AZAL - Azerbaijan Airlines
16.1K subscribers
1.69K photos
146 videos
621 links
"Azərbaycan Hava Yolları"nın rəsmi "Telegram" kanalı. Bütün yeniliklərdən dərhal xəbərdar olun.

Stikerlərimiz: https://t.me/addstickers/AzerbaijanAirlinesPlane
Download Telegram
Bu gün, 13 may tarixində “Aviasiya Enerji Forumu 2025” çərçivəsində AZAL Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin tərkibində fəaliyyət göstərən şirkət olaraq Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) “CO2 Connect” proqramına qoşuldu.

Sənəd AZAL-ın Baş Kommersiya İnzibatçısı Cəmil Manizadə və IATA-nın Türkiyə, Mərkəzi Asiya və Azərbaycan regionu üzrə nümayəndəsi Funda Çalışır tərəfindən imzalanıb.

IATA ilə “CO2 Connect” müqaviləsinin imzalanması AZAL-a dəqiq CO2 emissiyaları məlumatlarını paylaşmağa və dekarbonizasiya hədəflərinə uyğun olaraq daha məlumatlı, dayanıqlı səyahət seçimlərini dəstəkləməyə imkan verir.

✈️

Today, on May 13, as part of the Aviation Energy Forum 2025, AZAL, operating under the Azerbaijan Transport and Communications Holding, has officially joined IATA’s CO2 Connect program.

The agreement was signed by Jamil Manizade, Chief Commercial Officer at AZAL, and Funda Calisir, IATA’s Area Manager for Türkiye, Central Asia, and Azerbaijan.

The signing of the CO2 Connect agreement with IATA enables AZAL to share accurate CO2 emissions data and support more informed, sustainable travel choices in line with its decarbonization goals.

#AZAL #IATA #IATAAEF #AEF2025BAKU #CO2Connect #Sustainability
“Aviasiya Enerji Forumu 2025” çərçivəsində AZAL Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) Ətraf Mühitin Qiymətləndirilməsi Proqramı olan IEnvA-ya qoşuldu.

Müqaviləni AZAL-ın Baş Kommersiya İnzibatçısı Cəmil Manizadə və IATA-nın Türkiyə, Mərkəzi Asiya və Azərbaycan regionu üzrə nümayəndəsi Funda Çalışır imzalayıblar.

IEnvA proqramı AZAL-a müxtəlif əməliyyat sahələri üzrə ətraf mühitə təsirini daha yaxşı qiymətləndirməyə, ətraf mühit göstəricilərini yaxşılaşdırmağa və bu sahədə daha sistemli yanaşma formalaşdırmağa şərait yaradacaq.

✈️

As part of the Aviation Energy Forum 2025, AZAL has also joined IATA’s Environmental Assessment Program (IEnvA).

The agreement was signed by Jamil Manizade, Chief Commercial Officer at AZAL, and Funda Calisir, IATA’s Area Manager for Türkiye, Central Asia, and Azerbaijan.

The IEnvA program will enable AZAL to better assess its environmental impact across various operational areas, improve environmental performance indicators, and establish a more systematic approach in this field.

#AZAL #IATA #IATAAEF #AEF2025BAKU #IEnvA #Sustainability
⚡️ Bakıda keçirilən IATA Aviasiya Enerji Forumu 2025-in iki günü intensiv sessiyalar, yüksək səviyyəli panel müzakirələri və gələcəyə yönəlmiş əməkdaşlıqlarla yadda qaldı.

✍️ Forum çərçivəsində #AZAL#IATA arasında iki mühüm sənəd imzalandı - #CO2Connect proqramına qoşulma və IATA-nın Ekoloji Qiymətləndirmə Proqramı (#IEnvA) üzrə əməkdaşlıq. Bu təşəbbüslər Azərbaycanın aviasiya sənayesinin dayanıqlı inkişafı yolunda atdığı önəmli addımların bariz nümunəsidir.

