AZAL - Azerbaijan Airlines
16.1K subscribers
1.7K photos
146 videos
622 links
"Azərbaycan Hava Yolları"nın rəsmi "Telegram" kanalı. Bütün yeniliklərdən dərhal xəbərdar olun.

Stikerlərimiz: https://t.me/addstickers/AzerbaijanAirlinesPlane
Download Telegram
Forwarded from Baku Airport
Heydər Əliyev Beynəlxalq Aeroportu, Azərbaycanın milli aviadaşıyıcısı AZAL ilə birlikdə, 22 iyun 2024-cü il tarixində baş tutacaq rəsmi spotinq tədbirini elan edir. 📸

Peşəkar və həvəskar aviasiya fotoqrafları üçün hava limanının tərəfdaş aviaşirkətlərinin təyyarələrinin uçuşu və enişi, onların yedəklənməsi, yerüstü aerodrom xidmətlərinin işi və s. fotoları yaddaşa almaq üçün unikal imkan yaradılacaq. Həmçinin, iştirakçılar AZAL-ın təyyarələrinə baş çəkərək salonlarının yenilənmiş dizaynı və komfortu ilə tanış ola biləcəklər.

Tədbir Aviasiya Təhlükəsizliyi Baş İdarəsinin (ATBİ) əməkdaşlarının müşayiəti ilə keçiriləcək.

Yerlərin sayı məhdud olduğundan, tədbirdə iştirak etmək üçün öncədən qeydiyyat tələb olunur. Müraciətlər iyunun 11-dən 20-dək aşağıdakı linkdə mövcud olan xüsusi forma vasitəsilə qəbul edilir:

🔗 forms.gle/GtCit8X7R6LPsBgm8

Tədbirdə iştirakın təsdiqi barədə cavab müraciətə baxıldıqdan sonra göndəriləcək.

Daha ətraflı: https://www.instagram.com/p/C8Ep8gotnEA/?igsh=NDBvZW0ycWNyZzFh 🔗
9👏1
Forwarded from Life at AZAL
Azərbaycan Hava Yolları Milli Aviasiya Akademiyasının tələbələri üçün Yay Təcrübə Proqramını elan edir!

Milli Aviasiya Akademiyamızın istedadlı və həvəsli tələbələri üçün xüsusi olaraq hazırlanmış “Azərbaycan Hava Yolları” QSC-nin Yay Təcrübə Proqramına qeydiyyatın başlandığını məmnunluq hissi ilə elan edirik. Yay Təcrübə Proqramı 2 ay müddətində davam edərək, AZAL QSC-nin bir çox fərqli idarələrini əhatə edəcək.
 
Əziz tələbələr, siz də ən qabaqcıl texnologiya ilə əhatələnmiş, dinamik və sürətli aviasiya mühitində praktiki təcrübə qazanmaq istəyirsinizsə, aşağıda qeyd edilmiş müraciət linki ilə iyun ayının 19-na kimi qeydiyyatdan keçib proqrama müraciət edə bilərsiniz:
 
Qeydiyyat linki: https://jobs.glorri.az/vacancies/azal/azal-milli-aviasiya-akademiyasi-telebeleri-ucun-yay-tecrube-proqrami

Qeyd edək ki, təcrübə proqramı bakalavr pilləsinin son 2 kursunda təhsil alan və magistr pilləsinin 1 və 2-ci kurslarında təhsil alan tələbələri üçün nəzərdə tutulur.
👏53
Ümumdünya Aeronaviqasiya Sammiti və CANSO-nun 28-ci İllik Ümumi İclasının rəsmi açılışı baş tutdu. Tədbiri çıxış nitqi ilə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev və CANSO-nun prezidenti Saymon Hokqard açıq elan etdilər.

🌍✈️

CANSO Global ATM Summit and the 28th Annual General Meeting were officially opened. Notable speeches were delivered by Rashad Nabiyev, the Minister of Digital Development and Transport, Mukhtar Babayev, Azerbaijan’s Minister of Ecology and Natural Resources and COP29 President, and Simon Hocquard, Director General at CANSO (Civil Air Navigation Services Organisation).

