AZAL - Azerbaijan Airlines
16.1K subscribers
1.69K photos
146 videos
620 links
"Azərbaycan Hava Yolları"nın rəsmi "Telegram" kanalı. Bütün yeniliklərdən dərhal xəbərdar olun.

Stikerlərimiz: https://t.me/addstickers/AzerbaijanAirlinesPlane
Download Telegram
Adana və Mersin — Türkiyənin cənub inciləri yolunuzu gözləyir! 🌊☀️

Bu gündən etibarən sizi birbaşa Çukurova Beynəlxalq Aeroportuna aparırıq! Reyslər həftədə 2 dəfə — cümə axşamı və bazar günləri həyata keçiriləcək.

Yeni istiqamətlərimizlə Aralıq dənizi sahillərini kəşf edin!

✈️

Adana and Mersin — the southern gems of Türkiye are waiting for you!

Starting today, we’re taking you directly to Çukurova International Airport! Flights will operate twice a week — on Thursdays and Sundays.

Discover the Mediterranean coast with our new destinations!

#AZAL #AzerbaijanAirlines #flyAZAL
Yaxın Şərqdə baş verən son hadisələr və bölgədə bir sıra ölkələrin hava məkanlarının bağlaması ilə əlaqədar “Azərbaycan Hava Yolları” aviaşirkətinin 16 iyun 2025-ci il tarixində həyata keçirilməsi planlaşdırılan aşağıdakı reyslər ləğv olunub:
• Bakı – Dammam – Bakı (J2 8205/8206)
• Bakı – Bəhreyn – Bakı (J2 505/506)
• Bakı – Ər-Riyad – Bakı (J2 8203/8204)
• Bakı – Lahor – Bakı (J2 145/146)

Bundan əlavə, aşağıdakı istiqamətlər üzrə bütün reyslərin müvəqqəti olaraq dayandırılması barədə qərar qəbul edilib:
• 18 iyun – 30 iyun tarixlərində Bakı – Təl-Əviv – Bakı
• 19 iyun – 30 iyun tarixlərində Bakı – Tehran – Bakı

Ləğv edilmiş və ya dayandırılmış reyslər üzrə bileti olan sərnişinlər ödənişin tam geri qaytarılması və ya biletlərin cəriməsiz dəyişdirilməsi hüququna malikdirlər. Bununla bağlı sərnişinlər callcenter@azal.az elektron poçt ünvanı vasitəsilə aviaşirkətə müraciət edə bilərlər.

***

Due to recent developments in the Middle East and the closure of airspace by several countries, the following Azerbaijan Airlines flights scheduled for June 16, 2025, have been cancelled:
• Baku – Dammam – Baku (J2 8205/8206)
• Baku – Bahrain – Baku (J2 505/506)
• Baku – Riyadh – Baku (J2 8203/8204)
• Baku – Lahore – Baku (J2 145/146)

In addition, it has been decided to temporarily suspend flights on the following routes:
• Baku – Tel Aviv – Baku (from June 18 to June 30)
• Baku – Tehran – Baku (from June 19 to June 30)

Passengers holding tickets for the above-mentioned routes are entitled to a full refund or a free rebooking to another date. To do so, they may contact the airline via email at callcenter@azal.az.
AZAL ilə “Uzbekistan Airways” arasında yeni kod-şerinq müqaviləsi imzalanıb.
 
Kod-şerinq müqaviləsi aviaşirkətlər arasında əməkdaşlıq formasında bağlanır. Bu, onlara birgə uçuşlar həyata keçirmək, tərəfdaşın reyslərində öz kodları ilə bilet satmaq və sərnişinlərə daha geniş marşrut və seçim təqdim etmək imkanı verir.
 
Yeni əməkdaşlıq sərnişinlərə Bakı ilə Daşkənd və Daşkənd ilə Bakı arasında səyahətlərini planlaşdırarkən daha çox rahatlıq təqdim edir. İndi səyahətçilər hər iki aviaşirkət tərəfindən həyata keçirilən həftədə doqquz uçuş arasında ən uyğun variantı seçə bilərlər.
 
Həmçinin müqavilə tranzit sərnişinlər üçün imkanları genişləndirir, Bakı və Daşkənddəki hava limanları vasitəsilə daha rahat bağlantılar ilə beynəlxalq marşrutlara çıxışı asanlaşdırır.
 
Bundan əlavə, “Uzbekistan Airways” aviaşirkətinin sərnişinləri Özbəkistanın ikinci mühüm turizm və mədəniyyət mərkəzindən komfortlu və rahat uçuşlar üçün "Azərbaycan Hava Yolları"nın Bakı–Səmərqənd–Bakı marşrutunda təqdim etdiyi imkanlardan yararlana biləcəklər.

✈️

Azerbaijan Airlines and Uzbekistan Airways announced the signing of a new code-share agreement.
 
