Azerbaijan Diabetes League - ADL
40 subscribers
369 photos
19 links
Download Telegram
Channel photo updated
Nihad Qaybalıyev - 438 səs
Nəzrin Əliyeva - 351 səs
Gülər Ələkbərli - 122 səs
Əminə Qocayeva - 121 səs
Orxan Əlisoy - 102 səs
İlham Məmmədov - 76 səs
Sima Səfərli - 24 səs
Elmin Kərimov - 24 səs
Lamiyə Sadıqzadə - 11 səs
Harun Ozmen - 6 səs

https://www.instagram.com/p/CHn_BVPhFsd/
2783 Heroes / Fathers / Brothers / Sons / Servicemen of Azerbaijan Armed Forces lost their lives in #Karabakh War II
Rest In Peace 🥀

#VictoriousAzerbaijaniHeroes
#2783AzerbaijaniHeroes


Facebook post: https://www.facebook.com/300166283334992/posts/3905384116146506

Instagram post: https://www.instagram.com/p/CIXuXyHhHt5
Səhiyyə yönümlü ictimai birlik olmasına baxmayaraq, respublikamızın ictimai həyatında baş verən bütün hadisələrə həssas yanaşan, 2000-ci ildən fəaliyyət göstərərək ölkə əhalisinin sağlamlığını mühafizə etmək, diabetlə xəstə olan vətəndaşlarımızın həyat tərzini yüksəltmək missiyası daşıyan Azərbaycan Diabet Liqası bu ilin ortalarında "Əhalinin şəkərli diabet xəstəliyi ilə bağlı maarifləndirilməsi" adlı layihə həyata keçirdi.
Layihə çərçivəsində Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə respublikamızda ana dilində diabet xəstəliyinə həsr edilmiş ilk ictimai-sosial, elmi-populyar sayt - www.adl.az saytı yaradıldı. Ölkə daxilində qeydiyyata alınmış 250 000-dən çox diabetli insanların və onların yaxınlarının, diabet problemi ilə maraqlı olan insanların, ümumiyyətlə, cəmiyyətin maariflənməsində böyük rol oynayan www.adl.az saytı pandemiya dövründə bu xəstəlikdən əziyyət çəkən insanlara böyük dəstək oldu. Belə ki onları maraqlandıran bütün suallar ADL-in professional həkimləri və tibb işçiləri tərəfindən onlayn şəkildə cavablandırıldı. www.adl.az saytı ADL-in fəaliyyətində və cəmiyyətimizdə baş verənləri özündə əks etdirərək maarifləndirmə işini böyük məmnuniyyət və məsuliyyətlə davam etdirir.
Hər zaman bir-birindən maraqlı və aktual mövzularda müxtəlif layihələrə imza atan Azərbaycan Diabet Liqası fəaliyyətinin 20-ci ildönümü ərəfəsində daha bir layihə həyata keçirdi. Belə ki, ADL 60 nəfərdən çox insanın iştirakı ilə "QARABAĞ AZƏRBAYCANDIR!" adlı fotomüsabiqə elan etdi. Fotoqraf, jurnalist və ADL-in əməkdaşlarından ibarət professional münsiflər heyəti tərəfindən müsabiqəyə təqdim olunan fotoşəkillərdən 10 fotoşəkil seçilərək sosial şəbəkədə səsverməyə qoyuldu. Noyabr ayının 14-ü - Ümumdünya Diabet Günündə səsverməyə yekun vurularaq (birinci yer münsiflər heyəti tərəfindən ləğv edildi) II yerə Nihad Qaybalıyev, III yerə isə Nəzrin Əliyeva layiq görüldü. Noyabr ayının 16-da sərt karantin qaydalarına tam əməl edilərək Respublika Endokrinoloji Mərkəzində fotomüsabiqənin qalibləri mükafatlandırıldı. II yerin qalibinə 300 AZN, III yerin qalibinə 200 AZN, ümumiyyətlə bütün iştirakçılara isə hədiyyə və sertifikatlar təqdim edildi. Layihə rəhbəri Gülşən Əliyeva, ADL-in sədri Yeganə Sultanova, münsiflər heyətinin üzvü Kamil Quliyev iştirakçılara müvəffəqiyyətlər arzuladılar.

https://adl.az/org/article/45
https://www.facebook.com/az.diab.liqa/posts/3944054398946144