ANS ÇM / ANS ChM
6.78K subscribers
5.56K photos
3.57K videos
5 files
2.26K links
Fighting has been ordained for You!
Download Telegram
Aşqabadda keçirilən İƏT-in 15-ci Zirvə Toplantısının bəyanatında deyilir: "Azərbaycan Respublikası hökumətini və xalqını işğal olunmuş ərazilərin azad edilməsi və ölkənin ərazi bütövlüyünün bərpası münasibətilə təbrik edərək və bunun xeyirxah münasibətlərin bərqərar olması yolu ilə Qafqaz regionunda davamlı sülhə və iqtisadi tərəqqiyə yol açacağına inanaraq, Qonşuluq münasibətlərinə uyğun olaraq biz üzv dövlətləri Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində bərpa və yenidənqurma layihələrinə sərmayə yatırmaq imkanlarını araşdırmağa çağırırıq."

@AnsChM
Azərbaycan prezidenti İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının Aşqabadda keçirilən 15-ci sammiti çərçivəsində İranın dövlət başçısı İbrahim Rəisi ilə görüşüb.

@AnsChM
İlham Əliyev iranlı həmkarı İbrahim Rəisiylə görüşdən sonra İran jurnalistlərinə bunları dedi: "Yaxşı söhbətimiz oldu. Biz dost, qardaş kimi İran-Azərbaycan münasibətləri ilə bağlı fikir mübadiləsi apardıq. Biz qərara gəldik ki, bundan sonra İran-Azərbaycan münasibətləri bütün sahələrdə yüksələn xətt üzrə inkişaf edəcək. Xalqlarımız qardaş xalqlardır, ölkələrimiz qardaş ölkələrdir və bu gün müzakirə olunan məsələlər bir daha göstərir ki, İran-Azərbaycan münasibətləri çox yüksək səviyyədədir.

Jurnalistlərin, bu gün Azərbaycan və İran prezidentlərinin iştirakı ilə hansı sənədin imzalanması ilə bağlı sualına İlham Əliyev belə cavab verib: “Bu, tarixi sənəddir, Azərbaycan-İran əlaqələrinin nə qədər dərin olduğunu göstərir. Azərbaycan Türkmənistan qazını İran vasitəsilə alacaq. Bu, üçtərəfli əməkdaşlıq üçün yaxşı zəmindir. İmzalanan sənəd həm də iqtisadi və enerji təhlükəsizliyi baxımından əhəmiyyətlidir”.

@AnsChM
İƏT sammiti çərçivəsində İran və Azərbaycan Respublikası prezidentlərinin iştirakı ilə Türkmənistandan İran vasitəsilə Azərbaycan Respublikasına qaz mübadiləsi haqda üçtərəfl siaziş imzalanıb.

Müqaviləyə əsasən, İran qaz mübadiləsindən əldə edilən gəlirdən istifadə etməklə öz ərazi marşrutundan hər il Azərbaycana 1,5-2 milyard kubmetr qaz ötürəcək. (IRNA)

@AnsChM
3+1😉
Azərbaycan, İran, Pakistan və Türkiyə.
Deyəsən İran da "3 qardaş" platformasına qoşulmaq istəyir.
#xeyirliolsun

@AnsChM
İranın neft naziri Cavad Ouci bildirib ki, bu il dekabrın 22-də türkmən qazının İran ərazisi ilə Azərbaycana svop tədarükü başlayacaq.
Nazir qeyd edib ki, "Bu müqavilədə biz Türkmənistandan və Sərəxs rayonundan hər il təxminən 1,5-2 milyard kubmetr qaz alacaq və Astaradan Azərbaycan Respublikasına çatdıracağıq.
İranın Xəzər regionunda qaz müqavilələrində iştirakı gələcəkdə İranın Avropa qaz şəbəkəsinə qoşulmasına və qitəyə qaz ixracının başlamasına səbəb ola bilər."

@AnsChM
R.T.Ərdoğan zəngəzyr dəhlizi haqda:
Cümə günü qardaşımız İlham Əliyevin Rusiyada görüşü olub. O, orada cənab Putinin sədrliyi ilə Paşinyanla görüş keçirib. Bu görüşlə bağlı İlham Əliyev qardaşımla söhbətdə dedi ki, görüş çox yaxşı və məhsuldar keçdi. Bu görüş nəticəsində Araz çayı boyunca dəmir yolu və avtomobil yollarının çəkilməsi məsələsi də öz həllini tapdı. Atılacaq bu addımla birlikdə Iğdıra gələcək magistral problemi də var. Magistral yolu məsələsi ilə Azərbaycanın İğdırla əlaqəsi üçün xüsusilə Naxçıvan problemini aşaraq, digər tərəfdən Ermənistan ərazisindən keçməklə çox uğurlu addım atılacaq. Bundan başqa, istər avtomobil, istərsə də dəmir yolu ilə insan və yük daşımalarında mühüm addım atılacaq.

