL saytına keçid alaraq həmin kodu və FİN nömrəsini daxil edib icazəni təsdiq etdikdən sonra bilet əldə etmək mümkündür. Verilmiş icazə kodunun müddəti 1 aydır. Bu müddət ərzində aviabilet alıb Qarabağa səfər etmək olar.

🔹 Bakı-Füzuli-Bakı marşrutu üzrə aviabiletlərin alınması üçün müvafiq sistem vasitəsilə yoxlanılan icazə kodu tələb olunduğundan bilet alışı ilkin mərhələdə yalnız sayt vasitəsilə onlayn mümkündür. Tezliklə mobil tətbiq üzərindən də bilet alışı prosesi təmin olunacaq.

🔹 Aviabileti yalnız hər iki istiqamətdə və yalnız Bakı-Füzuli-Bakı marşurutu üzrə əldə etmək olar.

Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin kollegiyasının qərarına əsasən Bakı-Füzuli/Füzuli-Bakı istiqamətində təyyarə biletlərinin qiyməti bir tərəfə 78 manat məbləğində müəyyən edilib. Bu qiymətə 10 kq-a qədər əl yükü və 23 kq-a qədər baqaj daxildir.

Sözügedən istiqamətdə səyahət edən 2 yaşından 12 yaşınadək uşaqlar üçün tətbiq olunan tarifdən 25%, 0-2 yaşında körpələr üçün isə tətbiq olunan tarifdən 90% güzəştlər nəzərdə tutulub.
👏75🙏2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Əl yükündə maye daşımaq olar, ✔️ yoxsa olmaz?
Cavabı videoda izləyin!
✈️
Can you carry liquids in your hand luggage or not?
Watch the video for the answer!

#AZAL #AzerbaijanAirlines #flyAZAL
20👏6
Buxarest sürprizlər və gizli cəvahiratlarla dolu bir şəhərdir. Burada mütləq ziyarət etməli olduğunuz 5 məkanı təqdim edirik.

1. Rumıniya Ateneumu 🏛
Yalnız konsert zalı deyil, Rumıniya mədəniyyətinin və memarlığının simvoludur. Bina dekorativ günbəz və gözəl freskalı interyeri ilə neoklassik dizaynın şah əsəridir.

2. Köhnə şəhər ⛪️
Buxarestin qədim hissəsi paytaxtın tarixi ürəyidir. Bura daş döşəməli küçələr, köhnə binalar, kafe və restoranlarla dolu canlı mərkəzdir.

3. Unirii meydanı ⛲️
Buxarestin ən böyük meydanlarından biri və şəhəri araşdırmağa başlamaq üçün əla yerdir. Axşamlar işıqlanan və musiqili su şouları təqdim edən fəvvarələri izləyin.

4. Milli Kitabxana 🏫
Avropanın ən böyük kitabxanalarından biridir. Burada nadir kitabları, əlyazmaları, dünya ədəbiyyatının geniş kolleksiyasını kəşf edin.

5. Zəfər Tağı 🏰
Parisdəki Zəfər Tağından ilhamlanmış, Rumıniyanın müstəqilliyini anan bir abidədir. Şəhər panorasını görmək üçün zirvəyə qalxın və içəridəki sərgilərdə ölkənin hərbi tarixi haqqında məlumat alın.

Biletləri rəsmi saytımızdan əldə edin!

✈️

Bucharest is a city full of surprises and hidden gems. Here are 5 places you must visit.

1. Romanian Athenaeum
Not just a concert hall; it is a symbol of Romanian culture and architecture. It is a masterpiece of neoclassical design with its decorative dome and beautiful frescoed interior.

2. Old City
The old part of Bucharest is the historical heart of the capital. This area is a lively hub filled with cobblestone streets, old buildings, cafes, and restaurants.

3. Piața Unirii
One of the largest squares in Bucharest and a great place to start exploring the city. In the evenings, watch the illuminated fountains with musical water shows.

4. National Library
One of the largest libraries in Europe. Discover rare books, manuscripts, and an extensive collection of literature here.

5. Arc of Triumph
Inspired by the Arc de Triomphe in Paris, this arch is a monument commemorating Romania's independence. Climb to the top for a panoramic view of the city and learn about Romania’s military history through the exhibits inside.

Get your tickets on our official website!

#AZAL #AzerbaijanAirlines #flyAZAL
11
👏133
Buxaresti başqa necə adlandırırlar? 🌏
Anonymous Quiz
51%
Şərqin Parisi
15%
Qərbin Londonu
24%
Cənubun Roması
9%
Şimalın Madridi
12
Son zamanlar sosial şəbəkələrdə “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin adından saxta reklam kampaniyalarının təşkili halları müşahidə olunur.

Kibercinayətkarlar AZAL-ın adından vətəndaşlara şirnikləndirici şərtlər vəd edirlər, “investisiya layihəsi”nin təbliğatını apararaq saxta platformalar vasitəsilə sorğudan keçməyə dəvət edirlər.

Bu dələduzluq hərəkətləri vətəndaşlar üçün ciddi maddi itkilərə səbəb ola bilər.

“Azərbaycan Hava Yolları” ictimaiyyəti ayıq olmağa və bu cür kampaniyalara inanmamağa çağırır. Vətəndaşlar AZAL-ın fəaliyyəti haqqında məlumatları aviaşirkətin rəsmi mənbələrindən, rəsmi internet saytından və sosial şəbəkələrdəki təsdiqlənmiş hesablarından əldə edə bilərlər.

Əgər fırıldaqçılıq fəaliyyəti ilə rastlaşsanız, AZAL təqdim olunan saxta keçidlərə klikləməməyi, şəxsi məlumatlarınızı verməməyi, dərhal müvafiq hüquq-mühafizə orqanlarına müraciət etməyi, həmçinin paylaşımları şikayət etməyi tövsiyə edir.
11👏5
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Qarabağın giriş qapısından – Füzuli aeroportundan salamlar! 🫡
✈️🇦🇿
Greetings from Fuzuli Airport – the Gateway to Karabakh!

🎬 @nazim_gasimzadeh

#AZAL #AzerbaijanAirlines #flyAZAL
41🙏3
AZAL-ın təyyarə bələdçisi Gülşən İslamlı ilə tanış olun! 🫶
Hər uçuş, hər sərnişin yeni bir təcrübədir. Videonu izləyin və təyyarə bələdçimizin maraqlı dünyasına siz də qoşulun!
✈️
Meet AZAL's flight attendant, Gulshan Islamli!
Every flight is an adventure, and every passenger brings a new story. Watch the video and step into the captivating world of our flight attendant!

🎬 @gulsen_islamli

#AZAL #AzerbaijanAirlines #flyAZAL
22😢1