AZAL - Azerbaijan Airlines
16K subscribers
1.72K photos
148 videos
622 links
"Azərbaycan Hava Yolları"nın rəsmi "Telegram" kanalı. Bütün yeniliklərdən dərhal xəbərdar olun.

Stikerlərimiz: https://t.me/addstickers/AzerbaijanAirlinesPlane
Download Telegram
Zamanda səyahət Pekində bu mümkündür. Əsrlərin səsini eşidə biləcəyiniz tarixi yerlərin siyahısından ibarət səyahət bələdçisi hazırladıq.

👑 Yasaq şəhər – düz 500 il ərzində bura imperator ailəsindən və məmurlardan başqa şəxslərin girməsi qadağan idi. Dünyanın ən böyük saray kompleksinə daxil olmaq üçün 3 darvazadan keçmək lazımdır.

☀️ Çianmen darvazaları – “günəşli darvazalar” bir vaxtlar yalnız imperatorların Səma məbədini ziyarət etmək üçün sarayı tərk edərkən istifadə etdiyi qapılar idi.

🪐 Səma məbədi – keçmişdə imperatorlar ildə 2 dəfə bu məbədə gələrək ölkənin çiçəklənməsi üçün dua edərdilər. Sadə insanların bu mərasimə qoşulması qadağan idi. Məbəd kompleksi çox genişdir: bütün ərazini gəzmək üçün 3 saat vaxtınız gedəcək.

🌏 Böyük Çin səddi – əsrlər əvvəl ölkənin şimalını hücumlardan qorumaq üçün ucaldılmışdır. Bu səddi əvvəldən axıra kimi piyada gəzən adamlar var. Bəs siz necə cəhd edərdinizmi?

Pekində tarixə qərq olmaq üçün biletinizi elə indi azal.az saytında bron edin.

✈️

Time travel? It's possible in Beijing. We've prepared a travel guide featuring historical sites where you can listen to the echoes of centuries.

The Forbidden City: For 500 years, this palace complex was off-limits to everyone except the imperial family and officials. To enter the world's largest palace complex, you must pass through three gates.

Qianmen Gates: Also known as the 'Gate of the Zenith Sun,' this entrance was exclusively used by emperors when leaving the palace to visit the Temple of Heaven.

Temple of Heaven: In the past, emperors visited this temple twice a year to pray for the country's prosperity. Commoners were prohibited from participating in this ceremony. The temple complex is vast, and it takes approximately three hours to explore the entire area.

The Great Wall of China: Built centuries ago to protect the northern borders, some adventurous souls even hike the entire wall from start to finish. Are you up for the challenge?

To immerse yourself in Beijing's rich history, book your tickets now at azal.az.

#AZAL #AzerbaijanAirlines #flyAZAL #AZAL_Blog #Beijing
7
Necə düşünürsünüz, Pekin sözünün mənası nədir? 🀄✈️
Anonymous Quiz
62%
Şərq paytaxtı 🌞
11%
Qərb paytaxtı 🌚
18%
Şimal paytaxtı ❄️
9%
Cənub paytaxtı 🌤
3
Pekində yerləşən dünyanın ən böyük saray kompleksi "Yasaq şəhər"də neçə otaq var? 🤔🧧 Təxmin edin.
Anonymous Quiz
33%
7️⃣7️⃣7️⃣7️⃣
31%
9️⃣9️⃣9️⃣9️⃣
24%
1️⃣1️⃣1️⃣1️⃣1️⃣
13%
4️⃣4️⃣4️⃣4️⃣
7
Media is too big
VIEW IN TELEGRAM
Yeniliklər yoldadır...
✈️
Novelties are on the way...

#AZAL #AzerbaijanAirlines #flyAZAL #SəmalardaZəriflik
16👏7🔥4
Azərbaycanda noyabrın 8-dən 12-dək uzunmüddətli qeyri-iş günlərini nəzərə alaraq, AZAL reyslərə tələbatın artması ilə əlaqədar Bakı-Naxçıvan arasında uçuşlara aviabiletlərin əvvəlcədən əldə edilməsini tövsiyə edir.