💡 Dayanıqlı enerji, innovativ yanaşmalar və sıfır emissiyalı gələcək - Bakıda aparılan bu qlobal dialoq aviasiyanın sabahını müəyyənləşdirir.

✈️

Two days of the IATA Aviation Energy Forum 2025 in Baku were filled with intensive sessions, high-level panel discussions, and future-focused partnerships.

As part of the forum, AZAL and IATA signed two key agreements - joining the CO2 Connect program and partnering on IATA’s Environmental Assessment Program (IEnvA). These milestones reflect Azerbaijan’s commitment to sustainable growth in the aviation industry.

Sustainable energy, innovative approaches, and a zero-emission future - this global dialogue, held in Baku, is defining the skies of tomorrow.

#IATAAEF #AEF2025BAKU
Bakı-Berlin birbaşa uçuşlarımızın 10 illiyini sərnişinlərimizlə birgə qeyd edirik! 🥳

10 ildir ki, sizi tarix, sənət və texnologiyanın qovuşduğu şəhər – Berlinə aparmaqdan qürur duyuruq. Bu səfərlər yalnız məsafələri deyil, mədəniyyətləri də yaxınlaşdırır.

🛫 İndi isə yeni onillik başlayır – daha çox kəşf və daha çox uçuş!

***

We’re celebrating the 10th anniversary of our direct Baku–Berlin flights with our passengers!

For a decade, we’ve proudly been your wings to Berlin – a city where history, art, and technology meet. These journeys have brought not only destinations but also cultures closer together.

And now, a new decade begins – with more discoveries and more flights ahead!

#AZAL #AzerbaijanAirlines #flyAZAL
Aviasiya Enerji Forumu 2025 artıq üçüncü günündədir. 🌍

Bu gün #AZAL prezidentinin müşaviri Rəşad Mafusov forumun beynəlxalq əhəmiyyətini və müzakirə olunan qlobal enerji çağırışlarını diqqətə çatdırdı.

AZAL olaraq dayanıqlı inkişaf və sıfır emissiyalı gələcək yolunda qlobal tərəfdaşlarla birgə çalışmaqdan qürur duyuruq.

✈️

The Aviation Energy Forum 2025 continues into its third day. 🌍

Today, Rashad Mafusov, Advisor to the President of AZAL, highlighted the global significance of the forum and the energy challenges discussed by aviation leaders.

At AZAL, we are proud to collaborate globally toward sustainable progress and a net-zero future.

#AEF2025BAKU #IATAAEF #Sustainability #NetZero #Aviation #Baku
Aviabiletinizi Premium Ekonom və ya Biznes sinfinə yüksəltmək imkanının olub-olmadığını necə yoxlaya bilərsiniz

“AZAL Upgrade” xidməti haqqında ətraflı yeni paylaşımımızdan öyrənin.

✈️

How can you check if you’re eligible to upgrade your ticket to Premium Economy or Business Class?

🔹 Simply visit the #AZAL Upgrade page on our official website and enter your booking reference (PNR) and last name to verify availability.

🔹 Alternatively, you can visit the “Manage My Booking” to check if the upgrade option is available for your flight.

🔹 Eligible passengers will also receive an email notification with an invitation to submit an upgrade offer.

#AzerbaijanAirlines #flyAZAL
Yay fəslində sizi Yunanıstana aparırıq! 🌊✈️

#AZAL və "PASHA Travel" sizi Krit adası sahillərinə — qədim mədəniyyəti və göz qamaşdıran təbiəti ilə məşhur Heraklion şəhərinə dəvət edir! İyunun 7-dən etibarən hər şənbə çarter reyslərimizdən yararlanın.

Tarix, dəniz, 🌞 günəş və 🍇 yunan ləzzətləri sizi gözləyir!

***

This summer, we're taking you to Greece!

AZAL and PASHA Travel invite you to the shores of Crete — to Heraklion, known for its ancient culture and stunning nature! Starting from June 7, take advantage of our charter flights every Saturday.

History, sea, sunshine, and delicious Greek flavors are waiting for you!

