ANS ÇM / ANS ChM
6.76K subscribers
5.56K photos
3.57K videos
5 files
2.26K links
Fighting has been ordained for You!
Download Telegram
İranda səfərdə olan Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev bu ölkənin neft naziri Cavad Ouci ilə görüşüb.

Cavad Ouci görüşdən sonra jurnalistlərə açıqlamasında  qeyd edib ki, Xəzər dənizindəki neft və qaz yataqları ilə bağlı Azərbaycan nümayəndə heyəti ilə ilkin danışıqlar aparılıb, ekspertlər müzakirələri davam etdirir: "Ümid edirəm ki, yaxın həftələrdə neft, qaz və Xəzərdə neft - qaz yataqlarının işlənməsi ilə bağlı müsbət razılıq əldə olunacaq".

Ş. Mustafayev isə deyib ki, "İran və Azərbaycan arasında bütün sahələrdə, xüsusi ilə enerji sahəsində uğurlu əməkdaşlıq mövcuddur. Görüşdə enerji sahəsində iki ölkənin əməkdaşlıq perspektivləri müzakirə olundu. Enerji sahəsində bir sıra yeni layihələr haqqında danışıq apardıq. İnanıram ki, yaxın gələcəkdə müzakirələrimiz yeni sənədlərin imzalanması ilə nəticələnəcək".
Ş.Mustafayev qeyd edib ki, ekspertlər qrupu hazırda danışıqlar aparır.

Hansı yataqlar ətrafında danışıqların getdiyi konkret açıqlanmır.🤔

@AnsChM
İran və Azərbaycan Respublikasının Müştərək İqtisadi Komissiyasının iranlı sədri Məsud Kərbasian iki ölkə arasında dəmir yolu şəbəkəsinin birləşdirilməsinin regionun nəqliyyatında ciddi dəyişiklik yaradacağını bildirərək əlavə edib: "Qəzvin-Rəşt dəmir yolunun 95%-dən çoxunun əməliyyatları dörd ay ərzində tamamlandı. Bu dəmir yolu xəttinin gələcəyi istismar mərhələsinə çatacaq. Rəşt-Astara dəmir yolu ilə bağlı da mühüm tədbirlər görülüb."

Xatırladaq ki, 358 km-lik Qəzvin-Rəşt-Astara dəmir yolunu İran 10 ildir ki, tikib qurtara bilmir. Azərbaycan höküməti layihəyə $500 mln kredit ayırması da işləri sürətləndirmədi.

@AnsChM
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Mübarək Cümə
Noyabrın 22-dən 30-dək VMF dükanlarında 5️⃣0️⃣%-dək güzəştlər.
www.vmf.az

@AnsChM
Ağrıdağ.
Bakl-İstanbul reysi Ermənistan üzərindən. 🛩

@AnsChM
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Putin Soçidə Qarabağ münaqişəsi haqda.

@AnsChM
This media is not supported in your browser
VIEW IN TELEGRAM
İlham Əliyev Soçidə Ermənistan-Azərbaycan münaqişəsi haqda.

@AnsChM
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Gorus-Qafan yolunun Azərbaycandan keçən ərazisində SOCAR yanacaqdoldurma stansiyasında tamamlama işləri gedir.

@AnsChM
Putinin Soçidə üçtərəfli görüşdə dedikləri: "Mənə elə gəlir ki, əslində bizim bütün səylərimizin məqsədi regionun dirçəlməsinə şərait, insanların orada özlərini təhlükəsiz hiss etmələri və normal təsərrüfat fəaliyyəti ilə məşğul ola bilmələri, iqtisadiyyatı inkişaf etdirmələri üçün şərait yaratmaqdır.
Biz əsrlər boyu vahid dövlətin tərkibində olmuşuq, bizim çox dərin tarixi bağlarımız var və onların dağılmasını istəməzdik. Əksinə, biz çalışmalıyıq ki, gələcəkdə onları bərpa edək və qoruyaq.
Bu müddət ərzində, doğrudan da, çox işlər görülüb. Təəssüflər olsun ki, hələ ki, bütün məsələlər həllini tapmayıb, sərhəddə baş verən hadisələrdən, hər iki tərəfdən insanların öldüyü və yaralandığı faciəli hadisələrdən xəbərim var.”
Media is too big
VIEW IN TELEGRAM
İlham Əliyevin Şoçidəki üçtərəfli görüşdəki çıxışı.

@AnsChM
Azərbaycan Respublikası Prezidenti Ermənistan Respublikası Baş naziri və Rusiya Federasiyası Prezidentinin Bəyanatı.
Üçtərəfli görüşdə liderlər Azərbaycan-Ermənistan sərhədində sabitliyin və təhlükəsizliyin artırılması üçün addımlar atmaq barədə razılığa gəliblər.

 Liderlər Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası üzrə ikitərəfli komissiyanın yaradılması istiqamətində işin aparılmasına dair razılığa gəliblər.

 Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyası və demarkasiyası tərəflərin müraciəti əsasında Rusiya Federasiyasının köməyi ilə həyata keçiriləcək
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu: Türkiyə Cənubi Qafqazda, o cümlədən Zəngəzur dəhlizində quru və dəmir yollarının bərpası və açılması qərarından razıdır.

@AnsChM
Azərbaycan və İran xarici işlər nazirləri Soçi görüşünün nəticələrini müzakirə ediblər

Nazir Ceyhun Bayramov Aşqabadda keçirilən İƏT Xarici İşlər Nazirləri Şurasının iclasında İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahyan ilə görüşüb.

 Departament rəhbərləri BMT Baş Assambleyasının bu il 76-cı sessiyası çərçivəsində Nyu-Yorkda keçirilən görüşləri, eləcə də çoxsaylı telefon danışıqları zamanı əldə olunmuş razılaşmaların həyata keçirilməsi istiqamətində görülən konstruktiv işləri alqışlayıblar.

@AnsChM
Media is too big
VIEW IN TELEGRAM
İlham Əliyevin Aşqabatda İqtisadi Əməkdaşlıq Təşkilatının 15-ci Zirvə Toplantısında çıxışı.

@AnsChM
İran prezidenti İbrahim Rəisi Aşqabatda İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 15-ci Zirvə Toplantısında Rəşt-Astara koridorunun İran və bütün ölkələr üçün vacib olduğundan danışdı.
Rəisi həmçinin Qafqazda müharibənin bitməsi və əminamanlığın bərqərar olunması yeni nəqliyyat marşrutlarının açılması və iktisadi əməkdaşlıq üçün yeni imkanların açılmasını da qeyd etdi. Lakin İranın Qafqazda qeopolitik dəyişikliklərin əlehinə olduğunu dedi.

@AnsChM
Media is too big
VIEW IN TELEGRAM
Pakistan Prezidenti Akif Alvi Aşqabadda İƏT-in 15-ci Zirvə Toplantısında ölkə ərazisinin xarici işğaldan azad edilməsi münasibəti ilə İlham Əliyevi təbrik etdi.

@AnsChM
This media is not supported in your browser
VIEW IN TELEGRAM
İlham Əliyev Zəngəzur dəhlizinin reallığa çevrilməsi haqda.

@AnsChM
Daxili Qoşunların iki hərbi qulluqçusu Füzulidə minaya düşüb. Hadisə rayonun Şukürbəyli kəndində qeydə alınıb. Hər iki hərbi qulluqçu xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

@AnsChM
Azərbaycan prezidenti İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının Aşqabadda keçirilən 15-ci Zirvə toplantısı çərçivəsində pakistanlı həmkarı Arif Alvi ilə görüşüb.

@AnsChM