Qeyd edək ki, AZAL sərnişinlərin rahatlığına və seçiminə xüsusi önəm verir. Hazırda Bakıdan Naxçıvana və əks istiqamətdə gündəlik uçuşların sayı 6 reys təşkil edir.

Zərurət olduqda, aviaşirkət sərnişinlərin tələbatını ödəmək üçün əlavə reyslər açmağa hazırdır.

Aviabiletləri aviaşirkətin www.azal.az rəsmi saytından, mobil tətbiqdən və ya AZAL-ın kassalarından əldə etmək mümkündür.

Əlavə suallar yarandığı təqdirdə sərnişinlər callcenter@azal.az elektron ünvanı və ya +994(55) 204 65 54. “WhatsApp” nömrəsi vasitəsilə çağrı mərkəzinə müraciət edə bilərlər.

✈️

Considering the upcoming long non-working days from November 8 to 12 in Azerbaijan, AZAL recommends purchasing tickets for flights between Baku and Nakhchivan in advance due to the increase in demand for flights.

It is important to note that AZAL pays special attention to the comfort and choice of passengers. Today, the number of daily flights from Baku to Nakhchivan and back is 6 flights per day.

If necessary, the airline is ready to introduce additional flights to meet the demand of passengers.

Tickets can be booked on the official website www.azal.az, via the airline's mobile app or purchased at AZAL box offices.

If passengers have any questions, they can contact the call center by e-mail at callcenter@azal.az or via WhatsApp at +994(55) 204 65 54.

#AZAL #AzerbaijanAirlines #flyAZAL
8👏1
Azərbaycanın milli aviadaşıyıcısı AZAL öz əməkdaşları üçün yeni forma təqdim edir. Yeni forma müştəri təcrübəsinin təkmilləşdirilməsi, insanlara qayğı, həmçinin brendin identik şəkildə qəbul edilməsini təmin edən uğurlu müştəri yolunun tərkib hissəsidir.

Dünya şöhrətli azərbaycanlı dizayner Rüfət İsmayıl tərəfindən hazırlanmış yüksək keyfiyyətli eleqant kolleksiya zərif üslubu və müasir tendensiyaları ilə seçilir.

Yeni forma uçuş heyəti, “VIP Lounge” və aviaşirkətin rəsmi kassalarının əməkdaşları üçün nəzərdə tutulub. Kolleksiyaya aviasiya personalının iş xüsusiyyətləri və şəraitini nəzərə alan, rahatlıq və mükəmməl uyğunluğu təmin edən parçalardan hazırlanmış yay və qış geyimləri daxildir.

Daha ətraflı: www.azal.az/az/airline/news/06-11-2023/

✈️

The national flag carrier AZAL is introducing its new uniform for employees, as another sign of improvement its customer-centric journey, care for people and overall perception of the brand identity.

The high-end quality collection designed by the distinguished Azerbaijani couturier Rufat Ismail is featuring a fascinating style blended with modern trends.

The new uniform is designed for the flight crew, VIP Lounge and the airline’s official box office teams. The collection is tailored for summer and winter seasons. The materials are selected with the consideration of working conditions of aviation personnel, ensuring comfort and perfect fit.

For more information: www.azal.az/en/airline/news/06-11-2023/

#AZAL #AzerbaijanAirlines #flyAZAL #SəmalardaZəriflik
👏1411
Zamansız, zərif, dəbli: yeni formamız uçuşa keçir! 👨‍✈️
✈️
Timeless, elegant, stylish: our new uniform takes flight!

#AZAL #AzerbaijanAirlines #flyAZAL #SəmalardaZəriflik

https://youtu.be/_ZdP2WGY7aM?si=fgvHY15VxEqI1ktQ
🔥135👏5