Forwarded from Baku Airport
Azərbaycanın rəngarəng tarixi mirası Heydər Əliyev Beynəlxalq Aeroportunun dörd bir yanında!
@bakuairport , @azerbaijanairlines və @azerxalca.carpets əməkdaşlığı nəticəsində Azərbaycanın qədim xalçaları Novruz ənənələri ilə birləşdirilmiş və mədəniyyətimizin zənginliyini əks etdirən unikal dekorlar yaradılmışdır.
Bu əməkdaşlıq xalçaçılıq əməyinin dəstəklənməsi və tanınması, mahir xalçaçı qadınların sayəsində nəsildən-nəslə ötürülən bu dəyərli irsin gələcək nəsillər üçün qorunub saxlanması istiqamətində mühüm addımdır. Milli irsimizin əsas rəmzi hesab olunan xalça elementlərindən ilhamlanan Novruz dekorları mədəniyyətimizin rəngarəngliyini və zənginliyini nümayiş etdirir. Burada quraşdırılan lövhələr qonaqlara və sərnişinlərə bu sənət nümunələrini bəzəyən naxış və təsvirlərin tarixindən, xüsusiyyətlərindən xəbər verir.
#BakuAirport #GYD

❤23👏9🔥3😢1