📍 #CANSO #ATMSummit #EnvironmentalSustainability #AviationLeadership #AZANS #AZAL #ICAO
👏91
Ümumdünya Aeronaviqasiya Sammiti və CANSO-nun 28-ci illik ümumi iclasından ən son xəbərlər!

✍️ Bakıda keçirilən dünya əhəmiyyətli sammit çərçivəsində "Azərbaycan Hava Yolları" (AZAL) və CANSO arasında "Green ATM" müqaviləsi imzalandı. Aviasiya sahəsində daha yaşıl gələcəyə yol açan müqaviləni AZAL-ın prezidenti Samir Rzayev və CANSO-nun prezidenti Saymon Hokqard imzaladılar.

🌍✈️

The developments from the CANSO Global ATM Summit 2024 and 28th AGM!

✍️ Azerbaijan Airlines and CANSO have signed a "Green ATM" agreement as part of the world-renowned summit held in Baku. Samir Rzayev, the president of AZAL, and Simon Hocquard, the president of CANSO, inked an agreement paving the path for a greener future in aviation.

📍#CANSO #ATMSummit #EnvironmentalSustainability #AviationLeadership #AZANS #AZAL #ICAO
👏71
CANSO Sammitinə həsr edilmiş ətraf mühitlə bağlı proqram!

🐟🌊 Üçüncü sosial proqram çərçivəsində sammit iştirakçılarının ailə üzvləri Neftçalada yerləşən Azərbaycan Balıqçılıq Təsərrüfatı ilə tanış oldular və nərə balıqlarının Xəzər dənizinə buraxılmasında iştirak etdilər.

Bununla Azərbaycan bir daha ətraf mühitə davamlı dəstək verdiyini və qayğısına qaldığını nümayiş etdirir.

🌍✈️

Environmental highlights from the CANSO Summit!

🐟🌊 As part of the third social program, family members of the Summit’s attendees enjoyed a tour of the Azerbaijan Fish Farm in Neftchala and participated in releasing sturgeon into the Caspian Sea.

This unique experience demonstrates Azerbaijan's commitment to environmental sustainability and conservation.

📍#CANSO #ATMSummit #EnvironmentalSustainability #AviationLeadership #AZANS #AZAL #ICAO
👏62
Birlikdə güclü, müstəqil və azad! Milli Qurtuluş Günümüz mübarək! 🇦🇿
✈️
United in strength, independence, and freedom! Happy National Salvation Day!

#AZAL #AzerbaijanAirlines
20🙏1
Milli Aviasiya Akademiyası bu il 32 yaşını tamamlayır! 👏 Bu əlamətdar gün münasibətilə Akademiyanın tələbə və müəllim kollektivini təbrik edirik.

32 il ərzində Akademiyamız aviasiya sahəsində çoxsaylı uğurlara imza atıb, peşəkar kadrların yetişdirilməsində və aviasiya elminin inkişafında mühüm rol oynayıb. Bu nailiyyətlərinizlə fəxr edirik və gələcəkdə daha böyük uğurlara imza atacağımıza inanırıq.

Təbriklər və uğurlar! 🎉

✈️

We celebrate the 32nd anniversary of the National Aviation Academy this year! On this significant day, we extend our heartfelt congratulations to all the students, graduates, teachers, and staff of the Academy.

Over the past 32 years, our Academy has achieved numerous successes in the field of aviation, playing a vital role in the training of professional personnel and the advancement of aviation science. We are proud of these accomplishments and believe that even greater achievements lie ahead.

Congratulations and best wishes!

#AZAL #AzerbaijanAirlines
15👏2🙏1
Qurban Bayramı münasibətilə bütün ailələrə sağlamlıq və xoşbəxtlik dolu günlər arzulayırıq!
✈️
As we celebrate Eid al-Adha, may your homes be filled with health, happiness, and countless blessings!

#AZAL #AzerbaijanAirlines #flyAZAL
37🙏4