@AnsChM
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Minaatan və artilleriya bölmələrinin döyüş atışlı taktiki təlimləri keçirilib

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunda minaatan və artilleriya bölmələri ilə döyüş atışlı taktiki təlimlər keçirilib.
Hərbi hissələrin çöl çıxışları dövründə keçirilən döyüş atışlı taktiki təlimlərdə bölmələrin komanda müşahidə məntəqəsinin açılması və atəş mövqeyini tutması tapşırıqları icra olunub.
Vətən müharibəsində əldə edilən təcrübələr nəzərə alınaraq keçirilən döyüş atışlı taktiki təlimlərdə əsas məqsəd atəş vasitələrindən düzgün istifadə etməklə tapşırıqların vaxtında və dəqiq icra edilməsi üçün şəxsi heyətin praktiki vərdişlərinin artırılması, eləcə də komandir heyətinin bölmələri idarəetmə bacarıqlarının təkmilləşdirilməsidir.
İstanbulun bəzi ərazilərində küləyin sürəti saniyədə 130 kilometrə yüksəlib, dağıntılar səbəbindən indiyədək 9 nəfər yaralanıb.
Dünyanın aparıcı internet axtarış sistemi olan Google görkəmli azərbaycanlı alim, “qeyri-səlis məntiq” nəzəriyyəsinin banisi və qeyri-səlis çoxluqlar nəzəriyyəsinin yaradıcılarından biri Lütfi Zadənin
(Lütfəli Rəhim oğlu Ələsgərzadə) şəkilini başlıqında yerləşdirib.

@AnsChM
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Bu gün Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov “Lukoyl” İctimai Səhmdar Cəmiyyətinin (PSC) rəhbəri Vaqit Ələkbərovu qəbul edib.
Hərtərəfli müzakirənin mövzusu Xəzər regionunun karbohidrogen ehtiyatlarının işlənilməsi olub, burada əsas amil hüquqi normalara və bir-birinin maraqlarına hörmətə əsaslanan razılaşdırılmış beynəlxalq əməkdaşlığın qurulmasıdır.

Xatırladaq ki, "Lukoyl" Türkmənistan-Azərbaycan müştərək "Dostluq" yatağının işlənməsində operator olmağa can atır.

@AnsChM
Dövlət Sərhəd Xidmətinin və Baş Prokurorluğun Birgə Məlumatı
Bu gün saat 10:40 radələrində Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqo­nunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğramışdır. Qəza nəticəsində helikopterin heyəti arasında həlak olanlar və yaralananlar var. 
Dövlət Sərhəd Xidmətinin və Baş Prokurorluğun rəhbər heyəti hadisə yerindədir. Hadisə ilə əlaqədar birgə araşdırma tədbirləri həyata keçirilir.
👇
SEPAH-ın Kəşfiyyat İdarəsinin Ərdəbil vilayəti üzrə şöbəsinin rəisinin keçmiş müavini, polkovnik Əli Rzayi "Amerikanın Səsi"nə müsahibə verib.

Rzayi məlumat verib ki: "SEPAH guya Xudafərin su bəndini tikmək bəhanəsi ilə 5 kilometr (keçmiş) işğal altındakı Qarabağ torpağında özü üçün hərbi baza yaratmış və həmin bazadan silah və narkotik maddə qaçaqmalçılığı məqsədləri üçün istifadə edirdi. İkinci Qarabağ savaşı başladığında isə Azərbaycan Ordusu həmin əraziyə çatarkən, İran Azərbaycan qüvvələrinin qabağını kəsdi ki, həmin vaxt ərzində Sepah qurduğu bazanı boşalda bilsin. Hətta Azərbaycan Ordusunun guya təkfirçi qruplaşmalardan istifadə etdiyi iddiasını da bu məqsədlə ortaya atmışdı ki, Azərbaycan Ordusu ilə hansısa qarşıdurma yaranarsa, ictimai fikri bu iddiaya inandırsın".

Xatırladaq ki, həmin vaxt Azərbaycan ordusu İranla birbaşa qarşıdurma yaşamamaq üçün başqa yolla irəliləməyə davam etmişdi.

@AnsChM
Dövlət Sərhəd Xidmətindən verilən məlumata görə, helikopter qəzası nəticəsində 14 hərbçi həlak olub:
Polkovnik Füzuli Cavadov
Polkovnik-leytenant Emil Nəzirov
Kapitan Cavid Bayramlı
Mayor Elmir Həsənov
Mayor Emil Mailov
Mayor Elbrus Əhmədov
Mayor Murad Məmmədov
Kapitan Xəyyam Əliyev
Baş leytenant Abdulla Seleymanov
Mayor Emil Əliyev
Leytenant Dərya Məclunov
Fəhlə Nəbiyev
Kapitan Ceyhun Əhmədxanov
Baş leytenant Fərid Nağıyev

Allah rəhmət eləsin.🙏

@AnsChM
Türkiyənin Milli Müdafiə Nazirliyi helikopter qəzası və zabitlırimizin şəhid olması ilə bağlı Azərbaycana baş sağlığı verdi.
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Xızıda qəza ərazisindən ilk görüntülər.

@AnsChM
Şəhid Kapitan Ceyhun Əhmədxanovun saat 10:27-də (qəzaya 13 dəqiqə qalmış) WhatsApp-da paylaşdığı status.

@AnsChM