#AzerbaijanAirlines #flyAZAL
Təyyarə bələdçisinin çantasında nələr var? 👜✈️

Düşünürsünüz, sadəcə smartfon və pasport olacaq? Elə isə yaxın oturun və yeni videomuzda təyyarə bələdçisinin gündəlik iş həyatını asanlaşdıran əşyalarla tanış olun!

Bəs sizə ən maraqlı gələn əşya hansı oldu? 👀

***

What’s inside a flight attendant’s bag?

Think it’s just a smartphone and a passport? Then grab a seat and check out our new video where we reveal the everyday must-haves that help flight attendants stay ready for anything!

Which item surprised you the most?

#AZAL #AzerbaijanAirlines #flyAZAL
Səyahət sevərlər üçün qazandıran fürsət! ✈️
#AZAL mobil tətbiqində #ABBVisa kartları ilə ödəniş edin, 5% keşbek əldə edin!

📅 Kampaniya müddəti: 20 may – 20 iyun
💰 Maksimum keşbek məbləği: 30 AZN

✔️ Yalnız "Apple Pay" və "Google Pay" ödənişləri üçün keçərlidir.
📱 Unutmayın — keşbek üçün "ABB mobile" tətbiqiniz aktiv olmalıdır.

***

A rewarding opportunity for travel lovers!
Make payments in the AZAL mobile app with your ABB Visa card and get 5% cashback!

Campaign period: May 20 – June 20
Maximum cashback amount: 30 AZN

Valid only for payments made via Apple Pay and Google Pay.
Make sure your ABB mobile app is active to receive cashback.

#AzerbaijanAirlines #flyAZAL
Daha üstün uçuş təcrübəsi istəyirsiniz? O zaman "AZAL Upgrade" xidməti tam sizə görədir! 🆙✈️

Cəmi bir neçə kliklə aviabiletinizi Premium Ekonom və ya Biznes sinfinə yüksəldə bilərsiniz. Elə indi sərfəli şərtlərlə təklifinizi verin, qalib olun və uçuşunuzu bir üst səviyyəyə daşıyın!

#AZAL ilə fərqi hiss edin! 💫

***

Looking to elevate your flight experience? Then the AZAL Upgrade service is just for you!

With just a few clicks, you can upgrade your ticket to Premium Economy or Business Class. Submit your offer now under favorable terms, win the upgrade and take your flight to the next level!

Feel the difference with AZAL!

#AzerbaijanAirlines #flyAZAL
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Göyərtədə davranış qaydaları fövqəladə halların qarşısını almaq və bütün sərnişinlərin təhlükəsizliyini təmin etmək məqsədi daşıyır.

Sizdən və hər bir sərnişindən gözlənilən davranış – qaydalara hörmət və digər insanların rahatlığına dəyər verməkdir.

✈️

The rules of conduct on board are intended to prevent emergencies and ensure the safety of all passengers.

The expected behavior from you and every passenger is to respect the rules and value the comfort of others.

#AZAL #AzerbaijanAirlines #flyAZAL
28 May 1918-ci il — xalqımızın ruhuna həkk olunmuş bir tarixdir. Həmin gün Azərbaycan xalqı sadəcə bir respublika elan etmədi — bütün Şərq üçün cəsarətli bir yol bəyan etdi.

Qafqazın qəlbindən müsəlman dünyasının ilk demokratik respublikası yüksəldi. ⚖️

Bu gün biz böyük irsin davamçıları kimi tariximizi həm qoruyur və həm də gələcəyə daşıyırıq. Müstəqillik Günümüz mübarək! 🇦🇿

✈️

May 28, 1918 — a date etched in our nation’s soul. On that day, the people of Azerbaijan didn’t just declare a republic — they declared a bold new path for the East.

From the heart of the Caucasus rose the first democratic republic in the Muslim world.

Today, as proud heirs of this great legacy, we both preserve our history and carry it into the future. Happy Independence Day!

#AZAL #AzerbaijanAirlines #flyAZAL