A code-share agreement is a form of cooperation between airlines that allows them to operate joint flights, sell tickets under their own flight numbers, and offer passengers a wider selection of routes and convenient connections.
 
With launch of this agreement, travelers now enjoy increased flexibility when planning trips between Baku and Tashkent in both directions. With up to nine flights per week operated by both carriers, passengers can choose the schedule that suits them best.
 
The agreement also significantly enhances transit connectivity, offering more seamless international travel options through the hub airports in Baku and Tashkent.
 
In addition, Uzbekistan Airways passengers will now have access to flights operated by Azerbaijan Airlines en route Samarkand–Baku–Samarkand, extending travel options from Uzbekistan’s second most important cultural and tourist destination.
“Skytrax” AZAL-ı yenidən Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti elan etdi. ✈️🏆

AZCON Holding şirkətlərindən olan “Azərbaycan Hava Yolları” beynəlxalq səviyyədə növbəti dəfə yüksək qiymətləndirilib. Milli aviadaşıyıcı Böyük Britaniyanın nüfuzlu “Skytrax” təşkilatının keçirdiyi “World Airline Awards 2025” mükafatı çərçivəsində “Mərkəzi Asiya və MDB üzrə ən yaxşı regional aviaşirkət” nominasiyasının qalibi elan olunub. 🏅🌍

Mükafatlandırma mərasimi 17 iyun 2025-ci il tarixində beynəlxalq “Paris Air Show” aviasalonu çərçivəsində baş tutub.

Qeyd edək ki, “Azərbaycan Hava Yolları” “Skytrax”ın “4 Ulduz” reytinqinə malikdir. Bu status aviaşirkətin həm uçuş zamanı, həm də yerüstü xidmətlər üzrə göstərdiyi xidmət keyfiyyətinin müstəqil audit nəticələrinə əsasən formalaşır.

***

Skytrax names #AZAL Best Regional Airline in Central Asia and CIS once again.

June 17, 2025, Baku – #AzerbaijanAirlines, a part of AZCON Holding, has been recognized internationally once again. The national air carrier was named Best Regional Airline in Central Asia and CIS at the World Airline Awards 2025, organized by the renowned UK-based Skytrax.

The award ceremony was held on June 17, 2025, during the Paris Air Show.

Azerbaijan Airlines holds a Skytrax 4-Star Rating — a reflection of the high standard of service delivery both in flight and on the ground, following independent audits by Skytrax.
Təyyarənin havaya qalxmasından öncə pilotların həyata keçirdiyi vizual baxış prosesi necə aparılır? 🧐 Onlar hansı texniki detallara diqqət yetirir, hansı addımları izləyirlər?

🎥 Yeni videomuzda bu mühüm, amma çox vaxt diqqətdən kənarda qalan anları yaxından göstəririk.

✈️

Before soaring into the skies, pilots perform a detailed visual inspection — but what exactly are they looking for? Which parts get the most attention? What steps do they follow to make sure everything is flight-ready?

In our latest video, we take you behind the scenes of these critical — yet often unnoticed — moments.

#AZAL #AzerbaijanAirlines #flyAZAL
"Powerbank" ilə uçursunuz? Bu qaydaları bilməkdə fayda var. 👍

Uçuş zamanı "powerbank"ı necə düzgün daşımalı olduğunuzu öyrənin.

✅️ Unutmayın: Təhlükəsizlik birinci yerdədir.

✈️

Flying with a powerbank? These rules are worth knowing.

Learn how to carry your powerbank properly during your flight.

Powerbanks must not be stored in the overhead compartments of the aircraft cabin; they must be kept with the passenger and under their supervision.

Charging powerbanks using the electrical outlets installed in the seat during the flight is prohibited.

Powerbanks can only be carried in the cabin and cannot be placed in checked baggage.

Remember: Safety comes first.

#AZAL #AzerbaijanAirlines #flyAZAL
📣 2 avqustdan etibarən Özbəkistanın Ürgənc şəhərinə müntəzəm reysləri bərpa edirik.

Uçuşlar həftədə iki dəfə – çərşənbə və şənbə günləri yerinə yetiriləcək.

Aviabiletləri azal.az saytından, aviaşirkətin mobil tətbiqindən, kassa və akkreditə olunmuş agentliklərdən əldə etmək olar.

✈️

We are resuming regular flights to Urgench, Uzbekistan, starting August 2.

The flights will be operated twice a week, on Wednesdays and Saturdays.

Tickets can be purchased on azal.az, through the airline's mobile app, as well as at ticket offices and accredited agencies.

#AZAL #AzerbaijanAirlines #flyAZAL
💡 Ürgənc Beynəlxalq Aeroportunun IATA kodu hansıdır? Tapmağa çalışın. 🤔
Anonymous Quiz
31%
URC
54%
UGC
9%
UXE
6%
HZM
Forwarded from AZAL Miles
🧳 Çamadanlar hazırdırsa, ilin ən böyük endirimi sizi gözləyir!

