Azerbaijan Diabetes League - ADL
40 subscribers
369 photos
19 links
Download Telegram
Hər kəsə salam!

Artıq Azərbaycan Diabet Liqasının rəsmi YouTube kanalı da yaradıldı. Tezliklə, bizə aid olan bütün videolara öz kanalımızdan baxa bilərsiniz!

https://www.youtube.com/channel/UCVgW3K_4TMwQMyxJTLZQyXQ
27 yanvar 2021-ci il tarixdə “Hər addım gələcəyə ümiddir” şüarı altında Pasient Təşkilatlarının I Respublika Forumu keçiriləcək.
Qeyd edək ki, Forum dövlət səhiyyə orqanları ilə Pasient Təşkilatları arasında açıq dialoq üçün milli platformadır.
Forumda Pasient Təşkilatları ən aktual səhiyyə məsələlərini nəzərdən keçirərək, fəaliyyətləri haqqında tanışlıq üçün təqdimatlarla çıxış edəcəklər. Habelə müvafiq dövlət səhiyyə strukturları tərəfindən 2021-ci il üçün tibbi xidmətin strategiyaları haqqında təqdimatlar böyük əhəmiyyət kəsb edəcək.
Bayramlı Yağmur Şamil qızı 9 yaşındadır və limfoblast limfoma xərçəngindən əziyyət çəkir. İlkin müayinələrin səy verməməsi nəticəsində Türkiyədə müayinə olunmuşdur və "Xərçəng" diaqnozu qoyulmuşdur. Müayinə dövründə eyni zamanda şiş elementləri aşkar olunub. Qoyulan diaqnoza əsasən həkimlərin ümumi müayinə və müalicə prosesinin hissəli şəkildə baş tutması üçün 85.000 USD məbləğində vəsaitə ehtiyac vardır. Ailəsinin və yaxınlarının bu qədər məbləği qarşılaması hal-hazırda mümkün deyil. Vəsaitin olmaması və müalicənin baş tutmaması səbəbi ilə Yağmurun vəziyyəti günü-gündən daha da ağırlaşmaqdadır. Müalicəyə ən qısa zamanda başlaması mütləqdir.

Hər kəsin edə biləcəyi ən kiçik ödəniş, Yağmurun həyatını xilas edə bilər!
Azərbaycan Diabet Liqası İB Diabet Məktəbi ilə bağlı silsilə video təlimlər təqdim etməyə başlayıb. Bu videolar sadə dildə pasiyentlər üçün nəzərdə tutulub. Pasiyentlərinizə təklif edin ki, bizim YouTube kanalımıza abunə olsunlar. Onlar bu platformada təmannasız olaraq öz xəstəlikləri haqqında məlumat toplayacaqlar.

"Təlim müalicəyə əlavə deyil, o müalicənin özüdür."
- Elliott Joslin

https://youtu.be/9mugZVVADMw
Azərbaycan Diabet Liqası İB Diabet Məktəbi ilə bağlı silsilə video təlimlər təqdim etməyə davam edir. Bu gün 2-ci video yayımlandı. Hər birinizi videoya baxmağa, paylaşaraq daha çox insanın məlumat toplamasına səbəb olmağa və ən əsası öz fikirlərinizi, suallarınızı rəy bölməsində bildirməyə dəvət edirik!

Bu davamlı olaraq paylaşılacaq. Hər dəfə yeni təlim videolarından xəbərdar olmaq üçün kanalımıza abunə ola bilərsiniz! Diqqətiniz üçün təşəkkür edirik!

https://youtu.be/1CuoH6hWlVA