Bütün istiqamətlər üzrə AZAL milləri ilə əldə olunan mükafatlandırıcı aviabiletlərin dəyərinə 50% endirim tətbiq olunur.

Bu fürsətdən yararlanın və səyahət arzularınızı reallaşdırın! ✈️

📅 Satış tarixləri: 24.06.2025 – 30.06.2025

✈️ Uçuş tarixlərində heç bir məhdudiyyət tətbiq edilmir! 🎉

☝️ Endirim müntəzəm beynəlxalq uçuşlarda Ekonom sinfi üzrə bilet tarifinə tətbiq olunur. Təklif tranzit kod-şer, çarter və ölkədaxili uçuşları əhatə etmir.

✈️

🧳 Ready to go? The biggest travel deal of the year is here!

Enjoy a 50% discount on award tickets purchased with AZAL miles for all destinations.

📅 Sales period: June 24 – June 30, 2025

✈️ No restrictions apply to travel dates! 🎉

☝️ The discount applies to Economy Class fares on regular international flights.
The offer does not apply to transit, codeshare, charter, or domestic flights.
“Mastercard” sahiblərinə xüsusi fürsət! 💳✈️
Səyahət edərkən qazanın! #AZAL tətbiqində ABB “Mastercard” ilə ödəniş edin, 5% keşbek əldə edin!

📅 Kampaniya müddəti: 25 iyun – 25 iyul
💰 Maksimum keşbek məbləği: 30 AZN

✔️ Yalnız “Apple Pay” və “Google Pay” vasitəsilə edilən ödənişlərə aiddir.
📱 Keşbek qazanmaq üçün “ABB mobile” tətbiqiniz aktiv olmalıdır.

***

A special offer for Mastercard holders!
Earn while you travel! Make payments with your ABB Mastercard in the #AZAL app and get 5% cashback!

Campaign period: June 25 – July 25
Maximum cashback amount: 30 AZN

Valid only for payments made via Apple Pay and Google Pay.
To receive cashback, your ABB Mobile app must be active.

#AzerbaijanAirlines #flyAZAL
Ordumuzun şərəfli yolu, qəhrəmanlıq salnaməsi və əzmkarlığı ilə hər zaman qürur duyuruq. 26 İyun – Azərbaycan Silahlı Qüvvələri Gününüz mübarək! 🇦🇿
✈️
We are always proud of the honorable path, heroic legacy, and determination of our army. Happy June 26 – Armed Forces Day of Azerbaijan!

#AZAL #AzerbaijanAirlines #flyAZAL
Azərbaycanın milli aviadaşıyıcısı AZAL 2025-ci il iyunun 28-dən etibarən Bakı–Təl-Əviv–Bakı marşrutu üzrə uçuşların yerinə yetirilməsini bərpa edir.

Uçuşların müvəqqəti dayandırılması Yaxın Şərqdəki gərgin vəziyyət və bunun nəticəsində bir sıra ölkələrin hava məkanının bağlanması ilə bağlı idi. Hazırda bölgədə vəziyyətin sabitləşməsi Azərbaycan və İsrail arasında təhlükəsiz hava nəqliyyatının bərpasına imkan verir.

Aviabiletləri rəsmi www.azal.az saytından, aviaşirkətin mobil tətbiqindən, həmçinin AZAL-ın kassalarından və akkreditə olunmuş agentliklərdən əldə etmək olar.

***

Azerbaijan’s national air carrier, AZAL, will resume regular flights on the Baku–Tel Aviv–Baku route starting from June 28, 2025.

Flights on this route had been temporarily suspended due to heightened tensions in the Middle East and the subsequent closure of airspace by several countries. As the situation in the region has stabilized, conditions now allow for the safe restoration of air travel between Azerbaijan and Israel.

Tickets can be purchased on the official website www.azal.az, through the airline's mobile app, as well as at AZAL ticket offices and accredited agencies.
Forwarded from AZAL Miles
🔔 50% endirimdən yararlanmaq üçün SON GÜN!

AZAL Miles ilə endirim fürsətini dəyərləndirin və səyahət planlarınızı bu gün tamamlayın! ✈️

📅 Satış tarixləri: 24.06.2025 – 30.06.2025
✈️ Uçuş tarixlərində heç bir məhdudiyyət tətbiq edilmir! 🎉
☝️ Endirim müntəzəm beynəlxalq uçuşlarda Ekonom sinfi üzrə bilet tarifinə tətbiq olunur. Təklif tranzit kod-şer, çarter və ölkədaxili uçuşları əhatə etmir.

🔔 Last chance to fly for less!

Take advantage of the 50% discount with AZAL Miles and book your trip now. ✈️

📅 Sales period: June 24 – June 30, 2025
✈️ No restrictions apply to travel dates! 🎉
☝️ The discount applies to Economy Class fares on regular international flights.
The offer does not apply to transit, codeshare, charter, or domestic flights.